Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə25/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının 
vəzifəli şəxslərinin tələbi ilə onların həmin nəqliyyat vasitəsinə daxil olmasına bütün 
mümkün vasitələrdən istifadə etməklə imkan yaratmalıdır. 
Maddə 138. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin təqdim olunması 
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat vasitəsinə 
görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin sənədi 
yoxlamaq üçün onlara təqdim etməli, nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, 
yükü, nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı suallarını 
cavablandırmalıdır. 
Maddə 139. Nəqliyyat vasitəsinin gömrük sahəsindən yola düşməsi 
139.1. Gömrük orqanları tərəfindən əvvəlcədən icazə verildiyi hallar istisna olmaqla, 
bütün digər hallarda gömrük sahəsindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs 
nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədi aldıqdan sonra onun dərhal, 
yalnız müəyyən edilmiş gömrük sahəsindən yola düşməsini təmin etməlidir. 
139.2. Bu Məcəllənin 139.1-ci maddəsi fors-major hallar ilə əlaqədar gömrük ərazisinə 
qayıtmağa məcbur olan nəqliyyat vasitələrinə şamil edilmir. 
Maddə 140. Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar 
140.1. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün 
ehtiyatlarla bağlı aşağıdakıları müəyyən edir: 
140.1.1. gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat 
vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və 
nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların 
nomenklaturasını, çeşidini və miqdarını; 
140.1.2. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən 
azadolma şərtlərini. 
140.2. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün 
ehtiyatların bəyan edilməsi qaydalarını müəyyən edir. 
Fəsil 22. Şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi 
Maddə 141. Şəxslərin gömrük ərazisinə daxil olması 
Bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda, şəxslər müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük ərazisinə daxil olduqları andan 
etibarən dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməlidirlər. 


Maddə 142. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindən düşmə 
142.1. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindəki şəxslər həmin nəqliyyat 
vasitəsindən düşmə ilə əlaqədar gömrük orqanlarının vəzifəli şəxslərinin bütün 
göstərişlərinə əməl etməlidirlər. 
142.2. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş 
hallar istisna olmaqla, gömrük ərazisinə daxil olmuş nəqliyyat vasitəsindən düşən şəxslər 
gömrük orqanlarının vəzifəli şəxslərindən başqa göstəriş almadıqda, gömrük nəzarəti 
zonasına getməli və gömrük nəzarətinin həyata keçirildiyi müddət ərzində orada 
qalmalıdırlar. 
Maddə 143. Şəxslərin gömrük ərazisindən yola düşməsi 
Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar 
istisna olmaqla, şəxslər gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan və 
gömrük sahəsindən keçmədən gömrük ərazisindən yola düşə bilməzlər. 
Maddə 144. Nəqliyyat vasitəsinə daxilolma 
Gömrük ərazisindən yola düşmək məqsədi ilə nəqliyyat vasitəsinə daxil olmağa 
hazırlaşan şəxslər bununla bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə 
əməl etməlidirlər. 
Maddə 145. Baqajın gömrük orqanlarına təqdim olunması 
145.0. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş 
hallar istisna olmaqla, gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən düşən, 
yaxud həmin zonadan çıxmağa hazırlaşan nəqliyyat vasitəsinə minən şəxs: 
145.0.1. ona məxsus müşayiət olunan baqajın gömrük orqanlarının vəzifəli şəxsləri 
tərəfindən yoxlanılmasına şərait yaratmalı; 
145.0.2. ona məxsus müşayiət olunan baqajın gömrük nəzarəti zonası daxilində hərəkəti 
və ya nəqliyyat vasitəsindən götürülüb gömrük nəzarəti zonasına aparılması ilə bağlı 
gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir. 
X bölmə. Gömrük prosedurlarına dair ümumi qaydalar
 
Fəsil 23. Bəyanetmə və gömrük bəyannaməsi 
Maddə 146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri 
146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük 
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 


146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan 
gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər 
məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük 
orqanlarına verilməsi ilə həyata keçirilir. 
146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan 
sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi 
internet saytlarında yerləşdirilir. 
146.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı 
fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük 
prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir. 
Maddə 147. Daxili malların bəyan edilməsi 
Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında 
yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq 
gömrük bəyannaməsi ilə təmin edilməlidir. 
Maddə 148. Bəyannaməçi 
148.1. Gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud 
onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. 
148.2. Gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu 
hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından çıxış 
edən şəxs tərəfindən verilməlidir. 
148.3. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri 
aşağıdakılardır: 
148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada 
bəyan etmək; 
148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim 
etmək; 
148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük 
orqanlarına təqdim etmək; 
148.3.4. gömrük ödənişlərini ödəmək; 
148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə