Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi


              Halal nişan/etiket/loqo



Yüklə 386,49 Kb.
səhifə3/4
tarix23.01.2018
ölçüsü386,49 Kb.
#21934
1   2   3   4

3.7              Halal nişan/etiket/loqo

OİC/SMİİC-in təsdiq etdiyi nişan/etiket/loqonu istifadə etmək hüququ halal məhsul/xidmət və ya idarəetmə sistemi üçün halal sertifikatlaşdırma orqanı tərəfindən verilmişdir.



3.8              Dayandırma

Əvvəllər verilən halal sertifikatı ilə bağlı halal sertifikatlaşdırma orqanının qərarı ilə müəyyən bir müddət üçün nişanın istifadə hüququnun dayandırılması.



3.9              Sifarişçi

Halal məhsul/xidmətin sertifikatlaşdırılması üçün müraciət edən hüquqi və ya fiziki şəxs.



3.10          Sertifikat sahibi/sertifikatlaşdırılmış müştəri/təchizatçı

Halal tələblər əsasında sertifikatlaşdırılmış halal məhsul/xidmət və ya idarəetmə sistemi ilə təchiz edən hüquqi və ya fiziki şəxs.

 

4                    PRİNSİPLƏR

4.1              Bu rəhbəredici göstərişlərdə növbəti səmərəli istifadə və təsviri tələblər üçün ISO/IEC 17021:2006-nın 4-cü bəndində verilən prinsiplər əsasdır. Gözlənilməz hallar üçün tətbiq ediləcək qərarlarda bu prinsiplər tətbiq edilməlidir. Prinsiplər tələblər deyil.

4.2              İslam həssaslığı

Halal sertifikatlaşdırma orqanı İslamın əsas prinsiplərinə və ya İslam qaydalarına riayət etməlidir.



4.3              İslam dəyərlərinə öhdəçilik

Hala sertifikatlaşdırma orqanları və onun bütün işçiləri İslami dəyərlərə xüsusilə halal ilə bağlı öhdəliklərə sadiq olmalıdır. “Riayət” və “İslam həssaslıqlarına yanaşma və hörmətlə bağlı narahatlılar” digər tərəflərin üzərinə qoyulur və uyğunluq üçün məcbur edilir.

 

5                    ÜMUMİ TƏLƏBLƏR

5.1              Ümumi

ISO/IEC 17021:2006-nın 5.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir.



5.1.1        Hüquqi və İslami məsuliyyət

ISO/IEC 17021:2006-nın 6.1-ci bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq edilir.

Halal sertifikatlaşdırma orqanı müsəlman müəssisəsi olmalıdır və müsəlmanlar üçün halal məhsul/xidmətin müvafiq təchizatının vacibliyinə dərin inam vardır və İslam məsuliyyətini təmin etmək üçün müvafiq addımlar bütün fəaliyyətlərdə müşahidə edilmişdir. Halal sertifikatlaşdırma orqanları bütün İslam tələblərinə uyğunluq üçün məsuliyyət daşıyır.

5.1.2        Halal sertifikatlaşdırma müqaviləsi

ISO/IEC 17021:2006-nın 5.1.2-ci bəndində verilən bütün tələblər tətbiq edilir.



5.1.3        Halal sertifikatlaşdırma qərarları üçün məsuliyyət

ISO/IEC 17021:2006-nın 5.1.3-cü bəndində verilən bütün tələblər tətbiq edilir.



5.2              Qərəzsiz idarəetmə

ISO/IEC 17021:2006-nın 5.2-ci bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq edilir.



5.2.1        Halal sertifikatlaşdırma orqanı və bərabərhüquqlu müəssisənin hər hansı hissəsi halal sertifikatlaşdırma və ya ərzaq təhlükəsizliyini idarəetmə sistemi sahəsində məsləhət xidmətləri (FSMS) təklif və ya təmin etmir.

5.2.2        İSO/İEC 17021:2006-nın 5.2-ci bəndində göstərilən “idarəetmə sistemi konsultasiyası” termini bu rəhbəredici göstərişlərin kontekstində “halal konsultasiyası, təhlükə analizi konsultasiyası, FSMS konsultasiyası və ya idarəetmə sistemi konsultasiyası” ilə əvəz edilsin.

5.3              Məsuliyyət və maliyyə

ISO/IEC 17021:2006-nın 5.3-cü bəndində verilən bütün tələblər tətbiq edilir.



5.4              Əməliyyatlar

5.4.1 Halal sertifikatlaşdırma orqanı xüsusi halal məhsul sertifikatlaşdırma sisteminin tələblərinə uyğun olaraq müvafiq halal məhsul standartları ilə uyğunluğunu qiymətləndirmək üçün lazım olan bütün tədbirləri görməlidir. Halal sertifikatlaşdırma orqanı müvafiq sertifikatlaşdırma sistemi üçün əsas təşkil edən uyğun standartlar və ya onların hissələri və nümunə götürmə, sınaq və yoxlama tələbləri kimi başqa tələbləri göstərməlidir.

5.4.2 ISO /IEC 17025, ISO/IEC 17020, ISO/IEC 17021 və/və ya ISO/TS 22003-də müəyyən edilən yararlı və səlahiyyətli orqanın (ların) və ya şəxsin (lər) həyata keçirdiy sınaq, yoxlama və hala sertifikatlaşdırma üçün tələblər müvafiq halal sertifikatlaşdırma orqanı, onun halal sertifikatlaşdırma əməliyyatlarının aparılmasında riayət edilməlidir.

 

6 STRUKTURA OLAN TƏLƏBLƏR



6.1 Təşkilati struktur və ali rəhbərlik

ISO/IEC 17021:2006-nın 6.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir.



6.2 Qərəzsizliyin təmin edilməsi üzrə Komitə

ISO/IEC 17021:2006-nın 6.1-ci bəndində verilən bütün tələblər və aşağıdakılar tətbiq edilir.



6.2.1 İslam hakimiyyəti tanınan ölkədə olan halal sertifikatlaşdırma orqanın əməliyyatları Qərəzsizliyin təmin edilməsi üzrə komitədə təmsil olmalıdır. Halal sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən halal sertifikatlaşdırma fəaliyyətində qərəzsizlik islam prinsiplərinin əsasında nəzərdən keçirilməsində və halal sertifikatlaşmanın İslam aspektləri ilə əlaqədar qaydalar, prosedurlar və siyasətin müəyyənləşməsində fəal rol oynamalıdır.

6.2.2 İslam biliyində ortaya çıxan uyğunsuzluqlar, təcrübə və anlaşma kimi mümkün ola bilən qərəzsizliyə güzəşti İslam hakimiyyəti nəzərə almalı və hər hansı bir narazılıqları təhlil etməlidir.

 

7 RESURSLARA OLAN TƏLƏBLƏR



7.1 Rəhbərliyin və heyətin səriştəliliyi

ISO/IEC 17021:2006-nın 7.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir. Əlavə olaraq, halal sertifikatlaşdırma orqanı uyğun kateqoriyalarda(bax: Əlavə A) fəaliyyətdə olan müvafiq biliklərə malik kadrla təmin etmək proseslərinə malik olmalıdır.



7.2 Halal sertifikatlaşdırma ilə məşğul olan heyət

7.2.1 Ümumi

7.2.1.1 ISO/IEC 17021:2006-nın 7.2-ci bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq edilir.

7.2.1.2 Halal sertifikatlaşdırma orqanı audit və sertifikatlaşdırma fəaliyyətləri ilə məşgul olan bütün kadrların texniki səriştəliliyi və İslam dəyərlərinə etik olaraq əməl edən Müsəlmanlar olmasını təmin etməlidir.

7.2.1.3 Halal sertifikatlaşdırma orqanı tərəfindən audit və sertifikatlaşdırmanın yerinə yetirilməsini səmərəli və bərabər olmasını təmin etməkdən ötrü heyətin səriştəliliyi üçün minimum müvafiq meyarlar müəyyən edilməlidir. Bu meyara, OIC/SMIIC-in halal sertifikatlaşdırma üçün müvafiq sənədlər, OIC/SMIIC-in halal standart və müvafiq sənədlər, keyfiyyəti idarəetmə sisitemi, məhsul sertifikatlaşdırma və ərzaq təhlükəsizlik idarəetmə sistemi (FSMS) üzrə təlimi daxil edilməlidir.

7.2.1.4 Halal sertifikatlaşdırma orqanının kadrı müqavilə əsasında halal sertifikatlaşdırma orqanı üçün işləyən fərdi auditorları və ya başqa xarici vəsaitləri daxil edə bilər. Halal sertifikatlaşdırma orqanı bütün kadrlarının səmərəli olması üçün idarəetmə, nəzarət və cavabdeh mövqeyində olmalıdır və müqavilə əsasında işləyən və ya xarici orqanlar tərəfindən təmin edilən işçi olmağından asılı olmayaraq müəyyən ərazilərdə istifadə etdiyi bütün əməkdaşlarının səlahiyyətlərinə nəzarət etmək üçün hərtərəfli uçotunu aparmalıdır.

7.2.1.5 Halal sertifikatlaşdırma orqanı halal sertifikatlaşdırma ilə məşğul olan öz kadrlarından aşağıdakı öhdəlikləri yerinə yetirəcəklərinə dair müqavilə və ya digər sənədləri imzalamalarını tələb etməlidir:

a) halal sertifikatlaşdırma orqanı tərəfindən müəyyən etdiyi qaydalara əməl etmək;

b) onların öz sahəsində hər hansı bir əvvəlki və/və ya mövcud assosiasiyanı və ya halal audit və sertifikatlaşdırma üçün məhsul layihəçisi, istehsalçısı və tədarükçüsü tərəfindən təyin olunan işçiləri tanımaq.

7.2.1.6 Halal sertifikatlaşdırma prosesi ilə məşğul olan hər kadrın ixtisas, təlim və təcrübə ilə bağlı müvafiq məlumatlar halal sertifikatlaşdırma orqanı tərəfindən saxlanılmalıdır.

7.2.2 Müqaviləyə baxışı həyata keçirən kadr

7.2.2.1 Təhsil

Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən kadır müvafiq biliyə malik orta təhsilə malikdir.



7.2.2.2 Ərzaq təhlükəsizliyi və/və ya halal ilə bağlı təlim

Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən kadr aşağıdakı təlimləri uğurla başa vurub;

a)                 OİC/SMİİC-in halal sertifikatlaşdırma üçün halal standartı və müvafiq sənədləri,

b)                 Keyfiyyəti nəzarət sistemi və məhsul sertifikatlaşdırması,

c)                  Müvafiq FSMS standartları (məsələn İSO 22000)

7.2.2.3 Audit təlimi

Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən kadr audit prosesləri əsasında verilən İSO 19011 təlimini uğurla başa vurub.



Qeyd - Müqaviləyə baxışı həyata keçirən kadrın audit təcrübəsinə malik olması məcburi deyil.

7.2.2.4 Səriştəlilik

Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən heyət aşağıdakı sahələrdə bilik və bacarığını tətbiq etmək qabiliyyətini nümayiş etdirsin:

a)                 ərzaq zənciri kateqoriyalarında və başqa sektorlarda ərizəçilərin təsnifləndirilməsi;

b)                 sifariş edilən məhsullar və/və ya xidmətlərin, proseslərin və təcrübələrin qiymətləndirilməsi;

c)                  halal sertifikatlaşdırmanı həyata keçirən auditorun səriştəliliyinin və tələblərinin paylanması;

d)                auditin vaxtını (bax: Əlavə B) və tələblərin müddətinin müəyyənləşdirilməsi;

e)                 müqaviləyə baxışla bağlı halal sertifikatlaşdırma orqanının siyasəti və prosedurları.

7.2.3 Halal sertifikatlaşdırmanı həyata keçirən heyət

7.2.3.1 Ümumi

İSO 19011-ə əsasən halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, sertifikatlaşmanın verilməsinə qərar verən şəxs auditor üçün olduğu kimi təhsil, halal sertifikatlaşdırmada təlim, audit və iş təcrübəsi tələbləri eyni kateqoriyaya (bax: Əlavə A) malik olsun.

Sertifikatlaşdırma qərarını verən heyət minimum üç şəxsdən təşkil olunmalıdır və ən azı onlardan biri İslam məsələləri üzrə ekspert olmalıdır. Qərarlar səs çoxluğu ilə deyil, yekdilliklə qəbul olunmalıdır.

7.2.3.2 Səriştəlilik

 Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, sertifikatlaşmanı verən heyət aşağıdakı sahələrdə bilik və bacarığını tətbiq etmək qabiliyyətini nümayiş etdirsin:

a)                 OİC/SMİİC-in halal sertifikatlaşdırma üçün cari prinsipləri;

b)                 Halal sertifikatlaşdırma ilə bağlı İslam qaydaları;

c)                  müvafiq idarəetmə sistemlərinin cari prinsipləri və anlayışları;

d)                Halal tələblər üçün risklərin eyniləşdirilməsi və qiymətləndirilməsi;

e)                 Halal məsələlərlə bağlı düzəlişlər və düzəldici tədbirlərin alınması;

f)                   Halal məhsul/xidmətlərlə bağlı hər hansı qanun və qaydalar;

g)                 Məhsulları, prosesləri və təcrübələri;

h)                 müvafiq standartları;

i)                   Dəqiqlik və mükəmməllik üçün audit hesabatlarının qiymətləndirilməsi və baxılması;

j)                   Düzəldici tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və baxılması;

k)                 Sertifikatlaşdırma prosesi;

l)                   Halal ərzaqla bağlı mühit və fundamental qaydaların xüsusilə, İslam qaydalarına əsasən heyvanların kəsilməsi və OİC/SMİİC-in standartının tələbləri və rəhbəredici göstərişlərinin yaxşı anlaşılması.



7.2.4 Texniki auditorlar

7.2.4.1 Ümumi

Halal sertifikatlaşdırma texniki auditorları halal sertifikatlaşma ilə bağlı İslam qaydalarının müvafiq biliklərə malik olmalıdır və OİC/SMİİC-in halal sertifikatlaşma sənədləri və spesifikasiyalarının öyrənilməsi və texniki sənədləşmə təlimi almalıdır.



7.2.4.2 Təhsil

Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorların halal sertifikatlaşdırma auditləri aparmaqları üçün ali və ya sənaye kateqoriyası ilə bağlı müvafiq xüsusi təhsili olsun.



7.2.4.3 Xüsusi təlimlər

7.2.4.3.1 Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorlar aşağıdakı təlimi uğurla başa vurmuşdur;

a) müvafiq idarəetmə prinsipləri,

b) müvafiq sektorda qaydalar,

c) OİC/SMİİC-in halal standart və rəhbəredici göstərişləri,

d) xüsusi təlim sektoru.

7.2.4.3.2 Təlim kursları müvafiq və uyğun olaraq halal sertifikatlaşdırma orqanı tərəfindən tanınmalıdır. Təlim kurslarının təsdiq və ya sertifikatlaşması müstəqil orqan tərəfindən müvafiq yoxlamalar apardıqdan sonra müəyyən əminlik yarada bilər ki, bu kurs OİC/SMİİC-in halal sertifikatlaşma bağlı müəyyən meyarlara cavab verir.

7.2.4.4 Audit təlimi

Halal sertifikatlaşma orqanı təmin etməlidir ki, texniki auditorlar aşağıdakı təlimi uğurla bitirmişdir;

a)                 İSO 19011-ə əsasən audit texnikaları,

b)                 Müvafiq FSMS standartları (məsələn, İSO 22000),

c)                  OİC/SMİİC-in halal standartına əsasən halal sertifikatlaşdırma.

7.2.4.5 İş təcrübəsi

a) texniki auditorun birinci kvalifikasiyası üçün bir və ya daha çox kateqoriyalar vardır, halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditor müvafiq sənayedə minimum beş (5) il iş təcrübəsinə malik olmalıdır, o cümlədən son iki (2) ili keyfiyyət təminatı sahəsində iş təcrübəsinə malik olmalıdır. Ərzaq zənciri kateqoriyasında isə texniki auditor son iki (2) ili ərzaq təhlükəsizliyi funksiyası sahəsində iş təcrübəsinə malik olmalıdır.

b) Əgər auditor müvafiq xüsusi təhsil alibsa ümumi iş təcrübəsinin cəmindən bir (1) il azaldıla bilər.

7.2.4.6. Audit təcrübəsi

İlk ixtisas üçün, halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki (zəmanət verməlidir ki), son 3 ildə texniki auditor üçüncü partiya (qrup, komanda) və ya ikinci partiya kimi fəaliyyət göstərən ixtisaslı auditorların rəhbərliyi altında ən azı 4 təşkilatda ən azı 12 sertifikasiya audit günü (FSMS/məhsul/xidmət kimi) yerinə yetirmişdir.

Qeyd-FSMS audit günlərinə İSO 9001 ilə məşğul olan qida sənayesi və ya digər FSMS auditlərin audit günləri daxildir.

7.2.4.7 Səriştəlilik

7.2.4.7.1 Texniki auditorların səriştəlilikləri hər kateqoriya və sektor üzrə qeyd edilməlidir (bax bənd 5.5 c) İSO 19011:2002) (bax əlavə A). Halal sertifikatlaşdırma orqanı uğurlu qiymətləndirmənin sübutunu təmin etməlidir.

7.2.4.7.2 Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorlar aşağıdakı sahələrdə bilik və bacarıqlarını tətbiq etmək imkanını (qabiliyyətini) nümayiş etsinlər.

a) Audit prinsipləri, üsulları və texnikaları: auditorlara müxtəlif auditlərə məxsus olanları tətbiq etməyə imkanı vermək və ardıcıl və sistemli şəkildə aparılan auditləri təmin etmək. Texniki auditor bacarmalıdır ( bilməlidir);

                    audit prinsiplərini, proseduralarını və texnikalarını tətbiq etməyi,

                    səmərəli işləməyi planlaşdırmağı və təşkil etməyi,

                    razılaşdırılmış müddət ərzində audit aparmaq,

                    əhəmiyyətli məsələlərdə cəmləşmək və birinciləşdirmək,

                    effektiv müsahibə etmək, dinləmək, müşahidə eləmək və sənədləri təhlil etməklə məlumat toplamaq,

                    audit seçmə metodlarından istifadə müvafiqliyini və nəticələrini anlamaq üçün

                    toplanmış məlumatların düzgünlüyünü yoxlamaq üçün,

                    Audit tapıntılarını və Audit nəticələrini dəstəkləmək üçün audit əsaslarının müvafiqliyini və kifayət etdiyini təsdiq etmək,

                    Audit tapıntılarının və yekunlarının (əticələrinin, xülasələrinin) etibarlılığına təsir edə biləcək amilləri qiymətləndirməyi,

                    Audit fəaliyyətlərini qeyd etmək üçün iş sənədlərini istifadə etməyi,

                    Audit hesabatlarını hazırlamağı,

                    Məlumatın gizliliyini ( məxfiliyini )və təhlükəsizliyini qorumağı (saxlamağı), və

                    Effektli ünsiyyət qurmaq ( danışmaq ) , ya şəxsi dil bacarıqları ya da tərcüməçi vasitəsilə.

b) Məhsul/xidmət sertifikasiyası və/yaxud idarəetmə sistemi və digər araşdırma (zəmanət) sənədləri yəni (daha doğrusu) OİC/SMİİC Halal Standart və digər OİC/SMİİC Direktivləri (göstərişləri, əmrləri, ümumi kursları): Auditorlara auditlərin görüş dairələrini başa düşməyə ( dərk etməyə ) və audit meyarını tətbiq etməyə imkan vermək.

c) Təşkilati vəziyyətlər (situasiyalar): texniki auditorlara təşkilatın operativ məzmununu başa düşməyə imkan vermək.

d) Tətbiqə yararlı qaydalar (qanunlar),əsasnamələr (nizamnamələr) və digər qanuni (hüquqi) və halal tələblər (təlabatlar) qayda-qanuna münasib (uyğun): texniki auditor imkan daxilində işləyir və yoxlanılan təşkilatın cavab verdiyi tələblərdən xəbərdar olur.



7.2.4.7.3 Halal sertifikatlaşdırma (sertifikasiya) orqanı təmin etməlidir ki, texniki auditorlar xüsusi sektorlarda və aşağıdakı sahələrdə terminologiya,bilik və bacarıqlarını tətbiq etmək qabiliyyətini nümayiş etsinlər (edirlər):

a) xüsusi sektorun(lar) məhsulları, prosesləri və təcrübələri (bax əlavə A);

b) münasib idarəetmə sistem tələbləri tətbiqə yararlıdırsa (tətbiqi mümkünsə);

c) münasib (müvafiq, uyğun) məhsul/xidmət standartları;

d) münasib (müvafiq, uyğun) halal tələblər (təlabatlar, ehtiyaclar).

7.2.5 Texniki ekspertlər

7.2.5.1 Təhsil

Maddə 7.2.4.2-də olan tələblər tətbiq olunmalıdır.



7.2.5.2 İş təcrübəsi

Halal sertifikasiya orqanı təmin etməlidir ki (zəmanət verməlidir ki, təminat verməlidir ki),texniki ekspertlərin texniki sahələrində ən azı dörd (4) il iş təcrübəsi olsun.



7.2.5.3 Səlahiyyətlər

Halal sertifikasiya orqanı zəmanət verməlidir ki, texniki ekspertlər öz texniki sahələrində ekspertizanı təchiz etmək qabiliyyətini nümayiş etdirsin.



7.2.6 İslami (müsəlman) məsələlər üzrə ekspertlər

7.2.6.1 Təhsil

Halal sertifikasiya orqanı zəmanət verməlidir ki, İslami məsələlər üzrə ekspertlərin ən azı ali təhsilinin (məktəbdən sonrakı təhsilinin) islami qaydalar bölməsində və audit proseslərində (mərhələlərində) biliklərə müvafiq olsun. Bu ekspertlər halal səlahiyyət nüfuzuyla (ixtiyarıyla) tanınmalıdırlar.



7.2.6.2 İş təcrübəsi

Halal sertifikasiya orqanı İslami məsələlər üzrə ekspertlərin halal sertifikasiya sahəsi ilə bağlı islami qaydalarda ən azı dörd (4) il iş təcrübəsinin olduğuna zəmanət verməlidir.



7.2.6.3 Səlahiyyətlər

Halal sertifikasiya orqanı halal sertifikasiya sahəsi ilə bağlı islami qaydalarda ekspertizanı təmin etmək qabiliyyətini nümayiş etdirməyə zəmanət verməlidir.



7.2.7 Audit komandasının seçilməsi

7.2.7.1 Halal sertifikasiya orqanı halal sertifikasiya audit komandasının auditlər tərəfindən tələb olunan xüsusi sektorda səlahiyyətlərinin olduğuna zəmanət verməlidir.

7.2.7.2 Audit komandası ən azı iki (2) heyətdən ibarət olmalıdır. Onlardan biri texniki auditor və digər biri isə İslami məsələlər üzrə ekspert olmalıdır.

7.3 Şəxsi xarici texniki auditorların və xarici texniki ükspertlərin/İslami məsələlər üzrə ekspertlərin istifadəsi

7.4 Kadr ( heyət ) uçotu (hesabı, qeydi)

İSO/İEC 17021:2006 7.3 bəndində verilən bütün tələblər tətbiq olunur.



7.5 Autsoursinq

İSO/İEC 17021:2006 7.5 bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq olunur.



7.5.1 Halal sertifikatlaşdırma orqanı halal sertifikatlaşdırma ilə əlaqədar işi (məsələn, audit, sınaq etmək və ya yoxlamalar) xarici orqana və ya şəxsə tapşırmaq haqqında qərar verdikdə maraqların toqquşması və məxfilik tədbirlərini əhatə edən saziş tərtib etməlidir.

7.5.2 Halal sertifikatlaşdırma orqanı

a) autsorsinq işləri və halal sertifikatlaşdırmanın verilməsi, saxlanılması, genişləndirilməsi, dayandırılması üçün məsuliyyət daşımalı;

b) autsorsinq ilə məşğul olan orqanın səriştəli olduğuna və sınaq, yoxlama və digər texniki tələblərlə əlaqədar rəhbəredici sənədlərin tələblərinə cavab verdiyinə, qərəzsizliyi təmin etmək məqsədilə halal məhsul/xidmət istehsalı və dizaynı ilə əlaqədar işəgötürən tərəfindən digər şəxslərin cəlb olunmadığına əminlik yaratmalı;

c) autsorsinq haqqında ərizəçinin razılığını əldə etməli.

 

8 MƏLUMATA DAİR TƏLƏBLƏR

(MƏLUMAT, İNFORMASİYA TƏLƏBLƏRİ)

İSO/İEC 17021:2006 8 bəndində verilən bütün tələblər tətbiq olunur.

Sertifikatlaşdırma sənədləri hərtərəfli müəyyənləşdirməlidir ki, hansı fəaliyyət və ya məhsul sertifikatlaşdırılıb, bölmələrə (sektorlara) istinadən (bax əlavə A).

8.1 Kütləvi informasiya (məlumat)

İSO/İEC 17021:2006 8.1 bəndində verilən bütün tələblər tətbiq olunur.



8.2 Halal sertifikatlaşdırma sənədləri

İSO/İEC 17021:2006 8.2 bəndində verilən bütün tələblər tətbiq olunur.



8.3 Sertifikatlaşdırılmış müştərilərin məlumat kitabı

İSO/İEC 17021:2006 8.3 bəndində verilən bütün tələbləri tətbiq et.



8.4 Halal sertifikatlaşdırmaya və halal nişanlarının/lisenziyalarının istifadəsinə zəmanət

İSO/İEC 17021:2006 8.4 bəndində verilən bütün tələbləri tətbiq et.



8.4.1 Halal sertifikasiya orqanı lisenziyaların, halal sertifikatların və halal nişanların uyğunluğunu mülkiyyət, işlənmə və təsvir üzərində xüsusi (lazımi) yoxlama (nəzarət) yerinə yetirməlidir.

8.4.2 Halal sertifikasiya orqanı tərəfindən icazə verilmiş halal sertifikatların və halal nişanların tətbiqinə (istifadəsinə) rəhbərlik uyğun olan OİC/SMİİC sənədlərindən əldə oluna bilər.

8.4.3 Reklamlarda, kataloqlarda və.s. tapılmış halal sertifikasiya sitemi ilə bağlı yanlış zəmanətlər və ya lisenziyaların, halal sertifikatların və ya nişanların aldadıcı (etibarsız) tətbiqi münasib hərəkətlə (rəftarla) aparılmalıdır (həll olunmalıdır).

8.4.4 Halal sertifikat sahibləri kimlər ki, yenidən öz sertifikatlarını təzələyə bilmədilər sənədlərin giriş hissəsində, istehsal olunmuş halal məhsullarda/xidmətlərdə və ya ərzaq mağazalarının içində və ya supermarketlərin dəhlizlərində (koridorlarında) halal nişanının istifadəsinə icazə verilməyəcək.

8.4.5 Halal nişanı OİC/SMİİC tərəfindən təsdiq olunmuş (bərqərar olmuş) göstərilən tələblərə uyğun gəlməlidir.

8.4.6 Halal nişanı bütün sertifikatlaşdırılmış halal məhsulların üzərində aydın çap edilməlidir və hər bir qutu/bağlama üzərində etiketlənməlidir.

8.4.7 Şirkətlərə bağlamaya uyğun rəngin çap edilməsinə icazə verilir nə qədər ki nişanın ilkin xüsusiyyətləri dəyişməyib.

8.4.8 Halal nişan/sertifikat yalnız sertifakatlandırılmış restoranların girişinə qoyulmalıdır.

8.4.9 Sertifikat sahibi çərçivələnmiş halal sertifikatı yenidən istehsal ( təzələmək ) etmək hüququna malik deyil dəqiqliyinə mane olmamaq üçün, nə halal sertifikatların əsl nüsxələrini nə də foto nüsxələrini saxtalaşdırmalıdır; sertifikat və/yaxud sınaq məruzələrini başqa dillərə halal sertifikat orqanını nəzarəti və razılığı olmadan tərcümə edə bilməz.

8.5 Məxfilik

İSO/İEC 17021:2006 8.5 bəndində verilən bütün tələbləri tətbiq et.



8.6 Halal sertifikat orqanı və alıcıları arasında informasiya mübadiləsi

İSO/İEC 17021:2006 8.6 bəndində verilən bütün tələbləri tətbiq et.

 


Yüklə 386,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə