1
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № ____
“___” ________2014-cü il
Azərbaycan Respublikasında xarici valyuta ilə əməliyyatların aparılması
Qaydaları
1. Ümumi müddəalar
1.1.
“Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”,
“İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”
Azərbaycan Respublikası Qanunlarına müvafiq olaraq hazırlanmış bu Qaydalar
rezidentlərin və qeyri-rezidentlərin (Azərbaycan Respublikasında fəaliyyət göstərən
banklar və xarici bankların yerli filialları istisna olmaqla) Azərbaycan Respublikasının
bankları, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan
sonra - banklar) vasitəsi ilə aparılan xarici valyuta əməliyyatlarının rejimini
tənzimləyir.
1.2.
Bu Qaydalarla müəyyən olunmuş xarici valyuta əməliyyatları həyata
keçirilərkən rezident və ya qeyri-rezidentin eyniləşdirilməsi, verifikasiyası və bununla
bağlı digər prosedurlar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə icra
edilir.
2
1.3.
Bu Qaydalarla müəyyən olunmuş xarici valyuta əməliyyatları üzrə bank
hesabı vasitəsi ilə və ya bank hesabı açmadan aparılan köçürmələr “Azərbaycan
Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın
tələbləri nəzərə alınmaqla həyata keçirilir.
2. Anlayışlar
2.1.
Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı
mənaları daşıyır:
2.1.1.
bank hesabı – bankın və ya poçt rabitəsinin milli operatorunun balansında
müstərilər üçün açılan cari, ssuda, əmanət və ya digər hesabları;
2.1.2.
idxal olunan xidmətlər - rezidentlər tərəfindən ölkə xaricində, habelə
qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisində göstərilən xidmətlər
və ya görülən işlər.
2.2.
Bu Qaydalarda istifadə olunan “xarici valyuta”, “rezidentlər”, “qeyri-
rezidentlər”, “valyuta əməliyyatları”, “kapital hərəkəti ilə bağlı valyuta əməliyyatları”
anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda,
“poçt rabitəsinin milli operatoru” anlayışı isə “Poçt haqqında” Azərbaycan
Respublikasının Qanununda şərh edildiyi kimi başa düşülür.
3. Nağd şəkildə aparılan valyuta əməliyyatları
3.1.
Rezident və qeyri-rezident fiziki şəxslərin banklardakı xarici valyutada
olan hesablarına vəsaitlər öz tərəfindən və ya digər rezident və qeyri-rezident fiziki
şəxslər tərəfindən
məhdudiyyətsiz olaraq mədaxil edilir.
3.2.
Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs
rezidentlərin və qeyri-rezidentlərin bank hesablarına xarici valyutada nağd vəsaitlər
onların əldə edilməsini təsdiq edən sənədlər banka təqdim olunmaqla mədaxil edilir.
Həmin sənədlərin surəti bankda saxlanılır.
3
3.3.
Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs
rezidentlər və qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına nağd şəkildə
gətirilmiş xarici valyuta vəsaitlərinin, o cümlədən ixrac əməliyyatları müqabilində
alınmış xarici valyuta vəsaitlərinin bank hesabına mədaxil edilməsi valyutanın əldə
olunmasını təsdiq edən sənədlərlə (o cümlədən, ixrac müqaviləsi və malların ixracını
təsdiq edən gömrük sənədləri) yanaşı, həmin vəsaitlərin ölkəyə gətirilməsini
təsdiqləyən gömrük sənədləri banka təqdim edilməklə həyata keçirilir. Vəsaitin
məbləği 50000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq olduqda valyutanın mənbə
ölkəsinin müvafiq bankı, digər kredit və ya maliyyə təşkilatı tərəfindən həmin vəsaitin
nağd şəkildə verilməsini təsdiq edən sənədlər banka təqdim edilir. Həmin sənədlərin
surəti bankda saxlanılır.
3.4.
Bankın məsul şəxsi rezidentlərin və qeyri-rezidentlərin xarici valyuta
vəsaitlərinin Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədləri,
habelə valyutanın mənbə ölkəsinin müvafiq bank, digər kredit və ya maliyyə təşkilatı
tərəfindən həmin vəsaitin nağd şəkildə verilməsini təsdiq edən sənədlərin əslində
həyata keçirilən əməliyyatın məbləğini yazaraq ştampı və imzası ilə təsdiqləyir.
Həmin sənədlərin
surətləri bankda saxlanılır.
3.5.
Rezidentlər və qeyri-rezidentlər banklardakı hesablarından xarici valyuta
vəsaitlərini məhdudiyyət qoyulmadan nağd şəkildə çıxara bilərlər.
4. Bank hesabı açmadan fiziki şə
xslər tərəfindən aparılan xarici valyuta
ə
məliyyatları
4.1.
Rеzidеnt və qeyri-rezident fiziki şəxslərin хеyrinə, o cümlədən fiziki
şəxsin öz xeyrinə apardığı xarici vаlyutаda pul köçürmələri bаnk hеsаbı аçılmаdаn
məhdudiyyətsiz məbləğdə qəbul edilir.
4.2.
Banklara fiziki şəxslərin xeyrinə köçürülmüş xarici vаlyutа vəsаitləri
həmin fiziki şəxsə bаnk hеsаbı аçılmаdаn nağd şəkildə verilir və ya onun tаpşırığı ilə
bаnk hеsаbınа köçürülür.
4
4.3.
Rеzidеnt və qeyri-rezident fiziki şəxslər 10000 (on min) АBŞ dоllаrı
еkvivаlentinədək məbləğdə хаrici vаlyutа vəsаitlərini bank hеsаbı аçmаdаn bir
bankdan bir əməliyyаt günü ərzində xaricə köçürə bilərlər.
5. Bank hesabları vasitə
si ilə aparılan xarici valyuta əməliyyatları
5.1.
Azərbaycan Respublikası daxilində rezidentlər və qeyri-rezidentlərin
bank hesabları vasitəsi ilə xarici valyuta əməliyyatları Azərbaycan Respublikası
Konstitusiyasının 19-cu maddəsinin tələblərinə riayət edilməklə məhdudiyyətsiz
olaraq həyata keçirilir.
5.2.
Rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasından kənara
50000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq valyuta əməliyyatları yalnız bank
hesabları vasitəsi ilə həyata keçirilir.
5.3.
Xarici valyuta əməliyyatları aparıldıqda əməliyyatın təyinatını təsdiq
etmək üçün bu Qaydaların tələblərinə müvafiq olaraq banka təqdim olunan sənədin
əslində və ya notarial qaydada təsdiq edilmiş surətində (üz tərəfində) əməliyyatın
həyata keçirilməsi (əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır,
qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq olunur və həmin sənədlərin
surətləri bankda saxlanılır.
5.4.
Azərbaycan Respublikasından kənara xarici valyutada aşağıdakı növ
əməliyyatlar üzrə köçürmələr aparılır:
5.4.1.
idxal müqaviləsi üzrə Azərbaycan Respublikasına gətirilən malların və ya
ölkəyə idxal olunan xidmətlərin müqabilində rezidentlər və qeyri-rezidentlər
tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən (avans) vəsaitlər üzrə
əməliyyatlar:
5.4.1.1.
ödəniş malların alınması ilə əlaqədar olduqda banka idxal müqaviləsi
və gömrük sənədləri təqdim olunur. Ödəniş xidmətlərin göstərilməsi ilə əlaqədar
olduqda banka idxal gömrük sənədinin əvəzinə xidmətin göstərilməsini təsdiq edən
5
sənəd təqdim olunur. Qabaqcadan ödəniş aparıldıqda müqavilə və hesab-faktura banka
təqdim edilir. Bu zaman müqavilədə nəzərdə tutulmuş müddət ərzində malların ölkəyə
idxalını təsdiq edən gömrük sənədi və ya xidmətlərin göstərilməsini təsdiq edən
sənədlər banka təqdim olunmalıdır;
5.4.1.2.
idxal müqaviləsində malın üçüncü hüquqi şəxs və ya sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün gətirilməsi və bu malların dəyərinin malı
alan təşkilat və/və ya üçüncü şəxsin xeyrinə müqaviləni bağlayan şəxs tərəfindən
ödənilməsi nəzərdə tutulduqda belə ödənişlər müvafiq müqavilə və malların ölkəyə
idxalını təsdiq edən gömrük sənədləri banka təqdim edilməklə icra olunur. Qeyd
olunmuş sənədlərə əsasən eyni məqsədli əməliyyatların həyata keçirilməsi zamanı
üçüncü hüquqi şəxs tərəfindən qabaqcadan ödənişin həyata keçirilməsi nəzərdə
tutulduqda bu Qaydaların 5.4.1.1-ci yarımbəndində göstərilmiş qabaqcadan ödəniş
rejimi tətbiq olunur;
5.4.2.
təkrar ixrac və vasitəçilik üzrə rezidentlərin və qeyri-rezidentlərin
köçürmələri. Belə köçürmələr malı alan və ya xidmətlər göstərilən ölkədən vəsaitlər
daxil olunanadək icra edildikdə bu Qaydaların 5.4.1-ci yarımbəndində nəzərdə
tutulmuş qabaqcadan ödəniş rejimi tətbiq olunur;
5.4.3.
icra olunmamış ixrac müqavilələri üzrə rezidentlər və qeyri-rezidentlər
tərəfindən geri qaytarılan vəsaitlərin köçürülməsi. Belə köçürmələr həmin ixrac
müqaviləsi üzrə əvvəllər vəsaitlərin daxil olmasını təsdiq edən bank sənədləri təqdim
olunmaqla həyata keçirilir;
5.4.4.
rezident və qeyri-rezident hüquqi şəxslərin xaricdə yerləşən filial və
nümayəndəliklərinə, həmçinin törəmə və tabeliyində olan qurumlarına köçürmələr.
Belə köçürmələr əməliyyatın təyinatını və məbləğini təsdiq edən sənədlər əsasında
aparılır;
5.4.5.
xarici kredit və ya maliyyə təşkilatlarından cəlb edilmiş kreditlərin və
kreditlər üzrə ödənilən faizlərin, habelə xaricdən cəlb olunmuş digər borc öhdəlikləri
6
və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmələr. Belə ödənişlər
rezidentlər və qeyri-rezidentlər tərəfindən müvafiq kreditin (borcun) alınmasını təsdiq
edən sənədlər (o cümlədən, kredit müqaviləsinin surəti) banka təqdim edilməklə
həyata keçirilir;
5.4.6.
rezidentlərin və qeyri-rezidentlərin məhkəmə, arbitraj, notarial və digər
inzibati orqanların xərcləri, habelə təqaüd, pensiya, məhkəmə orqanlarının qərarları
əsasında alimentlərin və digər oxşar ödənişlərin aparılması ilə bağlı köçürmələr. Bu
halda müvafiq inzibati orqanın tapşırığı və ya məhkəmə orqanının qərarı və ya
ödənişin əsasını təsdiq edən digər sənədlər banka təqdim edilir;
5.4.7.
Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə rezidentlər və
qeyri-rezidentlər tərəfindən aparılan köçürmələr. Belə köçürmələr əməliyyatın
məqsədini və məbləğini təsdiqləyən sənədlər banka təqdim edilməklə istənilən ölkəyə
aşağıdakı məqsəd və şərtlər daxilində aparılır:
5.4.7.1.
digər hüquqi şəxslərin kapitalına qoyulan investisiyalar üzrə
köçürmələr;
5.4.7.2.
qiymətli kağızların əldə edilməsi məqsədi ilə köçürmələr;
5.4.7.3.
xarici ölkələrin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının
hesablarına köçürmələr;
5.4.7.4.
torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də
daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququ, habelə daşınmaz
əmlak üzərində başqa hüquqlarla bağlı ödənişlər üzrə köçürmələr;
5.4.7.5.
hüquqi şəxs tərəfindən onun xarici bankdakı hesabına əmanət və digər
depozitlərin yerləşdirilməsi məqsədi ilə aparılan köçürmələr;
5.4.8.
aşağıdakı digər məqsədlərlə rezidentlər və qeyri-rezidentlər tərəfindən
aparılan köçürmələr (bu halda ödənişin məqsədini və məbləğini təsdiqləyən yazılı və
ya elektron bildiriş formasında olan sənəd və məlumatlar banka təqdim edilir):
7
5.4.8.1.
beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə və digər beynəlxalq
tədbirlərdə iştirak haqları;
5.4.8.2.
xarici ölkələrin dövri nəşrlərinə yazılış və ya elanların yerləşdirilməsi
haqları;
5.4.8.3.
rezidentlər və qeyri-rezidentlər tərəfindən özlərinin və ya digər fiziki
şəxsin(şəxslərin) təhsil və müalicə haqlarının ödənilməsi və ya bu məqsədlərlə
göstərilmiş maddi yardım üzrə köçürmələr;
5.4.8.4.
müəlliflik hüquqlarından istifadə haqlarının və françayzinqin
ödənilməsi üçün köçürmələr;
5.4.9.
şəxsi məqsədlər üçün köçürmələr:
5.4.9.1.
hər bir rezident və qeyri-rezident fiziki şəxs şəxsiyyətini təsdiq edən
sənədi təqdim etməklə banklardakı hesabları vasitəsi ilə öz adına olan xarici bankdakı
hesabına valyuta vəsaitlərini məhdudiyyətsiz məbləğdə köçürür;
5.4.9.2.
hər bir rezident fiziki şəxs banklardakı hesabları vasitəsi ilə xarici
ölkələrdə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarına (yaxın qohum kimi ata,
ana, o cümlədən övladlığa götürənlər, baba, nənə, ər, arvad, oğul, qız, qardaş, bacı və
övladlığa götürülənlər nəzərdə tutulur) istənilən məbləğdə xarici valyutanı
qohumluğunu təsdiq edən sənədləri (Azərbaycan Respublikasının vətəndaşının
şəxsiyyət vəsiqəsi, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd, doğum
haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə, müvafiq məhkəmə qərarı)
təqdim etməklə sərbəst şəkildə köcürür;
5.4.9.3.
hər bir rezident və qeyri-rezident fiziki şəxs əvvəllər Azərbaycan
Respublikasına nağd şəkildə gətirilmiş və ya köçürülmüş valyuta sərvətlərini müvafiq
mədaxil sənədlərini (gömrük bəyannaməsi (nağd vəsaitlər üçün) və ya bu Qaydalara
Əlavə 1-də verilmiş formatda xüsusi bank çıxarışını (xaricdən bank hesabına
köçürülmüş valyuta sərvətləri üzrə) banka təqdim etməklə məhdudiyyətsiz olaraq
köçürür;
8
5.4.9.4.
bu Qaydaların 5.4.9.1-5.4.9.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
hallar istisna olmaqla bütün digər hallarda rezident və qeyri-rezident fiziki şəxs
banklardakı hesabları vasitəsi ilə bir bankdan bir əməliyyat günü ərzində 10000 (on
min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyuta vəsaitini sərbəst şəkildə
ölkədən xaricə köçürür;
5.4.10.
rezidentlər tərəfindən qeyri-rezidentlərə dividendlərin ödənilməsi ilə
bağlı köçürmələr. Belə köçürmələr aparıldıqda təsis sənədləri və dividendlərin
ödənilməsi şərtləri və məbləğlərini əks etdirən müvafiq təsdiqedici sənədlər banka
təqdim olunur;
5.4.11.
Azərbaycan
Respublikasının
iqtisadiyyatına
qoyulmuş
xarici
investisiyaların repatriasiyası məqsədi ilə qeyri-rezidentlər tərəfindən aparılan
köçürmələr. Belə köçürmələr xarici investisiyaları təsdiq edən sənədlər banka təqdim
edilməklə (vəsaitlər nağd şəkildə Azərbaycan Respublikasına gətirildikdə onların
gətirilməsini təsdiq edən gömrük sənədləri və ya vəsaitlərin Azərbaycan
Respublikasına köçürülməsini təsdiq edən bank hesabından çıxarış və həmin
vəsaitlərin investisiya olunması barədə təsdiqedici sənəd) məhdudiyyətsiz olaraq
aparılır;
5.4.12.
qeyri-rezidentlərin
Azərbaycan
Respublikasının
iqtisadiyyatına
qoyulmuş investisiya müqabilində əldə etdikləri gəlirlər və digər məbləğlər, o
cümlədən kompensasiyalar və zərərin ödənilməsi məbləğləri ilə bağlı köçürmələr.
Belə köçürmələr müvafiq vergilərin və rüsumların ödənilməsini təsdiq edən vergi
orqanlarının və ya vergi agentlərinin arayışı, yaxud vergilərin ödənilməsindən azad
olunma barədə müvafiq təsdiqedici sənəd banka təqdim edilməklə həyata keçirilir;
5.4.13.
qeyri-rezident fiziki şəxslərin Azərbaycan Respublikasında əldə
etdikləri əmək haqqı, dividend və digər gəlirlər ilə bağlı köçürmələr. Belə köçürmələr
vergilərin tutulmasını təsdiq edən sənəd banka təqdim edilməklə icra edilir.
9
5.5.
Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və
milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 5.3.1-ci
yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə
əməliyyatları idxal müqavilələri, gömrük sənədləri və ödənişlərin, o cümlədən
qabaqcadan (avans) ödənişlərin aparılmasını təsdiq edən hər hansı digər sənəd tələb
olunmadan icra edilir. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi
tapşırığını təsdiq edən sənədin surəti bankda saxlanılır.
6. Valyuta mübadiləsi əməliyyatları
Rezidentlər və qeyri-rezidentlər bank hesablarındakı vəsaitlərini banklar vasitəsi
ilə, nağd xarici valyuta vəsaitlərini isə banklarda hesab açmadan onların filial və
şöbələri, o cümlədən valyuta mübadilə şöbələri vasitəsi ilə məhdudiyyətsiz olaraq
mübadilə edə bilərlər.
10
“Azərbaycan Respublikasında xarici valyuta
ilə əməliyyatların aparılması Qaydaları”na
Əlavə 1
1
Xaricdən bank hesabına köçürülmüş valyuta sərvətləri üzrə xüsusi çıxarış
Xüsusi çıxarışın müştəriyə verilmə tarixi ________________________
Kimə
(ad, soyad)
Hesab nömrəsi
Köçürülmüş
məbləğ
Köçürmənin
tarixi
Köçürmənin
mənbə ölkəsi
Mənbə
ölkəsindəki
bank
Mənbə ölkəsindəki
bank hesabı
1
Bu sənəd bank tərəfindən iki nüsxədə tərtib edilir. Sənədin bir nüsxəsi müştəriyə bir dəfə verilir, ikinci nüsxəsi isə bankda saxlanılır.
Dostları ilə paylaş: |