Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 386,49 Kb.
səhifə2/4
tarix23.01.2018
ölçüsü386,49 Kb.
#21934
1   2   3   4

5.3 Ət və ət məhsulları

a) Maddə 5.1.1.1-də göstərilən halal heyvanların cəmdəklərindən və maddə 5.2.6.1 və maddə 5.2.6.2-yə uyğun olaraq hazırlanmış ətlər Maddə 13-dəki qanuni qaydalara uyğun olmalıdır.

b) Ət və ət məhsullarında qoruyucu kimi istifadə edilən qida əlavələri tərkibində halal olmayan komponentlər ehtiva etməməli və ya İslam qaydalarından kənar həyata keçirilən, əməliyyata köməkçi maddələr də daxil olmaqla, hər hansı bir əməliyyatdan keçmiş olmamalıdır.

5.4 Süd və süd məhsulları

a) Maddə 5.1.1.1-də göstərilən heyvanlardan əldə edilən süd və süd məhsulları halaldır.

b) Qursaq mayası və jel atin kimi qida əlavələri halal olmayan məhsullardan emal edilməməlidir.

5.5 Yumurta və yumurta məhsulları

a) Maddə 5.1.1.1 və maddə 5.1.2-də göstərilən halal heyvanlardan əldə edilmiş yumurta və yumurta məhsulları halaldır.

b) Yumurta məhsulları halal olmayan tərkibə malik olmamalıdır .

c) Balıq kimi kəsilməsinə ehtiyac olmayan heyvanlardan əldə edilən kürülər istehlak üçün təhlükəsiz olduğu halda halaldır.



5.6 Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar, meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar

Bütün qidalar, halal əməliyyatlardan istifadə edilərək halal mənşəli maddələrdən emal edilməlidir.



5.7 İçki

a) Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki halaldır.

b) Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır.

c) İçkilərdə boyayıcı və qoruyucu kimi istifadə edilən qida əlavəli maddələri qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir .



5.8 Bal və arıçılıq məhsulları

a) Arıların bitkilərdən yığaraq ifraz etdikləri və insan sağlamlığına zərərli olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. b) Balın içindən çıxan bal arısının hissələri və qarşısı alınmayan digər parçalar halal olaraq xarakterizə edilir.



5.9 Qida gücləndiriciləri

Qida gücləndiriciləri bitki və heyvanlar kimi halal qaynaqlardan emal edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir.



5.10 Geni modifikasiya olunmuş qidalar (GMQ)

Halal yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağandır.



5.11 Qida əlavələri

Qida qatqı maddələri də qida olaraq qəbul edilir. Halal olmayan tərkiblə hazırlanmış qida əlavələri halal sayılmır.



5.12 Fermentlər

Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən fermentlər halal qaynaqlardan əldə edilməli və etiket məlumatlarında qeyd edilməlidir.



5.13 Mikroorqanizmlər

İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen və toksiki) olanlardan başqa bakteriya, göbələk, maya kimi mikroorqanizmlər halaldır. Qida və ya qida emalında istifadə edilən mikroorqanizmlər halal mühitdə istifadə olunaraq istehsal edilməlidir. Mayanın çıxarışı və ya bunlardan əldə edilən digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir.



5.14 Qablaşdırma vasitələri

a) Qablaşdırma vasitələri halal olmayan hər hansı bir maddədən hazırlanmamalıdır.

b) Qablaşdırma vasitələri halal olmayan vəsaitlərə toxunmayan avadanlıqdan istifadə edilərək hazırlanmalı, işl ənməli və ya emal edilməlidir.

c) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı yuxarıda göstərilən a) və ya b) bəndindəki şərtləri təmin etməyən qablaşdırma vasitələri digər qidalardan və ya halal olmayan digər vasitələrdən fiziki olaraq ayrılmalıdır.

d) Qablaşdırma vasitələri insan sağlamlığına zərərli olaraq qiymətləndirilən maddələri özündə birləşdirməməlidir.

5.15 Digər məhsullar

Yuxarıda maddə 5.3 - 5.14-ə daxil olmayan məmulatlar halal olmayan maddələrdən emal edilməməli, spirt və spirt məhsulları ilə işlənməməlidir (tərkibinə daxil olmamalı və onla rla təmasda olmamalıdır).



5.16 Qida xidməti göstərən bütün təşkilatlar

Bütün qida xidməti və müəssisələri aşağıdakı qaydaları təmin edərlərsə , halaldır:

a) Yalnız Maddə 5-dəki məmulat, məmulat qrupları və vəsaitlərlə əlaqəli qaydaları təmin edirsə;

b) Məhsulların xidmət və satışı zamanı və yalnız halal qida üçün istifadə edilən tamamilə ayrı vasitə və vəsaitlər;

d) Qidaların heç bir şəkildə spirtli içki ilə paylanmasına icazə verilmirsə;

c) Əgər bir müəssisədə halal olmayan məhsul istehsal edilirsə və halal istehsala keçmək planlaşdırılırsa, halal istehsala başlamadan İslam qaydalarına (Əlavə B) görə təmizlik əməliyyatları aparılmalıdır. İstehsalın əvvəl halal olmayan sonra yenidən halal istehsala çevrilməsinə icazə verilməməlidir.

 

6 QİDA EMALI

Bütün emal edilmiş qidalar aşağıdakı qaydaları təmin etdiyi halda halal sayılır:

a) İslam qaydalarına görə məmulatlar və ya onların komponentləri halal olmayan ünsür əks etdirmirsə;

b) Məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı bir miqdarda hər hansı bir maddə özündə birləşdirmirsə;

c) Məmulat və komponentləri təhlükəsizdirsə;

d) Halal olmayan vəsaitlərə dəyməmiş avadanlıq və vasitələrlə hazırlanmış, işlənmiş və ya emal edilmişsə.

e) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı İslam qaydalarına görə halal olmayan və ya yuxarıda a), b), c) və d) bəndindəki şərtləri təmin etməyən qidalar digər vəsaitlərdən fi ziki olaraq ayrılmalıdır.

 

7 AVADANLIQLAR, VASİTƏLƏR VƏ İSTEHSAL



XƏTLƏRİ

a) Halal qida əməliyyatında istifadə edilən avadanlıqlar, vasitələr və istehsal xəttləri İslam qaydalarına görə halal olaraq qəbul edilməyən vəsaitlərdən hazırlanmamalı və ya bunları özündə birləşdirməməli və yalnız halal qidalar üçün istifadə edilməlidir.

b) Halal olmayan məmulat çirklənmiş bir istehsalat xəttinin halal istehsal xəttinə çevrilməsi halında, gigiyena və sanitariya qaydalarına görə yuyulmalı və təmizlənməlidir. Dəyişdikdən sonra istehsal xətti yalnız halal qida üçün işlədilməlidir. İstehsal xəttinin əvvəl halal olmayan istehsala, sonra yenidən halal istehsal xəttinə qaytarılmasına icazə verilməməlidir.

c) Qida ilə təmasda olan avadanlıq ların və cihazların baxışı zamanı istifadə edilən yağlar qidada istifadəyə yararlı yağlar olmalı və halal olmayan component ehtiva etməməlidir.

d) məmulatın keyfiyyətinə və ya yararlığına təsir edən əməliyyatlarda istifadə edilən ölçmə və təcrübə cihazları kalibrlənməlidir.

8 SAXLANMA, NÜMAYİŞ, PAYLANMA VƏ DAŞINMA

a) Yığılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanan məhsul və bütün halal qidaların saxlanmasında, daşınmasında halal olaraq təsnifləşdirilməli və arkalanmalı, hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasının qarşısı alınması üçün ayrı saxlanmalıdır.

b) Daşınma qidanın xüsusiyyətinə uyğun olmalıdır. Nəqliyyat vasitələri gigiyena və sanitariya qaydaların a cavab verməlidir.

 

9 GİGİYENA SANİTARİYA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ

a) Halal qida hazırlığının əsas şərtlərindən biri gigiyena sanitariya və qida təhlükəsizliyidir.

b) Halal qidaların hazırlanması, istehsal prosesi, qablaşdırılması, daşınması və saxlanılması Codex CAC / RCP 1-ə və digər müvafiq kodeks və beynəlxalq standartlardakı gigiyena və sanitariya qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.

c) Gigiyena və sanitariya üçün istifadə edilən kimyəvi maddələr və vasitələr halal qida sektorunda istifadəyə uyğun olmalıdır.

d) Qida təhlükəsizliyilə əlaqədar bütün tədbirlər halal qida sektoruna uyğun olmalıdır.



10 YOXLAMA VƏ TƏSDİQLƏMƏ

10.1 Metodların yoxlanması və təsdiqlənməsi

Halal olmayan mənbələrin və tərkibin qiymətləndirilməsi məqsədilə aparılan müayinə və təcrübələr milli və beynəlxalq səviyyədə tanınan yoxlama və təsdiqləmə müayinə və təcrübə metodlarına uyğun olaraq həyata keçirilməlidir.



10.2 Proseslərin yoxlanması və məmulatın təsdiqi

a) Halal qidanın istehsal prosesləri müvafiq beynəlxalq standartlarda göstərildiyi kimi yoxlanmalı və halal qida məmulatları Maddə 10.1-də təyin olunan metodlara görə təsdiqlənməlidir.

b) Qablaşdırılma maddə 12.1.2-də göstərilən markalanma şərtlərinə uyğun olmalıdır.

11 EYNİLƏŞDİRMƏ VƏ İZLƏNMƏ

a) İstehsalın bütün mərhələlərində müvafiq yerlərdə halal qida uyğun vasitələrlə eyniləşdirilməlidir. Halal qidanın statusu monitorinq və ölçmə qaydalarına görə təyin olunmalıdır.

b) İzlənmə lazım olduğu hallarda, məhsula nəzarət edilməli və ona xas xüsusiyyəti qeydə alınmalıdır.

c) Halal qida üçün izlənmə sisteminin işlənib hazırlanmasına və həyata keçirilməsinə dair əsas tələblər və prinsiplər ISO 22000, ISO 22005 və ya Codex CAC / RCP 1-də təyin edilib. Qida zəncirinin hər hansı bir mərhələsində işləyən təşkilatlarda tətbiq oluna bilər .

 

12 BAZARA ÇIXARILMA

a) Saxlanılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanılan məhsullar və bütün halal qidalar halal olaraq təsnifləşdirilməli və markalanmalıdır.

b) Hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasına maneə törətmək üçün ayrı saxlanılmalıdır.

12.1 Qablaşdırılma və markalanma

12.1.1 Qablaşdırılma

a) Halal qidalar maddə 5.14-dəki şərtləri təmin edən qablaşdırma vəsaitlərilə lazımi şəkildə qablaşdırılmalıdır.

b) Qablaşdırılma əməliyyatı təmiz və gigiyenik bir şəkildə, məmulatın təhlüksizliyin və keyfiyyətini qoruyacaq sağlam bir mühit və münasib temperaturda aparılmalıdır.

c) Cəmdəklər, ətin keyfiyyət və təhlükəsiziliyinə hər hansı bir mənfi təsiri olmayacaq təmiz, yeni, möhkəm və qoxusuz qablar da münasib bir şəkildə qablaşdırılmalıdır.



12.1.2 Markalanma

12.1.2.1 ISO 22000 və ya Codex CAC / RCP 1 və CODEX STAN 1-də verilən qaydalara əlavə olaraq aşağıda verilən məlumatlar oxunula bilən və silinməyən şəkildə işarələnməli və ya qaba bu məhsulları özündə birləşdirən bir etiket vurulmalıdır:

a) Məhsulun adı;

b) Tərkibi;

c) Son istehlak tarixi;

d) Netto kütləsi (kq, q) (Сİ sistemi);

e) Firmanın adı və ya ünvanı, idxal və / və ya paylayıcı və ticarət markası;

f) Tədqiqat üçün istehsal və partiya nömrəsini ifadə edən kod nömrəsi;

g) Ölkə;

h) Tələb olunan hallarda istifadə təlimatı;

i) Məhsul qursaq mayası və jelatin kimi heyvan mənşəli yağ, ət əvəzləyiciləri və tərkiblərini özündə birləşdirirsə, heyvan mənşəli bu tərkiblər məhsulun üzərindəki etiket məlumatlarında göstərilməlidir ;

j) Məhsulda GMO varsa, bu hal açıq şəkildə göstərilməlidir;

k) Halal işarəsi varsa, sənədin və sertifikatın nömrəsi məhsulun üzərində göstərilməlidir;

l) Məhsulun vəziyyəti (qurudulmuş, təzə, dondurulmuş, hislənmiş və s.);

m) Hər cür pulcuqlu balıq, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıq kürüsü və ondan hazırlanan məhsullar və onların əlavə məhsulları "pulcuqlu balıq" kimi münasib bir şəkildə markalanmalıdır. Digər bütün su heyvanları və onlardan hazırlanan məhsullar "pulcuqsuz balıq və digərləri" kimi münasib bir şəkildə markalanmalıdır.

12.1.2.2 İlkin xammal üçün ISO 22000 və Codex CAC / RCP1- də göstərilən qaydalara əlavə olaraq etiket və ya işarələmə aşağıdakı məlumatları əks etdirməlidir.

a) Kəsim tarixi;

b) İstehsal tarixi;

c) Cəmdə yin üzərində müvafiq məlumatları daşıyan baytarlıq sağlamlıq hesabatı / sertifikat nömrəsi;

d) Möhür dəyişdirilə bilinməməli və möhürdə istifadə edilən mürəkkəb silinməyən və qidadan istifadəyə yararlı olmalıdır;

e) Xüsusi kəsilmiş hər cəmdəyin (soyudulmuş və ya dondurulmuş) son paketi səlahiyyətli təşkilatın rəsmi möhürü və səlahiyyətli bir adam tərəfindən kəsimin nüfuzlu orqan tərəfindən nəzarət edildiyini ifadə edən şəkildə möhürlənməlidir;

f) Halal işarəsi istifadə edildikdə sənədin və sertifikatın nömrəsi məmulatın üzərində göstərilməlidir.

 

13 QANUNİ QAYDALAR

Məmulat bu standartda verilən qaydalardan başqa ölkədə hal-hazırda qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olmalıdır.

 

Əlavə A

(məcburi)

 

Şəkil 1 – Elektriklə sərsəmlətmək üçün rəhbəredici parametrlər



Heyvan növü

Cərəyan

(Amper)

Müddət (Saniyə)

Toyuq

0,25-0,50

3,00-5,00

Quzu

0,50-0,90

2,00-3,00

Keçi

0,70-1,00

2,00-3,00

Qoyun

0,70-1,20

2,00-3,00

Dana

0,50-1,50

3,00

Cöngə

1,50-2,50

2,00-3,00

İnək

2,00-3,00

2,50-3,50

Buğa

2,50-3,50

3,00-4,00

Kəl

2,50-3,50

3,00-4,00

Dəvəquşu

0,75

10,00

Qeyd: Elektrik cərəyanı və müddəti heyvanın növü, kütləsi və digər dəyişən faktorlar nəzərə alınmaqla müəssisə tərəfindən təsdiqlənməli və təyin olunmalıdır.

Əlavə B

(Məcburi)

 

İslam qaydalarına görə təmizlik üsulu



B1. Ümumi qaydalar

İstənilən halda nəcis görünən və ya görünməz olsa da təmizlənməlidir. Nəcisi təmizləmək üçün:

a) Biri torpaqla qarışıq su olmaqla yeddi dəfə yuyulmalıdır;

b) Bir neçə dəfə yumaq lazım olsa belə, ilk yuyulmadan sonra nəcis qalmamalıdır.

İlkin təmizlikdən sonra su qalmamalı və sonrakı yuyulma ikinci yuma olaraq qəbul edilməlidir;

c) İstifadə edilən torpağın miqdarı yalnız bir suspenziya əmələ gətirməyə çatacaq qədər olmalıdır;

d) Üzərində torpaq olan məhsulların istifadəsinə icazə verilir.

B2. Torpaq ilə əlaqəli şərtlər

a) Nəcisdən kənar olmalı,

b) Müstəməl (təyəmmüm üçün istifadə edilmiş) torpaq olmamalıdır. Şiddətli yağışın altında qalıbsa, istifadə edilə bilər.

B3. Su ilə əlaqəli şərtlər

a) Təbii olmalı,

b) İstifadə edilmiş1 olmamalı, c) Nəcisdən kənar olmalıdır.

 

 



1 İstifadə edilmiş su iki qullahtan (təxmini 192 L) daha az təmizlik üçün istifadə edilmiş sudu

 


Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “09” iyun 2015-ci il tarixli “150111500003” nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ

DÖVLƏT STANDARTI

 

 



_____________________________________________________________________________

 

Halal sertifikatlaşdırmanı həyata



keçirən orqanlar üçün rəhbəredici sənəd

 

AZS 731-2-2015



(OIC/SMIIC 2:2011)

 

_____________________________________________________________________________

 


 

MÜQƏDDİMƏ

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.

2. Bu standart OIC/SMIIC 2:2011 “Guidelines for bodies providing halal certification” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.

3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

 


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

 

___________________________________________________________________________



Halal sertifikatlaşdırmanı

həyata keçirən orqanlar üçün

rəhbəredici sənəd

                                                                                                AZS 731-2-2015

                                                                                      (OIC/SMIIC 2:2011)

 

Guidelines for bodies



providing halal certification

 

___________________________________________________________________________

 


 

1 TƏTBİQ SAHƏSİ

1.1              Bu rəhbəredici sənəd halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələbləri müəyyən edir.

1.2              Aşağıda göstərilənlərdən biri və ya daha çoxu halal sertifikatlaşdırma sisitemidə halal sertifikatlaşdırma orqanı tərəfindən istifadə edilə bilər hansı ki, İSO/İEC-in 53-cü rəhbəredici sənədində təsvir edildiyi kimi istehsala nəzarət və ya qiymətləndirmə və təchizatçının idarəetmə sisteminə nəzarət ərzaq təhlükəsizliyinə nəzarət sistemi kimi (FSMS) və/və ya hər ikisi birlikdə ola bilər:

a)                 Sınaq növü və ya yoxlama;

b)                 Bazardan və ya tədarükçünün anbarından və ya hər ikisinin birləşməsindən götürülən nümunələrin müayinəsi və ya sınağı;

c)                  Yeni olub və ya artıq istifadə olunan hər məsulun və ya xüsusi məhsulun müayinəsi və ya sınağı;

d)                Partiyalarla sınaq və ya yoxlama; və

e)                 Layihənin qiymətləndirilməsi.

Bu rəhbəredici göstərişlər səlahiyyətli, ardıcıl və qərəzsiz audit üçün prinsipləri və tələbləri özündə ehtiva edir və halal məhsul/xidmət və/və ya idarəetmə sistemlərinin sertifikatlaşdırılması üçün orqanları bu fəaliyyətlərlə təmin edir.

Halal məhsul/xidmət və/və ya idarəetmə sistemlərinin sertifikatlaşdırılması (bu rəhbəredici göstərişlərdə “halal sertifikatlaşdırma” kimi adlanır) üçüncü uyğunluq qiymətləndirilməsi fəaliyyətidir. Buna görə də bu fəaliyyəti həyata keçirən orqanlar üçüncü uyğunluq qiymətləndirilməsi orqanlarıdır (bu rəhbəredici göstərişlərdə “halal sertifikatlaşdırma orqanı/orqanları” kimi adlanır).



Qeyd 1 – Halal sertifikatlaşdırma orqanı qeyri dövlət və ya dövlət təşkilatı ola bilər.

Qeyd 2 – OİC/SMİİC Rəhbəredici göstərişlərdə akkreditasiya və ya ekspert qiymətləndirilməsi və ya digər audit prosesləri üçün meyarlar sənədi kimi istifadə edilə bilər.

 

2 NORMATİV İSTİNADLAR

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

                    OIC/SMIIC 1: 2011, Halal qidada ümumi rəhbəredici göstərişlər,

                    İSO/İEC-in 23-cü rəhbəredici sənədi, üçüncü sertifikatlaşdırma sistemləri üçün standartlar ilə uyğunluğun göstərilməsinin metodları,

                    ISO/IEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər”,

                     ISO/IEC 17020 İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar"

                    İSO/İEC-in 53-cü rəhbəredici sənədi, Uyğunluq qiymətləndiriilməsi – Rəhbəredici göstəriş məhsul sertifikatlaşdırılmasında təşkilatın keyfiyyətin idarəetmə sistemində istifadə edilir,

                    ISO/IEC 17021-2014, Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara tələblər”

                    ISO 9000-2012, Keyfiyyəti idarəetmə sistemləri - əsas müddəalar və lüğət,

                    ISO 19011-2014 İdarəetmə sistemlərinin auditi üzrə rəhbəredici sənəd,

                    ISO 22000-2014, Qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemləri-ərzaq istehsalı zəncirində iştirak edən təşkilatlara olan tələblər,

                    ISO/IEC 17000-2012, Uyğunluğun qiymətləndirilməsi – Lüğət və ümumi prinsiplər,

                    İSO/İEC-in 65-ci rəhbəredici sənədi, məhsul sertifikatlaşdırma sistemləri təmin edən təşkilatlar üçün ümumi tələblər,

                    ISO/TS 22003, Ərzaq təhlükəsizliyi idarəetmə sistemləri – auditi təmin edən orqanlar və ərzaq təhlükəsizlik idarəetmə sistemlərində sertifikatlaşdırma üçün tələblər.

 

3 TERMİN VƏ TƏRİFLƏR

Bu sənədin məqsədləri üçün, termin və təriflər ISO 9000:2005, ISO/IEC 17000, ISO/IEC 17021, ISO 22000, ISO/TS 22003-də və aşağıdakı istinadlarda verilib.

Qeyd – Bu OİC/SMİİC-in rəhbəedici göstərişlərində “məhsul” və “xidmət” terminləri ayrı-ayrı işlədilir hansı ki, İSO/İEC 17000-də məhsulun verilən tərifinə uyğun deyildir.

3.1              Halal sertifikatlaşdırma

Halal sertifikatlaşdırma orqanları tərəfindən halal məhsullar/xidmətləri təsdiqləmək üçün həyata keçirilən fəaliyyətdir.



3.2              Halal səlahiyyətli orqan

OİC/SMİİC-ə üzv ölkələr tərəfindən İslam dəyərləri əsasında hazırlanan standartlarda halal məsələləri ilə bağlı nəzarəti həyata keçirən müəssisə.



3.3              Müqavilə

Müraciət edən tərəf və halal sertifikatlaşma orqanı arasında imzalanan razılaşma, halal məhsul/xidmətə verilən loqonu istifadə etmək hüququ üçün qaydaları tənzimləyir.



3.4              Texniki auditor

Halal sertifikatlaşdırma orqanı tərəfindən rəsmi təyin edilmiş xüsusi emal texnologiyası və ya sahəsində halal prosedurlar və tələblərin auditin həyat keçirən texniki səriştəli şəxs.



3.5              Texniki ekspert

Halal sertifikatlaşdırma orqanı tərəfindən rəsmi təyin edilmiş xüsusi emal texnologiyası və ya sahəsində texniki səriştəli şəxs.



3.6              İslam məsələləri üzrə ekspert

Halal və halal olmayan mövzularda İslam qaydaları haqqında dərin və əhatəli biliklərə sahib olan və əlaqədar təşkilat (halal səlahiyyətli orqan) tərəfindən səlahiyyətli və halal sertifikatlaşdırma orqanı tərəfindən təyin edilmiş müsəlman.



Yüklə 386,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə