Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə111/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   107   108   109   110   111   112   113   114   ...   117

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2002-ci 6 fevral tarixli 23 nömrəli qərarı ilə 
təsdiq edilmişdir 
Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin 
verilməsi Q A Y D A L A R I  
Əlavə və dəyişikliklər: 
1. 14 noyabr 2005-ci il, № 208 
1.
 
Bu  Qaydalar  diplomatik  xidmət  əməkdaşlarına  tutduqları  vəzifə  və 
ixtisasları  nəzərə  alınmaqla  verilən  diplomatik  rütbəyə  görə  vəzifə  maaşına 
əlavələrin verilməsi qaydalarını müəyyən edir. 
2.
 
Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyində  çalışan  diplomatik 
xidmət  əməkdaşların  diplomatik  rütbəyə  görə  vəzifə  maaşına  əlavələr  aşağıdakı 
məbləğdə verilir. 
Fövqəladə və Səlahiyyətli Səfir - vəzifə maaşına 60 faizi birinci dərəcəli 
Fövqəladə və Səlahiyyətli Elçi - vəzifə maaşının 57 faizi 
ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi - vəzifə maaşının 55 faizi 
birinci dərəcəli müşavir - vəzifə maaşının 50 faizi ikinci 
dərəcəli müşavir - vəzifə maaşının 45 faizi birinci dərəcəli 
birinci katib - vəzifə maaşının 40 faizi birinci dərəcəli ikinci 
katib - vəzifə maaşının 30 faizi ikinci dərəcəli ikinci katib - 
vəzifə maaşının 25 faizi üçüncü katib - vəzifə maaşının 22 
faizi attaşe - vəzifə maaşının 20 faizi 
3.
 
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik 
nümayəndəliklərində  və  konsulluqlarında  (1)  çalışan  diplomatik  xidmət 
əməkdaşlarının  diplomatik  rütbəyə  görə  vəzifə  maaşına  əlavələr  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  müvafiq  qərarı  ilə  əmək  haqqın  müəyyən 
edilərkən onun tərkibində nəzərə alınır. 
 --------------------------------------------------------------  322  ------------------------------------------------------------------  


4.
 
Diplomatik  rütbəyə  görə  vəzifə  maaşına  əlavələrin  verilməsi  Azərbaycan 
Respublikasının  Xarici  İşlər  Nazirliyi  tərəfindən  həyata  keçirilir  və  müvafiq 
qaydada rəsmiləşdirilir. 
5.
 
Diplomatik  rütbəyə  görə  vəzifə  maaşına  əlavələrin  verilməsi  dövlət 
büdcəsində  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin  saxlanılması 
xərclərində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Bu məqsədlə hər il 
növbəti  ilin  dövlət  büdcəsi  layihəsinin  tərtibi  zamanı  Xarici  İşlər  Nazirliyi  üzrə 
aylıq  əmək  haqqı  fondunun  (vəzifə  maaşına  əlavələr  nəzərə  alınmadan)  2  misli 
həcmində vəsait həmin nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir. 
6.
 
Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr bu əməkdaşlara diplomatik 
rütbə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq hər ay vəzifə maaşı ilə birlikdə 
ödənəlir. 
7.
 
Diplomatik xidmət əməkdaşlarının rütbəsi artırıldıqda əvvəlki rütbəyə görə 
vəzifə maaşına əlavənin verilməsi növbəti ayın 1-dən dayandırılır. 
Diplomatik  xidmət  əməkdaşlarının  əvvəlki  rütbəsi  bərpa  olunduqda,  rütbəyə 
görə  vəzifə  maaşına  əlavənin  verilməs  növbəti  ayın  1-dən  başlyaraq  həyata 
keçirilir. 
Diplomatik  xidmət  əməkdaşlarının  rütbəsi  aşağı  salındıqda  və  ya  onlar 
rütbədən  məhrum  edildikdən,  əvvəlki  rütbəyə  görə  vəzifə  maaşına  əlavənin 
verilməsi dərhal dayandırılır. 
323 


Qərar № 7 
Bakı şəhəri, 4 fevral 2004-cü il 
“Pensiya yaşına çatmasına, 
əlilliyinə və ya sağlamlıq 
imkanlarının məhdudluğuna görə könüllü işdən çıx- 
mış, dövlət qulluğunda xidmət illərinin minimum həd- 
dinə və əmək pensiyası almaq hüququna (1)
 malik 
olmayan dövlət qulluqçularına təyin edilən ömürlük 
müavinətin təyin olunması Qaydası”nm 
təsdiq edilməsi haqqında
 
Əlavə və dəyişikliklər: 
1. 20 avqust 2008-ci il, № 192 
“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  23.3-cü 
maddəsinin icrası ilə əlaqədar qəbul olunmuş “Pensiya yaşına çatmasına, əlilliyinə 
və  ya  sağlamlıq  imkanlarının  məhdudluğuna  görə  könüllü  işdən  çıxmış,  dövlət 
qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna 
(1) malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı 
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 
nömrəli  Fərmanının 3-cü bəndinin  icrasını təmin etmək  məqsədi ilə  Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır: 
1.
 
“Pensiya  yaşma  çatmasına,  əlilliyinə  və  ya  sağlamlıq  imkanlarının 
məhdudluğuna  görə  könüllü  işdən  çıxmış,  dövlət  qulluğunda  xidmət  illərinin 
minimum  həddinə  və əmək  pensiyası almaq hüququna (1)  malik olmayan dövlət 
qulluqçularına  təyin  edilən  ömürlük  müavinətin  təyin  olunması  Qaydası”  təsdiq 
edilsin (əlavə olunur). 
2.
 
Bu qərar 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir. 
Azsrbaycan Respublikasının baş 
naziri A. Rasizadə 
324 


Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı ilə 
təsdiq edilmişdir 
Pensiya yaşına çatmasına, 
əlilliyinə və ya sağlamlıq 
imkanlarının məhdudluğuna görə könüllü işdən çıx- 
mış, dövlət qulluğunda xidmət illərinin minimum həd- 
dinə və əmək pensiyası almaq hüququna (3)
 malik 
olmayan dövlət qulluçularma təyin edilən ömürlük 
müavinətin təyin olunması Qaydası
 
Əlavə və dəyişikliklər: 
L 24 noyabr 2004-cü il, Ns 184 
ı 
2.
 
14 yanvar 2005-ci il, N° 07 
3.
 
20 avqust 2008-ci il, N° 192 
1.
 
Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 
23.3-cü  maddəsinə  və  “Pensiya  yaşına  çatmasına,  əlilliyinə  və  ya  sağlamlıq 
imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, aövlət qulluğunda xidmət 
illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna (3) malik olmayan 
dövlət  qulluqçularına  təyin  edilən  ömürlük  müavinətin  miqdarı  haqqında” 
Azərbaycan Respublikası prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli 
Fərmanına  uyğun  olaraq  pensiya  yaşma  çatmasına,  əlilliyinə  və  ya  sağlamlıq 
imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət 
illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna (3) malik olmayan 
dövlət  qulluqçularına  ömürlük  müavinətin  (bundan  sonra  -  müavinət)  təyin 
olunması və ödənilməsi məsələlərini tənzimləyir. 
2.
 
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə 
mindiyi  2001-ci  il  sentyabrın  1-dən  icra  (2),  qanunvericilik  və  məhkəmə 
hakimiyyətləri  orqanlarının  aparatlarında  dövlət  qulluğunu  davam  etdirən  və  ya 
yeni  qəbul  edilən,  bu  Qanuna  uyğun  olaraq  inzibati  və  yardımçı  vəzifəni  tutan, 
müvafiq qanunvericiliyə uyğun olaraq 
-------------------------------------------  325  -------------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə