Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə112/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   109   110   111   112   113   114   115   116   117

pensiya  yaşına  çatmasına,  əlilliyinə  və  ya  sağlamlıq  imkanlarının  məhdudluğuna 
görə  dövlət  orqanından  könüllü  işdən  çıxmış,  dövlət  qulluğunda  xidmət  illərinin 
minimum  həddinə  (5  il)  və  əmək  pensiyası  almaq  hüququna  (3)  malik  olmayan 
dövlət qulluqçusunun (bundan sonra - dövlət qulluqçusu) müavinət almaq hüququ 
vardır. 
3.
 
Müavinət  almaq  hüququ olan şəxs heç bir  müddət  məhdudiyyəti olmadan 
istənilən  vaxt  müavinətin  təyin  edilməsi  üçün  müvafiq  təsdiqedici  sənədlər 
(arayışlar)  təqdim  etməklə  aidiyyəti  rayon,  şəhər  Əhalinin  Sosial  Müdafiəsi 
Mərkəzinə  müraciət  edə  bilər.  Müavinət  təyin  edən  orqan  tərəfindən  müavinəti 
almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxılır. 
4.
 
Müavinətin  təyin  edilməsi  üçün  şəxsin  ərizəsi  ilə  birlikdə  rayon,  şəhər 
Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzinə  aşağıdakı  təsdiqedici  sənədlər  təqdim 
edilməlidir: 
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada 
təsdiq edilmiş surəti; əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat 
qaydada təsdiq edilmiş surəti; 
əlillik  və  ya  sağlamlıq  imkanlarının  məhdudluğu  (3)  barədə  Tibbi  Sosial 
Ekspert  Komissiyasının  arayışı  (əlilliyinə  və  ya  sağlamlıq  imkanlarının 
məhdudluğuna (3) görə könüllü işdən çıxdıqda); 
Dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı. 
5.
 
Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə, işdən 
çıxdığı  aydan  əvvəlki  12  təqvim  ayının  orta  aylıq  məvacibinə  əsasən  müəyyən 
edilir.  Bu  halda  12  təqvim  ayından  az  dövlət  qulluğunda  çalışmış  dövlət 
qulluqçusuna  müavinət  faktiki  qulluq  edilmiş  tam  təqvim  aylanna  əsasən 
hesablanır.  Dövlət  məvacibi  vəzifə  maaşından,  mükafatlardan  və  vəzifə  maaşına 
əlavələrdən  (dövlət  qulluqçusunun  ixtisas  dərəcəsinə,  qulluq  stajına  və  s.  görə 
verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı 
əsas  vəzifəsi  üzrə  bu  Qaydaya  əsasən  hesablanan  dövlət  məvacibinin  15  faizini 
təşkil edir. 
6.
 
Müavinət ömürlük təyin edilir və bu Qayda ilə onun dayandırılmasına səbəb 
olan hallar yaranan günədək ödənilir. Müavinət dövlət qulluqçusunun yaşayış yeri 
üzrə  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin 
rayon, şəhər Əhalinin Sosial 
326 


Müdafiəsi  Mərkəzi  tərəfindən  dövlət  büdcəsinin  vəsaiti  hesabına  hər  ay  ödənilir. 
Müavinət alan şəxsin arzusu ilə müavinət onun Azərbaycan Respublikası bankında 
şəxsi hesabına köçürülə və müvafiq qaydada etibarnamə verilmiş şəxsə verilə bilər. 
Müavinəti  almaq  hüququna  malik  olan  şəxsə  müraciətdən  əvvəlki  3  aydan  çox 
olmayan müddət üçün (işdən çıxdığı gündən tez olmayaraq) müavinət ödənilir. 
7.
 
Müavinət  alan  şəxsin  müavinəti  aşağıdakı  hallarda  dayandırılır:  yenidən 
dövlət qulluğuna qəbul edildikdə; vəfat etdikdə. 
8.
 
Müavinətin  ödənilməsinin  dayandarılmasma  səbəb  olan  müvafiq  hallar 
barədə müavinəti alan şəxs və ya onun vəfatı ilə əlaqədar ailə üzvlərindən biri 5 gün 
müddətində  müvafiq rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə  məlumat 
verməyə borcludur (yenidən dövlət qulluğuna qəbul edilməsi barədə arayış və  ya 
ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti). 
9.
 
Müavinətin  dayandırılması  halları  barədə  müavinəti  alan  şəxs  vaxtında 
məlumat  vermədikdə  və  ya  qəsdən  düzgün  olmayan  sənədlər  :əqdim  etdikdə, 
müavinəti ödəyən orqan tərəfindən artıq ödənilmiş müavinətin məbləği məhkəmə 
qaydasında geri alınır. 
10.
 
Müavinəti  alan  şəxsin  vəfatı  ilə  əlaqədar  alınmamış  müavinətin  məbləği 
mülki qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilir. 
11.
 
Müavinət  müəyyən  olunmuş  qaydada  digər  müavinət  növlərindən, 
pensiyadan  (dövlət  qulluqçularının  pensiyasından  başqa),  ödənişlərdən  asılı 
olmayaraq ödənilir. 
12.
 
Xarici  dövlətdə  olduqları  müddətdə  Azərbaycan  Respublikasının 
vətəndaşlarının müavinəti onların arzuları ilə Azərbaycan Respublikasının bankında 
olan şəxsi hesabına və  ya həmin şəxslərin öz vəsaitləri hesabına  yaşadığı dövlətə 
köçürülə bilər. 
IS.  Dövlət  qulluqçusunun  müavinətinin  məbləği  fəaliyyətdə  olan  dövlət 
qulluqçusunun  dövlət  məvacibinin  məbləğində  olan  sonrakı  artımlara  uyğun 
olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanır. (1) 
327 


Qərar № 142 
Bakı şahəri, 28 sentyabr 2004-cü il 
Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin 
tənzimlənməsi haqqında 
Əlavə və dəyişikliklər: 
1.
 
14 dekabr 2005-ci il, № 224 
2.
 
08 fevral 2007-ci il, №26 
3.
 
13 fevral 2008-ci il, № 40 
4.
 
25 iyul 2008-ci il, № 169 
“Dövlət  qulluqçularının  əmək  haqlarının  artırılması  haqqında”  Azərbaycan 
Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 347 nömrəli Sərəncamının 
4-cü  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının 
Nazirlər Kabineti 
qərara alır:
 
1.
 
Dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün tələb olunan ştat 
vahidlərinin minimum say həddi şöbə yaradılması üçün  - 8 vahid (dövlət sirrinin 
mühafizəsi  üzrə  struktur  bölmələrində  3  vahid)  (1),  sektor  yaradılması  üçün  -  3 
vahid müəyyən edilsin. 
2.
 
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, 
dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə 
maaşları 2008-ci il iyulun 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin: (2, 4) 
 
Aylıq vəzifə maaşının 
məbləği 
(manatla) 
1 -ci kateqoriya dövlət orqanlarında 
150 
2-ci kateqoriya dövlət orqanlarında 
140 
3-cü kateqoriya dövlət orqanlarında 
130 
4-cü kateqoriya dövlət orqanlarında 
120 
5-ci kateqoriya dövlət orqanlarında 
110 
6-cı və 7-ci kateqoriya dö\llət orqanlannda 
100 
328 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə