Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   2   3   4   5   6   7   8   9   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti 
  
Vəzifəli  şəxslər  öz  vəzifələrinin  yerinə  yetirilməməsi  və  ya  lazımınca  yerinə 
yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
 
Qeyd: Dövlət  hakimiyyətinin  nümayəndəsi  funksiyasını  həyata  keçirən  şəxslər,  dövlət 
orqanlarında,  bələdiyyələrdə, Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində  və  Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və  qeyri-
dövlət  təşkilatlarında,  idarə  və  müəssisələrində  təşkilati-sərəncamverici  və  ya  inzibati-təsərrüfat 
vəzifələrində  daimi  və  ya  müvəqqəti  işləyən  şəxslər  və  ya  həmin  vəzifələri  xüsusi  səlahiyyət  əsasında 
həyata  keçirən  şəxslər,  habelə  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olaraq  belə 
səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
 
  
Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti 
  
18.1. Hüquqi  şəxslər, o  cümlədən  xarici  hüquqi  şəxslər  və xarici  hüquqi 
şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə 
tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya 
onun  maraqlarının  qorunması  üçün  aşağıdakı  şəxslər  tərəfindən  törədilən 
inzibati xətalara görə cəlb edilir: 
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs
18.2.2.  hüquqi  şəxsin  adından  qərarlar  qəbul  etmək  səlahiyyətinə  malik 
olan vəzifəli şəxs
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan 
vəzifəli şəxs; 
18.2.4.  bu  Məcəllənin  18.2.1-18.2.3-cü  maddələrində  nəzərdə  tutulmuş 
vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi 
şəxsin işçisi. 
18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya 
onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini 
istisna etmir.
 
18.4.  Bu  Məcəllənin  18.2-ci  maddəsində  nəzərdə  tutulmuş  vəzifəli  şəxs 
barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin 
icraatına  xitam  verilməsi hüquqi  şəxsin  inzibati  məsuliyyətə  cəlb  edilməsinə 
mane olmur. 
18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq 
edilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
18.6.  Səlahiyyətli  orqanlar  (vəzifəli  şəxslər) bu  Məcəllənin  18.2-ci  maddəsində 
müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu 
baxılmaq üçün məhkəməyə göndərirlər.
 
18.7.  Bu  Məcəllənin  18.2-ci  maddəsində  müəyyən  edilmiş  əsaslar  olmadıqda, 
səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.
 
18.8.  Məhkəmə  tərəfindən inzibati  xəta  haqqında  iş  üzrə  qərar qəbul 
olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda inzibati məsuliyyətə hüquqi 
şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında 
iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək 
hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və 
ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi 
qadağandır. 
 
 
FƏSİL 3 
  
Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar 
  
Maddə 19. Son zərurət 
  
19.1.  Bu  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş  əməllərin 
əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və 
ya  başqa  şəxsin  həyatını,  sağlamlığını  və  ya  hüquqlarını,  dövlətin  və  ya 
cəmiyyətin  mənafeyini  qorxu  altına  alan  təhlükəni  aradan  qaldırmaq  üçün 
edilmiş  hərəkət,  əgər  həmin  vəziyyətdə  bu  təhlükəni  digər  vasitə  ilə  aradan 
qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına 
yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 
19.2.  Baş  vermiş  təhlükənin  xarakterinə  və  dərəcəsinə,  habelə  həmin 
təhlükənin  aradan  qaldırılması  şəraitinə  aşkar  surətdə  uyğun  olmayan  zərər 
vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq 
olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma 
yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. 
  
Maddə 20. Zəruri müdafiə 
  
20.1.  Bu  Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş  əməllərin 
əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin 
və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd 
qəsddən 
qoruyarkən 
edilmiş 
hərəkət, zəruri 
müdafiə 
həddini 
aşmamışdırsa, inzibati xəta hesab olunmur. 
20.2.  Qəsdin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə  açıq-aşkar 
uyğun  gəlməyən  qəsdən  törədilən  hərəkətlər  zəruri  müdafiə  həddini  aşmaq 
hesab edilir. 
  
FƏSİL 4 
  
İnzibati tənbeh 
  
Maddə 21. İnzibati tənbehin məqsədləri 
  
İnzibati  tənbeh  məsuliyyət  tədbiridir  və  inzibati  xəta  törədən  şəxsi 
qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta 
törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin 
qarşısını almaq məqsədi daşıyır. 
  
Maddə 22. İnzibati tənbeh növləri 
  
22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 
22.1.1. xəbərdarlıq; 
22.1.2. inzibati cərimə; 
22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin müsadirəsi
22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 
22.1.5. ictimai işlər; 
22.1.6.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada çıxarma; 
22.1.7. inzibati həbs. 
22.2.  Hüquqi  şəxslər  barəsində  bu  Məcəllənin  22.1.1-22.1.3-cü 
maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. 
  
Maddə 23. Əsas və əlavə inzibati tənbehlər 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə