WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
33.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 33.1.1 - 33.1.7-ci
maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə
alına bilməz.
33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati
tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 34. Bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh tətbiq
etmə
34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində
hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya
dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni
vaxtda baxılmalıdır.
34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin
şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh
edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş
əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi
bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu
Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş
hədlərdən artıq ola bilməz.
Maddə 35. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün
tələb olunan müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi
gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati
məsuliyyətə cəlb edilməmiş hesab olunur.
Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin
əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin
əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər.
36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin
əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə
eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız
hakim baxa bilər.
36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin
ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsinə uyğun olaraq həll edilir.
Maddə 37. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan
müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması
37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən
onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib
qurtardıqdan sonra icra olunur.
37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci
maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji
vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı
göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin
insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar
törətməsinin qarşısının alınmasından ibarətdir.
37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama
nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs
tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində
olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar.
37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə
bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün
ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi
üçün icra məmuruna göndərir.
37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs
müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə
məcburi
müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir.
37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra
hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə
qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.
37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi
müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin
müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə
alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.
FƏSİL 6
İnzibati məsuliyyətdən azad etmə
Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə
38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay
keçənədək verilə bilər. Yol hərəkəti qaydaları,
gömrük qaydaları, ətraf mühitin
qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və
ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin
(qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və
rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə
hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,
qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına
görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək
verilə bilər.
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam
edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən
hesablanır.
38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam
verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri
olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona
xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək
verilə bilər.