Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


XXI BÖLMƏ MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI



Yüklə 162,94 Kb.
səhifə12/12
tarix20.09.2018
ölçüsü162,94 Kb.
#69523
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

XXI BÖLMƏ

MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI

 

FƏSİL 57



MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ

 

Maddə 327. Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi



 

327.1. Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir.

327.2. Bu Məcəllənin 327.1-ci maddəsində göstərilən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 328. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi qaydaları



 

328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılır.

328.2. Gömrük hərraclarında iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. Gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.

328.3. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir.

328.4. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların işçiləri, həmçinin onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları və nəqliyyat vasitələrini birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.

328.5. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 329. Çatışmayan məbləğin tutulması



 

Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışından əldə edilən vəsait gömrük orqanlarının xərclərini ödəmək üçün kifayət etmədikdə, çatışmayan məbləğ bu Məcəllənin 245-ci maddəsində göstərilən, gömrük ödənişlərinin ödənilməsinə görə məsul şəxslərdən tutulur.

 

Maddə 330. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, satılmayan, tez xarab olan, həmçinin saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi



 

330.1. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı müvafiq qanunla, tez xarab olan malların siyahısı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

330.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 331. Malların məhvi



 

331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər.

331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir.

331.3. Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

331.4. Malların məhvi nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq olunur.

 

Maddə 332. Mallardan dövlətin xeyrinə imtina



 

332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.

332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir.

332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

332.4. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

 

 



FƏSİL 58

BU MƏCƏLLƏYƏ MÜVAFİQ OLARAQ ƏLDƏ EDİLMİŞ VƏSAİTDƏN İSTİFADƏ

 

Maddə 333. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, dövlət rüsumunun, əlavə dəyər vergisinin, yol vergisinin və aksizlərin dövlət büdcəsinə köçürülməsi



 

Gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən ölünmüş qaydada dövlət büdcəsinə köçürülür.

 

Maddə 334. Digər vəsaitlər



 

Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

 



 

 

MÜNDƏRİCAT

 

ÜMUMİ HİSSƏ

 

I BÖLMƏ



ÜMUMİ MÜDDƏALAR

 


FƏSİL   1

Əsas müddəalar

1

FƏSİL   2

Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti

13 

 

II BÖLMƏ

GÖMRÜK ORQANLARININ BAŞQA ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİ

 


FƏSİL   3

Gömrük təmsilçiliyi

14

FƏSİL   4

Gömrük daşıyıcısı

16

FƏSİL   5

Səlahiyyətli iqtisadi operatorlar

17

 

III BÖLMƏ

GÖMRÜK İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

 


FƏSİL   6

Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi

 

18


FƏSİL   7

Gömrük işinə dair məlumatların mübadiləsi və mühafizəsi

19

FƏSİL   8

Gömrük orqanlarının elektron məlumat sistemi

22

 

IV BÖLMƏ

GÖMRÜK ORQANLARININ QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ

 


FƏSİL   9

Gömrük orqanlarının qərarları

24

FƏSİL  10

Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətvermə

 

26


 

V BÖLMƏ

GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ

 


FƏSİL  11

Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu, dövlət və sosial müdafiəsi

 

27


FƏSİL 12

Gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri

28

 

XÜSUSİ HİSSƏ

 

VI BÖLMƏ



GÖMRÜK NƏZARƏTİ

 


FƏSİL  13

Gömrük nəzarətinin həyata keçirilməsi

39

FƏSİL 14

Gömrük nəzarətinin təşkili

44

FƏSİL 15

Risklərin  idarə edilməsi

50

 

VII BÖLMƏ

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

 


FƏSİL 16

Gömrük rəsmiləşdirilməsinə dair əsas müddəalar

51

 

VIII BÖLMƏ

MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI

 


FƏSİL 17

Malların gömrük ərazisinə gətirilməsi

  54

FƏSİL 18

Malların gömrük ərazisindən aparılması

59

FƏSİL 19

İxrac, təkrar ixrac və müvəqqəti ixrac

60

 

 

 



 

IX BÖLMƏ

NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ

 


 

FƏSİL  20

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması

63

FƏSİL  21

Nəqliyyat vasitələrinin gömrük ərazisindən yola düşməsi

65 

FƏSİL  22

Şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi

 

67


 

X BÖLMƏ

GÖMRÜK PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR

 


FƏSİL 23

Bəyanetmə və gömrük bəyannaməsi

68

FƏSİL 24

Gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim edilən sənədlərin və malların yoxlanılması

 

73


FƏSİL 25

Buraxılış

76

FƏSİL 26

Sərbəst dövriyyə üçün buraxılış

77

FƏSİL 27

Təkrar idxal

77

 

XI BÖLMƏ

XÜSUSİ GÖMRÜK PROSEDURLARI

 


FƏSİL 28

Ümumi müddəalar

78

FƏSİL 29

Tranzit

81

FƏSİL 30

Saxlanc

82

FƏSİL 31

Sərbəst zona

85

FƏSİL 32

Xüsusi istifadə

87

FƏSİL 33

Emal

89

 

XII BÖLMƏ

MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR

 


FƏSİL 34

Malların kabotaj daşınması

92

FƏSİL 35

Gömrük təminatları

93

FƏSİL 36

Təhlükəsiz ixrac sxemi

94

FƏSİL 37

Malların gömrük ərazisinə gətirilməsinin, bu ərazidən aparılmasının qadağan edilməsi və məhdudlaşdırılması

 

96


FƏSİL 38

Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi

97

 

XIII BÖLMƏ

GÖMRÜK  RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR

 


FƏSİL 39

Gömrük tarifi və malların tarif təsnifatı

98

FƏSİL 40

Malların gömrük dəyəri

99            

FƏSİL 41

Malların mənşəyi

100

 

XIV BÖLMƏ

GÖMRÜK ÖDƏNİŞLƏRİ, GÖMRÜK BORCU VƏ TƏMİNAT

 


FƏSİL 42

Əsas müddəalar

101

FƏSİL 43     

Malların idxalı və ixracı üzrə yaranmış gömrük borclarına dair ümumi müddəalar

 

104


FƏSİL 44    

Gömrük borcunun hesablanması və ödənilməsi

107

FƏSİL 45     

Mövcud və yarana biləcək gömrük borcu üçün təminat

111

FƏSİL 46

Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması və gömrük borcunun ləğvi

 

115


 

XV BÖLMƏ

GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ MÜDDƏALAR

 


FƏSİL 47

Gömrük orqanları tərəfindən valyuta nəzarətinin həyata keçirilməsi

 

117


FƏSİL 48

Gömrük orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsi

 

118


FƏSİL 49

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarəti

 

118


 

XVI BÖLMƏ

MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ, BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİLƏ KEÇİRİLMƏSİ

 


FƏSİL 50

Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri vasitəsilə keçirilməsi

 

123


FƏSİL 51  

Malların gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi

 

125


 

XVII BÖLMƏ

FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ

 


FƏSİL  52

Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri

 

127


 

XVIII BÖLMƏ

QEYRİ-REZİDENTLƏRİN AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ

 


FƏSİL  53

Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün gömrük güzəştləri

 

131


 

XIX BÖLMƏ

XARİCİ TİCARƏTİN GÖMRÜK STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ APARILMASI

 


FƏSİL  54

Gömrük statistikasının aparılması

134

FƏSİL  55

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması

135

 

XX BÖLMƏ

GÖMRÜK EKSPERTİZASI

 


FƏSİL 56

Gömrük ekspertizasının aparılması

137

 

XXI BÖLMƏ

MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI

 


FƏSİL 57

Mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi

140

FƏSİL 58

Bu Məcəlləyə müvafiq olaraq əldə edilmiş vəsaitdən istifadə

142

 

 

 



 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, № 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1155)



2.       28 oktyabr 2014-cü il tarixli 1094-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1368)

3.       28 oktyabr 2016-cı il tarixli 380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, № 270Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1791)

4.       1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 339)

5.       25 aprel 2017-ci il tarixli 646-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, № 95)

 
Yüklə 162,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə