Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə4/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   2   3   4   5   6   7   8   9   ...   24
referat 6255-1

3. Normativ metod

Ənənəvi olaraq qədim zamanlardan siyasi fikir normativ və ya normativ- dəyər metoduna əsaslanırdı. Adından göründüyü kimi, bu metod beynəlxalq münasibətlər sahəsində baş verən bu və ya digər hadisənin dövlət, fərd üçün əhəmiyyətinin müəyyən edilməsini, onun ədalət, azadlıq, insan ləyaqətinə hörmət və digər dəyərlər baxımından qiymətləndirilməsini nəzərdə tutur. Bu metoda əsasən, siyasətçi, dövlət xadimi qərar qəbul edən zaman öz fəaliyyətində etik dəyərlərə əsaslanmalı, əxlaqa uyğun davranmalıdır. Normativ metod əsasını etik normalar təşkil edən müəyyən idealın irəli sürülməsini və onun həyata keçirilməsini nəzərdə tutur. O, etik dəyər və normaların əsas götürülməsini və beynəlxalq sahədə onlara uyğun şəkildə fəaliyyət göstərilməsini vacib sayır. Lakin bəzi hallarda etik dəyər və normalar real həyatın tələblərinə uyğun gəlmir, ondan uzaq olur. Etik dəyər və normaların insanların dünyagörüşündən, sosial mövqelərindən və fərdi xüsusiyyətlərindən asılılığı normativ metodun zəifliyini göstərir. Bir çox hallarda real siyasət və etik normalar bir-birinə uyğun gəlmir. Bütün bunlar normativ metodun BMN-nin bir ümumi metodu kimi çatışmazlığını göstərir. Lakin bu çatışmazlığa baxmayaraq normativ metodun BMN fənni üçün böyük əhəmiyyəti vardır. O, beynəlxalq münasibətlərə etik insani ölçü verir, onun məzmununu mənəvi dəyərlərlə zənginləşdirir.




Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə