Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası



Yüklə 17,22 Kb.
tarix22.03.2024
ölçüsü17,22 Kb.
#183287
Cahangirov Rəşad


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
2-ci kurs 3-cü tağım kursantı Yusifov Orxan
Fiziki şəxs mülki hüququn psixoloji-bioloji (fizioloji) varlıq, yəni insan kateqoriyasından olan subyektini ifadə etmək üçün işlədilən termindir.
Fiziki şəxs kateqoriyasının mənasını dərindən, hərtərəfli və düzgün başa düşmək üçün dörd kateqoriyanı yanaşı qoyub, onlar arasındakı münasibəti aydınlaşdırmaq lazımdır:
  • vətəndaş kateqoriyası;
  • şəxsiyyət kateqoriyası;
  • insan kateqoriyası;
  • fərd kateqoriyası

«Fiziki şəxs» anlayışının tarixi Roma hüququ ilə bağlıdır. Roma hüququ qeyd etməliyik ki, hüquq qabiliyyətli varlığı, yəni hüququn subyektini persona (latınca) - şəxs adlandınrdı. Persona mülki dövriyyənin baza kateqoriyası hesab olunurdu.
Bir çox xarici ölkələrin qanunvericiliyi mülki hüququn insan kateqoriyasından olan subyektini ifadə etmək üçün məhz insani fərd kimi «fiziki şəxs» anlayışından istifadə edir. Məsələn, Hollandiya Mülki Məcəlləsinin «Şəxslər və ailə» adlı birinci kitabında fiziki şəxslərin hüquqi vəziyyətinin bütün məsələlərini tənzimləyən normalara rast gəlmək olur1 2. İtaliya Mülki Məcəlləsinin «Şəxslər və ailə» adlı birinci kitabının 1-ci bölməsi «Fiziki şəxslər» adlanır3. Almaniya Mülki Qanunnaməsinin «Ümumi hissə» adlı birinci kitabının birinci bölməsi «Şəxslər» (personen) adlanır.
Fiziki şəxslərin mülki hüququn subyekti rolunda çıxış etməsi üçün onların qanunla müəyyənləşdirilən keyfiyyətlərə malik olması vacibdir. Bu keyfiyyətlərin məcmusu mülki hüquq subyektliyini yaradır. Bu keyfiyyətlər :
1.Mülki hüquq qabiliyyəti
2.Mülki fəaliyyət qabiliyyəti
«Hüquq qabiliyyəti» termininin ifadə etdiyi mənanın genezisi (əmələ gəlmə mənbəyi) qədim Roma hüququ ilə bağlıdır. Qədim Roma hüququ bu termini işlətmirdi. Hazırda işlədilən «hüquq qabiliyyəti» termininə Romada «caput» sözü uyğun gəlirdi. Daha doğrusu, Roma hüququ hüquq qabiliyyətini «caput» anlayışı ilə əhatə edirdi. Tam hüquq qabiliyyəti üç cür statusun (latınca status — vəziyyət) cəmindən ibarət idi: azadlıq statusu (status libertatis), yəni azad olmaq, qul olmaq yox; vətəndaşlıq statusu (status civitatis), yəni Roma vətəndaşı olmaq, yadelli, əcnəbi yox; ailə vəziyyəti (status familiae), yəni ata hakimiyyəti altında olmamaq
Mülki hüquq qabiliyyətinin leqal anlayışı MM-in 25-ci maddəsinin 1-ci bəndində formula edilmişdir. Mülki hüquq qabiliyyəti dedikdə, fiziki şəxsin mülki hüquqlara malik olmaq və mülki-hüquqi vəzifələr daşımaq qabiliyyəti başa düşülür
Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətləri:
  • o, real xarakterə malikdir.
  • o, ayrılmaz və özgəninkiləşdirilməz xarakterə malikdir.
  • o, bərabərlik prinsipinə əsaslanır.

Fəaliyyət qabiliyyəti fiziki şəxslərin mülki hüquq subyektliyi anlayışının elementlərindən biridir. Mülki hüquq münasibətlərinin tam hüquqlu iştirakçısı yalnız o fiziki şəxs ola bilər ki, həmin şəxs sözün əsl mənasında, fəaliyyət qabiliyyətli hesab edilsin. Fəaliyyət qabiliyyəti dedikdə, fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür.
Ümumi cəhətlərə malik olmalarına baxmayaraq, mülki hüquq qabiliyyəti və mülki fəaliyyət qabiliyyəti bir-birindən fərqlənən kateqoriyalardır.
1.Mülki hüquq qabiliyyəti mülki fəaliyyət qabiliyyətinə nisbətən daha geniş anlayışdır.
2. Mülki fəaliyyət qabiliyyəti iki amildən asılıdır: fiziki şəxsin yaşından; fiziki şəxsin ruhi-psixi sağlamlıq vəziyyətindən. Mülki hüquq qabiliyyəti isə bu cür hallardan asılı deyil.
3. Mülki hüquq qabiliyyəti fiziki şəxslərə, necə deyərlər, onun bütün ömrü və həyatı boyu, mülki fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddindən «yol yoldaşı» olur. Fiziki şəxs yalnız 18 yaşından tam fəaliyyət qabiliyyətinə malik olur.
Mülki fəaliyyət qabiliyyətinin elementlərinə (tərkib hissələrinə) onun məzmunu deyilir. Mülki fəaliyyət qabiliyyətinin məzmununa daxil olan birinci element fiziki şəxsin öz hərəkətləri ilə özü üçün mülki hüquqlar əldə etmək və mülki vəzifələr yaratmaq imkanından ibarətdir. İkinci element fiziki şəxsin müstəqil surətdə əldə edilmiş mülki hüquqları həyata keçirmək və yaranmış mülki vəzifələri icra etmək imkanından’ ibarətdir. Üçüncü element, fiziki şəxsin yol verdiyi mülki hüquq pozuntusuna (deliktə) görə əmlak məsuliyyəti daşımaq imkanından ibarətdir. Buna delikt qabiliyyəti və ya mülki hüquq pozuntusuna görə cavab vermək qabiliyyəti deyilir.
Fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə bütün fiziki şəxslər ümumilikdə altı qrupa bölünür:
• tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər (7 yaşa kimi azyaşlılar);
• tam fəaliyyət qabiliyyətli fiziki şəxslər (18 yaşdan yuxarı şəxslər);
• nisbi fəaliyyət qabiliyyətli fiziki şəxslər (14 yaşdan 18 yaşa kimi şəxslər);
• qismən fəaliyyət qabiliyyətli fizik şəxslər (7 yaşdan 14 yaşa kimi şəxslər);
• məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər;
• mütləq fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər'
Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər odur ki, həmin şəxslər öz hərəkətləri ilə müstəqil surətdə tam həcmdə qanunun yol verdiyi bütün mülki hüquqları əldə etmək və bu hüquqları həyata keçirmək, özləri üçün tam həcmdə mülki vəzifələr yaratmaq və bu vəzifələri icra etmək, mülki hüquq pozuntusuna görə tam həcmdə məsuliyyət daşımaq imkanına malikdirlər.
On səkkiz yaşına çatması ilə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs olması haqqında ümumi qaydadan qanun iki halda istisnaya yol verir. Bu, o deməkdir ki, qanunun nəzərdə tutduğu iki halda on səkkiz yaşına çatmasa da, fiziki şəxs tam mülki fəaliyyət qabiliyyətli şəxs statusu əldə edə bilər. Bu cür hallara aiddir:
emansipasiya halı (MM-in 28-ci maddəsinin 4-cü bəndi);
on səkkiz yaşına çatmamış fiziki şəxsin nikaha girməsi halı (MM-in 28-ci maddəsinin 6-cı bəndi).
Emansipasiya dedikdə, 16 yaşlı həddi-buluğa çatmayan şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs elan edilməsi başa düşülür. Emansipasiya haqqında qaydanın tətbiq edilməsi nəticəsində 16 yaşlı şəxs müstəqil surətdə istənilən müqaviləni bağlamaq, öz əmlakı üzərində sərəncam vermək (satmaq, icarəyə vermək, kirayəyə vermək, bağışlamaq, dəyişmək, əvəzsiz istifadəyə vermək, girov qoymaq və s.), qanunun yol verdiyi hər hansı əqdi bağlamaq, bir sözlə, bütün mülki-hüquqi məsələlər barəsində sərbəst qərarlar qəbul etmək hüququ əldə edir.
Hüquqi əhəmiyyəti və nəticəsi olan hərəkətlər edərkən o, valideynlərinin, övladlığa götürənlərin və himayəçilərin razılığını və icazəsini almağa borclu deyildir. Məsələn, on altı yaşlı şəxs öz babasının vəsiyyəti əsasında minik avtomobili üzərində mülkiyyət hüququ əldə edir. Bu şəxs emansipasiya nəticəsində tam mülki fəaliyyət qabiliyyətinə malikdir. Buna görə də o, minik avtomobilini satarkən heç kəsin (valideynlərin, himayəçinin və s.) razılığını almır. Bu şəxsin avtomobili müstəqil surətdə istədiyi şəxsə satmaq ixtiyan vardır. Çünki o, emansipasiyalaşdırılmış şəxsdir. Emansipasiya haqqında qaydanın tətbiq edilməsi iki cür hüquqi fakta (hüquqi tərkibə) əsaslanır. Yalnız qanunda nəzədə tutulan həmin iki fakt mövcud olduğu halda müvafiq şəxs emansipasiyalaşdırıla bilər. Birinci fakt yetkinlik yaşına çatmayan şəxsin 16 yaşı tamam olmasından ibarətdir. Əgər şəxs on altı yaş həddinə çatmazsa, onda emansipasiya haqqında qaydanın tətbiqi istisna edilir, mümkün olmur. Emansipasiyalaşdırma üçün vacibdir ki. şəxsin on altı yaşı tamam olsun. İkinci fakt mümkün olan iki alternativ variantdan birini nəzərdə tutur. Birinci variant mülki yetkinlik yaşına çatmayan şəxsin əmək müqaviləsi üzrə işləməsindən ibarətdir.
Nisbi mülki fəaliyyət qabiliyyətli şəxslər odur ki, onların yaş həddi on dörddən on səkkizə kimidir. Onlar mülki yetkinlik yaşına və həddi-büluğa çatmayan şəxslər kateqoriyasına aiddirlər. Bu cür şəxslər tam həcmdə mülki fəaliyyət qabiliyyətinə malik deyillər. Ona görə də həmin kateqoriya həddi-büluğa çatmayanlar natamam (tam olmayan) mülki fəaliyyət qabiliyyəti olan şəxslər də adlanır.
7 yaşdan 14 yaşınadek yetkinlik yaşına çatmayanlara qismən mülki fəaliyyət qabiliyyəti olan şəxslər deyilir. Bu kateqoriya şəxslərin mülki fəaliyyət qabiliyyətinin həcmi 18 yaşı tamam olmuş və 14 yaşdan 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin fəaliyyət qabiliyyətinin həcminə nisbətən olduqca məhduddur.
Məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər dedikdə, spirtli içkilərdən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə edən, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan və buna görə də məhkəmə tərəfindən mülki fəaliyyət qabiliyyəti məhdudlaşdınlan şəxslər başa düşülür.
Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən və buna görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan fiziki şəxslərə mütləq fəaliyyət qabiliyyəti olmayan şəxslər deyilir.
Qəyyumluq dedikdə, tam mülki fəaliyyət qabiliyyətli qəyyumun həyata keçirdiyi elə bir hüquqi akt başa düşülür ki, onun nəticəsində mülki fəaliyyət qabiliyyəti olmayan və ya qismən fəaliyyət qabiliyyəti olan şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilir. O, yaş və ya psixi-ruhi sağlamlıq vəziyyətinə görə mülki fəaliyyət qabiliyyəti olmayan və ya qismən fəaliyyət qabiliyyəti olan və buna görə də müstəqil surətdə mülki hüquq münasibətlərində iştirak etmək imkanını itirən fiziki şəxslər üzərində təyin edilir:
on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxslər
psixi xəstəliyə (pozuntuya) görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində.
Himayəçilik dedikdə, tam mülki fəaliyyət qabiliyyətli himayəçinin həyata keçirdiyi elə bir hüquqi akt başa düşülür ki, bunun nəticəsində məhdud və nisbi (natamam) fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilir. Himayəçilik o şəxslər üzərində təyin edilir ki, onların mülki fəaliyyət qabiliyyəti öz həcminə görə ya nisbidir, ya da məhduddur:
• on dörd yaşından on səkkiz yaşınadək nisbi fəaliyyət qabiliyyəti olan şəxslər üzərində;
• spirtli içkilərdən və ya narkotik maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli sayılan şəxslər üzərində.
Tam yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli bu cür şəxslərin mənafeyini təmin etmək üçün mülki qanunvericilik patronaj (latınca patronus - himayədar, köməkçi) adlı xüsusi forma müəyyən edir (MM-in 39-cu maddəsinin 1-ci bəndi).
Patronaj himayəçiliyin xüsusi formasıdır. Bu forma onu sübut edir ki, himayəçilik nəinki natamam (nisbi) və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər üzərində müəyyən olunur, həm də tam yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli şəxslər üzərində də təyin edilə bilər
Fiziki şəxsin mülki (əmlak) dövriyyədə seçilməsini təmin edən əsas fərdiləşdirmə vasitəsi iki cür olur:
• fiziki şəxsin adı;
• fiziki şəxsin yaşayış yeri
Hər bir fiziki şəxsin ad hüququ vardır. O, mülki hüquq münasibətlərində özünün konkret müəyyən adı ilə çıxış edir.
Fiziki şəxsin yaşayış yeri dedikdə, onun adətən yaşadığı yer başa düşülür (MM-in 27-ci maddəsinin 1-ci bəndi)
Şəxsin uzun müddət yerinin məlum olmaması hüquqi cəhətdən qeyri-müəyyənliyə səbəb olur. Qanunvericilik iki hüquq institutunu yaradır. Onların vasitəsi ilə hüquqi cəhətdən qeyri-müəyyənlik hallan aradan qaldırılır. Bu institutlara aiddir:
• xəbərsiz itkin düşmə institutu;
• ölmüş elan etmə institutu.
Hüquqi akt mənasında xəbərsiz itkin düşmə dedikdə, şəxsin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, həmin şəxsin yaşayış yerində uzun müddət olmaması faktının məhkəmə qaydasında təsdiqlənməsi başa düşülür. Məhkəmə yalnız qanunda nəzərdə tutulan hüquqi tərkib olduqda fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə qərar qəbul edə bilər. Bu hüquqi tərkib iki faktın məcmusundan ibarətdir:
• fiziki şəxsin olduğu yerin məlum olmamasından, yəni onun harada olması haqqında məlumatın yoxluğundan;
• fiziki şəxsin iki il ərzində yaşayış yerində görünməməsindən
Hüquqi akt mənasında fiziki şəxsin ölmüş elan edilməsi dedikdə, onun sağ olmamasının və yaşamamasının məhkəmə qaydasında ehtimal və güman edilməsi başa düşülür. Maraqlı şəxslər özlərinin yaşadıqları yerin məhkəməsinə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə (iddia ərizəsi ilə yox) müraciət edirlər, Məhkəmə həmin ərizəyə baxaraq, yalnız müvafiq hüquqi tərkib olduqda, şəxsin ölmüş elan edilməsi barədə qərar qəbul edə bilər. Bu hüquqi tərkib üç hüquqi faktdan ibarətdir:
• fiziki şəxsin uzun müddət yaşayış yerində olmamasından;
• fiziki şəxsin olduğu yer haqqında məlumatın olmaması və bu məlumatın alınmasının qeyri-mümkünlüyündən;
• fiziki şəxsin olduğu yer barədə axırıncı (son) məlumatın alındığı gündən beş il müddətin keçməsindən’.
Ədəbiyyat siyahısı:
  • Azərbaycan Respublikası Mülki hüquq kursu, I cild, Sabir Allahverdiyev, 2008
  • Azərbaycan Respublikası Mülki Məcəlləsi
  • pa.edu.az
  • Mülki Hüquq – Məhəbbət Dəmirçiyeva (Dərslik)

Yüklə 17,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə