|
Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti
16
sintaqmatik hüdudlarını müəyyn edir. Bəzən həmin informativ
mərkəz bir dəfə mətnin əvvəlində və bir dəfə də sonda ifadə
edilməklə mətn komponentlərini konstruktiv çərçivəyə salır;
həm onların əlaqələnməsini bir daha təmin etmiş olur, həm də
mürəkkəb sintaktik bütövü başlayır və tamamlayır.
Bir gün Qam ğan oğlı xan Bayındır yerindən turmışdı.
Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə
aşanmışdı. Bin yerdə ipək xalicəsi döşənmişdi.
Xanlar xanı Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin
qonaqlardı. Genə toy edib atdan-ayğırdan, dəvədən buğra,
qoyundan qoç qırdırmışdı. Bir yerə ağ otağ, bir yerə qızıl otağ,
bir yerə qara otağ qurdırmışdı. «Kimün ki oğlı-qızı yoq, qara
otağa qondurın, qara keçə altına döşən, qara qoyun
yəxnisindən öginə gətürün. Yersə, yesün, yeməzsə, tursun-
getsün», -demişdi. «Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa,
qondurın. Oğlı-qızı olmıyanı allah-təala qarğayıbdır, biz dəxi
qarğarız, bəllü bilsün» -demiş idi.
Oğuz bəgləri birin gəlüb yığnaq olmağa başladı. Məgər
Dirsə xan deyirlərdi, bir bəgün oğlı-qızı yoxdı. Soylamış,
görəlim, xanım, nə soylamış: Salqum-salqum tan yelləri
əsdigində, saqallu boz ac turğay sayradıqda, saqalı uzın tat əri
banladıqda, bədəvi atlar issini görüb oğradıqda, ağlı-qaralı
seçən çağda, köksi gözəl qaya tağlara gün dəgəndə, bəg
yigitlər, cılasınlar bir-birinə qoyulan çağda, alar sabah Dirsə
xan qalqubanı yerindən uru turıb, qırq yigidin boyına alub,
Bayandar xanın söhbətinə gəlürdi.
Bayındır xanın yigitləri Dirsə xanı qarşuladılar. Götürüb
qara otağa qondurdular, qara keçə altına döşədilər, qara
qoyun yəxnisindən öginə götürdilər. «Bayandar xandan buyruğ
böylədür, xanım», -dedilər. Dərsə xan aydur: «Bayandar xan
bənim nə əksüglügüm gördi? Bəndən alçaq kişiləri ağ otağa,
qızıl otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa
qondurdı?» -dedi.
17
Ayıtdılar: «Xanım, bu gün Bayındır xandan buyruq şöylədir
kim, oğlı-qızı olmıyanı tənri-təala qarğayıbdır, biz dəxi
qarğarız, - demişdir» - dedilər (5, səh. 34).
Mətnin bütün struktur-semantik tutumu bir informasiyaya
əsaslanır: «oğlı-qızı olmıyanı tənri-təala qarğayıbdır, biz dəxi
qarğarız». Həmin informativ mərkəz bir dəfə mətnin əvvəlində
gəlməklə onu başlayır, ikinci dəfə mətnin sonunda işlənməklə
onu qapayır.
Mətnin informativ mərkəzi bir informasiyalı (bir xətli)
olduğu kimi, çox informasiyalı (çox xətli) da ola bilər. Bu
halda həm əsas informasiya, həm də ondan asılı şəkildə mətnin
ümumi informasiya süjeti ayrı-ayrı xətlərə şaxələnirlər.
Ozan aydır: «Qarılar dörd dürlidü: birisi soldıran soydır
(II), birisi toldıran toydır (III), birisi evin tayağıdır (I), birisi
necə söylərsən, bayağıdır» (IY).
(I) Ozan, evin tayağı oldır ki, yazıdan-yabandan evə bir
qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər–içirər,
ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım.
Anun bəbəkləri bitsün. Ocağına buncılayın övrət gəlsün.
(II) Gəldin ol kim soldıran soydır, sapadanca yerindən uru
turar, əlin-yüzin yumadan toquz bozlamac ilən bir küvlək
yoğurd gəvəzlər, toyınca tıqa- basa yeyər, əlin bögrinə urar,
aydar: «Bu evi xərab olası! Ərə varalıdan bərü dəxi qarnım
toymadı, yüzim gülmədi. Ayağım başmaq, yüzim yaşmaq
görmədi». Deyər: «Ah, noleydi, bu öleydi, birinə dəxi
vareydim. Umarımdan yaxşı-uyar oleydi», -deyər. Anun
kibinin, xanım, bəbəkləri bitməsün, ocağına buncılayın övrət
gəlməsün.
( III) Gəldin ol kim toldıran toydır, dəpdincə yerindən uru
turdı, əlin-yüzin yumadan obanın ol ucından bu ucına – ol
ucına çarpışdırdı. Quv quvaladı, din dinlədi. Öyləyədəncə
gəzdi. Öylədən sonra evinə gəldi. Gördi kim, oğrı köpək, yekə
tana evini bir-birinə qatmış, tauq komasına, sığır tamına
dönmüş. Qonşılarına çağırar ki, Yetər! Zəlixə! Zübeydə!
18
Ürüydə can-qız can! Paşa! Ayna Mələk! Qutlu Mələk!
Ölməgə-yitməgə getməmişdim, yatacaq yerim genə bu xərab
olasıydı. Noleydi, bənim evimə bir ləhzə baqaydınız. « Qonşı
həqqi – tənri həqqi» -deyü söylər. Bunın kibinin, xanım,
bəbəkləri bitməsün. Ocağına bunın kibi övrət gəlməsün.
( IY) Gəldin ol kim necə söylərsən, bayağıdır. Evinə yazıda-
yabandan bir udlu qonaq gəlsə, ər adam evdə olsa, ana disə ki,
tur ətmək gətür yeyəlim, bu da yesün; disə bişmiş ətməgün
bəqası olmaz, yemək gərəkdir, övrət aydar: « Neyləyəyim, bu
yıqılacaq evdə un yoq. Ələk yoq. Dəvə dəgirməndən gəlmədi» ,
-diyər; « nə gəlürsə, bənim sağrıma gəlsün» deyü əlüyin… urur,
yönin anaru, sağrısın ərinə döndürür. Bin söylərsən, birisini
quymaz – ərin sözini qulağına qoymaz. Ol Nuh peyğəmbərin
eşəgi əslidür. Andan dəxi sizi, xanım, allah saqlasun.
Ocağınıza buncılayın övrət gəlməsün (5, s. 33).
Verilmiş mətnin informativ strukturunda dörd əsas mənbə
müşahidə olunur. Yəni mərkəzi sema bir-biri ilə bağlı dörd
müxtəlif semanı birləşdirir. Bu, mətnin giriş cümləsində aydın
ifadə olunur və mətnin özünü də kiçik mətnlərə parçalayır,
dörd tərkib hissəyə (abzasa) ayırır. Mətnin giriş cümləsindəki
bu informativ tutum ayrı-ayrı hissələri – dörd abzası bir-birinə
bağlayır. Hər abzas isə qarılara aid dörd əlamətdən birini
xatırladır; onun kontekstual açımına həsr olunur. Birinci abzas
üçüncü əlamətə, ikinci abzas birinci əlamətə, üçüncü abzas
ikinci əlamətə, dördüncü abzas dördüncü əlamətə işarə edir.
Məlumdur ki, mürəkkəb sintaktik bütövlərin informativ
strukturu köhnə (məlum) və yeni (naməlum) olan
informasiyaları birləşdirir.
Bayındır xan aydır: « Mərə, niyə ağlarsız? Biz bunı
tanımazız. Adaqlusına aparın, görsün. Ol yaxşı bilür. Zira ol
dikübdir, yenə ol tanır» , -dedi.
Vardılar, kömləgi Banıçiçəgə ilətdilər. Gördi, tanıdı.
« Oldur!» -dedi. Tartdı, yaqasın yırtdı. Acı tırnaq ağ yüzinə
aldı-çaldı. Güz alması kibi al yanağını yırtdı. « Vay göz açub
Dostları ilə paylaş: |
|
|