Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 0,78 Mb.
səhifə19/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   12   13   14   15   16   17   18   19   20
Drs vsaiti.MP.

"TRACECA" beynəlxalq nəqliyyat, kommunikasiya proqramı

  • Yanacaq enerji sahəsində beynəlxalq “INOGATE” proqramı

  • Avropa İttifaqının MDB dövlətlərinə texniki yardım TACİS layihələri

  • Transmilli Şirkətlər, investisya layihələri

    1) Dünyada inteqrasiya prosesləri çərçivəsində müəy­yən­lə­şən bir çox beynəlxalq və regional proqramlar mövcuddur. Bu proqramlar və layihələr daxilində TRACECA, TACİS və İNOGATE bey­nəlxalq proqramları mövcuddur. «Yeni İpək Yolu» ad­lan­dı­rılan TRACECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa ara­sında nəqliyyat əlaqələrini inkişaf etdirən beynəlxalq proq­ram­dır. TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüs­seldə 3 may 1993-cü il tarixində keçirilmiş 8 təsisçi döv­lətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəq­liy­yat nazirlərinin Konfransında təsis olunmuşdur. Proq­ra­mın məq­sədi bu dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəs­tək­lə­məklə onların alternativ kommunikasiya nəqliyyat yolları vasitəsilə Av­ro­pa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Av­ro­pa­dan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks is­tiqamətdə müasir infrastruktur nəqliyyat dəh­li­zi­nin ya­ra­dıl­masından ibarətdir.


    Sovet İttifaqının süqutu nəticəsində müstəqil dövlətlərin ya­ran­ması və onların dünya birliyi ilə əlaqələrinin bərpa olun­ma­ğa başlanması böyük bir coğrafi ərazidə yeni iqtsadi məkanın for­malaşması prosesinə yol açmışdır.
    Yeni iqtisadi məkan artıq bir tam şəklində yaranıb ümum­dün­ya təsərrüfatı sisteminin tərkibi kimi formalaşır, onunla üz­vi surətdə qaynayıb qarışmağa çalışır. Nəhəng nəqliyyat dəhlizi bu imkanlara yol açsa da, həmin tarixi prosesin gedişi əhə­miy­yət­li dərəcədə “görünməyən yollardan”, yəni kapitalın, əm­təə­lə­­rin, işçi qüvvəsinin sərbəst hərəkəti və fəaliyyəti üçün əl­ve­riş­li iq­tisadi mühitin yaradılmasından asılıdır.
    Azərbaycan Respublikasının TRACECA Proqramında iş­ti­ra­kı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Av­ropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və ge­niş­lən­dirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəq­liyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Av­ropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kə­sişməsində əlverişli geostrateji mövqedə yerləşən Azər­bay­ca­nın nəqliyyat sektorunun inkişafı ölkəmiz üçün müstəsna əhə­miyyət kəsb etdiyini dərindən dərk edən Ümummilli lider Hey­dər Əliyevin təşəbbüsü ilə 7–8 sentyabr 1998-ci ildə Bakı şəhərində 9 ölkənin – Azər­baycan, Bolqarıstan, Gür­cüstan, Qırğızıstan, Moldova, Ru­mıniya, Türkiyə, Öz­bə­kis­tan, Uk­ray­na dövlət başçılarının və 13 beynəlxalq təş­ki­lat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans ke­çi­rilmişdir. Av­ro­pa İttifaqı TRACECA Proqramı əsasında "Av­ro­pa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəq­liy­yat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bə­yan­naməsi qəbul edil­mişdir. Saziş 12 dövlətin – Azərbaycanın, Gür­cüstanın, Er­mə­nistanın, Bolqarıstanın, Rumıniyanın, Mol­do­vanın, Uk­ray­na­nın, Özbəkistanın, Qazaxıstanın, Qır­ğı­zıs­ta­nın, Tacikistanın və Türkiyənin dövlət və hökumət başçıları tə­rə­­findən im­za­lanmışdır. Əsas çoxtərəfli sazişin müddəalarına uy­ğun olaraq, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi yaradılmışdır. Daimi Katibliyin Bakı şəhərində yer­ləşdirilməsi qərara alınmış və 2001-ci ilin 21 fevral ta­ri­xin­də TRACECA Hökumətlərarası Komissiyasının Daimi Ka­tib­li­yi­nin rəsmi açı­lı­şı baş tutmuşdur. Xarici İşlər Nazirliyi ilə TRACECA Hö­ku­mət­lərarası Komissiyanın Daimi Katibliyi (HKDK) arasında hə­yata keçirilən sıx əməkdaşlıq nəticəsində, proq­ramın öl­kə­miz­də reallaşmasında mövcud olan əsas prob­lemlər müəyyən edi­lir və onların həlli yolunda tədbirlər görülür. Bu əmək­daşlıq çər­çi­vəsində XİN-in rəhbərliyi ilə TRACECA Dai­mi Katibliyinin nü­mayəndələri arasında mütəmadi olaraq gö­rüş­lər keçirilir, XİN-in ekspertləri TRACECA İşçi Qruplarının işin­də fəal iş­ti­rak edirdi, XİN-in təşkilatçılığı ilə keçirilən təd­bir­lə­rə TRACECA nümayəndələri dəvət olunurdu. Avropa İttifaqı tə­rəfindən Proqramın reallaşdığı dövr ərzində Azərbaycan Re­s­pub­likasına investisiya layihələrinin maliyyələşdirilməsi üçün təx­minən 14 milyon Avro həcmində vəsait ayrılmışdır. Bu dövr­də respublikamızda TRACECA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məq­sə­di­lə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm iş­lər görülmüşdür. Belə ki, TRACECA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sek­to­runun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra təd­birlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xət­lə­rinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı va­sitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üz­rə müəyyən işlər görülmüşdür. Bakı şəhərində ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft bo­şaltma limanı istifadəyə verilmişdir. Bakı Beynəlxalq Ti­carət Li­manının bərə terminalında yenidənqurma işləri baş­lan­mış­dır. TRACECA Proqramının bu layihələrinin həyata ke­çi­­ril­məsi məq­sədilə Azərbaycan Respublikasına dünyanın müx­­tə­lif ma­liy­yə institutlarından (Avropa Yenidənqurma və İn­kişaf Ban­kı, Kü­veyt İqtisadi İnkişaf Fondu, İslam İnkişaf Ban­kı, Dün­ya Ban­kı və s.) 255 milyon ABŞ dolları həcmində kreditlər ayır­­mış­dır.
    – Əsas Çoxtərəfli Sazişin Depozitoru funksiyalarını yerinə ye­tirərək Xarici İşlər Nazirliyi üzv dövlətlərlə Sazişin işi ilə bağlı yazışma aparır, iştirakçıları Sazişə aidiyyəti olan sə­nəd­lər, məlumatlar və bildirişlər haqqında xəbər verirdi
    – Ölkəmizin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla mü­­na­sibətlərdə təmsil etmə funksiyasını həyata keçirən Xarici İş­lər Nazirliyi tərəfindən TRACECA Proqramının inkişaf et­di­ril­məsi ilə bağlı məsələlər dövlətin xarici siyasətinin prioritet is­­ti­qa­mət­lərindən biri kimi əsas tutulurdu, aparılan görüşlər və da­­nı­şıq­lar zamanı, ikitərəfli əlaqələr səviyyəsində və bey­nəl­xalq təş­kilatlar çərçivəsində TRACECA-nın maraqlarının mü­da­fiə edil­məsi istiqamətində iş aparılırdı, Avropa-Qafqaz-Asiya nəq­liy­yat dəhlizinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş tək­liflər irəli sürülürdü. Azərbaycan Respublikasında və Əsas Çox­tərəfli Sazişin üzv-dövlətlərində TRACECA nəq­liy­yat dəhlizinin cəlbediciliyinin artırılması istiqamətində görülən iş­lərin nəticəsində gözə çarpan nailiyyətlər əldə edilmişdi, mar­şrut üzrə yük daşımalarının həcmi xeyli artmışdır.
    Azərbaycan özünün əlverişli strateji mövqeyi ilə bu iqtisadi mə­kanın mərkəzində, Qərblə Şərqin kəsişmə nöqtəsində yer­ləş­miş­dir. İki qitə arasında yaradılan nəhəng kommunikasiya qur­ğu­larının respublika ərazisindən keçməsi onun strateji rolunu da­ha da artırmışdır. Respublikamızda nüfuz dairəsi uğrunda dün­yanın aparıcı dövlətlərinin rəqabət mübarizəsi, yalnız möv­cud olan zəngin təbii sərvətlərlə deyil, həmçinin əhə­miy­yətli dərəcədə kommunkasiya, nəqliyyat sistemi ilə əla­qə­dar­dır.
    Yaranan yeni iqtisadi məkanda beynəlxalq ticarət, bey­nəl­xalq kapital və maliyə axınları sürətlə genişlənməyə baş­la­mış­dır. TRACECA proqramı üzrə ümumdünya əhəmiyyətinə ma­lik olan nəhəng layihələrin həyata keçirilməsi inteqrasiya pro­se­sini daha da sürətləndirir. Böyük perspektivə malik iş im­kan­la­rı­nın açıl­ma­sı yaxın gələcəkdə yeni iqtisadi məkanda yeni bey­nəl­xalq ma­liyyə mərkəzinin yaranacağı imkanını xeyli ar­tır­mış­dır.
    8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan pre­­zidentlərinin təşəbbüsü və Aİ-nın TACİS-TRACECA proq­ra­mının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı bey­nəl­xalq konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nü­mayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edil­miş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gür­cüs­tan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Uk­rayna, Moldova, Rumıniya və Bolqarıstanın “Avropa-Qaf­qaz-Asiya Nəqliyyat Koridorunun inkişafı üçün əsas Bey­nəl­xalq Nəqliyyat çoxtərəfli Müqavilə” (Əsas razılaşma) və Əsas Ra­zılaşmanın əsasında beynəxalq dəmiryolu nəqliyyatı olan Tex­niki Əlavə sənədlər qəbul edilmişdir.
    2) INOGATE beynəlxalq layihə Avropaya Neft və Qaz nəq­­liyyatı üzrə (İNOQEYT) enerji proqramıdır. Proqramın məqsədi neft və qaz kəmərləri sistemlərinin vasitəsi ilə regional inteq­ra­si­ya­nı təmin etmək və iştirakçı dövlətlərin nəqlini dəstəkləməkdir. Pro­q­ram özəl sərmayəçiləri və beynəlxalq maliyyə təşki­lat­la­rı­nı bu kəmərlər vasitəsilə yanacaq, enerji layihələrinin həyata ke­çi­­rilməsində əsas rol oynayır.
    INOGATE (Avropaya dövlətlərarası neft və qaz nəqliyyatı) proqramı, keçmiş SSRİ-nin Yeni Müstəqil Dövlətləri üçün Avropa Birliyinin texniki yardım proqramı daxilində bir regional təşəbbüsdür.
    İNOGATE regional neft və təbii qaz məhsullarının Xəzər və Orta Asi­ya bölgələrindən Avropa və qərb bazarlarına karbohidrogen məh­­sullarının daşınması üçün texniki enerji layihəsidir.
    İNOGATE razılaşmasını imzalayan 21 ölkə olmasına bax­ma­yaraq 50-yə yaxın ölkə də bu əməkdaşlığa qoşulmuşdur. Bu öl­kə­lər Xəzər və Orta Asiya bölgəsində çıxarılan neft və təbii qa­zın müxtəlif boru kəmərləri ilə Avropa bazarına çatdırılması ba­rədə razılıq vermişlər. Beynəlxalq layihənin əsas təyinatı təbii qa­zın və neftin boru xətləri vasitəsilə regionun yanacaq- enerji tə­minatını və enerji təhlükəsizliyinin təmin edilməsidir.
    AYB, AİKB və Dünya Bankı bu proqrama maliyyə dəstəyi­ni tə­min edən əsas müəssisələrdir. 1991-ci ildə Azərbaycan Res­­pub­likası müstəqillik qazandıqdan sonra Avropa İttifaqı Azərbaycan iq­ti­­sa­­diy­yatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Azər­baycanda INOGATE proqramı çərçivəsində Şirvanovka və Qazax qaz paylayıcı sistemləri qurulmuşdur.
    Proqramın məqsədi regionda neft və qaz boru kəmərləri sis­tem­lərinin və infrastrukturun bərpa edilməsi və müa­sir­ləş­di­ril­mə­si üzrə bu ölkələrə kömək göstərilməsindən ibarətdir.
    INOGATE çərçivəsində həyata keçirilən texniki əmək­daş­lığa əlavə olaraq, Aİ zəngin təbii ehtiyatlara və strateji coğrafi əra­ziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya öl­kə­lərinin enerji təminatını və tranzit potensialının səmərəli is­ti­fa­dəsinə yönəlmiş fəaliyyətində Avropaya daxil olan ölkələr və bü­tün tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini ge­niş­ləndirməkdədir. 13 noyabr 2004-cü ildə Bakıda Enerji Na­zir­­liklərinin Konfransında Aİ, Qara dəniz və Xəzər dənizi höv­zə­si ölkələri arasında enerji sahəsində əməkdaşlığını güc­lən­dir­mək məqsədi daşıyan siyasi dialoq aparılmışdır.
    1999-cu ilin iyul ayında 15 dövlətin iştirakı ilə im­za­lanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Avropa İttifaqının Çərçivə Sa­zişi İNOGATE-nin əsas hüquqi bazasını təşkil etmişdir. Proq­ra­mın 1-ci fazası ümumi məbləği 50 milyon avrodan artıq olan 10 layihənin həyata keçirilməsini nəzərdə tuturdu və bu la­yi­hə­lər­dən beşi bilavasitə Azərbaycanla əlaqədardır. INOGATE çər­çivəsində yeni müstəqil dövlətlər və Azərbaycan daxil ol­maq­la trans-sərhəd layihələrinin həyata keçirilməsi üçün yeni pers­pektivlər yaradır və hidrokarbon mənbələrinin tranziti ilə bağ­lı beynəlxalq razılaşmaların üstünlükləri əsasında bey­nəl­xalq maliyyə institutları və xüsusi investisiya fondları tə­rə­fin­dən investisiyanın cəlb edilməsi məqsədləri üçün vacib rol oy­na­yır. INOGATE-nin məqsədi neft və qaz kəmərləri sis­tem­lə­rinin vasitəsilə regional inteqrasiyasını təmin etmək və onların nəqlini dəs­­təkləməkdir. Proqram özəl sərmayəçiləri və beynəlxalq ma­liy­yə təşkilatlarını bu kəmərlər üzrə layihələrin həyata ke­çi­ril­mə­sinə cəlb etmək üçün beynəlxalq katalizator rolunu oynayır.
    3) Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən bi­rini Avropa İttifaqı ilə əməkdaşlıq təşkil edir. Azərbaycanın iq­ti­sadi durumu və strateji mövqeyi Avropa İttifaqı üzv döv­lət­lə­rinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf et­dir­mək marağını artırır.
    Müstəqil Dövlətlər Birliyinə Texniki Kömək - TACIS Av­ropa Komissiyasının Müstəqil Dövlətlər Birliyi üzv öl­kələrə, demokratik bazar mərkəzli iqtisadi sistemə uy­ğun­laş­manı təmin edə bilmələri üçün etdiyi qrant və texniki yardım proq­ramıdır. Daha sonralar Monqolustan da yardım proq­ra­mına daxil edilmiş və proqram Avropa Yardım və İş Birliyi Ofi­sinin tərkibinə qatılmışdır.
    1990-cı il dekabr ayında Romada keçirilən Avropa Birliyinin Zirvə top­lan­tı­sında, keçmiş Sovet respublikalarını iqtisadi, texniki cə­hət­dən dəstəkləmək üçün qərar verildi və Avropa Birliyi dəs­tə­yi­nin bir beynəlxalq texniki yardım proqramlarının reallaşdırılması qə­rar­laş­dı­rıldı. Bu yığıncaq TACIS (Technical Assistance to the Com­monwealth of Independent States – Müstəqil Dövlətlər Bir­li­yi­nə Tex­niki Kömək) Proqramının başlanğıc mərhələsini reallaşdırmışdır. TACIS, Sovetlər Birliyi dağıldıqdan sonra yaranan 12 müstəqil dövlətin və Monqolustanın siyasi və iqtisadi quruculuq pro­sesini dəstəkləmək üçün 1991-ci ildən bəri icra edilməkdə olan beynəlxalq proqramdır. Proqramın üç əsas hədəfi vardır:

    • Bu dövlətlərin bazar iqtisadiyyatı və demokratiyaya keçiddə yardım gös­­­tərilməsi;

    • Əməkdaşlıq səviyyədə tərəfdaşlığı və ikili əlaqələrin inkişaf et­di­rilməsi;

    • Beynəlxalq inkişaf proqram üzrə MDB ölkələrinin dünya iqtisadiyyatına in­teq­rasiyası;

    1991–1996-cı illərdə proqram çərçivəsində bu ölkələrə 3 milyard 390 milyon avro məbləğində yardım edilmiş və 2500-dən çox layihənin reallaşması təmin edilmişdir.
    TACIS proqramı Avropa İttifaqının MDB dövlətlərinə tex­ni­ki yardım proqramıdır. Aİ-nın TACIS proqramı çərçivəsində mü­vafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda apa­­rılan iqtisadi islahatlara dəstəkdir. TACIS proqramı (MDB öl­kələrinə texniki yardım) 12 keçmiş Sovet İttifaqı dövləti və Mon­qolustana texniki yardım dəstəyini təmin etmək üçün 1991-ci ildə AS tərəfindən qəbul edilmişdir. TACIS proqramının Azərbaycanla bağ­lı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük ve­ri­lir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. TACIS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə la­yi­hə­lə­ri TRACECA və INOGATE-dir.
    İnteqrasiya prosesində Avropa İttifaqı və tərəfdaş ölkələr arasında genişlənən əlaqələr çərçivəsində Tə­rəf­daş­lıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. On Şər­qi Avropa və Mərkəzi Asiya ölkəsi Tərəfdaşlıq və əmək­daş­lıq Sazişinə qoşulmuşdur. TƏS çərçivəsində Avropa İttifaqı və partnyor ölkə tərəfindən imzalanmış və ratifikasiya olunmuş sa­ziş­dir. Belə saziş 22 aprel 1996-cı ildə imzalanmış, 8 oktyabr 1996-cı ildə isə Azərbaycan tərəfindən təsdiq edilmiş, 1 iyul 1999-cu il­də qüvvəyə minmişdir.
    18 may 2004-cü ildə Aİ-nin on yeni üzv dövlətinin Avropa İtti­faqı və Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əmək­daşlıq Sazişə qoşulmasına dair protokolun imza­lan­ma­sın­dan sonra əsas məqsədlər müəyyənləşdirilmişdir.
    Texniki Yardım proqramı olan TACIS Yeni Müstəqil Döv­lət­ləri və Monqolustan üzrə Avropa İttifaqının proqramıdır. Beynəlxalq TACIS proqramı Avropa İttifaqı və tərəfdaş ölkələri arasında iqtisadi və si­yasi əlaqələrin inkişafına təşviq edir.
    TACIS proqramının reallaşması bazar iqtisadiyyatına və demokratiyaya keçid prosesini dəstəkləmək üçün qrant təmin edir. 1991-ci ildə texniki yardım proqramı kimi bağlanmış proq­­ramın çərçivəsində 116,5 milyon avro dəyərində vəsait ay­rıl­­­mışdır. TACIS layihələri Tərəfdaşlıq və Əməkdaşlıq Sa­ziş­ləri əsasında əmək­daşlıq proqramlarına çevrilmişdir.
    TACİS proqramının maliyyələşdirdiyi vacib layihələrdən bi­ri də TEMPUS proqramıdır. TEMPUS yeni müstəqillik qazan­mış öl­kələrə ali təhsil sahəsində yardım göstərilməsi üzrə əmək­­daş­lıq proqramıdır. Avropa Birliyi dövlətlərinin hər biri ilə ayrı-ay­rılıqda maliyyələşdirilən TEMPUS proqramının real­laş­dı­rıl­ma­sında məqsəd Avropa ali təhsil sistemi çərçivəsində müs­tə­qil­lik əldə edən ölkələrlə iş birliyinə nail olmaqdır, Avropa təhsil sisteminə inteqrasiya etməkdir.

    1. Dünya təsərrüfatının müasir inkişaf mərhələsində ölkələrin iq­tisadi artım templərinin sürətlənməsində birbaşa xarici in­ves­ti­siyaların rolu danılmazdır. Aydındır ki, birbaşa xarici in­ves­tisiyalar ayrı-ayrı ölkələr üçün xarici dövlət borcu yaratmır və ək­sinə olaraq onun örtülməsi üçün əlavə vəsait mənbələri ya­ra­dır, istehsal və elmi-texniki kooperasiya vasitəsilə milli iq­ti­sa­diy­yatların beynəlxalq təsərrüfata aktiv inteqrasiyasına münbit şə­rait yaradır. Ölkələr arasında birbaşa xarici investisiyaların hə­yata keçirilməsi nəticəsində müasir dünya iqtisadiyyatında trans­milliləşmə prosesini meydana çıxaran iri transmilli şir­kət­lər – TMK-lar yaradılır. Transmilliləşmə prosesini meydana çı­xa­ran TMK-lar dünya təsərrüfatında yeni gün mənbələri ol­maq­la, həm də beynəlmiləlləşmə prosesinin əsas aparıcı qüv­və­si­dir. Belə ki, müasir xarici iqtisadi fəaliyyətdə artıq ticarət de­yil, mal və xidmətlərin istehsal və satışının bilavasitə xaricdə təş­kil edil­məsi dominant prosesdir. Bu üsulla həyata keçirilən sa­tış əmə­liyyatlarının həcmi ixrac əməliyyatlarının həcmini qa­baq­­la­yır, ümumdünya ixracatının özü isə tədricən TMK-ın müx­təlif şö­bələri arasında aparılan firmadaxili ticarətə çevril­mək­dədir. Bü­tün bunlardan belə bir nəticə çıxarmaq olar ki, TMK fəa­liyyəti nəticəsində dünya təsərrüfatı bey­nəl­mi­ləl­lə­şə­rək vahid mal, xidmət, kapital, işçi qüvvəsi bazarına çevrilir. TMK-lar xa­rici ölkələrin iqtisadi resurslarına birbaşa çıxış im­ka­nı əldə edir və öz kapitalı, istehsal birlikləri və sahibkarlaq ba­carığını is­tehsalata cəlb edərək dünya səviyyəsində effektiv is­tehsal və sa­tış şəbəkəsi yaradırlar. Dövlət və transmilli kapital ara­sında olan “mübarizə” yenə davam edəcəkdir. Əhali isə ya­şa­dı­ğı re­gi­on­dan asılı olmayacaq, bir istehlakçı kimi transmilli korp­ora­si­ya­lara və onların istehsal etdikləri əmtəələrə üs­tün­lük ve­rə­cək­dir. Buna səbəb isə transmilli korporasiyaların daha aşa­ğı qiy­mə­tə keyfiyyətli əmtəə təklif etməsi olacaqdır. Həm­çi­nin döv­lət­lərin iqtisadi siyasəti yerli istehsalçıları qorumağa, on­ların in­kişafına yardımçı olan bir proteksionist siyasət ola­caq­dır. Həm dövlətlər, həm də transmilli korporasiyalar öz mə­na­feyinə uy­ğun milli hökumətlərdən də üstün olan tənzimləmə or­­qan­la­rının yaradılmasında maraqlı olacaqlar. Milli dövlətlərin fövqəldövlət tənzimləməsinin möv­­cud­lu­ğu­na meylli olmalarının ən əsas səbəbi dövlətləri bə­zən onların ma­raqlarına zidd olan transmilli kapitalın tən­zim­lən­məsinə, nə­za­rət altında saxlanılmasına və onun sərbəst hə­rə­kət etməsinə tə­sir göstərilməsinə səy göstərilməsi hesab edilir. Mil­li hö­ku­mətlər transmilli korporasiyaların qarşısında ma­neə­lər tö­rət­dik­lərindən, transmilli kapitalın sərbəst hərəkətinə öz ma­­raq­la­rına uyğun təsir edəcəklərindən transmilli kor­po­ra­si­ya­lar föv­qəl­dövlət tənzimlənilməsi orqanlarına meylli ola­caq­dır­lar. On­la­ra sərf edən ÜTT, BVF və bu kimi qurumların daha çox möv­cud olmasıdır. İki güclü rəqib olan transmilli kor­po­ra­si­ya və döv­lət arasındakı mübarizə kompromis qərarlar seriyası ilə də mü­şayiət olunacaqdır. Yeni informasiya tex­no­lo­gi­ya­la­rı­nın mey­dana gəlməsi isə transmilli kor­porasiyaların stra­te­gi­ya­sı­nı və eləcə də təşkil olunmasını köklü şəkildə də­yiş­di­rə­cək­dir. Trans­milli korporasiyaların istehsal bölmələri getdikcə ge­niş­­lə­nəcək və ucuz, həm də ixtisaslaşmış işçi qüvvəsinin ol­du­ğu öl­kələrə hərəkət edəcəkdir. Həmçinin transmilli kor­po­ra­si­ya­la­rın digər hissələrində də köklü olaraq dəyişikliklər baş ve­rə­cək­dir. Beynəlxalq maliyyə mühiti dedikdə, beynəlxalq biz­ne­­sin fəaliyyəti üçün zəruri olan dünya maliyyə bazarlarının ya­­ran­ması və inkişafı şərtlərini müəyyən edən şərait nəzərdə tu­­tu­lur. Beynəlxalq maliyyə bazarları, beynəlxalq bank sistemi və bey­nəlxalq investisiyalarının idarə olunması şə­bə­kə­si, yə­ni kapital bazarı onun mühüm tərkib hissələri, milli və bey­­nəl­xalq maliyyə qurumları isə onun əsas iş­ti­rak­çı­la­rı­dır.



    NƏTİCƏ

    Bakı Slavyan Universitetinin “Azərbaycan tarixi və ictimai elm­lər” kafedrasının dosenti Ə.Ə.Əmirov tərəfindən hazır­lan­mış “Müasir beynəlxalq və regional inteqrasiya prosesləri” dərs vəsaiti Beynəlxalq münasibətlər və regionşünaslıq fa­kül­tə­si­nin bakalavr hazırlığı üzrə beynəlxalq münasibətlər və re­gion­şü­nas­lıq ixtisası kurslarında təhsil alan tələbələr üçün kur­sun təd­ri­sinə həsr olunmuşdur. “Müasir və regional inteqrasiya pro­ses­lə­ri” kursunun tədrisi 60 saat həcmində nəzərdə tu­tul­maq­la, on­lar­dan 30 saat mühazirə, 30 saat isə seminar məş­ğə­lə­sin­dən iba­rətdir. Beynəlxalq münasibətlər və regionşünaslıq fa­kül­tə­si­nin tələbələrinə “Müasir beynəlxalq regional inteqrasiya pro­ses­ləri” kursunun tədrisi və digər məsələlər haqqında hərtə­rəfli bi­lik alınmasına və öyrənilməsinə yardım edəcəkdir. Təd­ris pro­sesini mövzu üzrə mövcud ədəbiyyat, əyani və­sait­lər, in­ter­net materialları və istifadəsi mümkün olan digər va­si­tə­lər əsa­sın­da həyata keçirmək nəzərdə tutulur.


    Müasir beynəlxalq regional inteqrasiya prosesləri fənni üzrə dərs vəsaiti inteqrasiya proseslərinin öyrənilməsinə həsr olu­nub. Dərs vəsaitində inteqrasiyanın sosial, siyasi, iqtisadi əsas­la­­rı, tarixi səbəbləri nəzərdən keçirilir. Bu proseslərin səbəbləri, əla­mətləri, cəhətləri, regional və beynəlxalq inteqrasiyanın ma­hiy­yəti açıqlanır. İnteqrasiya proseslərinin dünya dövlətlərinin mil­li iqtisadiyyatlarının inkişafına təsiri araşdırılır. Dərs və­sa­i­tin­də müa­sir beynəlxalq, regional inteqrasiyaya nəzəri ya­naş­ma­lar gös­tərilir, inteqrasiya konsepsiyaları təhlil edilir.
    İnteqrasiya proseslərinin inkişaf mərhələləri, əsas formaları və əməkdaşlıq növləri dərs vəsaitində əsas yer tutur. Bu səp­ki­də müasir beynəlxalq, regional inteqrasiyanın xüsusiyyətləri, tip­­ləri vacib məsələlər kimi oxucuya çatdırılır.
    Dərs vəsaitində vacib yer dünya məkanında regionlar üzrə in­­teqrasiya proseslərinin təşəkkülünə, yaranan birliklərin, itti­faq­­ların quruluşuna, formalarına, fəaliyyət istiqamətlərinə ve­ri­lir və bu proseslərin əhəmiyyəti işıqlandırılır. Bu in­teq­ra­si­ya qu­rumları və birlikləri daxilində əməkdaşlıq forma və növ­lə­ri­nin sosial-iqtisadi nəticələri qeyd olunur. Qloballaşan dövrdə bey­nəlxalq və regional inteqrasiya birləşən dövlətlərə dünya miq­yasında daha yüksək rəqabət bacarığını təmin edir.
    Müasir beynəlxalq regional inteqrasiya prosesləri möv­zu­sun­da təqdim olunmuş dərs vəsaiti bakalavr və magistr tə­ləbələ­ri, bu sahə üzrə mütəxəssislər üçün dəyərli bir vasitədir.


    Yüklə 0,78 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   12   13   14   15   16   17   18   19   20




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə