Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Təbii proseslərin pozulmasının canlı aləmin



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

80
 
 
4.Təbii proseslərin pozulmasının canlı aləmin 
sağlamlığına mənfi təsiri 
 
İnsanlar tərəfindən atmosferə atılan qazların istixa-
na təsiri yaratması nəticəsində yer səthində yaranan isti-
lik  artımına  Qlobal  istilik  deyilir.  Məlumdur  ki,  dünya-
nın səthi günəş şüaları tərəfindən isidilir. 
Dünya bu şüaları təkrar atmosferə əks etdirir. Am-
ma  bəzi  şüalar,  su  buxarı,  karbon-dioksid  və  digər  qaz 
birləşmələrinin  dünyanın  üzərində  gətirdiyi  təbii  örtük 
tərəfindən  tutulur.  Bu  da  yer  üzünün  kifayət  qədər  isti 
qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaq-
ların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və 
cəmiyyətdəki  istehlak  meylinin  artması  kimi  səbəblər-
dən atmosferdə karbon-dioksid və di-azot qazların yığıl-
masını artırır. Alimlərə görə bu artım qlobal istiləşməyə 
səbəb olur. 1860-cı ildən günümüzə qədər tutulan qeyd-
lər, orta hesabla qlobal istiliyin 0,5 ilə 0,8 dərəcə arasın-
da artdığını göstərir. 
Alimlər son 50 ildəki istilik artımının insan həyatı-
na gözə çarpacaq dərəcədə təsir etdiyinin fikrindədirlər. 
Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşı-
rıq. Heç  bir tədbir görülməzsə  bu  əsrin sonunda  qlobal 
istiliyin  orta  hesabla  2  dərəcə  artacağı  təxmin  edilir. 
Həmçinin, dünya daxilində tutulmağa başlanan qeydlər-
də bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən is-
ti il idi. Bu istilik artımı, yəni qlobal istiləşmə nələrə gə-
tirib çıxarır, həyatımıza necə təsir edir? 
Dünya  iqlim  sistemində  dəyişikliklərə  səbəb  olan 
qlobal  istiləşmənin  təsirləri  ən  yüksək  zirvələrdən, 


81
 
 
okean  dərinliklərinə,  ekvatordan  qütblərə  qədər  dünya-
nın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, 
dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə tor-
paq itkiləri artır. Məsələn, 1960-cı illərin sonlarından bu 
yana  Şimal  Yarımkürəsində  qar  örtüyündə  yüzdə  10% 
azalma  olub.  XX  əsr  boyunca  dəniz  səviyyələrində  də 
10-25  sm  arasında  bir  artım  olduğu  müəyyən  olunub. 
Qlobal  istiləşməylə  bağlı  olaraq  dünyanın  bəzi  böl-
gələrində  qasırğalar,  sellər  və  daşqınların  şiddəti  və 
sıxlığı  artarkən  bəzi  bölgələrdə  uzun,  davamlı,  şid-
dətli  quraqlıqlar  və  səhralaşmalar  baş  verir.  Qışda 
istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların 
köç dövrləri dəyişir. Yəni, iqlimlər dəyişir. Bunun nəti-
cəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan ya 
azalır, ya da tamamilə yox olur. 
Qlobal  istiləşmə  insan  sağlamlığına  ciddi  təsir 
göstərir. 
Alimlər iqlim dəyişikliklərinin ürək, tənəffüs yolu, 
yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsir göstər-
diyi  fikrindədirlər.  Qlobal  istiləşmənin  səbəbləri  kimi 
hava  şəraitinin  uzun  bir  zaman  içində  orta  hesabla  də-
yişməsi  meyli  təyin  olunur.  Dünya  son  bir  milyard  il 
içində təxminən 250 mln. il davam edən isti dövrlər və 
bunların  ardından  gələn  dörd  böyük  soyuq  dövr  keçir-
mişdir.  Dünya  təxminən  əlli  milyon  il  əvvəl  soyuq  bir 
dövrə girmiş, bu dövrdə yüz min ildə bir on min il müd-
dətlə görülən isti dövrlərin xaricində soyuma meyli gös-
tərmişdir. Hal-hazırda bu isti dövrlərdən biri yaşanmaq-
dadır. Dörd min il əvvəl başlayan istilik enişləri nəticə-
sində  dünyanın  soyuma  meylinin  artmasını  gözləyirdi-


82
 
 
lər.  Lakin,  bu  artım  son  yüz  əlli  ildə  reallaşmamışdır. 
Günəş  kimi  təbii  amillərlə  böyüyən  bu  artımın  səbəbi, 
xüsusilə  son  vaxtlarda,  böyük  olçüdə  insan  qaynaqları 
olan istixanaların təsirindən yaranan qlobal istiləşmədir. 
Təbii proseslərin pozulması, yəni havanın, suyun 
və  torpağın  çirkləndirilməsi  insanların  sağlamlığına  və 
orqanizmlərin  həyat  fəaliyyətlərinə  birbaşa  təsir  göstə-
rirlər.  Məsələn,  karbon  qazlarının  havaya  buraxılması 
iqlimə  təsir  göstərir,  bu  da  öz  növbəsində  yeyinti  məh-
sullarının  istehsalında  özünü  əks  etdirir,  biogenlər  yığı-
mında baş verən dəyişmələr bəzi növlərin məhvinə, di-
gərlərinin sürətlə çoxalmasına səbəb olur. 
Canlı orqanizmlərin o cümlədən insanın fəaliyyəti, 
ətraf mühiti və məhsulları çirkləndiricilər rolunu  oyna-
yırlar.  Ekosistemin  sabitliyinin  əsas  şərti  odur  ki,  bəzi 
orqanizmlərin  tullantıları  digər  orqanizmlər  tərəfindən 
qida, yaxud xammal kimi istifadə olunur. Balanslaşdırıl-
mış  ekosistemlərdə  tullantılar  təhlükəli  dəyişmələrə  sə-
bəb olacaq səviyyədə yığılmır, quruyur və təbiət tərəfin-
dən udulur. 
İnsanlar  öz  tarixləri  boyunca  tullantılardan  təbii 
proseslərin hesabına azad olmuşlar. Ancaq indi vəziyyət 
hədsiz  dərəcədə  qeyri-sabitdir.  Demoqrafiyada  baş  ve-
rən sürətli sıçrayışlar xammal və enerji sərfinin  yüksəl-
məsi  ilə  birlikdə  ətraf  mühitə  çox  böyük  miqdarda  tul-
lantıların  atılmasına,  onun  çirklənməsinə  gətirib  çıxar-
mışdır. 
İnsanın fəaliyyətinin bütün növləri enerjinin isteh-
salı  və  istifadəsi  ilə  sıx  əlaqədardır.  Istehsalın  müasir 
həcmi  çoxlu  miqdarda  enerji  sərfini  tələb  edir,  bununla 


83
 
 
yanaşı sənaye və ya kənd təsərrüfatı məhsulunun hər va-
hidinin istehsalına onun sərfi daima artır 
Texniki  tərəqqi  insan  əməyinin  maşın  əməyi  ilə 
əvəz  edilməsi  prosesini  getdikcə  gücləndirir.  Vaxtilə 
ABŞ-da əhalinin 90%-i kənd təsərrüfatı ilə məşğul oldu-
ğu  halda,  indi  cəmi  2%  əhali  torpaq  becərir  və  qalan 
98%-ni  yedizdirir,  hətta  xeyli  miqdarda  digər  ölkələrə 
məhsullar  ixrac  edir.  ABŞ-da  1  ton  taxıl  əldə  etmək 
üçün  insan  əməyindən  və  günəş  enerjisindən  başqa  , 
kənd  təsərrüfatı  texnikası  üçün  yanacaq,159  litr  neft  (1 
barel neft)  tələb olunur. 
Hazırda təbiətdə çoxsaylı enerji mənbələri möv-
cuddur,  onlar  da  bir-birindən  nəinki  fiziki  və  kimyəvi 
xassələri,  həm  də  ehtiyatlarının  kəmiyyətlərinə,  bərpa 
oluna  bilməsinə,  tükənən  olmasına,  ətraf  mühitə  təsir  
səviyyəsinə  və  dəyərinə  görə  fərqlənirlər.  Hazırda  çox 
yayılanlar  istilik  energetikası  (müxtəlif  növ  üzvi  yana-
caqların – neft, qaz, daş kömür, torf  və s. yandırılması-
na  əsaslanan),  hidroenergetika  (su  resurslarından  istifa-
də  edən)  və  nüvə  energetikasıdır  (nüvə  reaksiyalarına 
əsaslanan). Bütövlükdə dünyada ən çox istilik energeti-
kasından  istifadə  edilir.  Bu  və  ya  digər  mənbə  seçilər-
kən  əsasən  enerjinin  hasilatı  və  istifadəsinə  çəkilən 
xərclər nəzərə alınır. Bu zaman çox vaxt ekoloji və icti-
mai zərər nəzərə alınmır. 
Energetika həmişə ətraf mühiti ən çox çirkləndirən 
sahələrdən biri olmuşdur. Bu gün də bu sahə ətraf mühi-
tin  çirkləndirilməsində  əsas  səbəbkarlardan    biri  olaraq 
qalır. 
Meydana  çıxma  səbəblərindən  asılı  olaraq,  ət-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə