Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə44/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   36   37   38   39   40   41   42   43   44

107 
sıra  irimiqyaslı  layihələr  həyata  keçirmişik:  muğam  müsabiqələri, 
«Qarabağ  xanəndələri»  muzıkal  albomunun  buraxılması,  «Muğam» 
jurnalının  nəşri  və  sair.  Bu  sırada  «Muğam  ensiklopediyası»nın  nəşri 
xüsusi yer tutur. Mən inanıram ki, Azərbaycan muğamına həsr olunmuş 
bu nəşrin gələcək buraxılışı daha da zəngin, daha da maraqlı olacaqdır... 
…YUNESKO-nun  nümayəndəsi,  Paris  Milli  Elm  araşdırmalar 
Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın 
keçirilməsini  yüksək  qiymətləndirmişdir.  O  demişdir  ki,  Fransada 
muğamla ilk tanışlıqdan sonra muğamlara valeh olmuşdur. 
Ənənəvi  musiqi  üzrə  Beynəlxalq  Şuranın  vitse-prezidenti  Vim  Van 
Zanten  muğamın  incəliklərindən,  bu  sahədə  aparılan  tədqiqatlardan 
danışmışdır.  Qonaq  demişdir  ki,  musiqi  festivalının  və  simpoziumun 
keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri 
olan  muğam  bəşəriyyətin  qeyri-maddi  irsinin  inciləri  siyahısına 
düşmüşdür. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti bundan sonra 
da digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcəkdir.  
…Kanadanın Toronto Universitetinin professoru Cerob Sens: 
-  «Muğam insanı olduqca valeh edən bir musiqi incisidir. Bu mənada 
Azərbaycan  muğamlarını  dinləmək  insana  xüsusi  zövq  verir.  «Muğam 
aləmi»  Beynəlxalq  festivalı  bu  musiqi  incilərinin  dünyada  daha  geniş 
tanınmasına təkan verəcəkdir». 
Eyni  zamanda,  bu  festivalın  və  Azərbaycanda  keçirilən  muğam 
həftəsinin timsalında görürük ki, muğam insanları, xalqları birləşdirir. 17 
ölkədən 150-dən çox qonaq bu tədbirdə iştirak edəcək. Muğam məhəbbət 
sənətidir, muğam dostluq sənətidir. Ümid edirəm ki, bu günlərdə qoyulan 
bu  gözəl  yeni  ənənə  yaşayacaq  və  Azərbaycanda  muğam  festivalının 
keçirilməsi ənənəyə çevriləcəkdir… 
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın çıxışından:  
-  2003-cü  ildə  Azərbaycanda  muğam  YUNESKO  tərəfindən 
bəşəriyyətin  dəyəri  kimi  elan  edilmiş  və  ümumi  mədəni  irs  siyahısına 
salınmışdır.  2006-cı  ildə  YUNESKO  qeyri-maddi  mədəni  irsin 
qorunması  haqqında  Konvensiyanı  qəbul  etdikdən  sonra  bu  sahədə 
ölkəniz  bir  çox  səylər  göstərmişdir.  Bu  tədbirlərin  keçirilməsi  bütün 
Azərbaycan  xalqının  iradəsini  bir  daha  nümayiş  etdirir.  Azərbaycanın 
mili  mənəvi  dəyərlərinin  qorunması,  gənc  nəslə  ötürülməsi  və 
çatdırılmasında  böyük,  vacib  işlər  görülür.  Bu  gün  açılışını  etdiyimiz 
Beynəlxalq  Muğam  festivalı  gələcək  illərdə  də  daim  ürəyimizdə 
yaşayacaqdır…  Beynəlxalq  muğam  festivalında  dünyanın  müxtəlif 
ölkələrindən  gələn  ən  nüfuzlu  musiqişünasların  çıxışlarını  izlədikdə 
Azərbaycan  muğamlarının  «bəşəriyyətin  şah  əsəri»  olduğunun  bir  daha 
şahidi olur, azərbaycanlı kimi qürur hissi keçirirk. 


108 
Nəticədə Azərbaycan muğamlarının digər janrların (rəqs, mahnı, aşıq 
musiqisi  və  s.)  inkişafında  mühüm  rolu  olduğu  təsdiqini  tapır.  Bu 
möhtəşəm  sənət  abidəsinin  dünya  səviyyəsində  qorunması  yönümündə 
YUNESKO  tərəfindən  verilən  qərarlar  ümumilikdə  muğamata  verilən 
yüksək qiymətdir.  
 
Ədəbiyyat siyahısı 
1.
 
Ulu Öndər Heydər Əliyev 9-10 noyabr 2001 – Xalq qəzeti 
2.
 
M.S.İsmayılov «Musiqi və həyat» - I seriya 1961 
3.
 
R.Zöhrabov «Muğam» - 1991 
4.
 
Z.Əliyev  «Azərbaycan  musiqi  sənətində  muğamlarımızın  qorunması  və 
inkişafına dair» dərs vəsaiti-2001 
 
РЕЗЮМЕ 
Вамиг Мамедалиев 
В статье В.Мамедалиева «О сохранении и развитии азербайджанского мугама» 
рассматриваются вопросы, связанные с современным состоянием мугама. Анали-
зируя  большой фактологической материал, автор заостряет внимание  на  пробле-
мах сохранения классических традиций азербайджанского мугама. В то же время 
в статье подчеркивается значение мер, направленных на процесс интеграции му-
гама в мировое музыкальное пространство.  
Ключевые слова: Мугам, Абдулгадир Марагалы, дастгях, культура Востока. 
 
СУММАРЙ 
Vamig Mammadaliyev 
В.Маммадалийев инвестиэатес тще проблемс ъоннеътед wитщ тще модерн си-
туатион  ин  щис  артиъле  «Абоут  Протеътион  анд  Девелопмент  оф  Азербаижан 
Муэщам». Аналйзинэ а эреат фаътоложи материал тще аутщор пайс аттентион то 
тще  проблем  соф  протеътион  оф  тще  муэщам.  Ат  тще  саме  тиме,  тще  аутщор 
емпщасизес  тще  импортанъе  оф  ъеремониес  аимед  ат  тще  интеэратион  оф  му-
эщам инто тще wорлд оф мусиъ.  
Key words: mugam, Abdulgadir Maragali, dastgah, the culture of East.  
 
 
Rəyçilər:   Professor V.Əbdülqasımov; 
AMK-nın dosenti İ.Əliyev. 
 


109 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Rəqs sənəti       Искусство танца 
 
Fazilə NƏBİYEVA 
Musiqişünas 
 
DAİRƏVİ RƏQSLƏR ÜMUMDÜNYA AYIN MƏDƏNİYYƏTİNİN 
BAŞLANĞICI KİMİ (PROBLEMİN QOYULMASINA DAİR) 
 
Açar sözlər: rəqs sənəti, qayaüstü təsvirlər,”Yallı”, ayın mədəniyyəti. 
Azərbaycan  xalqı  dünyanın  ən  qədim  xalqlarındandır.  Onun  zəngin 
mədəniyyətində,  xüsusilə  də  rəqs  sənətində  qədim  ayin  mərasimlərinin 
izlərini  müşahidə  etmək  mümkündür.  Rəqs  sənətinin  kökləri  ibtidai 
insanların təşəkkül tapdığı dövrlərə gedib çıxır. İlkin dövrlərdə daş mağa-
ralar insanların təbii sığınacaq məskənləri idi. Həmin yaşayış ərazilərində 
onların həyat tərzini, təsərrüfat formalarını, məişət xüsusyyətlərini, ilkin 
dini təsəvvürlərini və bədii təfəkkür səviyyəsini  əks etdirən faktların izi 
bu gün də qalmaqdadır.  
Azərbaycan ərazisində də bir sıra qədim insan məskənləri mövcuddur. 
Qobustan  qayalarından  və  Abşeronun  Şüvəlan  qəsəbəsindən,  Ordubad 
yaylaqlarından  və  Kəlbəcər  dağlarından  tapılmış  qaya  təsvirləri  bu 
ərazilərin  qədim  insan  məskənləri  olduğunu  sübüt  etməklə  yanaşı,  bizə 
həmin dövrün insanlarının həyat tərzi haqqında da informasiya verir.  
 Qayaüstü  təsvirlərin  yayılma  arealı  çox  genişdir.  Rəqs  edən  insan 
təsvirləri dünyanın müxtəlif ərazilərində - keçmiş SSRİ-də, Orta Asiyada, 
Sibir  gölünün  sahillərində,  Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan,  Altay 
mağaralarında,  eləcə  də  Tuvada,  Yakutiyada,  Baykal  yaxınlığında  və  s. 
qeydə  alınmışdır.  Həmin  təsvirlər  haqqında  alimlər  tərəfindən  müxtəlif 
fikirlər  irəli  sürülmüşdür.  Bəziləri  onların  dini  ayinlərin  keçirilməsində 
mühüm vasitə olduğunu bildirmiş, digərləri isə  bu təsvirləri sakral  dün-
yagörüşü  ilə  əlaqələndirmişlər.  Həmin  təsvirlərin  təhlilindən  belə  aydın 
olur ki, qayalar üzərinə çəkilmiş təsvirlər sadə yaradıcı proses deyildi.  
 Təbii  ki,  insanın  qırıq-qırıq  çıxardığı  səsləri-nitq,  dövrə  vuraraq  əl–
qol  hərəkətlərini-rəqs,  daş  qayalar  üzərinə  həkk  etdiyi  təsvirləri  kamil 
incəsənət  nümunələri  adlandıra  bilmərik.  Çünki,  həmin  dövrdəki 
insanların  idrak  səviyyəsi  bütün  bunları  rasional  şüur  çərçivəsində  icra 
etmək  üçün  hələ  yetişməmişdi.  İndiki  mənada  başa  düşdüyümüz  rəqs 
sənəti  uzun  sürən  təkamül  mərhələsinin  nəticəsi  idi.  Şübhəsiz  ki,  bu 


110 
proses çox mürəkkəb və uzun müddətli mərhələlərdən ibarət olmuşdur. 
 Qeyd  etmək  lazımdır  ki,  ümumdünya  ayin  mədəniyyətinin  əsasını 
dairəvi rəqslər təşkil edir. Mədəniyyət incilərimizdən sayılan rəqs sənəti 
qədim dövrlərdən zəmanəmizə kimi yaşayaraq xalqımızın adət-ənənəsini, 
insanların  ictimai  həyat  tərzini,  məişətini,  estetik  zövqünü  özündə  əks 
etdirmişdir.  Arxeoloqlar  və  tarixçilər  illərlə  apardıqları  elmi  axtarışlar 
nəticəsində  mərasim  rəqsi  hesab  olunan  “Yallı”nın  XVIII-XV  minilliyə 
aid  olduğu  qənaətinə  gəlmişlər.  “Yallı”  sözünün  kökü  Azərbaycan 
dilində  müxtəlif  mənalarla  əlaqələndirilmişdir.  Müxtəlif  sözlüklərdə 
“yallı”-“yelləncik,  “kəndir” və s. bu kimi  məna  verən şərhlər verilsə də 
bütün  bunlar  rəqsin  mahiyyətini,  mənasını  tam  izah  etmir.  Məsələn, 
“yallı”-  cərgə,  zəncir  xətti  mənasını  da  daşıyır.  Yaxud  da  Azərbaycan 
dilində “yal” sözü “yamac”, dağ ətəyi, təpə mənasını kəsb edir. Bayram 
Hüseynli bu şərhi daha məqsədəuyğun hesab edir. Onun mövqeyinə görə 
“yallı”  rəqsində  əl-ələ  verib  oynayan  adamlar  bir  növ  çiyin-çiyinə 
durmuş dağları xatırladır (2, 7).  
 Bununla  yanaşı  Azərbaycan  qədim  xalq  rəqslərinin  xoreoqrafik 
tərəfinin tədqiqatçısı Kamal Həsənov isə “yal” sözünün dağ ətəyi, yamac 
versiyası  ilə  bağlı  öz  fərziyyəsini  irəli  sürür.  Onun  şərhinə  görə  ibtidai 
dövrdə  yaşamış bütün  xalqların ən başlıca mərasim rəqslərindən biri ov 
prosesini  təqlid  edən  rəqs  olmuşdur.  Tədqiqatçı  yallının  kökünü  ovsun 
mərasim tamaşası  ilə əlaqələndirərək ibtidai insanların  ova getməsindən 
əvvəl  mərasim  rəqsi  icra  etmələri  fərziyyəsi  üzərində  durur.  Bu 
fərziyyəyə  görə  “yallı”  termininin  animalistik  şərhi  bu  tip  rəqslərin 
kökünün heyvandarlıq mədəniyyəti ilə əlaqəsini aşkarlayır. 
“Yallı” sözünün etimoloji təhlilini dilçi alim Mirəli Seyidov tamamilə 
yeni  tərzdə  verir.  Alimin  müşahidələrinə  görə  türkdilli  xalqlar  bir  çox 
inanclarının  adlarını  “al”-“uca”,  “qüdrətli”,“qadir”,  sözünün  iştirakı  ilə 
yaratmışlar. “Qırmızı”, “alqırmızı” “Al” sözü “alov”, Azərbaycan dilində 
geniş  işlənən  “od-alov”  ifadəsində istifadə  edilir, bir sıra türk dillərində 
isə “yal” şəklində “alov” mənasını verir. M.Seyidovun qənaətinə görə bu 
dil  faktı  ehtimal  etməyə  imkan  verir  ki,  “alov”un  ilkin  variantı  “yal” 
olmuşdur.  Alimin  fikrincə  “Yallı”  rəqsinin  adı  da  “yal+od”-uca  “uca 
ad”la  günəşlə  sıx  bağlıdır.  Onda  “Yallı”  –“yal+lı”,  “alov+lu”,  “od+lu”, 
“günəş+li”  deməkdir.  Ehtimal  ki,  qədim  azərbaycanlılar  odun,  alovun 
şərəfinə ayində həmin rəqsin ilkin variantını ifa etmişlər. Elə buna görə 
də rəqs “alovlu”, “odlu” adlanmışdır. Bu rəqs ola bilsin sözlə mahnı ilə, 
lap ilkin variantda isə nidalarla müşayiət olunmuşdur” (4, 79-80). 
Belə  ehtimal  etmək  olar  ki,  yallı  sözü  məşəl  ətrafında  dövrə  vuran 
insanların  prosesə  kökləndiyi  məqamlarda  meydana  gəlmişdir.  Alov 
ətrafında dövrə vurub, əl-qol  hərəkətləri edərək ekstaz vəziyyətə  gəlmiş 


111 
insanlar  qırıq-qırıq  səsləri  tələffüz  edirdilər.  Həmin  səslər  get-gedə 
hecalara,  sonradan  isə  sözlərə  çevrilməyə  başlandı.  Yallı  sözünün  də 
məhz belə meydana gəldiyini güman edirik. Məsələn: yal, yal-la, yol-lu, 
yel-li. 
 Mərasim  zamanı  emosional  vəziyyət  tədricən  yüksəldikcə,  rəqslərdə 
ritmik  müşayiət,  yəni  çəpik,  əlçalma,  ayaq  döyəcləmə  və  digər  bu  kimi 
müxtəlif üsullardan tərtib olunmuş hərəkətlər meydana gəlirdi. Bu da hal-
hazırda  “yallı”larda  özünü  əks  etdirir.  “Yallı”  dairəvi-rəqslər  mahnı, 
xoreoqrafik və dramatik elementləri özündə birləşdirdiyinə görə sinkretik 
növə aid edilir.  
 Qeyd  etməliyik  ki,  erkən  mərasim  mərhələsində  meydana  gələn 
dairəvi  rəqslər  ayinlərin  tərkibinə  daxil  idi.  Sonrakı  mərhələlərdə  isə 
onlar  müxtəlif  istiqamətlərə  şaxələnmiş  və  hər  xalqda  özünəməxsus 
cizgilərə  malik  olmuşdur.  Yallı  və  yallı  tipli  rəqslər  ümümdünya 
başlanğıcı  olduğu  üçün  başqa  xalqların  mədəniyyətində  də  mövcud 
olmaqdadır. Əsası bir kökdən qoyulmuş kollektiv rəqslər müəyyən dövr 
keçdikdən  sonra  müxtəlif  xalqlarda  özünəməxsus  keyfiyyətlər  kəsb 
etməyə  başlamışdır.  Bu  rəqs  ruslarda  “Xorovod”,  türklərdə  “Halay”, 
yunanlarda  “Sirtaki”,  ukraynalılarda  “Arkan”,  beloruslarda  “Krıjaçok”, 
çexlərdə  “Çtırjparova”,  fransızlarda  “Frandola”,  gürcülərdə  “Perxuli”, 
özbəklərdə  “Yalla”,  moldavanlarda  “Xora”,  rumınlarda  “Arkan”, 
bolqarlarda “Treskoxoro” və s. adını almışdır. 
“Xorovod”-mahnı müşayiəti ilə dairəvi formada ifa edilən və özündə 
dramatik  elementləri  birləşdirən  kütləvi  mərasim  rəqsidir.  “Halay”-
əsrlərdən  bəri  gələn  və  xarakter  baxımından  əyləncə  rəqslərindən 
tamamilə fərqlənən ayin rəqsidir. Yunan rəqsi olan “Sirtaki” də kollektiv 
şəkildə ifa edilir. “Xora”- mahnı müşayiətilə ifa olunan qədim moldavan 
rəqsidir.  
Göründüyü  kimi,  bu  rəqslər  ayrı-ayrı  xalqlarda  müxtəlif  ada  malik-
dirlər.  Lakin,  adlarının  müxtəlif  olmasına  baxmayaraq,  onlar  dairəvi 
formada ifa edilən eyni tipli rəqslərdirlər.  
“Yallı” tipli rəqslərdə dəstə başçısının da funksiyası böyükdür. Onlar 
rəqslərin  növlərindən  asılı  olaraq  xalq  tərəfindən  müxtəlif  cür  adlan-
dırılmışdır. Məsələn: “Yallıbaşı”,“Cəngibaşı”, “Halaybaşı”, “Toybaşı” və 
s. Yallıbaşı dəstənin başında dayanaraq əlindəki dəsmalı yellədə-yellədə 
digər  rəqs  edənləri  də  öz  ardınca  aparır.  Başqa  iştirakçılar  isə  qollarını 
açaraq  bir-birlərinin  çeçələ  barmağından  tutur,  ya  da  əllərini  bir-birinin 
çiyninə  qoyub  “canlı  zəncir”  yaradırlar.  Bu  da  ayin  mərasimlərindən 
gələn  ənənədir.  Fikrimizcə,  bu  qayda  əsas  etibarilə  hələ  qəbilə 
mərasimlərində  qoyulmuşdu.  Qəbilə  başçısı  öndə  gedərək  digər  qəbilə 
üzvlərini də öz ardınca aparırdı.  


112 
“Yallıbaşı”lara  rəqs  prosesində  bir  qayda  olaraq  yanındakı  rəqqqas- 
“müavin” və dəstənin axırında duran rəqqas- “ayaqçı” kömək edir.  
Yallı  tipli  rəqslərdə  kütlənin  rolu  böyük  əhəmiyyət  daşıyır.  Kütlə 
insanların  birliyinin  təcəssümü,  onların  təbiət  qüvvələrindən  və  vəhşi 
heyvanlardan qorunmasında mühüm rola malik  olmaqla  yanaşı, həm  də 
ayinlərin  keçirilməsində  mühüm  rol  oynayırdı.  Çünki,  ayin  mərasimləri 
bilavasitə  kütlənin  iştirakı  ilə  təşkil  edilirdi.  Zaman  keçdikcə  yallı 
formasını  alan  əl-qol  və  ayaq  hərəkətləri  özündə  oyun,  xoreoqrafiya, 
vokal  və  instrumental  janrları  cəmləşdirmişdir.  Buna  görə  də  yallılar 
sinkretik xarakterlidirlər. 
“Yallı”  və  yallı  tipli  rəqslərdə  hərəkət  dairə,yaxud  da  yarım  dairə 
formasında  olur.  Rəqs  edənlərin  dövrə  vuraraq  hərəkət  etməsi  yer 
kürəsini və onun daimi  hərəkətdə olduğunu, eyni  zamanda ümümdünya 
başlanğıcını  bildirir.  Dairəvi  hərəkət  isə  musiqi  formaları  içərisində 
“rondo” adlanır.  
“Yallı” rəqsi üç hissədən ibarət olur. Rəqs əvvəlcə təntənəli və aramlı 
addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən 
mürəkkəb  tullanma  hərəkətləri  ilə  davam  etdirildikdən  sonra  əvvəlki 
təntənəli  və  aram  yürüşlə  tamamlanır.  Fikrimizcə,  “Andante”  sonra 
“Moderato”,  onun  ardınca  isə  “Allegro”  temp  sırası  üç  hissəli  forma 
əmələ gətirməklə yanaşı, rəqs edənlərin özlərini mərasimə kökləməsinin 
tədrici mərhələləri idi. Yəni, asta və tez hissələrdən sonra sürətli hissənin 
növbələşməsi,  ayin  zamanı  insanların  haldan-hala  düşərək  ekstaz 
vəziyyətini göstərən mərhələlər idi. 
Yallılar  xoreoqrafik  məzmunlarına  görə  iki  yerə  bölünür.  Bunlardan 
birincisi xoreoqrafik quruluşu və ifa tərzi müəyyən süjeti tərənnüm edən 
yallılardır.  Belə  yallılar  teatrlaşmış  xalq  oyunları  olduğu  üçün  “oyun-
yallı” adlanırlar. 
Yallılar musiqi müşayiətinə görə isə iki cürdür:  
1.
 
Mahnı müşayiəti ilə ifa olunan yallılar. 
2.
 
İnstrumental- musiqi müşayiəti ilə ifa olunan yallılar. 
 K.Həsənov “Azərbaycan xalq rəqsləri” kitabında yallının iki cür, yəni 
iki şəkildə: rəqs yallısı və oyun yallısı olduğunu yazır. O, rəqs yallısının 
müəyyənləşdirilmiş  hərəkətlər  kombinasiyası  olduğunu  bildirir.  Bu 
hərəkət kombinasiyalarının tarixən çoxdan bəri ahəngdar surətdə bərqərar 
olduğunu  da  qeyd  edir.  K.Həsənov  belə  yazır:  “Vaxtilə  onların  əsasını 
olduqca  sadə  rəqs  şəkli  təşkil  edərdi,  lakin  zaman  keçdikcə  hər  bir 
yallının  quruluşu,  hərəkət  düzümü  tədricən  cilalaşır,  yeni  boyalarla 
zənginləşirdi;  müəyyən  hərəkətlər  mənasını  itirərək  yox  olur,  yeniləri 
əmələ  gəlirdi.  Hər  hansı  halda  yalnız  bir  cəhət  –  rəqsin  çox  böyük 
optimizmi,  xoş  əhval-ruhiyyəsi,  coşub-daşan  temperamenti  dəyişməz 


113 
qalırdı” (1, 57). 
 Bütün  bunlara  əsaslanaraq  qeyd  etməliyik  ki,  Azərbaycan  yallı 
rəqsləri  özünün  uzun  mərhələli  inkişaf  dövrünü  keçirmiş,  cilalana-
cilalana  müasir  dövrümüzə  qədər  gəlib  çatmışdır.  Əsası  ayin 
mərasimlərində  qoyulan  dairəvi  rəqslər  ayin  əhəmiyyətini  itirmiş,  hal-
hazırda bayram şənliklərinin, toy mərasimlərinin ayrılmaz bir atributuna 
çevrilmişdir.  
 
Ədəbiyyat siyahısı 
1.Həsənov K. Qədim Azərbaycan xalq rəqsləri. B.: İşıq, 1983. 59 s. 
2.Hüseynli B. Azərbaycan xalq rəqs melodiyaları. I dəftər. B.: Azərnəşr, 1965. 42 s. 
3.Hüseynli B. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. B.: Azərnəşr, 1966.  
4.Seyidli M. Azərbaycan xalqının soykökünü düşünərkən. B.: Yazıçı, 1989. 485 s. 
 
РЕЗЮМЕ 
 Фазиля Набиева 
Круговые танцы как начало всемирно культового культурного наследия 
(для разрешения проблемы) 
В  статье,  обращено  внимание  на  историю  создания  азербайджанского  народ-
ного  танца  «Яллы».  Раскрывается  этимологическое  значение  слова  «Яллы»  по 
источникам.  Круговой  танец  «Яллы»  в  начальных  периодах  в  ритуальных  обря-
дах,  а  в  современный  период,  даётся  сведение,  о  превращении  в  неотъемлемый 
атрибут на праздничных весельях, на свадьбах. 
Kлючевые  слова:  искусство  танца,  наскальные  изображения,  яллы,  рути-
альные обряды. 
 
SUMMARY 
Fazila Nabiyeva 
Circular dances as the beginning of world-wide cultural heritage 
(for the problem permission) 
 
History of origin of the Azerbaijani folk dance of “Yalli” was looked over in the ar-
ticle. The etymological meaning of «Yalli» was explained on sources. The information 
was given about the Yalli which is the round dance becoming the inseparable attribute 
of the ritual ceremonies in the earlier ages and in modern times, the inseparable part of 
the holiday parties, wedding ceremonies.  
Key words: Yalli, the art of dance, ritual ceremonies, cliff descriptions.  
 
 Rəyçilər:   Sənətşünaslıq doktoru, professor S.Fərhadova;  
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ə.Babayeva. 
 


114 
KONSERVATORİYA 
 
ELMİ  NƏŞR 
 
№ 2 (12) 
 
Bakı - 2011 
 
 
 
 
 
 
MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ! 
 
Məqalə  müəlliflərindən  xahiş  edirik  ki,  redaksiyaya  material 
təqdim  edərkən  mətnlər  Times  New  Roman  şrifti  ilə  yığılsın. 
Məqalədə  ədəbiyyat  siyahısı,  iki  dildə  xülasə,  hər  iki  dildə  və 
həmçinin  məqalənin  yazıldığı  dildə  açar  sözlər,  iki  rəy  mütləq 
olmalıdır.  Materiallar  redaksiyaya  həm  kağızda,  həm  də  elektron 
versiyada təqdim edilməlidir. 
Curnalda  dərj  olunmuş  məqalə,  foto,  not  və  digər  nümunələrdən 
istifadə edərkən  müəllifdən və ya redaksiya heyətindən mütləq ijazə 
alınmalıdır. 
Məsul katib 
 
 
 
_________________________________________________________ 
 
Naşir:   
 
Rafiq Babayev 
Texniki redaktor: 
Ülvi Arif 
Dizaynerlər:   
Jeyhun Əliyev, İradə Əhmədova 
Operator: 
 
Gülnar Rzayeva 
 
___________________________________________________________ 
                          Yığılmağa verilmişdir: 05.04.2011 
Çapa imzalanmışdır:    25.04.2011 
Tirac 250 nüsxə, sifariş № 87 
«MBM» mətbəəsində çap olunmuşdur. 
 

Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə