Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

89 
razılıq etdilər. Dedilər :” Ağa, daha qavalı yığışdır! Bu ifadan sonra bizə 
heç nə lazım deyil. Çox sağ ol, bizə bu kifayətdir. Amma xahiş edirik ki, 
Bakıya tez-tez gələsən. Çoxdandir ki, gəlmirdin. Görünür getsən bir ildən 
sonra gələrsən. Eybi yoxdur bu oxumağın bizə bir il bəs edər”.  
 “Ovşarı”  zərbi  muğamı  sırf  Azərbaycana  aiddir.  “Ovşarı”  Ağcabədi 
rayonunun yaхınlığında yer adıdır. “Ovşarı” zərbi muğamı orada yaşayan 
ovşarların oxumağıdır. “Şüştər” muğamı üstündə oxunur. “Ovşarı” zərbi 
muğamı  çox  zil  pərdələrə  düşdüyünə  görə  xanəndələr  tərəfindən  az 
istifadə olunur. 
 “Üzzal-Zərbilə” XIX əsrin ikinci yarısından, XX əsrin birinci yarısına 
qədər  zərbi  muğamların  cərgəsində  olub.  “Üzzal-zərbilə”  görkəmli 
novator,  tar  sənətinə  bir  çox  yeniliklər  gətirən,  tarın  təkmilləşdirilmə-
sində böyük rolu olan, xeyli sayda diringi, rəqs və tarda bir çox ştrixlərin 
müəllifi  kimi  tanınan  Mirzə  Sadıq  tərəfindən  yaradılıb.  “Üzzal-zərbilə” 
“Bayatı  –  İsfahan”  dəstgahının  tərkibində  ifa  olunurdu.  Bəhram  Man-
surov  öz  xatirələrində  yazırdı  ki,  “Üzzal-zərb  ilə”  zərbi  muğamını 
Əbdülbağı – Bülbülcanın ifasında eşidib.  
 Bəhram  Mansurov  “Üzzal-zərb  ilə”  zərbi  muğamını  atası  Məşədi 
Süleyman  və  əmisi  Mirzə  Mansurdan  öyrənmişdir.  Özü  də  ilk  dəfə 
“Üzzal-zərb”  muğamını  “Hümayun”  dəstgahında  ifa  edib,  lentə 
yazdırmışdı. Bəhram Mansurov “Üzzal-zərb ilə” muğamını ilk dəfə Alim 
Qasımova  öyrətmişdir.  Hal-hazırda  “Üzzal-zərb  ilə”  zərb  muğamı 
unudulub, yaddan çıxmaq üzrədir.  
 Bir  daha  qeyd  edirəm  ki,  bizim  zərbi  muğamlar  tutduqları  mövqeyə 
görə 2 yerə ayrılır: 
1.
 
Müstəqil zərbi muğamlar;  
2.
 
Dəstgah daxilində çalınıb oxunan zərbi muğamlar 
Müstəqil  zərbi  muğamlar  sırasına  müasir  dövrdə  “Heyrat-Kabili”, 
“Osmanlı”, “Heydəri”, “Ovşarı” daxildir.  
 Dəstgah daxilində çalınıb  oxunan  zərbi muğamlar  “Mənsuriyyə”  və 
“Səba–Şəms”dir. “Üzzal-zərb ilə” muğamı isə unudulub, oxunmur.  
 Dəstgah  daxilində  ifa  edilən  “Səba–Şəms”,  “Mənsuriyyə”  zərbi  mu-
ğamları  sadəcə  olaraq  zərbsiz  də  calınıb-oxuna  bilər.  Nəyə  görə? 
“Çahargah”  dəstgahında  “Hisar”  şöbəsi  “Mayə”nin  yeni  inkişaf 
mərhələsinin  bir  növ  təkrarıdır.  Əgər  “Mənsuriyyə”  zərbi  muğam 
şəklində  ifa  edilməsə,  bu  şöbədə  “Mayə”nin  üçüncü  dəfə  təkrarı  olar. 
Keyfiyyətcə yeni musiqini inkişafın özü tələb edir. Çünki “Mənsuriyyə” 
cəng meydanı, qələbə deməkdir. Bizim aşıqlar bu muğamı “Mansırı” adı 
ilə  oxuyurlar.  Aşıq  Hüseyn  Saraclı  həmin  bu  “Mansırı”nı  çalıb-oxuyub 
və  vala  yazdırıblar.  “Mansırı”  qəsəbədir.  Suriya  və  Livan  arasında 
yerləşir. Onlarda başqa cür, bizdə isə tam ayrı bir şəkildə ifa edilir. Bizim 


90 
xanəndələr onu muğama yaxınlaşdırıblar və çox gözəl oxuyublar.  
 Bəhram Mansurovun “Mənsuriyyə” ilə bağlı çox maraqlı xatirələrindən 
birini  təqdim  edirəm.  “Bəhram  Mansurov:  “Abşeron  kəndlərində  toy 
şənlikləri əsasən yay fəslində olardı. Kəndlərdə elə adət idi ki, belə şənliklər 
zamanı  axşamçağı  saat  5-6 radələrində  camaat kəndin qırağında, xırmanın 
ətrafında  gəlib  əyləşərdilər.  Başqa  günlərdə  oraya  gələndə  belə  yığıncağa 
“Axşam  ixtilatı”  deyirdilər.  Kəndin  bütün  ağsaqqalları,  cavanları  buraya 
yığışardı.  Çünki,  bu  toy  şənliklərində  kəndin  həvəskar  pəhləvanları  bəzən 
qurşaq tutub güləşərdilər. Bir tərəfdə üç stul bizim üçün, o biri tərəfdə isə üç 
stul  zurnaçılar  üçün  qoyulardı.  Orada  əyləşən  kimi  bizə  “Mənsuriyyə”ni 
sifariş  verərdilər.  Orada  qanun  belə  idi  ki,  biz  “Mənsuriyyə”ni  çalıb 
oxuyurduq,  camaat  da  yavaş-yavaş  bu  xırmanın  dövrəsinə  yığılırdı. 
Buradakı  toy  məclisində  biz  çalıb-oxuyub  qurtaran  kimi  zurnaçılar  qurşaq 
tutan  pəhləvanlar  üçün  həmin  bu  “Mənsuriyyə”  yolunda  Cəngi  çalırdılar. 
Ondan  sonra  həmin  “Çahargah”  yolunda  bir  oyun  havası  çalınırdı,  qalib 
gələn  pəhləvan  oynayırdı.  Bununla  da  “Axşam  ixtilatı”  qurtarardı.  Bu  iş 
əsasən  ona  görə  belə  ertədən  qurulurdu  ki,  ağsaqqallar  gecə  toyxanaya 
gəlmirdilər ki, cavanlar onlardan utanıb çəkinməsinlər. Odur ki, ağsaqqallara 
hörmət  əlaməti  olaraq  belə  bir  toplanış  ertədən  olurdu.  O  zamanlar 
xalqımızın belə gözəl adət-ənənələri də var idi.”  
 “Mənsuriyyə” zərbi muğamını Cabbar Qaryağdı oğlundan sonra ustad 
xanəndəmiz  Seyid  Şuşinski  ifa  etmişdir.  “Səba-şəms”  zərbi  muğamının 
isə gözəl ifaçısı Yavər xanım Kələntərli və Həqiqət Rzayeva olmuşdur.  
 “Səba-şəms”  “Şur”  dəstgahının  zil  şöbəsidir.  Bu  muğam  zərblə  çalı-
nanda daha da canlanır. Bunun mənası “səhər günəşi” deməkdir. Yəni səhər 
açılır,  günəş  çıxır,  həyat  canlanır.  “Səba  –  şəms”  zərbi  özündə  bir  neçə 
şöbəni  cəmləşdirir.  Burada  “Səba-şəms”dən  savayı  “Hicaz”,  “Sarənc” 
şöbələri,  “Qəməngiz”  guşəsi  ifa  edilir.  Dəstgahın  bu  “Səba-şəms”  zərbinə 
düşməyi ona görədir ki, xanəndə üçün nəfəs almağa imkan yaransın.  
 Bildiyimiz  kimi  bütün  incəsənət  aləmində  janr  anlayışı  mövcuddur. 
Janr XVI əsrdə Fransada yaranıb, bütün dünya xalqları arasında yayılmış 
və  öz  əksini  tapmışdır.  Musiqi  aləmində  də  bir  çox  janrlar  vardır. 
Məsələn:  opera,  balet,  rok,  caz,  estrada  ,  mahnı  və  s.  janrları  misal 
göstərmək olar. Eləcə də bizim muğam aləmində də janrlar mövcuddur. 
Musiqi  harda  varsa,  orda  janr  da  olmalıdır.  Çünki  hər  hansı  bir  musiqi 
parçası hansısa bir janra məxsus olmalıdır. Bu, dünyanın hər bir yerində 
qəbul  olunub.  Janr  – xarakter etibarı ilə bir-birindən seçilən musiqi 
növlərini aydın şəkildə ayırır.  
 Müasir  dövrdə  “Şikəstə”ləri  zərb  muğamların  sırasına  qatırlar. 
Halbuki  onlar  bir-birindən  xarakter  etibarı  ilə  xeyli  fərqli  musiqi 
parçalarıdır. “Zərb” muğamlar xarakter etibarı ilə mərdlik, qəhrəmanlıq, 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə