Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   20   21   22   23   24   25   26   27   28

71 

 

malların gömrük nəzarəti və təkmilləşdirilməsi üçün lazımi tədbirlər görülmüşdür. 



Gömrük  sərhədindən  keçirilən  mallar  və  nəqliyyat  vasitələri  üzərində  gömrük 

nəzarətinin  səmərəliliyinin  artırılmasında  mühüm  rol  oynayan  müasir  texniki 

nəzarət vasitələrinin tətbiqi daha da genişləndirilmişdir. 

“Azərbaycan  Respublikasında  antiinflyasiya  tədbirlərinin  gücləndirilməsi 

haqqında”  Azərbaycan  Respublikası  prezidentinin  Fərmanına  uyğun  olaraq  daxili 

bazarın  qorunması,  yerli  istehsal  sahələrinin  genişləndirilməsi  və  ixraca  əlverişli 

şərait yaradılması məqsədilə lüzumsuz tarif güzəştlərinin ləğvi yönümündə mühüm 

tədbirlər həyata keçirilmişdir. 

Gömrük  vergi  və  rüsumları,  habelə  gömrük  qaydalarının  pozulmasına  görə 

tətbiq  olunan  cərimələr  və  yığımlar  üzrə  ödəmələrin  ödəniş  kartları  vasitəsilə 

həyata keçirilməsi üçün gömrük orqanlarında ödəniş poçt-terminalları qurandırılır. 

Konsiqnasiya  əməliyyatları  üzrə  vaxtı  çatmış    və  gecikdirilmiş  vəsaitlərin 

ixracatçıların bank hesablarına daxil olması,  habelə  barter yolu ilə aparılan ixrac 

əməliyyatları  üzrə  göndərilən  malların  ekvivalent  dəyərində  əvəzinin  ölkəmizə 

gətirilməsi 

təmin 


edilir. 

Eyni 


zamanda, 

ölkə 


gömrük 

statistikasının 

təkmilləşdirilməsi,  korporativ  şəbəkənin  genişləndirilməsi,  müxtəlif  gömrük 

prosedurlarının  avtomatlaşdırılması,  zəruri  olan  məlumat  bazalarının  yaradılması 

məqsədilə operativ məlumatların yerli gömrük orqanlarından qəbulu, yoxlanılması 

və emalı həyata keçirilmiş, yeni proqramm təminatı yaradılmışdır. 

Malın  mənşə  yerinin  dəqiq  müəyyən  edilməsi  ölkənin  gömrük  siyasətinin 

əməli  olaraq  həyata  keçirilməsində  vacib  rolu  yerinə  yetirir  və  idxal  və  ixracın 

rəqabət  əməliyyatlarında  sahibkarlara  xüsusi  xidmət  göstərir.  Bu  və  ya  digər 

ölkədə  azad  və  gömrük  ittifaqlarında  iştirak  daha  aşağı  preferensial  gömrük 

vergilərilə  ticarət  üçün  şərait  yaradır.  Məhz  bu.  Əmtəənin  mənşə  yerinin  dəqiq 

müəyyən edilməsi zərurətini şərtləndirir. 

Malın gömrük dəyərinin müəyyən edilməsi metodikasının təkmilləşdirilməsi 

ölkədə  aparılan  gömrük  siyasətinin  düzgün  məcraya  yönəldilməsində  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Bunun  üçün  isə  gömrük  dəyərinin  müəyyən  edilməsinin 

(gömrük  qiymətləndirilməsinin)    beynəlxalq  təcrübəsinin  tədqiqi  və  onun  Milli 




72 

 

təcrübədə  tətbiqi  variantlarının  araşdırılması  xüsusi  əhəmiyyət  malikdir.  Hazırda  



ümumdünya  ticarət  dövriyyəsində  əhəmiyyətli  rol  oynayan  ölkələr  tərəfindən 

istifadə  olunan  gömrük  dəyərinin  müəyyən  edilməsi  sistemi  tarixən  uzun  bir 

müddət  ərzində  formalaşmışdır.Onu  da  qeyd  edək  ki,  gömrük  sərhəddindən 

keçirilən malların gömrük məqsədləri üçün qiymətləndirilməsi beynəlxalq gömrük 

təcrübəsində  Ən  mürəkkəb    prosedurlardan  biri  sayılır  və  Ümumdünya  Gömrük 

təşkilatının ekspertləri onu «Bir nömrəli problem» adlandırırlar. 

Keçən  əsrin  50-ci  illərində  bir  sıra  Qərbi    Avropa  ölkələrinin  təşəbbüsü  ilə 

Brüssel  şəhərində  «Malların  gömrük  dəyərinin  müəyyən  edilməsinin    unifikasiya 

olunmuş metodologiyasının yaradılması haqqında Konvensiya» imzalandı. Brüssel 

Konvensiyasına  70-dən  artıq  dövlət  qoşulmuşdu  və  1980-cı  ilə  qədər  bu  Qərbi 

Avroav  təcrübəsi  alternativsiz  tətbiq  olunurdu.  ABŞ  və  Kanada  tərəfindən  həmin 

Konvensiya  imzalanmadığına  görə bu, ticarət dövriyyəsində  böyük  xüsusi çəkiyə 

malik  olan  dövlətlərin  tələbatına  maraqlarına  daha  çox  uyğun  gələn  sistemin 

yaradılması  haqqında  çoxtərəfli  danışıqlar  aparılmağa  başlandı.  1973-cü  ildən 

başlayaraq 1979-cu ilə kimi davam edən Tarif və  Ticarət üzrə baş Sazişin (Hazırda 

Ümumdünya  Ticarət  təşkilatı)  himayəsi  altında  həyata  keçirilən  çoxtərəfli  ticarət 

danışıqlarının  Tokio  raundunda    razılaşma  imzalanması  qərara  alındı.  Giriş  4 

hissədən,  3  əlavə  və  31  maddədən  ibarət  olan  ingilis,  fransız  və  ispan  dilində  hər 

biri əsas mətn hesab olunan razılanma 1979-cu il aprelin 12-də Cenevrə şəhərində 

əksəriyyət  dövlətlər  tərəfindən  imzalandı  və  1981-ci  ilin  yanvarın  1-dən  qüvvəyə 

mindi. 

“Tarif və Ticarət üzrə Baş Sazişin»gömrük məqsədləri üçün malların gömrük 



qiymətləndirilməsi üzrə” VII maddəsinin tətbiqi haqqında  razılaşma» adlandırılan 

həmin sənədin I hissəsində gömrük dəyərinin müəyyən edilməsinin əsas qaydaları 

şərh  edilmişdir.  Ikinci  hissədə  razılaşmanın  yerinə  yetirilməsi  üzərində  nəzarət, 

habelə onu imzalayan tərəflər arasında mübahisənin həlli üzrə beynəlxalq orqanın,  

üçüncü  hissədə  inkişaf  etməkdə  olan  ölkələr  üçün  xüsusi  diferensiallaşdırılmış 

reъimin  yaradılması  nəzərdə  tutulur.  Dördüncü  hissədə  razılaşmaya  qoşulma  və 




73 

 

onun  tapılması,  razılaşmaya  riayət  olunması  və  sair  kimi  son  şərtlər  ifadə 



olunmuşdur. 

Razılaşmanın 

ikinci 

hissəsinin 



18-ci 

maddəsinə 

əsasən 

Gömrük 


Qiymətləndirilməsi  üzrə  Komitəsi  (Texniki  Komitənin)  yaradılması  nəzərdə 

tutulmuşdur.  Razılaşmanın  tətbiq  olunmasında  inkişaf  etməkdə  olan  ölkələrin 

spesifik  problemlərinin  meydana  çıxa  öiləcəyini  nəzərə  alaraq  tərəflər  1979-cu  il 

noyabrın  1-də  Cenevrədə  razılaşmaya  müvafiq  Əlavə  protokolu  imzalamışlar. 

Razılaşma  ilə  müəyyən  edilmiş  gömrük  qiymətləndirilməsi  sisteminin  tətbiqinin 

ayrı-ayrı  məsələləri  Uruqvay    raundu  adlandırılan  sonrakı  ticarət  danışıqlarının 

əsas  mövzusu  olmuşdur.  Danışıqların  Uruqvay  raundunun  nəticələri  üzrə  yekun 

aktı 1994-cü il aprelin  15-də Mərakeşdə imzalanmış və «Ticarət və Tarif üzrə baş 

Sazişin  VII  maddəsinin  yerinə  yetirilməsi  haqqında  1994-cü  il  Razılaşması» 

adlandır.  Bu  Razılaşma  əsasən  danışıqların  Tokio  raundunun  nəticələri  əsasında 

hazırlanmış  gömrük  qiymətləndirilməsi  sisteminin  prinsip  və  metodlarını 

dəyişilməz saxlamalıdır. 

Razılaşma,  malların  gömrük  dəyərini  idxal  ölkəsində  ixrac  məqsədilə  satış 

üzrə  mallar  üçün  faktiki  ödənilən  və  ya  ödənilməli  olan,  müəyyən  edilmiş  əlavə 

hesablamalar nəzərə alınmaqla təchih edilən qiymət kimi hesab edilir. Bununla da 

razılaşma. Malların  gömrük qiymətləndirilməsinə  münasibətdə tətbiq edilən dəqiq 

şərtləri,    həmçinin  alıcı  tərəfindən  ödənilən,  ancaq  qiymətə  daxil  edilməmiş  əlavə 

ödənişlərin konkret siyahısını müəyyən edir. 

“Tarif və Ticarət üzrə Baş Sazişin “Gömrük məqsədləri üçün malların gömrük 

qiymətləndirilməsi  üzrə  VII  maddəsinin  tətbiqi  haqqında  Razılaşma»  ya  əsasən 

malların gömrük dəyəri 6 üsulla müəyyən edilir: 

- gətirilən malların sövdələşmə qiyməti üsulu ilə ; 

- eyni malların sövdələşmə qiyməti üsulu ilə; 

- eyni cinsli malların sövdələşmə qiyməti üsulu ilə; 

- dəyərin çıxılması üsulu ilə; 

- dəyərin toplanması üsulu ilə; 

- ehtiyat üsulu ilə. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə