Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   21   22   23   24   25   26   27   28   29

82 

 

• Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi; 



• Bazarın beynəlmiləlləşməsi və qloballaşması; 

• Ticarət arxitekturası infrastrukturunun təkmilləşdirilməsinə; 

•  Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızlara  olan  tələbin  artırılması,  eləcə  də 

təklifin stimullaşdırılması; 

•  Beynəlxalq,  eləcə  də  bütün  tələblərə  cavab  verən  milli  maliyyə  hesabatlılığı 

standartlarının  birgə  istifadə  edilməsini  özündə  əks  etdirən  korporativ  idarə  etmə 

standartlarının inkişaf etdirilməsi; 

• Maliyyə vasitəçilərinin institutsional baxımından təkmilləşdirilməsi və 

potensialının artırılması; 

•  Qabaqcadan  xəbərdarlıq  sistemi  infrastrukturunu  yaratmaq  məqsədilə  tənzimləyici 

orqanın potensialının təkmilləşdirilməsi və inkişaf etdirilməsi; 

• Treyninqlər və məlumatlandırma fəaliyyətinin genişləndirilməsi; 

• Digər kapital bazarları ilə qarşılıqlı əlaqə. 

Kapitalın təmərküzləşməsi  və  mərkəzləşməsi  meylləri QKB-a  münasibətdə iki 

aspektə  malikdir.  Bir  tərəfdən,  bazara  daima  yeni  istirakçılar  cəlb  olunur  və  onlar 

üçün  bu  fəaliyyət  əsas  fəaliyyətə  çevrilir,  digər  tərəfdən,  iri  qabaqcıl  bazar 

peşəkarlarının  ayrılması  və  seçilməsi  prosesi  baş  verir.  Bu  onların  həm  şəxsi 

kapitallarının artması, kapitaların təmərküzləşməsi, həm də birləşmə yolu ilə daha iri 

qiymətli  kağızlar  bazarı  strukturlarına  çevrilməsi,  kapitalların  mərkəzləşməsi, 

əsasında  baş  verir.  Nəticədə,  bazarda  bütün  əməliyyatların  çox  hissəsinə  xidmət 

göstərən  ticarət  sistemləri  əmələ  gəlir.  Eyni  zamanda  qiymətli  kağızlar  bazarı 

cəmiyyətin iri kapital ehtiyyatlarını cəlb edəcəkdir. 

QKB-ın beynəlmiləlləşməsi zamanı kapital ölkələr sərhədlərindən kənara çıxır, 

dünya  qiymətli  kağızlar  bazarı  formalaşır.  Ona  münasibətdə  milli  bazarlar  II 

Dərəcəyə  çevrillr.  Qiymətli  kağızlar  bazarı  qlobal  xarakter  daşımağa  başlayır.  Belə 

qlobal bazarda ticarət durmadan davam edir. Bu bazarın əsasını transmilli şirkətlərin 

qiymətli  kağızları  təşkil  edir.  QKB-ın  etibarlığı  və  ona  inam  dərəcəsi  investor 

tərəfindən birbaşa olaraq bazarın təşkilatçılıq səviyyəsinin qaldırılması və ona dövlət 




83 

 

nəzarətinin  gücləndirilməsi  ilə  baglıdır.  QKB-ın  vacibliyi  ondan  ibarətdir  ki,  onun 



dağılması birbaşa olaraq  iqtisadi  inkişafın  dağılması deməkdir. Dövlət  QKB-na olan 

etibarı  daim  qorumalıdır  ki,  qiymətli  kağızlara  əmanətlərini  yönəldən  insanlar 

dövlətin  hər  hansı  tədbiri  və  spekulyativ  amillər  içərisində  bu  əmanətləri 

itirməyəcəklərinə  inansınlar.  Ona  görə  də  bütün  bazaar  iştirakçıları  bazarın  düzgün 

təşkilkinə  və  onun  əsas  iştirakçısı  olan  dövlət  tərəfindən  güclü  nəzarət  olunmasına 

maraqlıdırlar. 

QKB-ın kompyuterləşməsi son onilllklərdə bütün insan fəaliyyəti sahələrinə 

kompyuterlərin  daxil  olmasının  nəticəsidir.  Kompyuterləşmə  olmasa  idi,  müasir 

QKB-ın mövcudluğu qeyri-mümkün idi. Kompyuterləşmə bütün əməliyyatların daha 

düzgün və dəqiq aparılmasına, eyni zamanda, bazara yeninklərin gətirilməsinin əsası 

kimi çıxış edir. QKB-da  yeniliklər:  mövcud bazarın  yeni alətləri; qiymətli kağızlarla 

ticarətin  yeni  sistemləri;  yeni  bazar  infrastrukturu  aid  edilə  bilər;  QKB-ın  yeni 

alətlərinə  istehsal  qiymətli  kağızların  müxtəlif  növləri,  yeni  qiymətli  kağızların 

yaradılması,  onların  növləri  və  formaları  daxildir.  Yeni  ticarət  sistemlərinə  alıcı  və 

satıcı arasında birbaşa əlaqələrsiz, ticarətin tam və avtomatlaşdırılmış rejimdə, müasir 

rabitə vasitələrilə həyata keçirilməsi daxildir. 

Yeni bazar infrastrukturuna yeni informasiya sistemləri, klirinq və hesablaşma 

sistemləri  aiddir.  Sekyuritizasiya  pul  vəsaitlərinin  ənənəvi  formalardan  qiymətli 

kağızlara keçid meylidir; iri investorlar kütləsi üçün əlverişli olan qiymətli kağızların 

bir  formadan  digərinə  keçid  meylidir.  QKB-ın  inkişafı  müxtəlif  növ  kapital 

bazarlarının fəaliyyətlərinin birləşməsi ilə səciyyələnir. Bir tərəfdən, QKB kapitalları 

özünə  tərəf  cəlb  edir.  Digər  tərəfdən  isə  qiymətli  kağızlar  mexanizmi  vasitəsilə 

kapitalları digər bazarlara yönəldir, beləliklə də onların inkişafına şərait yaradır. 

 

 



 

 


84 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

Aparılmış elmi-tədqiqat araşdırmalarını ümumiləşdirərək belə nəticəyə gəlmək 

olar  ki,  müasir  şəraitdə  iqtisadiyyatın  inkişafı  üçün  qiymətli  kağızlar  bazarı  dövlətin 

maliyyə  və  pul-kredit  siyasətinin  əsas  aləti  kimi  mühüm  vəzifəni  yerinə  yetirir. 

Qiymətli kağızlar bazarının  iqtisadi rolu onun  fəaliyyətinin  məqsəd  və vəzifələrində, 

həmçinin  onun  funksiyalarında  təzahür  edir.  Qiymətli  kağızlar  bazarının  zəruriliyini 

müəyyən edən başlıca məqsədi sərbəst maliyyə resurslarını səfərbər etmək və onların 

bazarın  iştirakçılarının  qiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasitəsilə 

yenidən  bölgüsünü  təmin  etməkdən  ibarətdir.  Başqa  sözlə,  qiymətli  kağızlar  bazarı 

müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  investorlardan  qiymətli  kağız  emitentləri 

istiqamətindəki  hərəkətində  vasitəçilik  edir.  Qiymətli  kağızlar  bazarı  vasitəsilə 

yüksək gəlirliliyi təmin edən sahələrə kapital axını baş verir. Digər tərəfdən, qiymətli 

kağızların  əldə  edilməsi  imkanını  təmin  etməklə  fond  bazarı  investisiya  prosesinə 

kütləvi  səciyyə  verir.  Qiymətli  kağızlar  dövriyyəsinin  fond  birjalarının  və  peşəkar 

vasitəçilərin əlində cəmləşməsi isə investisiya prosesini sürətləndirir.  

Hal-hazırda  Azərbaycanda  qiymətli  kağızlar  bazarı  formalaşan,  inkişaf  edən 

bazardır  və  tarixi  prizmadan  baxdıqda  öz  inkişafının  müxtəlif  mərhələlərində  fərqli 

məqsədlərin realizasiyasına hədəflənmişdir. Belə ki, bu gün ölkənin qiymətli kağızlar 

bazarı  iqtisadiyyatın  qeyri-neft  sektoruna  investisiyaların  təmin  edilməsində  mühüm 

maliyyələşmə  mənbəyi  kimi  çıxış  etməkdədir.  Ölkədə  məqbul  fond  bazarı 

infrastrukturunun əsas institutları mövcuddur və Milli Depozit Mərkəzi və Bakı Fond 

Birjası  arasında  təmin  edilmiş  elektron  inteqrasiya  nəticəsində  qiymətli  kağızların 

ticarəti,  uçotu  və  qeydiyyatı  sistemi  avtomatlaşdırılmış  rejimdə  fəaliyyət 

göstərməkdədir.  Hazırda  ölkənin  fond  bazarında  fundamental  bazar  institutları  ilə 

yanaşı  maliyyə  vasitəçiliyi  funksiyasını  həyata  keçirən  broker-diler,  aktivlərin  idarə 

olunması  ilə  məşğul  olan  şirkətlər  elektron  ticarət  sisteminə  məsafədən  çıxış  əldə 

etməklə real vaxt rejimində vasitəçilik funksiyalarını həyata keçirməkdədirlər.  

Qiymətli kağızlar bazarının  institusional  inkişaf səviyyəsinin  yüksəldilməsi  və 

onun  beynəlxalq  standartlara  uyğunluğunun  təmin  edilməsi,  ölkə  iqtisadiyyatında 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə