Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   11   12   13   14   15   16   17   18   19

 

55 


 

iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarəti, vergi 

qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyət,  digər  məsələlər  vergi  qanunvericiliyi 

ilə müəyyən edilir. 

Bundan  əlavə  qeyd  etmək  lazımdır  ki,  hazırda  qüvvədə  olan  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsinin  2.7-ci  maddəsinə  görə  bu  Məcəllə  qüvvəyə 

minənədək  və  ya  o,  qüvvəyə  mindikdən  sonra  qanunla  təsdiq  olunmuş  hasilatın  pay 

bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya 

qanunlarda,  o  cümlədən  neft  və  qaz  haqqında,  ixrac  məqsədli  neftqaz  fəaliyyəti  və 

xüsusi  iqtisadi  zonalar  haqqında  qanunlarda  bu  Məcəllədə  və  vergilər  haqqında  digər 

normativ  hüquqi  aktlarda  nəzərdə  tutulmuş  müddəalardan  fərqli  müddəalar  müəyyən 

edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. 

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci 

maddəsi  xüsusi  iqtisadi  zonanın  ləğv  edilməsi  adlanır.  Bu  maddəyə  müvafiq  olaraq 

xüsusi  iqtisadi  zona  onun  yaradılması  haqqında  qərarda  müəyyən  edilmiş  müddət 

bitdikdən sonra ləğv edilir. Azərbaycan Respublikasının Prezidentinin (“Xüsusi iqtisadi 

zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə” 

Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanının  5.1-ci  bəndi)  qərarı  ilə  xüsusi 

iqtisadi zonanın müəyyən edilmiş fəaliyyət müddəti uzadıla bilər. Xüsusi iqtisadi zona 

onun  yaradılması  haqqında  qərarda  müəyyən  edilmiş  müddətdən  əvvəl  Azərbaycan 

Respublikasının Prezidentinin qərarı ilə aşağıdakı hallarda ləğv edilə bilər: 

1.

 



dövlətin maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti ilə bağlı zərurətdən irəli 

gələn hallarda; 

2.

 

xüsusi iqtisadi zonanın yaradılması haqqında müvafiq qərar qəbul edildikdən 



sonra keçən 3 il ərzində: 

-

 



sahibkarlıq  fəaliyyəti  üçün  heç  bir  razılaşma  bağlanmadıqda  və  ya  əvvəl 

bağlanmış razılaşmalar qüvvədən düşdükdə

-

 

xüsusi  iqtisadi  zonanın  rezidentləri  tərəfindən  sahibkarlıq  fəaliyyəti  həyata 



keçirilmədikdə. 


 

56 


 

Xüsusi iqtisadi zonanın ləğv edilməsi ilə bağlı həyata keçirilən tədbirlər müvafiq 

qanunvericiliklə  müəyyən  edilir.  Xüsusi  iqtisadi  zonanın  müəyyən  edilmiş  müddətdən 

əvvəl ləğv edilməsi haqqında qərar onu qəbul etdikdən 1 ay sonra qüvvəyə minir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbayacan  Respublikası  Prezidentinin  2014-cü  il  26 

dekabr  tarixli, 964  nömrəli  Sərəncamı  ilə  təsdiq edilmiş  “Azərbaycan  Respublikasında 

sənayenin  inkişafına  dair  2015-2020-ci  illər  üçün  Dövlət  Proqramı”nın  həyata 

keçirilməsi üzrə Tədbirlər Planında xüsusi iqtisadi zonalara dair bir bənd verilməsə də, 

Dövlət  Proqramında  xüsusi  iqtisadi  zonalar  dəstək  tədbirlərindən  biri  kimi  öz  əksini 

tapmışdır. 

Aparılmış  tədqiqatlar  xüsusi  iqtisadi  zona  institutunun  Azərbaycanın  qeyri-neft 

sektoruna tətbiq ediləcəyi təqdirdə, gözlənilən nəticələri ümumiləşdirməyə imkan verir: 

-

 

xüsusi  iqtisadi  zona  institutunun  tətbiqi  ilə  ölkənin  iqtisadi  inkişaf  modeli 



müasir texnologiyalar və idarəetmə metodları hesabına güclənə bilər

-

 



xüsusi  iqtisadi  zonalar  vasitəsilə  ölkənin  qeyri-neft  sektoru  sahələrinin 

innovasiyalaşdırılması proseslərinin sürətləndirilməsinə əlavə töhfələr verilir; 

-

 

xüsusi iqtisadi zonalar xarici investorların ölkənin qeyri-neft sektoru sahələrinə 



investisiyaların yatırılmasında əlverişli poliqon rolunda çıxış edə bilərlər; 

-

 



xüsusi  iqtisadi  zonalar  hesabına  ölkədə  qeyri-neft  sektorunun  müxtəlif 

sahələrində  rəqabətqabiliyyətli  istehsal  sahələri  şəbəkəsi  yaradılması  asanlaşır  və  ixrac 

potensialının artırılması prosesləri sürətləndirilər; 

-

 



xüsusi iqtisadi zonalar ölkənin ayrı-ayrı regionlarının, güclü iqtisadi potensiala 

malik  ərazilərin  və sərhədyanı  zonaların  inkişafını  genişləndirər, qeyri-neft  sektorunun 

potensialının reallaşdırılmasında effektivli iqtisadi mexanizm kimi səmərəli ola bilərlər 

və sair.


1

 

 



Azərbaycanda  xüsusi  iqtisadi  zonaların  növlərindən  rüsumsuz  ticarət  mağazaları 

(duty  free)  mövcuddur.  “Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların 

fəaliyyətinin  tənzimlənməsi  Qaydaları”  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinin  2013-cü  il  30  oktyabr  tarixli,  318  nömrəli  Qərarı  ilə  təsdiq  edilmişdi.  Bu 

                                                           

1

 Əliyev  Şəfa  Tiflis  oğlu  -  “Qeyri-neft  sektorunun  inkişafında  xüsusi  iqtisadi  zonaların  təşkili  məsələləri”.  Audit  jurnalı 



2014, № 3 (səhifə 46) 


 

57 


 

Qaydalar  rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin 

tənzimlənməsi qaydalarını müəyyən edir. Rüsumsuz ticarət mağazalarında idxal gömrük 

rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə 

xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə 

tutulan mallar satılır.  Rüsumsuz ticarət mağazasının ərazisi (ticarət zalı, köməkçi otaq 

və  anbar)  gömrük  nəzarəti  zonası  hesab  edilir  və  həmin  ərazidə  yerləşdirilən  mallar 

gömrük  nəzarəti  altında  olur.  Bu  mağazanın  fəaliyyətinə  nəzarət  onların  yaradıldığı 

ərazi  üzrə  gömrük  orqanı  tərəfindən  həyata  keçirilir.  Rüsumsuz  ticarət  mağazaları 

gömrük ərazisinin aşağıda göstərilən yerlərində yaradıla bilər: 

1.

 

Beynəlxalq hava limanının gömrük nəzarəti zonasında; 



2.

 

Beynəlxalq dəniz limanının gömrük nəzarəti zonasında; 



3.

 

Gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında; 



4.

 

Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin 



və  konsulluqlarının  başçıları  və  diplomatik  heyətinin  üzvüləri,  habelə  onlarla  birlikdə 

yaşayan ailə üzvləri üçün digər gömrük nəzarəti zonalarında.  

 

Rüsumsuz ticarət mağazalarının yaradılmasına icazə Azərbaycan Respublikasının 



Dövlət  Gömrük  Komitəsi  tərəfindən  verilir.  İcazənin  alınması  üçün  “İnzibati  icraat 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələbləri  nəzərə  alınmaqla,  kağız 

üzərində yazılı və ya elektron formada  ərizə ilə müraciət edilir. Ərizədəki məlumatlar, 

ərizəyə  dair  müddətlər,  icazənin  verilməsi,  icazədəki  məlumatlar,  icazəyə  dair 

müddətlər,  icazənin  verilməsindən  imtina  halları,  icazə  fəaliyyətinin  dayandırılması, 

icazənin  ləğv  edilməsi  halları,  mağazadakı  mallara  və  mağaza  sahibinə  dair  şərtlər, 

malların  uçotunun  aparılması  qaydası,  uçota  dair  müddətlər  və  digər  məsələlər 

“Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin  tənzimlənməsi 

Qaydaları”nda öz əksini tapıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-

ci il 1 may tarixli, 137 nömrəli Qərarı ilə “Rüsumsuz ticarət mağazalarının yaradılması 

və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilmişdi. 

 

 



 

 



 

58 


 

Ədəbiyyat siyahısı 

 

1.



 

Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikasında  xüsusi  iqtisadi  zonaların 

yaradılması  haqqında”  2007-ci  il  6  mart  tarixli,  538  nömrəli  Fərmanı 

http://e-

qanun.az/framework/12939

 

2.



 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  2009-cu  il  14  aprel  tarixli 

Qanunu 

http://www.meclis.gov.az/?/az/legislation/view/1462



 

3.

 



Azərbaycan  Respublikası  Prezidentinin  “Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan 

Respublikası Qanununun tətbiq edilməsi barədə 2009-cu il 3 iyun tarixli, 101 nömrəli Fərmanı 

http://www.taxes.gov.az/modul.php?name=qanun&news=645

 

4.



 

““Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 

barədə”  Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  3  iyun  tarixli,  101  nömrəli 

Fərmanının icrasını təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-

cu il 16 iyun tarixli, 138s nömrəli Sərəncamı 

http://e-qanun.az/framework/17859

 

5.

 



“Xüsusi  iqtisadi  zonanın  rezidentlərinin  qeydiyyatının  və  reyestrinin  aparılması  Qaydası”nın, 

“Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması”nın və “Hüquqi və fiziki şəxslərin 

xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin 

nümunəvi  formasının  və  ərizəyə  əlavə  edilən  sənədlərin  siyahısı”nın  təsdiq  edilməsi  haqqında 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli,  193 nömrəli Qərarı 

http://cabmin.gov.az/?/az/pressreliz/view/226/

 

 

6.



 

“Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, 

malların  gömrük  rəsmiləşdirilməsinin,  nəqliyyat  vasitələrinin  və  fiziki  şəxslərin  sərhəddən 

buraxılma  rejiminin  sadələşdirilmiş  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  25  dekabr  tarixli,  199  nömrəli  Qərarı 

http://customs.gov.az/az/nkq251209.html

  

7.

 



“Xüsusi  iqtisadi  zonanın  ərazisində  ayrıca  hüquqi  şəxs  yaratmadan  filiallar,  nümayəndəliklər 

vasitəsilə  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan  rezidentlərin  fəaliyyəti  barədə  balansın  tərtib 

edilmə  Qaydası  və  forması”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 

2010-cu 

il 


25 

yanvar 


tarixli, 

16 


nömrəli 

Qərarı 


http://www.cabmin.gov.az/?/az/pressreliz/view/253/

  

8.



 

“Xüsusi  iqtisadi  zonanın  operatorunun  seçilməsi  üzrə  müsabiqənin  keçirilməsi  Qaydaları”nın 

təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli, 257 

nömrəli Fərmanı 

http://www.taxes.gov.az/modul.php?name=qanun&news=882

  

9.



 

“Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin  tənzimlənməsi 

Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü 

il 30 oktyabr tarixli, 318 nömrəli Qərarı 

http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1171/

  

10.



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli, 318 nömrəli Qərarı 

ilə  təsdiq  edilmiş  “Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin 

tənzimlənməsi  Qaydaları”nda  dəyişiklik  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinin 

2015-ci 


il 

may 



tarixli, 

137 


nömrəli 

Qərarı 


http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1615/

  

11.



 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi 

http://www.taxes.gov.az/modul.php?name=qanun&cat=3

 

12.



 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 

http://customs.gov.az/addons/qanun/uploads/mecelle_yeni_.pdf

 

13.



 

“Malların  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  Qaydaları”nın  təsdiq 

edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli, 

4 nömrəli Qərarı 

http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1207/

 

14.



 

Əliyev  Şəfa  Tiflis  oğlu  -  “Xüsusi  iqtisadi  zonalarda  vergilərin  mühüm  aspektləri” 

http://vergijurnali.az/upload/File/6-2014.pdf

 



 

59 


 

15.


 

Rasim  Abutalıbov  -  “Xüsusi  iqtisadi  zonaların  sosial-iqtisadi  inkişafa  təsiri” 

http://www.qu.edu.az/downloads/articles/1072_970.pdf

 

16.



 

http://bbu.edu.az/uploads/files/Audit/AUD%C4%B0T%20-%204%20-%202011.pdf

 

17.


 

http://bbu.edu.az/uploads/files/Audit/AUD%C4%B0T%20-%201%20-%202014.pdf

 

18.


 

http://bbu.edu.az/uploads/files/Audit/AUD%C4%B0T%20-%203%20-%202014.pdf

 

19.


 

http://az.wikipedia.org/wiki/Azad_iqtisadi_zona

 

20.


 

http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&news=28

  

21.


 

http://en.wikipedia.org/wiki/Special_economic_zone

 

22.


 

https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%81%D0%BE%D0%B1%D0%B0%D1%8F_%D1

%8D%D0%BA%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8%D1%87%D0%B5%D1%8

1%D0%BA%D0%B0%D1%8F_%D0%B7%D0%BE%D0%BD%D0%B0

 

23.


 

http://cyclowiki.org/wiki/%D0%9E%D1%81%D0%BE%D0%B1%D1%8B%D0%B5_%D1%8

D%D0%BA%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8%D1%87%D0%B5%D1%81%

D0%BA%D0%B8%D0%B5_%D0%B7%D0%BE%D0%BD%D1%8B_%D0%B2_%D0%A0%

D0%BE%D1%81%D1%81%D0%B8%D0%B8

 

24.



 

http://www.consultant.ru/document/cons_doc_LAW_173553/

 

25.


 

https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%84%D1%88%D0%BE%D1%80%D0%BD%D0%

B0%D1%8F_%D0%B7%D0%BE%D0%BD%D0%B0

 

26.



 

http://tr.wikipedia.org/wiki/Serbest_b%C3%B6lge

 

27.


 

http://marmarateknokent.tubitak.gov.tr/sites/images/seb_kanun.pdf

  

28.


 

http://tr.wikipedia.org/wiki/Serbest_liman

 

29.


 

http://tr.wikipedia.org/wiki/M%C3%BCnhas%C4%B1r_ekonomik_b%C3%B6lge

 

30.


 

http://www.ved.gov.ru/exportcountries/cn/about_cn/laws_ved_cn/special_area_cn/

 

31.


 

http://www.ved.gov.ru/exportcountries/gb/about_gb/laws_ved_gb/special_area_gb/

 

32.


 

http://www.ved.gov.ru/exportcountries/us/about_us/laws_ved_us/special_area_us/

 

33.


 

http://www.ved.gov.ru/exportcountries/ua/about_ua/laws_ved_ua/special_area_ua/

 

34.


 

http://www.ved.gov.ru/exportcountries/ir/about_ir/laws_ved_ir/special_area_ir/

 

35.


 

http://www.ved.gov.ru/exportcountries/kz/about_kz/laws_ved_kz/special_area_kz/

 

36.


 

http://www.centralasia-

biz.com/cabiz/kirgizstan/Nalogovaja/nalogi%20aktualno/nalog_svobod_ekon_zona.htm

  

37.



 

http://www.customs.kg/index.php/ru/custzak/tamofacont/172-porprtvitr

 

38.


 

http://www.kenesh.kg/Articles/2362-

Zakon_Kyrgyzskoj_Respubliki_O_svobodnyx_ekonomicheskix_zonax_v_Kyrgyzskoj_Respubli

ke.aspx


 

39.


 

http://www.mfer.uz/ru/investments/special-economic-zones/

 

40.


 

file:///C:/Users/samira.tagiyeva/Downloads/Doklad_SEZ%20(3).pdf

 

41.


 

http://catalog.fmb.ru/georgia2011-10.shtml

 

42.


 

http://rus-finans.com/svobodnie-ekonomicheskie-zoni/sez-moldovi.php

 

43.


 

http://www.furtunalawyers.com/?p=158

 

44.


 

http://www.ved.gov.ru/exportcountries/tj/about_tj/laws_ved_tj/special_area_tj/

 

45.


 

http://www.mehnat.tj/pdf_doc/21svobodnie_ekonom_zoni.pdf

 

46.


 

http://www.ved.gov.ru/exportcountries/tm/about_tm/laws_ved_tm/special_area_tm/

 

47.


 

http://www.trend.az/casia/turkmenistan/2164608.html

 

48.


 

http://elibrary.bsu.az/kitablar/1046.pdf

 

49.


 

http://www.almubadara-dubai.com/language/ru-

ru/biznes_v_oae/svobodnie_ekonomicheskie_zoni_oae.aspx

 

50.



 

http://en.wikipedia.org/wiki/List_of_Free_Trade_Zones_in_the_United_Arab_Emirates

 

51.


 

http://www.emirat.ru/wiki/%D0%A1%D0%B2%D0%BE%D0%B1%D0%BE%D0%B4%D0%B

D%D1%8B%D0%B5_%D1%8D%D0%BA%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8

%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%B7%D0%BE%D0%BD%D

1%8B_%D0%B2_%D0%9E%D0%90%D0%AD

 

52.



 

http://www.wepza.org/



 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə