Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



xüsusi güzəştlər və stimullar sisteminin istifadə edildiyi hissəsini bildirir. Bu zonalarda 

tətbiq  olunan  müxtəlif  (vergi,  gömrük,  inzibati  və  sair)  güzəştlər  həm  daxili,  həm  də 

xarici investisiyalar üçün əlverişlidir. 

Xüsusi iqtisadi zonalar dövlətin iqtisadi proseslərə müdaxiləsinin qismən ixtisarı 

üçün seçilmiş alət və ya dövlətlə özəl sektor arasında əməkdaşlığın bir formasıdır. Bu 

zonalar  iqtisadi  vasitə  kimi  praktiki  olaraq  mümkün  formalarda  beynəlxalq  iqtisadi 

əməkdaşlığın  inkişafına  xidmət  edir,  zəruri  infrastrukturun  formalaşmasına  yardım 

etməklə yanaşı, yeni təsərrüfat münasibətlərini və idarəetmə metodlarını da reallaşdırır. 

Xüsusi  iqtisadi  zonalar  yüksək  texnologiyalı  istehsalı  şərtləndirir,  milli  iqtisadiyyatın 

dünya  iqtisadiyyatına  inteqrasiyasını  sürətləndirir.  Xüsusi  iqtisadi  zonaların  mühüm 

vəzifələri sənayenin modernləşməsi və ixrac potensialının artırılması ilə bağlıdır. Qeyd 

etmək  lazımdır  ki,  xüsusi  iqtisadi  zonalar  dünya  ölkələrinin  iqtisadi  inkişaf 

proseslərində  yeni  iqtisadi  alət  rolunu oynamaqla  yanaşı, bu ölkələrdə  bir  qrup strateji 

iqtisadi  hədəflərin  gerçəkləşdirilməsində,  iqtisadiyyatın  müxtəlif  sektorlarının  inkişaf 

etdirilməsində mühüm əhəmiyyət kəsb edirlər.

1

 



XX  əsrin  90-cı  illərindən  başlayaraq  xüsusi  iqtisadi  zonaların  təşkilində  2 

müxtəlif konseptual yanaşmadan istifadə edilir: 

1)

 

Ərazi  yanaşması  -  bu  yanaşmaya  görə  zona  bütün  rezidentlərin  güzəştli 



rejimlərdən istifadə etdikləri xüsusiləşmiş ərazidir. Ərazi yanaşmasına inkişaf etməkdə 

olan dövlətlərdəki ixrac-istehsal zonalarını misal göstərmək olar; 

2)

 

Funksional  yanaşma  -  bu  yanaşmaya  əsasən  zona  ölkə  ərazisində  yerləşdiyi 



yerdən  asılı  olmayaraq  müəyyən  növ  sahibkarlıq  fəaliyyətinə  tətbiq  edilən  güzəşt 

rejimidir.  Funksional  yanaşmaya  nümunə  kimi  “nöqtəvi”  zonaları  (ofşor  zonaları, 

“duty-free” mağazaları) qeyd etmək olar. 

Xüsusi  iqtisadi  zonalarda  fəaliyyət  göstərən  müəssisələrin  əksəriyyəti  ciddi 

kapital  qoyuluşlarına  ehtiyac  duyan  sahələri  təmsil  edən  müəssisələrdir.  Onlar  əsasən 

tekstil,  paltar,  məişət  elektronikası,  idman  malları,  plastik  kütlə  məmulatları,  mebel, 

ərzaq,  içki  istehsal  edirlər.  Lakin  elə  xüsusi  iqtisadi  zonalar  da  vardır  ki,  onların 

                                                           

1

 Əliyev  Şəfa  Tiflis  oğlu  -  “Xüsusi  iqtisadi  zonalarda  vergilərin  mühüm  aspektləri”  Azərbaycanın  vergi  jurnalı  2/2014 



(səhifə 151)

 



 

 



ərazilərində  daha  çox  ağır  sənaye  müəssisələrinin  inkişaf  etdirilməsinə  səy  göstərilir. 

Bir  ölkənin  xüsusi  iqtisadi  zonasında  ağır  sənaye  müəssisələrinin  yaradılması  təbii  ki, 

ilk növbədə bu ölkələrin təbii ehiyyatları ilə əlaqədardı. 

Aparılmış tədqiqat işləri və təhlillər xüsusi iqtisadi zonaların effektli bir iqtisadi 

mexanizm  kimi  milli  iqtisadiyyatların  inkişafına  verə  biləcəkləri  töfhələr,  prioritet 

istiqamətlər  və  bu  kimi  zonalarda  vergilərin  mühüm  aspektləri  barədə  bir  qrup 

təkliflərin irəli sürülməsinə və nəticələrin ümumiləşdirilməsinə imkan verir: 

-

 



Xüsusi  iqtisadi  zonalar  effektiv  və  məhsuldar  iqtisadi  alət  kimi  milli 

iqtisadiyyatların  inkişafının  sürətləndirilməsində,  iqtisadi  fəallığın  artırılmasında 

ölkənin  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının  genişləndirilməsində,  milli 

iqtisadiyyatın  rəqabətqabiliyyətinin  yüksəldilməsində  hüquqi-təsərrüfat  və  iqtisadi 

avtonom rejimə malik iqtisadi mexanizm kimi çıxış edirlər; 

-

 



Xüsusi  iqtisadi  zonalar  xüsusi  güzəştlər  sisteminə,  o  cümlədən  vergi 

güzəştlərinə malik olmaqla, investorlar üçün cəlbediciliyi ilə fərqlənirlər, eyni zamanda, 

sahibkarlığın  inkişafına  əlavə  stimullar  verməklə,  biznes  mühitinin  yaxşılaşdırılmasına 

şərait yaradırlar; 

-

 

Xüsusi  iqtisadi  zonalarda  vergi  güzəştlərinin  tətbiq  edilməsinə  həmin 



zonalarda  və  əhatə  etdiyi  ərazilərdə  iqtisadi  fəallığın  artırılması,  maliyyə-təsərrüfat 

subyektlərinin  öz  fəaliyyətlərinin  gücləndirilməsinə  əlavə  stimullar  verməsi  son 

nəticədə  rəqabətqabiliyyətli  istehsal  sahələrinin  yaradılmasına,  yüksək  standartlara 

cavab  verən  məhsulların  istehsalına  və  xidmətlərin  təşkilinə,  bunlarla  əlaqədar  olaraq 

müxtəlif  vergilər  üzrə  vergiqoyma  bazalarının  genişləndirilməsinə,  mənfəətin  əldə 

edilməsinə, dolayı vergilərin həcminin artmasına imkan verir

-

 

Xüsusi  iqtisadi  zonalarda  vergi  güzəştlərinin  tətbiqi,  ilk  növbədə,  yüksək 



standartlara cavab verən ixrac təyinatlı məhsulların çeşidinin genişləndirilməsinə şərait 

yaradır,  ölkəyə  daxil  olan  valyuta  vəsaitlərinin  həcmini  artırır,  milli  iqtisadiyyatın 

modernləşdirilməsinə və innovasiya istiqamətində inkişafına yeni imkanlar açır; 

-

 



Vergi  güzəştləri  rəqabətqabiliyyətli  müəssisələr  şəbəkəsinin  yaradılmasına, 

xarici  fəaliyyət  iştirakçılarının  sayının  artırılmasına,  xarici  iqtisadi  əlaqələrin 




 

 



genişləndirilməsinə,  xarici  ticarət  dövriyyəsinin  diversifikasiyasına  əlavə  stimullar 

verir.


1

 

 



Xüsusi  iqtisadi  zonaların  nəzəri  əsasları  və  mahiyyəti  onların  adından  bəllidir, 

yəni  bu  kimi  zonalar  fəaliyyəti  çərçivəsində  xüsusi  iqtisadi  münasibətlərin 

mövcudluğunu  və  iqtisadi  tənzimləmə  rejiminin  xüsusiləşdirilməsini  ifadə  edir. 

Tədqiqatçı  alimlərin  elmi  əsərlərində  xüsusi  iqtisadi  zonaların  mahiyyəti  və  nəzəri 

əsasları  müxtəlifliyi  ilə  o  qədər  də  fərqlənmirlər  və  bu  mülahizələrin  əsasında  xüsusi 

iqtisadi zonaların başlıca fəlsəfəsi onların azad, xüsusiləşdirilmiş və ya sərbəst avtonom 

iqtisadi-hüquqi rejimlərin fəaliyyət göstərdiyi təsərrüfat rejimləri dayanır. T.P.Danko və 

E.M.Okrut  xüsusi  iqtisadi  zonaları  dövlətin  suveren  bir  ərazisi,  təsərrüfat  sisteminin 

tərkib  hissəsi  hesab  edirlər.  Burada  müəyyən  edilmiş  və  konkret  ümummilli 

inteqrasiyalaşdırılmış 

korporativ 

məqsədlərə 

çatmaq 

üçün 


ictimai-iqtisadi 

münasibətlərin  xüsusi  tənzimlənməsindən  istifadə  ilə  istehsalın  və  ictimai  məhsulun 

bölgüsü həyata keçirilir.

2

 



 

 

 



 

 

 



                                                           

1

 Əliyev  Şəfa  Tiflis  oğlu  -  “Xüsusi  iqtisadi  zonalarda  vergilərin  mühüm  aspektləri”.  Azərbaycanın  vergi  jurnalı  2/2014 



(səhifə 157-158)

 

2



 Əliyev Şəfa Tiflis oğlu  -  “Qloballaşma şəraitində  xüsusi iqtisadi zonalar institutunun səmərəliliyini şərtləndirən  mühüm 

amillər”. Audit jurnalı 2014, № 1 (səhifə 46) 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə