40
olundu. Qeyd olunan Qanunun müddəalarına görə azad sahibkarlıq zonaları ümumilikdə
respublikanın və onun ayrı-ayrı ərazilərinin sosial-iqtisadi inkişafı üçün xarici
sahibkarlar ilə birlikdə həyata keçirilən iş fəaliyyəti əsasında yaradılır. Dövlətin azad
sahibkarlıq zonalarını təşkil etməkdə bir sıra məqsədləri var ki, onlar aşağıdakılardan
ibarətdir:
-
məşğulluğu təmin etmək;
-
xarici investisiyaları cəlb etmək;
-
müasir xarici avadanlıq və texnologiya cəlb etmək;
-
istehlak mallarının və xidmətlərinin istehsalını genişləndirmək;
-
idxalı əvəzləyən və ixrac istehsalını inkişaf etdirmək;
-
maliyyə gəlirlərini artırmaq.
Qanun azad zonalara vergi, gömrük, maliyyə, qeydiyyat, əmək və digər rejimləri
verir. Moldovadakı zonaların növləri və tipləri olduqca genişdir. Bu ölkədə mövcud
olan zonaların tipləri aşağıdakılardır:
1.
İstehsal zonaları (ixrac yönümlü və idxalı əvəzləyən);
2.
Texnoloji zonalar (texnoparklar və texnopolislər);
3.
Xarici ticarət zonaları (tranzit, ticarət və anbar);
4.
Sığorta zonaları;
5.
Bank zonaları;
6.
Turizm zonaları və sair.
Moldovada fəaliyyət göstərən azad iqtisadi zonalar sistemi prinsipcə Ukraynanın
sisteminə uyğundur. Hazırda Moldovada 2 azad liman və 7 azad iqtisadi zona var:
1)
“Curculeşt” beynəlxalq limanı;
2)
“Markuleşt” beynəlxalq hava limanı;
3)
“Belçı”;
4)
“Valkaneş”;
5)
“Tvarditsa”;
6)
“Tarakliya”;
7)
“Otaç-Biznes”;
8)
“Uinqen-Biznes”;
41
9)
“Ekspo-Biznes Kişinyov”.
Qeyd olunanlardan ən çox fərqlənəni “Belçı” azad iqtisadi zonasıdır. Bu zona
2010-cu ildə Moldova Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. “Belçı” azad
iqtisadi zonası ölkənin inkişafı üçün xarici investisiyanın cəlb edilməsi, həmçinin
respublikanın ixrac potensialının artırılması məqsədi ilə yaradılmışdır.
Moldovada müəyyən sahələrin, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafını
sürətləndirmək üçün azad iqtisadi zonaların ərazisində aşağıdakılar tətbiq olunur:
1.
Moldovanın tərəfdar olduğu beynəlxalq müqavilələr;
2.
Moldova Respublikasının Qanunvericiliyi;
3.
Hökumətin normativ aktları;
4.
Azad iqtisadi zonaların administrasiyasının normativ aktları.
Türkmənistan
Son illərdə Türkmənistanda xarici iqtisadi fəaliyyətin inkişafında əsas prioritet
xarici kapitalı cəlb etməkdir. Bu sahədə ən mühüm istiqamətlərdən biri xüsusi iqtisadi
zonaların yaradılması hesab edilir. Türkmənistanda xüsusi iqtisadi zonalar aşağıdakı
normativ aktlar əsasında tənzimlənir:
1)
8 oktyabr 1993-cü ildə qəbul olunan “Azad iqtisadi zonalar haqqında” Qanun;
2)
5 oktyabr 2005-ci ildə qəbul olunan Vergi Məcəlləsi;
3)
18 mart 2008-ci ildə qəbul olunan “Xarici investisiyalar haqqında” Qanun;
4)
25 iyun 2008-ci ildə qəbul olunan “Fəaliyyətin müxtəlif növlərinin
lisenziyalaşdırılması haqqında” Qanun;
5)
10 may 2010-cu ildə qəbul olunan “Turizm haqqında” Qanun.
İlkin olaraq turizmin inkişafı baxımından Xəzəryanı bölgə olan Türkmənbaşı
şəhərində xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulurdu. 2007-ci ildə
Türkmənistanın Prezidenti “Avaza” zonasının yaradılmasını təklif etdi. Müəyyən
müzakirələrdən sonra Prezident “Avaza milli turizm zonasının yaradılması haqqında”
Qərar qəbul etdi. Hazırki dövrdə Türkmənistanın ərazisində faktiki olaraq “Avaza” adlı
bir xüsusi iqtisadi zona fəaliyyət göstərir. “Avaza” milli turizm zonası Xəzər dənizinin
42
şərqində, Türkmənbaşı liman şəhərinin yaxınlığında yerləşir. Türkmənistan
qanunvericiliyi investorlar üçün onlar milli turizm zonasının subyektləri kimi
tanındıqdan sonra vergi, gömrük və digər güzəştlər təmin edir. Qanunvericlikdə qeyd
olunan güzəştlər xarici investisiyalar cəlb etmək və xarici investorlar üçün ölkədə
səmərəli fəaliyyəti təmin etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə Türkmənistan
qanunvericiliyi milli turizm zonasının subyektləri üçün aşağıdakı güzəştləri və faydaları
təmin edir:
-
turizm zonasında işləmək üçün Türkəmistana gələn xarici mütəxəssislərə və
işçilərə surətli olaraq vizanın və tikintiyə görə icazənin verilməsinin (konsulluq və
qeydiyyat haqqı ödəmədən) müəyyən qaydası;
-
Aşqabad və Türkmənbaşı şəhərlərində turizm zonalarına dincəlmək üçün gələn
turistlərə vizanın rəsmiləşdirilməsinin sadələşdirilmiş proseduru.
Subyektlər turizm zonasında aşağıdakılardan azad olunur:
1.
Turizm zonasında tikinti və digər əməliyyatlar üçün nəzərdə tutulan
Türkmənistana malların idxalı üzrə gömrük rüsumu və vergilərin ödənilməsindən;
2.
Türkmənistanın Dövlət əmtəə və xammal materialları Birjasında bütün
imzalanmış müqavilələrin qeydiyyatı zamanı mübadilə haqlarını ödəmək vəzifəsindən;
3.
Türkmənistan qanunvericiliyində müəyyən edilmiş büdcədənkənar fondlar ilə
gəlirlərdən çıxılmalar.
Milli turizm zonasının subyekti qismində həm fiziki şəxlər, həm də hüquqi şəxlər
çıxış edə bilərlər. Fiziki şəxslər milli turizm zonasının subyekti kimi lisenziyanın
verilməsi və onun rəsmiləşdirilməsi üçün dövlər rüsumunun ödənilməsindən azaddır.
Hüquqi şəxslər milli turizm zonasının subyekti kimi lisenziya almadan turizm zonasının
ərazisində fəaliyyətlərini həyata keçirmək hüququna malikdirlər, o şərtlə ki,
qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və şərtlərə əməl olunsun.
Gürcüstan
Gürcüstanda hökumət investisyia cəlb etmək üçün ölkədə xüsusi iqtisadi zonalar
yaratmaqda maraqlıdır. 2007-ci ildə Gürcüstan Parlamenti “Azad iqtisadi zonalar