Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


II FƏSİL OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ İNSAN HƏYATININ KEÇİD MƏRHƏLƏLƏRİ İLƏ BAĞLI LEKSİK VAHİDLƏRİN LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ



Yüklə 311,65 Kb.
səhifə14/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

II FƏSİL
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ İNSAN HƏYATININ KEÇİD MƏRHƏLƏLƏRİ İLƏ BAĞLI LEKSİK VAHİDLƏRİN LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ


Qədim dövrdə olduğu kimi, müasir dövrdə də türklər insan həyatının müəyyən mərhələləri ilə bağlı bir sıra ayinlər, mərasimlər yerinə yetirirlər. İnsanın dünyaya gəlməsi, cəmiyyətdə müəyyən bir yer tutması, sosiallaşması, digər insanlarla münasibətlərinin qurulması, müəyyən bir zamanda dünyadan getməsi türk üçün önəmli bir hadisə idi. İnsan həyatının üç əsas keçid mərhələsi var: doğum, evlənmə və ölüm. Türk xalqlarının etnoqrafiyasına nəzər saldıqda orada insan həyatının keçid mərhələlərinin hər biri ilə bağlı xeyli adət-ənənənin, mərasimlərin, ayinlərin, ritualların yerinə yetirildiyinin şahidi oluruq. Təbii ki, bu da dilin lüğət fondunun zənginləşməsinə gətirib çıxarır.


2.1. Türk xalqlarında evlilik adәt-әnәnәlәri vә onların adlandırılması


Ailə tarixi inkişafın müəyyən mərhələsində nikah və qan qohumluğu əsasında cəmiyyətin özəyi kimi təşəkkül tapmış ümumi mənafe ilə birləşən, məişət birliyi və birgə yaşayış şəraiti ilə bir-birinə bağlı olan insanların ən kiçik təbii kollektividir. Ailə həm də mənəvi dəyərlərin, o cümlədən adətlərin və mərasimlərin icra olunduğu etnik-ictimai qurum olub ictimai kollektivin etnik psixologiyası, təbiət-iqlim mənsubiyyəti, dini-inanc düşüncəsi, həyat tərzi, dünyagörüşü ilə şərtlənir. Qıza və oğlana yeni ictimai ad qazandıran evlənmə ailələr arasındakı münasibətləri tənzimləyir. Evlənmə hadisəsi ümumi səciyyə daşımır, yəni hər bir toplumun bağlı olduğu qanunları, adət-ənənələri əsasında həyata keçirilir. Ailə türklər üçün həmişə müqəddəs sayılmışdır. “Türklərdə evlilik asan bir iş kimi görülməmiş, toplum arasında olan mədəni, iqtisadi, hüquqi-siyasi bağların daha da möhkəmlənməsini təmin etmişdir. Türk toplumlarında evlilik bir kişinin cəmiyyətdə bir təbəqədən başqa bir üst təbəqəyə, ata olmağa və Türk dövlətlərinin təməli olan ailə qurumunun əsas idarəediciliyinə, yəni atalığa (ailə rəisliyinə) yüksəlişidir. Bir xanım üçün evlilik gənc qızlıqdan qadınlığa, ana olmağa-xatunluğa keciddir. Türk xalqlarında ailə bir qadın və bir kişinin evlənməsi ilə bitmir, yəni evlilik bir ailə ilə başqa bir ailənin qohum olmasını, nəinki toy zamanı yaranan çətinliklərin öhdəsindən birlikdə gəlməyi, hətta nəsillər yaşadıqca bu yardımlaşmanı davam etdirməkdir” [68, s.32].
Oğuz qrupuna daxil olan hər bir türk dillərinin lüğət tərkibində evlilik adət-ənənələrini adlandıran bir sıra leksik vahidlər vardır. Bu leksik vahidlərin bəziləri, demək olar ki, eyni fonetik tərkibdə, bəziləri isə kiçik dəyişikliklərləhəmin dillərdə işlənir. Bir qisim vahidlərin fonetik tərkibi müxtəlif olsa da, onların eyni semantik yükü ifadə etdiyinin şahidi oluruq. Oğuz qrupu türk dillərində evlilik adətləri ilə bağlı bir sıra tədqiqat işləri aparılmışdır: Ə.M.Cavadov “Türk dilindəki “adaqlı ” və “düyün ” sözləri haqqında” (1988), “Toy mərasimləri” (2004), Ş.M. Süleymanov “Azərbaycan dilinin mənəvi mədəniyyət leksikasına dair”(1999), İ.Məmmədov “Azərbaycan dilinin etnoqrafik leksikası”(2008), M. Paşayeva “Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr” (2008) (Azərbaycan.); M E.Artun “Tekirdağ halk kultüründe geçiş dönemleri. Doğum –evlenme-ölüm” (1998), Z. Binler “Türkiyenin Karadeniz bölgesinde evlenme gelenekleri ve görenekleri”(2000), İ.Altun “Kandıra Türkmenlerinde doğum, evlenme ve ölüm” (2009) (Türkiyə) ; Шаханова Н. Мир традиционной культуры туркменов (1988), O.Orayev “Irımlar”(1993), “Adat” (1995); A.Sultanova “Türkmənlərin evlənmə mərasimlərinə bağlı ırımlar” (1995) (türkmən.); V.Perçemli “Qaqauz türklerinde doğum, evlenme ve ölüm adetleri” (dok. tez) (2011), İ.İusiumbeli “Qaqauz yerinde kadın” dok.tez (2008) (qaqauz.) və s. Türkmən dilçisi Z. E. Erecebova “Türkmən toy adətləri” əsərində toy mərasimi ilə bağlı olan bəzi sözlərin (“kafı açu”, “kız oqurlı”, “betaçar” və s.) etimoloji və etnolinqvisitik cəhətdən izahını vermişdir. Qaqauz dilinin lüğət fondunun böyük bir qismini təşkil edən qohumluq terminlərinin (nikah və qan qohumluğu) tədqiq olunması A.V.Şabaşovun adı ilə bağlıdır. Alim bu dildə işlənən qohumluq terminlərini qaqauzların etnogenezisi ilə əlaqələndirərək mənşəcə üç qrupda birləşdirmişdir: ümumtürk, türk-bolqar və slavyan-bolqar mənşəli [270, s.193].

Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə