Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Şamanizm inancı ilə bağlı leksik vahidlər



Yüklə 311,65 Kb.
səhifə12/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

1.3. Şamanizm inancı ilə bağlı leksik vahidlər


Qədim türklərin dini haqqında ilkin məlumatlara qədim Çin mənbələrində rast gəlinir. L.Qumilyovun da mənbə kimi istifadə etdiyi “Suyşu” və“Veyşu” salnamələrində qədim türklərin dini haqqında ziddiyyətli fikirlər özünü göstərir. Belə ki, “Veyşu” türkyut dininin aşağıdakı ayinlərini göstərir: “1.Günçıxan ölkəsinə ehtiram əlaməti kimi xanın iqamətgahına Şərq tərəfdən daxil olurlar; 2.Hər il bütün əyanlarla birlikdə əcdadların mağarasına qurban gətirirlər; 3.Ayın beşinci bədrinin orta dekadasında hamını bir yerə yığır və çay yaxınlığında göy ruhuna qurban kəsirlər; 4. Duqindən 500 li qərbdə hündür dağ var, həmin dağın zirvəsində nə ağac, nə də ot bitir, o, Bodın-inli adlanır. Tərcümədə bu “ölkənin hami ruhu” deməkdir”. Təxminən “Veyşu”dan 50 il sonra tərtib edilən “Suyºu”da isə türklərin dini haqqında yalnız bu ifadə iºlənilmiºdir: “Şeytanlara və ruhlara ehtiram bəsləyir, cadugərlərə inanırlar” [59, s.65].
Sonrakı mərhələdə qədim türklərin dini, inanc sistemi haqqında tədqiqatçıların da müxtəlif ziddiyyətli fikirləri ilə qarşılaşırıq. Görkəmli türk sosioloqu Z.Gökalp qədim türklərin dininin “Toyonizm”, sistemlərinin sehrə əsaslanan “Şamanizm ”, rahiblərinin adının isə “Toyon” olduğunu qeyd edir. “Toyonizm” milli, “Şamanizm” isə alınmadır və qədim türklərdə din ilə sehr bir-birini tamamlayır” [144, s.117]. Qədim türk tarixini, etnoqrafiyasını, dinini tədqiq edən böyük türkoloq A.İnan Altay və yakut şamanlığını qədim türk dini olaraq qeyd olunmasını qəbul etmir və “Çox əski zamanlarda böyük xaqanlıqlar və dövlətlər quran türklərin dünya görüşləri və dini ibadətləri Altay və yakut şamanizminə nəzərən çox inkişaf etmiş və yetkin mərhələ təşkil etmişdir” [156, s.3] fikrini söyləmişdir.
V.V.Bartolda görə, “ovçuluqla məşğul olan türklər qədim zamanlarda şamanlıq dinində olublar. O, dərsliyinin bir hissəsində şamanizmi ibtidai insanların dini olduğunu söyləyir, başqa bir hissədə isə türklərin “Tengri”(Tanrı) adı verilən səmavi bir yaradıcıya inandıqlarını, uşaq ruhlarını qoruyan və “Umay” adlanan tanrılarının olduğunu, ruhların ölümsüzlüyünə inandıqlarını qeyd edir”[121, s.62].
Çin qaynaqlarına görə, Hyunğ-nu qəbiləsi (Hun türkləri) sehirbazlarına “Gan” adı vermişdilər. M. Eroza görə, “Gan” sözü elə “kam” deməkdir və bu sözə ilk dəfə IX əsr uyğur mətnlərində, “Codex Comanicus”da rast gəlinir və “kam”lıq sözü bir din adı olaraq işlənir: “kamlık etermen” (kamlıq edirəm) [138,s.10]. R.Kamal“kam//gan” fonetik dəyişikliyini nəzərə alaraq “KDQ” dastanında oğuz elinin başçısı Qamğan oğlu Bayandır xanın yalnız tayfa başçısı, böyük xan deyil, həm də qam-şaman şəcərəsinin nümayəndəsi olduğunu vurğulayır [46, s.13].
Çin mənbələrində qədim türk dini kimi dəyərləndirilən “Şamanizm” “Gök-Tanrı, günəş, ay, yer-su, ata, atəş” kultlarına əsaslanırdı. M.Eliade isə öz məqaləsində qəti şəkildə qeyd etmişdir ki, “Şamanizm” Orta və Şimali Asiya xalqlarının dini həyatında üstünlük təşkil etsə də, bu geniş bölgənin- Türk- tatar xalqının dini deyildir, yalnız bir qismi –Altay, yakut, Tofalar, çuvaşların yarısı bu din səciyyəsi daşıyan inanc sisteminə bağlı idilər [280, s.3].
Şamanizm oğuz qrupu türk dillərinin dini olmamışdır, lakin bu qrupa daxil olan hər bir xalqın həyat tərzində şamanizmin izlərinə rast gəlinir. V.N.Basilev də türkmənlərin islam dinini qəbul etməmişdən əvvəl inandıqları inanc, kult sistemindən, şamanizm inancının türkmən xalqının etnoqrafiyasındakı izlərindən bəhs etmişdir.
A. İnana görə, “şaman” kəlməsini türklər və monqollar bilməzlər. Çünki bu söz XVII əsrdə meydana çıxmışdır. “Şaman” sözünün etimologiyasını bir sıra alimlər araşdırmışlar. Belə ki, Fischer və Şchlegel bu ifadənin Pali dilində “samnasözündən olan sanskritcədə “rahib, zahid” mənasına gələn “çramana” ilə eyni kökdən olduğunu , Banzarov isə mancuca “atılıb-düşən, rəqsedən” mənasını ifadə edən bir sözdən yarandığını qeyd etmişlər. Son illərdə tapılan soğd mətnlərində “şaman” sözünün işləndiyi, xristian-söğd mətnlərində “şeytan” mənasını ifadə etdiyi göstərilmişdir [158, s.74]. Çuvaş tengriçiliyndə isə“şaman və ya kam” mənasında“Macaver” terminindən də istifadə olunur [165, s.218]. “Macaver//maçavar” sözü müasir çuvaş dilində sadəcə “rahib” mənasında işlənir [130, s.83]. Z.Gökalpın fikrincə, şaman sözü “kam, kaman” sözlərindən yaranmışdır [145, s.35]. “DS”də “qam” sözünün “həkim”, “şəfaverici”; “gələcəyigörən”,“kahin”;“cadugər”, “sehrbaz”, “gözbağlayıcı” mənalarının olduğunu görmək mümkündür [131, s.413]. Qazax türklərində “kam” sözü əvəzinə “baksa”, qırğızlarda isə “bakşı” termini işlənir. Bəzi tədqiqatçıların fikirlərinə əsasən, baksa// bakşi ifadəsi budda dini vasitəsi ilə türk xalqlarına keçmə sözdür. “DS” də “bağ+şi” sözünün “müəllim”, “mürəbbi”, “rəhbər” mənalarını ifadə etdiyi göstərilmişdir [131, s.82]. G.Clauson baxşi sözünün qədim Çin dilində “po-shih”, müasir çin dilində isə “bak-şi” formasının işləndiyini və “dini müəllim” mənasını ifadə etdiyini göstərir. Hazırda bir sıra türk xalqlarında, o cümlədən qazax, qırğız, özbək və s. “bax-şı” sözü “xalq arasında gəzən ozan”, “sehrbaz, cadugər”, “türkəçarə//arahəkimi” anlamı daşıyır [279, s.321]. Lakin V.V.Radlov bu sözün “bax” feilindən yarandığını və “baxıcı” anlamı daşıdığını qeyd edir [191, s.85]. M.Eroz V.V.Radlovun izahını xalq etimologiyası səciyyəsi daşıdığını söyləyərək qeyd edir ki, “baksa// bakşi” monqol dilində “müəllim, mürşid” mənasını ifadə edən bir kəlmədir. Belə ki, mürid “ubaşi”, mürşid isə “bakşi” adlanır [138, s.13].
Türkmənlərdə “bakşi” sözü “saz şairi” mənasında işlənir.“Kam” mənasında isə “purhansözündən istifadə edilir ki, onun da mənası əski uyğurcada “budda” deməkdir [127, s.158]. Bəzi türkoloqlar, o cümlədən də A.İnan “bakşi” və “şaman” sözlərinin hər ikisinin alınma olduğunu, əski türkcədə bu mənanı ifadə etmək üçün yalnız “kam” sözünün işləndiyini qeyd edir [156, s.75]. Müasir Azərbaycan poeziyasında kam şaman ifadələri paralel işlənmiş, kam sözü daha çox “əfsun” mənasını ifadə etmişdir: “Qam qamlayan şaman mənəm” [13, s.23]. M. Kaşğari “DLT” əsərində “kam” sözünə “qam/ kahin” mənasında türk boylarında işləndiyini qeyd edir: “каm аrvaş аrvadı” =qam, şaman, каhin əfsun əfsunladı”[48, c.2, s.157]. A.Caferoğlu isəqədim uyğularda da bu sözün işləndiyini və “büyücü, sehirbaz” mənalarını ifadə etdiyini göstərir [127, s.163]. G.Clauson “ka:m” sözünü “cadugər//əfsunçu// otla müalicə edən”mənalarda izah etmişdir [279, s.625]. Uyğurlarda “perihun”,“dahan” və ya “bahşi” adlandırılan kamlar dönəmin yalnız yaxşı musiqiçiləri deyil, həm də insanları pis ruhlardan qoruyan, pis ruhların çarpması ilə insan orqanizmində yaranan xəstəlikləri əfsun oxumaqla sağaldan “sehirli təbib”lərdir [105, s.33].“Perihun/perihon“ sözündə “peri” “cin”, “hun” və ya “hon” isə “oxuyan”, “oxuyucu”, “çağıran” mənasını, “duahan //dahan” isə “dua ilə xəstə müalicə edən” mənalarını ifadə edir. Hal-hazırda müasir uyğur dilində bunlarla bərabər eyni mənanı ifadə etmək üçün “cinkeş”“büvi” sözündən də istifadə olunur[185, s.235]. Orta dövrdə geniş şəkildə işlənən Cağatay türkcəsində də “kam” sözünə “otaçı, həkim, filosof, bilgin” mənalarında rast gəlinir [128, s.117].
Etnoqrafların fikrincə, kam yalnız din adamı deyil, eyni zamanda təbib, üfürükçü vəzifələrini də yerinə yetirən, ilahi qüvvəyə malik olan insandır. Kamın təbib, üfürükçü vəzifələri cüzi də olsa müasir dövrdə özünü göstərə bilir. Belə ki hal-hazırda Azərbaycan türklərində boğazında yemək, tikə (xalq arasında “çöp”) qalan uşaqları əlində, nəfəsində müəyyən qüvvənin olduğuna inanılan adamların yanına aparırlar. Həmin insan da uşağın boğazını ovub, burnuna üfürüb tikəni boğazından keçirir. Bizim fikrimizcə, bu şamanizm qalıqlarından başqa bir şey deyil.
Qaqauz türklərində də insanları otla müalicə edən xüsusi adamlar var. Qaqauz dilində həmin insanlar “ilaççı//ilaççıykalar”, “okuyucu” adlandırılır. Qaqauz türklərində də qədim şamanizm inancında olduğu kimi həmin seçilmiş insanların davamçıları öz nəslindən çıxır, yəni anadan qıza keçir. Qaqauz türklərində şamanizmdən fərqli olaraq ilaççı, okuyucu qadınlar olur, kişilər isə onlara köməklik edirlər [242, s.27].
Yakut türklərində kişi şaman “oyuun”, qadın şamana isə “udaqan”; çuvaşlar “kam” mənasında yalnız “yum”, monqollar isə kişiyə “bö//böge”, qadına isə yakutlarda olduğu kimi “udaqan” [156, s.372-74], qırğızlar isə qadın baksiyə“bübü”deyirlər. Tədqiqatçıların fikrincə, “bübü” indiki “bibi” sözünün qədim variantıdır [158, s.85]. “Qədim Uyğur sözlüyü”ndə “qadın zahidə, rahibə” mənalarında “şamnanç” sözündən istifadə olunduğu göstərilmişdir [127, s.216]. Yakut türklərində işlənən “oyuun” sözünün etimologiyası ilə bağlı bir sıra fikirlər vardır. Bəzi türkoloqlar bu sözün “oynamaq” felindən yarandığını, bəziləri isə “oyuk” (uyuk, uçuq, ıyık, ızıx, ıdık, ıtık)“müqəddəs”“xaan”(kaan) “qocaman, əhəmiyyətli, şərəfli” sözlərinin birləşməsindən yarandığını qeyd edirlər və göstərirlər ki, assimilyasiya nəticəsində söz “oyukkaan/ oyuxxaan/ oyuun” variantını almışdır ki bu da “müqəddəs, şərəfli insan” mənasını ifadə edir [232, s.34]. Z.Gökalpın fikrincə, “yakutlarda şamana verilən “oyuun” sözü “ozan” sözü ilə eyni kökdən yaranmışdır və “ozan” da qədim zamanlarda məhz şamanın yerinə yetirdiyi vəzifələri yerinə yetirmişdir” [146, s.81].
Hər şaman daxilində bir və ya bir neçə ruhun olduğuna inanır və bunu qədim türklər müxtəlif adla (Altay kamları bu müqəddəs ruha “tös”, yakutlar “ijakıl”(ana-heyvan), qazax və qırğız baksiləri isə “arvak”) adlandırırlar. “Tös”(töz), “ijakıl”, “arvak”müqəddəs kamların qoruyucu ruhudur. Qazax-qırğızların inanclarına görə, yalnız baksilərin deyil, bütün böyük insanların “eş-arvağı”olur. Qırğızlar “filankəslə danışırdım, etiraz edə bilmədim. Çünki arvağı basdı” kimi cümlələrdən tez-tez istifadə edirlər [158, s.82]. Qırğızlarda işlənən bu ifadə kiçik fonetik dəyişikliklə Azərbaycan dilinin bəzi dialektlərində, o cümlədən də Füzuli şivəsində “ərvağı uçmaq” ifadəsində qalıb: “Heş nə edə bilmədim, elə bil ərvağım uşmuşdu”.
Şamanizmlə bağlı türk mədəniyyətinə müəyyən bir rəqs forması daxil olmuşdur ki, bu da müasir “səma” (samah) rəqsini göz önündə canlandırır. Qədim türklər bu rəqsi “aslan rəqsi” adlandırırmışlar [280, s.452]. Türkiyədə yaşayan Taxtaçı türkləri də qədim türklərin, şamanların etdikləri bu rəqsi “Mengü-Bengü” adlandırır və bu gün də müəyyən dini bayramlarda eyni ilə rəqs edirlər. Rəqsi ifadə edən bu mürəkkəb sözün birinci-“mengü” hissəsi qocaları, ikinci-“bengü” hissəsi isə cavanları simvolizə edir. “Mengü” sözü M.Kaşğarinin əsərində “əbədi, sonsuz” kimi ifadə edilmişdir [47, c.1, s.44]. Əsərin başqa bir hissəsində “Mengü-ajun” ifadəsinə rast gəlinir ki, bunu da M.Kaşğari türklərin əksəriyyətində “sonsuz dünya”,“axirət” mənalarında işləndiyini söyləyir [49, c.3, s.378]. Müasir dövrdə Türkiyənin bir çox bölgələrində “zeybək” adı ilə tanınan rəqs Balıkəsir bölgəsindəqədim türklərdən qalan və “abidə, əbədi” mənalarında işlənən “bengi” sözü ilə ifadə olunur.
Bu inancla bağlı türk dillərinin lüğət tərkibinə “ruh” mənasını ifadə edən bir sıra leksik vahidlər daxil olub: “tın”, “öz” və s. G. Clauson qeyd edir ki, türk xalqlarında tı:n eyni kökdən -“tı:”dan törəyən iki fərqli forma və fərqli semantikaya malikdir: tın” nəfəs, ruh; “tı:n”arxa, arxalanmaq” [279, s.512]. Sözün ikinci mənasının“nəfəs, ruh”sözünün semantik cəhətdən informativ mənasından uzaqlaşaraq qazandığını qeyd edir.“Tın”sözü müəyyən dəyişikliklərlə Azərbaycan dilinin qərb dialektində“nəfəs” mənasında işlənir. Məsələn: “tıncıxmaq” sözü “nəfəsi daralmaq”, “yaxşı nəfəs alıb-verə bilməmək” anlamında işlənir. Türk dilləri üzrə aparılan müşahidələr belə bir nəticəyə gəlməyə əsas verir ki, tin//tın leksemi ilkin olaraq“nəfəs, ruh” sonradan“nəfəsini dərmək-dincəlmək”, “nəfəs-səsdüymaq-eşitmək”mənalarını qazanmışdır [27, s.105]. Şamanizm inancı ilə bağlı qədim türk leksik qatında geniş şəkildə işlənən dini terminlərdən biri də “öz”dür. “Öz” “DLT” də “bədənin içində tərpənən nəsnə, ruh” mənasında verilmişdir [47, c.1, s.121]. A. Cəfəroğlu qeyd edir ki, oğuz türkləri, o cümlədən də digər qədim türk xalqları “ruh”, “ilah” mənasında “üzüt” leksik vahidindən istifadə edirdilər [127, s.276]. “Aldaçı” qədim Altaylar və yakutlar arasında daha çox “ölüm ruhu” kimi tanınırdı. Bu ifadə müasir oğuz qrupu türk dillərində bütövlükdə leksik vahid kimi işlənməsə də, semantik cəhətdən işlənilir. Həmin ifadənin kökü olan “al” oğuz qrupu türk dillərindəmənfi anlamda da işlənir və“hiylə, yalan” mənasını ifadə edir. “Çor//çur”- insan bədənindən kənarda yaşayan ruhdur. Qədim türklər yaxşı ruhları “ak-çur”, pis ruhları isə “kara-çur” adlandırırmışlar. Hal-hazırda “çor” sözünəmənfi anlamda oğuz türklərində rast gəlinir: çor vurdu- cin çarpdı, xəstələndi (Anadoluda); azar-çor, çor dəymiş (Azərbaycanda) və s.
” sözü hazırda bəzi türk xalqlarında işlənən “rəfiq/rəfiqə, arkadaş” sözlərini ifadə edir. Bu, yolda eş-yoldaş, könüldə eş-könüldaş kimi ifadələrdə işlənən “daş” hissəciyinin fonetik cəhətdən dəyişmiş formasıdır [145, s.47]. G.Clauson sözünü da:ş/de:ş ifadəsindən yarandığını, sözün iki (da:/de: və e:ş) hissədən ibarət olduğunu və “yoldaş” mənasını ifadə etdiyini qeyd edir [279, s.253]. Müasir oğuz türklərinin dilində daş leksik şəkilçi kimi söz yaradıcılığında iştirak etsə də, eş hissəciyi yalnız bir-iki sözün tərkibində daşlaşmış formada qalmışdır: yoldaş, sirdaş, soydaş, çağdaş, adaş və s. Türk dillərini tədqiq edən türkoloqların əksəriyyəti qardaş sözünü düzəltmə hesab edir. Sözün tərkibinin qarın+daş//taş//təş hissələrindən ibarət olduğunu və “qarında yoldaş//qarın yoldaşı” mənasını ifadə etdiyini vurğulayırlar [104, s.82; 85, s.130]. Hazırda “eş” sözünə eyni fonetik tərkibdə Türkiyə türkcəsində “həyat yoldaşı” mənasında işlənir.
Türkmənlərdə şamanizmlə bağlı az da olsa bir neçə ifadəyə rast gəlinir. Bu ifadələrdən birincisi “şaman od”dur. “Şaman atəşi” mənasına gələn “Şaman od” Türkmənistanda yaşayan türk kamlarının və şamanlarının ayinlərdə sağaltma və ya ruhlarla bağlantıya keçmə məqsədi ilə işlətdikləri atəşdir. Şaman tipinin dəyişdiyi, hətta sadəcə izlərini daşıyan bir neçə tipin yalnızca adı qalan Türkmənistanda, o cümlədən də digər türklərdə“atəş” hal-hazırda da arınma, təmizlənmə vasitəsi kimi qəbul edilir. “Şaman od” “qədim dövrlərdə böyük bir ocaq qalayıb günahlardan qurtulmaq üçün üzərindən atlanma” adətinin qəlibləşmiş adıdır [151, s.493]. “Şaman od” mərasimində ayinləri “zikirçi” deyilən qadınlar yerinə yetirirlər və “küştdept” adlanan rəqsi icra edirlər. Inanca görə, insanlara bəxt və tale payalayan Xıdır ata ocaq yandırıb zikir çəkənlərin yanına gəlirmiş [120, s.66].
Şamanizm daha çox sibir türklərinin (yakut, Altay) inanc sistemi olmasına baxmayaraq onun izlərinə digər türk xalqlarının, o cümlədən də oğuz türklərinin (daha çox türk, türkmən, Azərbaycan) məişətində geniş şəkildə rast gəlmək olur. Bizim fikrimizcə də, şamanizm bir din olmamış, müəyyən bir ərazidə formalaşmış qədim dünyagörüşlə bağlı inanc sistemidir.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə