Azərbaycan respublikasi daxiLİ



Yüklə 53,03 Kb.
səhifə4/19
tarix24.03.2023
ölçüsü53,03 Kb.
#103093
1   2   3   4   5   6   7   8   9   ...   19
258 mmmetodiki tovsiyye

Təcrübə məşğələlərinin aparılması kursantların təcrübə məşğələlərinə hazırlaşması metodikasdı.

Mühazirə və seminar məşğələlərində kursantlar tərəfindən alınan nəzəri biliklərin daha da möhkəmləndirilməsi və təcrübədə düzğün tətbiq edilməsi məqsədilə tədris proqramında fənn üzrə təcrübə məşğələləri nəzərdə tutulmuşdur.


Bu vəsaitdə bəzi mövzular üzrə təcrübə məşğələlərinə iki və daha çoz dərs saatlarının ayrılması nəzərdə tutulmuş və həmin məşğələlərə hazırlaşmaqdan ötrü və məşğələnin aparılması üçün tapşırıqlar verimişdir.
Təcrübə məşğələsinin başlanğıcında kursantların dərsdə iştirakını yoxladıqdan sonra müəllim 5 ( beş) dəqiqə ərzində giriş sözü ilə çıxış edir. Giriş sözündə mövzunun anlayışını, təcrübə məşğələsinin əhəmiyyətini və məqsədini kursantların nəzərinə çatdırır. Bundan sonra müəllim 10 (on) dəqiqə ərzində mövzu üzrə kursantlar arasında yoxlama sorğusu aparır.
Məşğələnin sonunda müəllim yekun sözü ilə çıxış edir, kursanlar tətədindən görülmüş işin müsbət və mənfi tərəflərini, məşğələnin məqsədinə nə dərəcədə nail olunmasını qeyd edərək, kursantların işini qiymətləndirir və bu haqda dərs jurnalında qeydiyyat aparır.
TEMATİK PLAN:





Mövzunun adı

ümumi

Mühazirə

seminar

Təcrübə

1.

Fövqəladə hallar və onların
xarakteristikaları.

6

2

4




2.

Fövqəladə hallarda
yaranmış şəraitin qiymətləndirilməsi.

6

2

4




3.

Fövqəladə hallarda
əhalinin mühafizəsi üzrə DİO-nın rolu.

7

2

4

1

4.

Fövqəladə hallarda
iqtisadi obyektlərin dayanıqlığı

6

2

4




5.

Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında DİO-
nun rolu

7

2

4

1

6.

Fövqəladə hallarda rabitə,xəbərdarlığın
təşkili HFT-nin təmini

6

2

4




7.

Fövqəladə hadisələrdən mühafizə sahəsində
əhalinin hazırlanması

7

2

4

1




Cəmi:

45

14

28

3

Mövzu 1
Fövqəladə hallar onların xarakteristikaları


Vaxt - 6 saat: Mühazirə - 2 saat:
Seminar məşgələsi 4 saat:


Mühazirənin qısa məzmunu:
Təbii xarakterli təhlükələr və onların xarakteristikası. Kor təbii təhlükəli – geofiziki, hidrometeroloji, geoloji, infeksion xəstəliklər və təbii yanğınların baş vermə səbəbləri. Yerin səthində zəlzələ enerjisinin intensivliyi və dağıdıcı gücü. Ekzogen və endogen proseslər nəticəsində baş verən geoloji xarakterli fəlakətlər. Atmosfer prosseslərinin törətdiyi təhlükələr. Küləklərin və intensiv yağıntıların dağıdıcı təsiri. İldırım, quraqlıq, sel, daşqın kimi hadisələrin törətdikləri dağıntı və fəlakətlərin təsiri. Maili yamac prossesləri. Qar uçqunları və sürüşmələrin dağıdıcı xassələri. Yoluxucu və infeksion xəstəliklər yaradan təbii fəlakətlər. Epidemiya, epizootiya və epifitotiya kimi yoluxucu xəstəliklərin xüsusiyyətləri. Texnogen xarakterli təhlükələr və onların xarakteristikası. Sənayedə, energetikada, kommunal təsərrüfatında böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükəli, həmçinin yanğın və partlayış qorxusu yaradan texnogen xarakterli hadisələr. İri istehsalat qəzaları və onların nəticələri. Sənaye müəssisələrində partlayış nəticəsində baş verən zədələnmələrin dərəcəsi və xarakteri. Yanğınlar və onların nəticələri. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar. Qaz-neft məhsulları - boru kəmərlərində qəza hadisələrinin baş vermə səbəbləri. Hidrotexniki qurğularda, kommunal obyektlərdə qəzalar və onların nəticələri. Sülh və hərbi mənşəli fövqəladə hallar. Nüvə zədələmə ocağı və onun zədələyici amillərinin qısa xarakteristikası. Zədələnmə ocağında dağıntı zonalarının
xüsusiyyətləri. Neytron silahının zədələyici xüsusiyyətləri. Zəhərləyici və güclü təsirli zəhərli maddələr. Bakteroloji silah və onun əsasları. Adi qırğın vasitələri və onların qısa xarakteristikası. Yandırıcı maddələri tətbiq edən vasitələr.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə