Azərbaycan respublikasi daxiLİ



Yüklə 53,03 Kb.
səhifə3/19
tarix24.03.2023
ölçüsü53,03 Kb.
#103093
1   2   3   4   5   6   7   8   9   ...   19
258 mmmetodiki tovsiyye

MÜHAZİRƏ DƏFTƏRİNDƏ
KONİSPEKTLƏŞDİRİLMƏSİ ZƏRURİ HESAB OLUNUR:

  • hər mövzunun seminar və təcrübə dərsləri üçün nəzərdə tutlan yazılı tapşırıqların cavabları(tapşırıgın özünün köçürülməsinə ehtiyac yoxdur);

  • dərslik və dərs vəsaitlərindən istifadə etməklə özünüyoxlama və seminar sualların cavabları;

  • müstəqil hazırlaşma ərəfəsində yaranmış suallar və ya müəllim tərəfindən dərs prosesində verilən əlavə sualların (tapşırıqların) cavabları.

Seminar məşğələlərinin aparılması və kursantların seminar məşğələlərinə hazırlaşması metodikası.
Müəllim mühazirəni apardıqdan sonra seminar məşğələlərində müzakirə etmək üçün mövzu üzrə daha vacib və aktual suallar kursantların nəzərinə çatdırır.
Bununla əlaqədar olaraq müəllim hər bir mövzu üzrə seminar məşğələsinin planını tərtib edir. Planda müzakirə
edilməli sualların öyrənilməsi üçün əsas və əlavə ədəbiyyatın siyahısı göstərilir.
“Mülki müdafiə” fənninin tədris proqramına əsasən hər bir mövzu üzrə seminar məşğələlərinin planları bu vəsaitdə təklif olunur.
Seminar məşğələsinin planına əsasən kursant hazırlıq saatlarında göstərilən ədəbiyyatlardan istifadə edərək hər bir sual üzrə hazırlaşır və seminar məşğələləri dəftərində qeydiyyat aparır. Suallara hazırlaşan kursant həmin sualı daha dərindən mənimsəmək üçün müəllim tərəfindən təklif edilmiş dərsliklərdən başqa Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunua; - “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarınına; müvafiq maddələrinə istinad edir və təklif edilən monoqrafiyaları öyrənir.
Seminar məşğələsinin başlanğıcında kursant və dinləyicilərin dərsdə iştirakını yoxladıqdan sonra müəllim 5 (beş) dəqiqə ərzində giriş sözü ilə çıxış edir. Giriş sözündə müəllim mövzunun anlayışını və əhəmiyyətini, məşğılınin məqsədini nəzərə çatdıraraq müzakirə üçün təqdim olunmuş suallar barədə qısaca izahat verir.
Sualların sayından, həcmindən və mahiyyətindən asılı olaraq müəllim onların müzakirəsi üçün vaxtı müəyyən edir. Bundan sonra təqdim olunmuş sualları kursantlar müzakirə etməyə başlayırlar.
Müzakirədən sonra hər bir suala müəllim tərəfindən yekun vurulur. Məşğələnin suonuna 5-8 dəqiqə qalmış müəllim yekun sözü ilə çıxış edərək mövzu üzrə kursantların hazrlığını, aparılmış məşğələnin nə dərəcədə mənimsənilməsinə dair öz fikrini bildirir və ayrı-ayrı kursantların hazırlıq səviyyəsinə qiymət verib dərs jurnalında müvafiq qeydiyyatlar aparır. Mövzuların daha vacib və aktual suallarının mənimsənilməsi
məqsədilə müəllim kursantlar tərəfindən referatların hazırlanması metodikasından istifadə edə bilər.
Fənn üzrə mövunun əhəmiyyətindən və həcmindən asılı olaraq ayrı-ayrı mövzular üzrə tədris proqramında 2 (iki) ssatdan çox seminar məşğələlərin aparılması nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq seminar planı ayrıca təklif edilir.



Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə