Azərbaycan respublikasi daxiLİ



Yüklə 53,03 Kb.
səhifə2/19
tarix24.03.2023
ölçüsü53,03 Kb.
#103093
1   2   3   4   5   6   7   8   9   ...   19
258 mmmetodiki tovsiyye

Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:



  • fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;

  • sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;

  • fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;

  • mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;

  • sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlə- rinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı ( yanğından mühafizə işi, dənizdə xilasetmə ) mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:

  • Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri;

  • təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları.

  • şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;

Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, kursant və dinləyiciləri qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hal- larda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və xəbərdarlıq; tibbi; yanğından mühafizə; ictimai asayişi mühafizə; sığınacaq və daldalanacaqlar; mühəndis; avtomobil nəqliyyatı; maddi- texniki təchizat; ticarət və energetika; kimya və radiasiyadan mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidməti də yaradılır.


Nəticə
Beləliklə, sonda bütün yazılanları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, mülki müdafiə respublikamızın ərazisinin bütövlüyünün və orda yaşayan əhalinin sağlamlığını qorumaq üçün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən görülən dövlət tədbirlər sistemidir.
Bu tədbirləri yerinə yetirmək üçün rabitə, xəbərdarlıq, informasiya, xüsusi fənn, mətbuat kimi vasitələrdən istifadə olunur.
Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq deyə bilərik ki, mülki müdafiənin 3 əsas məqsədi var:

  • hadisələr baş verməmişdən əvvəl praktiki tədbirlərin görülməsi,

  • hadisələr zamanı elə etmək lazımdır ki, dəyən ziyanın miqdarı və həcmi az olsun,

  • hadisələr baş verəndən sonra onun nəticələrini aradan qaldırmaq, yeni tədbirlər görmək və həyata keçirmək,

Məqsədi ilə yanaşı həmçinin mülki müdafiənin 3 əsas vəzifəsi də var:

  • əhalinin mühafizəsi,

  • mülki müdafiə obyektlərinin sülh və müharibə dövrlərində fasiləsiz işləməsi,

  • zədələnmə ocaqlarında xilasetmə və digər işlərin aparılması,

Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə mülki müdafiənin rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyekt- lər, onların qüvvə və vasitələri daxildir.



Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə