Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti Sərbəst iş Fakültə


Şm Amerikanın səhra-çöl landşaftlarında fərqlərdə



Yüklə 34,96 Kb.
səhifə5/7
tarix03.06.2022
ölçüsü34,96 Kb.
#88605
1   2   3   4   5   6   7
Ü.H. Landşaftşünaslıq

4 . Şm Amerikanın səhra-çöl landşaftlarında fərqlərdə
xüsusiyyətlər
Şimali Amerika (Mərkəzi Amerika daxil olmaqla) şimal yarımkürəsində 71050' şimal enliyi (Merçison burnu) ilə 7012' şimal enliyi (Maryato burnu) arasında, həmçinin 1680 qərb uzunluğu (Prins Uels burnu) ilə 55040' qərb uzunluğu (Sent Çarlz burnu) arasında yerləşmişdir. Sahəsi 20,36 mln. Km2, adalarla birlikdə 24,25 mln. km2-dir. Materikin sahilləri kifayət qədər çox girintili-çıxıntılıdır, sahil xəttinin uzunluğuna görə Şimali Amerika Avrasiyadan geri qalır və Afrikanı 2 dəfə üstələyir. İri yarımadalar materiki əhatə edən okeanların içərilərinə doğru irəliləmişdir: onlara Labrador, Alyaska, Kaliforniya, Yukatan, Florida və s. göstərmək olar. Şimali Amerikaya Qrenlandiya, Kanada-Arktika arxipelaqı, Antil və Aleut adaları, Nyu-Faundlend adaları aiddir. Materik hissəsində ən böyük məsafə 8500 km-dən çox olan Şimal.Qərb – Cənub.Şərq istiqamətindədir. Materikin hündür qərb kənarını, dünyanın ən böyük dağ sisteminin şimal yarısı olan və Sakit okeanın şərq sahilini haşiyələyən Kordilyer dağlar qurşağı əmələ gətirir. Mərkəzi qədim Şimali Amerika platformasının düzənlikləri (əsasən yüksəlmiş) tutur. Şərq kənarı əsasən qalxmışdır: Appalaçın nisbətən hündür hersin strukturu və Kanada qalxanının qayma qalxmaları burada yerləşmişdir. Şimali Amerikanın relyefinə, materikin sahəsinin yarıdan çoxunu tutmuş və Avrasiyaya nisbətən daha cənuba, 380 şimal enliyinə çatan pleystosenin buzlaq örtüyü güclü təsir göstərmişdir. Göllərin çoxluğu buzlaşma ilə əlaqədar olmuşdur ki, onların arasında sahəsi 245 min km2 olan Böyük Göllər qrupunu misal göstərmək olar. Bu qrupda həcmi 23 min km2 olan şirin su ehtiyatı toplanmışdır. Geniş düzənliklərdə iri çaylar sistemi formalaşmışdır. Onların arasında uzunluğuna görə (6420 km) Nildən geri qalan Missipi-Missurini (hövzənin sahəsi 3268 min km2) misal göstərmək olar. Digər iri çayları bunlardır (su sərfi ilə, m3/s): Müqəddəs Lavrenti (14,0), Makenzi (10,8), Kolumbiya (8,0), Yukon (6,5).
Şimali Amerikanın zonal strukturu ekvatorial istisna olmaqla, demək olar ki, landşaft tiplərinin bütün enlik sırasını əhatə edir. Materikin daha geniş şimal hissəsi subarktik, boreal və subboreal enliklərdə yerləşmişdir. Oroqrafiya, əsasən 3 üzvlü sektor quruluşunu müəyyən edir: Sakit okeanın sahilinə sıxılmış, ensiz qərbi okeansahili sektor, daxili kontinental və rütubətli şərq (Atlantiksahili). Əsas sektorlar arasında yarımsektorlar müşahidə edilir.
Səhra landşaftları Daxili Kordilyer qurşağının ən geniş hissəsini tutur. Sakit okeandan onları sədd kölgəsi yaradan Kaskad dağları və Syerra-Nevada ayırır. Subboreal səhralar Kolumbiya platosunun böyük hissəsini, Qayalı dağlar parkını, 370 şimal enliyinə qədər Böyük hövzəni və Kolorado platosunu əhatə edir. Bununla belə, onlar alçaq və hətta orta dağlıq səviyyəyə aid olduğundan istilik təminatı burada verilmiş enlik üçün çox aşağıdır. İqlimi kəskin və son dərəcə kontinentaldır, temperaturu böyük illik və sutkalıq (əsasən, qışda) amplituda malikdir. Orta iyul temperaturu 20–250C, yanvar temperaturu təxminən -40C, 00C-dir, minimal temperatur -300C-dən aşağıdır, çökəklərdə qış inversiyaları adi haldır. İl ərzində 250–300 mm, dağlararası çökəklərin bəzi yerlərində isə cəmi 150 mm yağıntı düşür. Onun maksimumu ilin soyuq dövrünə təsadüf edir. Oktyabrdan aprelə kimi çox vaxt qar yağır. Adətən qışda düzən sahələrə təxminən 70 sm-ə qədər qar düşür, ancaq davamlı örtük yalnız şərqdə, 150 sm-ə qədər qar düşən Qayalı dağların ətəklərində müşahidə olunur. Qışda dağlar qarla örtülü olur. İllik rütubətlənmə əmsalı orta hesabla, təxminən 0,15-dir.
İllik axın layı çox aşağıdır (20 mm-dən az, bəzi yerlərdə 1 mm-dən az). Ərazinin əsas hissəsinin, Sneyk sisteminə aid olan Kolumbiya və Kolorado hövzəsinin kənar hissələrini çıxmaqla, digər çayların okeana birbaşa çıxışı yoxdur. Sutoplayıcı kimi, çox vaxt duzlu (həmçinin, quruyan) göllərlə tutulmuş çökəklər daxili hövzəni yaradır. İntensiv mexaniki aşınma, dağətəyi şleyflər və çökəklərdə duzlar şəklində qırıntılı materialların toplanması, bəzi yerlərdə eol akkumlyasiyası ərazi üçün xarakterikdir. Epizodik olan yay leysanları daşqınlara səbəb olur.
Bitki örtüyündə şaxəli kök sistemli, hündürlüyü 1m-dən artıq olan, yüngül, duzlaşmamış boz-qonur səhra torpaqlarında qara və üçdişli yovşan (Artemisia tridentata) kolluqları üstündür. Aşağı horizontda duzlaşmış (30 sm dərinlikdə) çınqıllı torpaqlarda kiçik mərsin kolu (Atriplex confertifolia) yayılmışdır. Teresken (Ceratoides lanata), yovşanın bəzi növlərinə (Artemisia rigida, A. spinescens) və mərsinə (Atriplex canescens) rast gəlinir. Rütubətli, şorlaşmış çökəklər dərin kök sitemli, adətən mərsinlə birlikdə bitən sal ağacı (Sarcobatus vermiculatus) meşəliyi (hündürlüyü 1,5 m-ə çatan) ilə tutulmuşdur. Rütubətli və nəm şoranlıqlarda halofitlər (Salicornia, Allenrolfea) bitir.
Vegetasiyanın canlanması, əsasən yazda müşahidə edilir. İlk yağışlardan sonra, mart-apreldə, təxminən 1 ay müddətində səhra yaşıl efemer örtüklə örtülür. İyun-sentyabrda vegetasiya praktiki olaraq kəsilir, yalnız payızda bəzən qısamüddətli canlanma müşahidə edilir.
Səhranın heyvanat aləmi kifayət qədər müxtəlifdir. Burada qonşu zonaların bir sıra nümayəndələri yaşayırlar. Məməlilərdən əsasən gəmiricilər (kenquru siçovulunun bir neçə növü, dağ siçanı, hofer, sünbülqıran, çöl siçanı, dovşan və s.) tipikdir. Dırnaqlılardan haçabuynuz antilop, qaraquyruk maral, yırtıcılardan – koyot, tülkü, skuns, porsuq var. Dağ meşələrində pumaya rast gəlinir. Daimi yaşayan quşların 150 növü (həmçinin, göllərdə qağayı və qutan), sürünənlərin 44 növü (səhra tısbağası, ilanın 20 növü, kərtənkələ), suda-quruda yaşayanların 10 növü (quru qurbağası, qurbağa), göllərdə balığın təxminən 30 növü məlumdur.
Səhralar əsasən otlaq sahəsi kimi istifadə olunur (yaz və payızda). Yayda isə fermerlər mal-qaranı dağlara sürürlər. Suvarılma əkinçiliyi əsas etibarilə Sneykin hövzəsində və Qayalı dağların ətəklərində inkişaf etmişdir.


Yüklə 34,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə