Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti Sərbəst iş Fakültə



Yüklə 34,96 Kb.
səhifə4/7
tarix03.06.2022
ölçüsü34,96 Kb.
#88605
1   2   3   4   5   6   7
Ü.H. Landşaftşünaslıq

3 .Qrelandiyanın landşaftları
Qrenlandiya — Dünyanın sahəsinə görə ən böyük adası Danimarkanın muxtar mahalıdır. Qrenlandiya həmdə sahəcə ən böyük inzibati ərazidir.Hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir. Adanın qərb və və cənub-qərbindən isti Qərbi Qrelandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad vermişlər
Qrenlandiya Şimali Amerikanın şimal-şərq hissəsində yerləşir. Materikdən və Kanada Arktik arxipelaqında adanı şimaldan Smit boğazı, qərbdən Baffin dənizi və Devis boğazı ayırır. Cənubdnan adanı Labrador dənizinin suları Labrador yarımadasından ayırır. Şərqdən Qrenlandiya İslandiya ilə Danimark boğazı ilə sərhədlənir. Ada şimaldan cənuba doğru 2690 km uzanır. Ən enli yeri isə 1300 km-dir. Adada yerləşən Morris Cesup burnu şimal qütbünə ən yaxın quru sahəsi hesab edilirdi.
Geoloji baxımdan Qrenlandiyanın böyük hissəsi kristallik qalxandan təşkil olunub.L.Koxa görə bu qalxan Kanada və Skandinaviya qalxanı ilə eynilik təşkil edir. Ehtimal olunur ki,ada bütün geoloji tarixi boyunca platforma strukturuna malik olmuşdur. Qrenlandiyanın geoloji formalaşması tarix 6 dövürə bölünür:

  • Qrenlandiyanın kristallik piltəsinin formalaşması dövrü(Arxey erası-Proterozoy erası)

  • Kaledon öncəsi çökmə dövrü(Proterozoy erası-Silur dövrü)

  • Kaledon qırışıqlığı dövrü(Silur dövrü-Devon dövrü)

  • Üst palezoy və mezozoy strukturu formalaşması dövrü(Devon dövrü-Yura dövrü)

  • Mezozoy sonu formalaşan struktur(Təbaşir dövrü-Dördüncü dövür)

  • Buzlaşma dövrü mərhələsi(Dördüncü dövür).

Dördüncü dövrün əvvəllərində Qrenlandiyanın böyük hissəsi alcaq dağlıq relyefə malik idi. Buna səbəb də ərəzidə gedən güclü su erroziyası və tektonik proseslərin zəifləməsi idi. Adanın kaledon qırışıqlığına məruz qalmış şərq hissəsi nisbətən yüksək relyefə malik idi.
Buzlaşma dövrünün başlanması ilə demək olar ki,bütün skulptur və akkumulyativ relyef formaları tədricən məhf oldular. Buzlaq örtüyünün güclü relyef yaratma fəaliyyəti olsada adada buzlaq-akkumuliyatif relyef formalarına az rast gəlinir. Buna səbəbdə Qrenlandiyanın büsbütün buz örtüyü altında uzun müddət qalmasıdır. Moren relyef formalarına daha çox adanın buzlaq sərhədlərində təsadüf olunur. Əsasəndə Piri torpağında. Ada da geniş yayılmış relyef formalarından biri sahill terraslarıdır. Şimali-şərqi Qrenlandiyada 500–700 m hündürlüyə malik terraslar müşahidə olunur. Ancaq ümumilikdə adada daha alcaq hündürlüyə malik trraslar geniş yayılıb.(40–50 m). Terrasların əmələ gəlməsinin əsas səbəblərindən biri Dünya okeanının dördüncü dövürdə səviyyəsinin dəyişməsidir.
Hər Qrenlandiyaya yaxınlaşan kəs ilk növbədə sahil boyu uzanan Şxer tipli sahil görür. Eskimoslar bu tip əraziləri "umanaki" (Suiti ürəyi) adlandırırlar. Eni 20 km-dən çox olan bu zolaq adanın daha çox cənubi-qərb və cənubi-şərq hissələrini əhatə edir. Şxer zolağında formalaşan adaların hündürlüyü 100 m-dən yüksək olmur.
Qrenlandiyanın qərbində,şimalında və şərq sahillərində üstünlük təşkil edən relyef formalarından biridə fiordlardı.Eni 2–3 km-dən 10–20 km-dək olan fyordlar forma baxımdan dünyada olan digər fiordlardan fərqlənmirlər. Dərinliyi 700–800 m arasında dəyişir. Nadir hallarda daha dərin fiordlara rast gəlinir (1400 m). Adanın şərqində isə dünyanın ən uzun fiordu Skorsbi yerləşir. Uzunluğu 350 km olan firdun dərinliyidə böyükdür: 1450 m.
Çayların Qrenlandiyada ancaq sahil boyunda meydana gəlməsini qeyde etmək olar. Bu səbəbdəndə çayların yaratdığı relyef formalarına bu ərazilərdə rast gəlmək olar. Buzlağın sərhəddindən okeana kimi bu çaylar qum çöküntüləri gətirdiyindən onların yataqları böyük bir deltanı xatırladır. İ.İensen hesablamışdır ki, İstok fyorduna tökülən çayın 1 m³ suyun da 9 kq-a qədər çöküntü olur
Arktikada olduğu kimi Qrenlandiyada da yetərincə daimidonuşluq sahələri mövcuddur. Donuşluğun sərhəddi 60°-70°-ci ş.enliyındən keçir. Adanın demək olar ki, ¾ donuşluğa məruz qalıb. Belə ərazilər üçün soliflyukasiya hadisəsi xarakterikdir.
Müasir dövürdə də adanın relyefinin formalaşması davam edir. Bu prosesdə əsas qurunun şaquli hərəkətləri rol oynayır. Ölçmə işlərinin nəticəsinə görə Qrenlandiyanın cənub hissələri 15 ildə 15 sm enir.
Müasir hesablamalara görə buz örtüyü 1834 min.km²-dir. Buz qatının qalınlığı adanın mərkəzində 3300 m-dir. Cənubda və qərbdə buzun qalınlığı 600–1000 m arasında dəyişir. Mərkəzi buzlaq örtüyünün relyefi yekcinsdir. Düz və zəif dalğalı buzlaq örtüyü yüzlərcə kilometir uzanır. Nadir hallarda buzlaq üzərində şiş uclu dağ zirvələrinə — nunataklara rast gəlinir.
Aysberqlər adətən yay aylarında meydana gəlir; qışda fyordlarda buz dilinin hərəkəti dayanır. Qış mövsümündə adətən qərbə olan Böyük Katyak buzlaöından aysberqlər əmələ gəlir. Qrenlandiya aysberqləri qeyri-müəyyən formaya malik olub yüksək hündürlüyə və az enliliyə malidirlər. Daha çox 60–70 m hündürlüklü aysberqlər müşahidə olunsada, bəzən 135 metrə çatan aysberqlərdə qeydə alınır. Onların ağırlığı 15–17 min ton olur.
Qrenlandiyada iqlim şərtləri yeterincə müxtəlifdir. Buna səbəb də adanın böyük ölçüyə malik olması və meridian boyu uzanmasıdır. Əgər adanın cənub qurtaracağı mülayim dəniz iqlimi zonasında yerləşirsə, şimal sahil əraziləri artıq arktik iqlimə aiddir.
Arktik hava kütlələrinin daha isti mülayim enliklərin havası ilə yaratdığı hava cəbhəsi ada üçün çox xarakterikdir. Qərbi, cənubi və şərqi Qrenlandiyanın sahillərində havanın siklonik sirkulyasiyası il boyu üstünlük təşkil edir. Qşda bu siklonlar daha böyük ölçüyə çatır. Hava kütlələrinin soyuması daha çox qışda qeydə alınır. Hansı ki, adanın mərkəzində,buzlaq üzərində temperatura — 60 °C-yə düşür. Başqa xarakterik əlamət adada güclü küləklərin il boyu davam etməsidir. Adanın müxtəlif ərazilərində küləyin orta aylıq sürrəti 9 m/san −4 m/saniyə arasında dəyışir. Fön burada tez-tez müşahidə olunur. Qışda fön havanın 30–40° dərəcə istinməsinə səbəb olur.

Geomorfoloji rayonları


  • Qərbi kristallik qalxanın dağlıq massivi və yaylası.

  • Cənub-şərqi kristallik qalxanın dağlıq massivi.

  • Şərqi Qrenlandiyanın bazalt yüksək dağlığı.

  • Şərqi Qrenlandiyanın kaledon dağlıq qurşağı.

  • Şimali Qrenlandiyanın yayala və dağları.

  • Qərbi Qrenlandiyanın mezozoy və dördüncü dövür vulkanik yaylası.



Yüklə 34,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə