Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

 
 
108 
 
Çiləyici-tozlayıcı  –  bitkilərə  məhlul,  suspenziya  və  emulsiya  halında  zəhərli 
maddə  çiləmək,  habelə  quru  zəhərli  maddə  tozu  səpmək  üçün  kombinəedilmiş 
maşındır.  Əsasən,  traktora  asılan  OBX–14  markalı  çiləyici-tozlayıcı  tətbiq  edilir. 
Bunlardan  pambıq  kolu  və  digər  kənd  təsərrüfatı  bitkilərinin  zərəvericiləri  və 
xəstəlikləri  ilə  mübarizə  üçün,  ağacların  profilaktik,  bitkilərin  isə  cərgələrarası 
becərilməsi  və  s.  üçün  istifadə  olunur.  Məhsuldarlığı  saatda  məhlulçiləmədə  7,5 
ha-dəkdir, tozlandırmada isə 7 ha-dəkdir. 
Çilingər bucaqlığı – nişanlama və düz bucaqları yoxlamaq üçün nəzarət aləti. 
Çilingər  işləri  –  adətən,  dəzgahda  mexaniki  emal  edilmiş  metalların  əlaıə 
emalı,  yaxud  metal  məmulat  hazırlanmasında  detalları  birləşdirmə,  maşın  və 
mexanizmləri  yığma,  onları  tənzimləmə  yolu  ilə  tamamlayıcı  emalıdır.  Çilingər 
işləri,  adətən,  əl  ilə  və  ya  mexanikləşdirilmiş  alətlərlə  aparılır.  Çilingər  işlərinə 
nişanlama,  çapma,  pəstahı  düzəltmə  və  əymə,  kəsmə,  yeyələmə,  burğulama, 
zengerləmə, yivaçma, sürtmə, pərçimləmə, lehimləmə və s. əməliyyatlar daxildir. 
Çilingər-yığma  aləti  –  çilingər  və  yığma  işləri  üçün  mexanikləşdirilmiş, 
yaxud da əl alətləri və tərtibatlarıdır. Məmulatı iş vəziyyətində saxalamq üçün tava, 
dmokrat, məngənə, əl məngənəsi və s. həmçinin xüsusi yığma tərtibatları işlədilir. 
Detalları bir-birinə uyğunlaşdırma işlərində yeyə, nadfil, abraziv, blöv, şater və s. 
sökülən birləşmələr  yığılmasında, əsasən,  vintli alətlər – qayka açarı,  vintaçan  və 
s.-dən  istifadə  edilir.  Bundan  əlavə  çilingər  –  yığma  aləti  kimi  müxtəlif  nəzarət-
ölçü və nişanlama alətləri də işlədilir. 
 

Dairəvi  mişarlı  dəzgah  –  ağac  materiallarını  eninə  və  uzununa  mişarlayan 
dəzgahdır.  Kəsici  orqanı  dairəvi  polad  mişardır.  Bir,  iki  və  çox  mişarlı  olur. 
Dəzgaha  material  avtomatik  və  ya  əl  ilə  verilir.  Mişarların  dövrlər  sayı  dəqidədə 
500–30000-dir. 
Daş işləri – daş konstruksiyaların tikintisi zamanı  görülən  işlərdir. Daş işləri 
əsas  (materialı  iş  yerinə  daşımaqla  daşın  məhlulla  hörülməsi)  və  köməkçi 
(müvəqqəti  taxtabənd,  ayaqaltıların  qurulması  və  s.)  proseslərdən  ibarətdir. 
Hörükdə işlədilən materialın növündən asılı olaraq müasir inşaatda aşağıdakı əsas 
daş  işləri  görülür:  kərpic  hörgüsü,  daş  hörgüsü,  içiboş  keramika;  bütöv  və  içiboş 
posa-beton daşlardan divar hörgüsü; mişar daşı, balıqqulaqlı əhəngdaşı hörgüsü və 
s.  Bunlar  çoxdur.  Bina  və  digər  tikililərin  yeraltı  hissəsi  (bünövrə,  zirzəmi 
divarları,  dayaq  divarları)  üçün  təbii  kələ-kötür  daşlardan,  büt  daşından  istifadə 
olunur.  Müasir  kütləvi  inşaatda  çox  zəhmət  tələb  edən  belə  hörüklər  tədricən 
yığma  dəmir-beton,  iribloklu  konstruksiyalarla  əvəz  olunur.  Mişar  daşı  hörgüsü 
Azərbaycanda, xüsusilə Bakıda çox işlədilən divar hörgüsüdür.  
 
Dekorativ  bitkilər  –  (lat.  decorare  –  bəzəmək)  –  müxtəlif  fəsillərin 
nümayəndələri  daxil  olan  mədəni  və  yabanı  bitkilərin  böyük  qrupudur.  Yaşayış 
məntəqələrinin  yaşıllaşdırılmasında,  park  və  bağların  salınmasında,  mənzil  və 
ictimai  binaların  bəzədilməsində  istifadə  olunur.  Çiçək,  yarpaq  və  meyvələrinin 
müxtəlif rəngi və gözəl forması ilə fərqlənirlər. Çoxillik, ikiillik, birillik, soğanaqlı 


 
 
109 
 
və  s.  Olurlar.  Ağac,  kol  və  ot  bitkiləridir.  Bu  bitkilər  enliçətirli  (çinar,  palıd, 
göyrüş), çallaqçətirli (sallaqsöyüd, tozağacı və s.), piramida formalı (sərv, qonaq), 
sarmaşan  (üzüm,  daş  sarmısağı  və  s.)  ola  bilər.  Soğanaqlılara:  qızıllalə,  nərgiz, 
sünbülçiçək və sö daxildir. Bunların bir çoxu gülçülükdə, yaşıllıqlar və çiçəkliklər 
salınmasında istifadə edilən gözəl və qiymətli bitkilərdir. 
Deşmə, burğulama – bütöv materialda burğu ilə deşikaçma əməliyyatı; burğu 
öz oxu boyu fırlanmaqla irəliləmə hərəkəti edir. dəqiqlik dərəcəsi yüksək olmadığı 
üçün  deşmədən  çox  vaxt  sonrakı  içyonma,  rayberləmə,  dartma  prosesləri  üçün 
hazırlıq əməliyyatı kimi istifadə olunur. Deşmə daxili yivlərin açılması üçün də ilk 
prosesdir.  Deşmə,  burğu,  torna,  içyonma,  revolver  və  s.  dəzgahlarda,  habelə  əl 
burğu alətləri ilə yerinə yetirilir. 
Detal  –  bir  növ  materialdan  hazırlanmış  məmulatın  ayrılmaz  hissəsidir. 
Yaxud da heç bir quraşdırma əməliyyatı aparılmamış məmulat hissəsidir. 
Dəmirağac  –  dəmirağac  fəsiləsindən  yarpağı  tökülən  ağacdır.  Hündürlüyü 
14–25  m,  yarpaqları  yumurtavarı  və  ya  ellipsşəkillidir.  Ləçəksiz  çiçəkləri  (2–5 
ədəd)  qısa  zoğların  ucunda  yaşayır.  Azərbaycanda  ikidivarlı  qutucuqdur. 
Yarpaqlarmadan əvvəl çiçək açır, 200 ilə qədər yaşayır. Azərbaycanda enliyarpaqlı 
meşələrdə  (Talış)  və  Xəzərin  cənub  sahillərində  yayılmışdır.  Oduncağı  çox 
möhkəm, ağır  və davamlı, azacıq elastik olduğu  üçün ondan bəzi  maşın  hissələri, 
bədii məmulat və dekorativ faner hazırlanır. 
Dəmir-beton  –  konstruksiyada  birgə  istifadə  olunan  betonlar  armatur 
poladının  monolit  birləşməsidir.  Xassələrinə  görə  bir-birindən  xeyli  fərqlənən  iki 
materialın  dəmir-betonda  birləşmə  ideyası  betonun  dartılmada  möhkəmliyinin 
sıxılmada möhkəmliyinə nisbətən az (10–20 dəfə), poladın isə, əksinə, dartılmada 
möhkəmliyinin  xeyli  çox  olmasına  əsaslanır.  Dəmir-beton  konstruksiyada  beton 
sıxıcı  qüvvələri,  polad  isə,  əsasən,  dartıcı  qüvvələri  qəbul  edir.  Bu  iki  materialın 
birgə  işlədilməsi  böyük  effekt  verir.  Bərkimə  nəticəsində  beton  polad  armatura 
möhkəm  yapışır  və  onu  korroziyadan  qoruyur.  Yığma  dəmir-betonun  tətbiqi 
inşaatın  sənayeləşmə  səviyyəsini  xeyli  yüksəltməklə,  bina  və  qurğuların  tikilişini 
sürətləndirməyə, əmək və vəsait sərfinə qənaət etməyə imkan verir. 
 
Dəmir işləri – nişanlama, kəsmə, qatlama, nazik təbəqə metalı (0,6–0,8 mm) 
qatlama tikişi ilə birləşdirmə. 
Dərman  bitkiləri  –  müxtəlif  xəstəliklərin  müalicəsi  və  profilaktikasında 
istifadə olunan  geniş bitki qrupudur. Eramızdan 3000 il əvvəl Qədim  Assuriyada, 
Misirdə, Hindistanda, Çində, Tibetdə və s. ölkələrdə, o cümlədən Cənubi Qafqazda 
işlənmişdir.  Müalicəvi  xassəsi  bu  bitkilərin  tərkibindəki  fizioloji  təsiredici  fəal 
maddələrin  (alkaoidlər, qlikozidlər, vitaminlər, aşı  maddələri, efir  yağları, bir sıra 
turşular, mikroelementlər, fermentlər və s.) olması ilə əlaqədardır. Qurudulmuş və 
standarta  uyğunlaşdırılmış  dərman  bitkilərindən  aptek  təcrübəsində,  kimya-
əczaçılıq  sənayesində  (təmiz  kimyəvi  maddələr  almaq  üçün)  istifadə  olunur. 
Tədarük edərkən bitkinin növünü, hansı hissələrini yığmağı, toplanma vaxtını və s. 
bilmək  vacibdir.  Azərbaycanda  farmokopeyaya  daxil  edilən  100-ədək  növdən 
əlavə,  xalq  təbabətində  işlənən  800-ə  qədər  dərman  bitkisi  aşkar  edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə