Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

 
 
100 
 
edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim 
stanadartları hazırlanarkən onlar əsas götürülür.  
 

Ağac  –  qol-budağı  və  gövdəsi  oduncaqlaşmış  çoxillik  bitkidir.  Dünyada  ən 
hündür ağaclar: Avstraliya evkalipti və Kaliforniya sekvoyası 140–150 m-ə qədər 
ucalır. Ən yoğun gövdəli ağac Afrika baobabıdır, diametri 14 metrə çatır. Yaşama 
müddətinə  görə  də  ağaclar  müxtəlifdir:  Afrika  baobabı  4000–5000,  sərv  3000, 
şabalıd və palıd 2000 və s. ilə qədər yaşayır. 
Ağac  cinsləri  –  ağac  bitkilərinin  cins  və  növləridir.  Təsərrüfat əhəmiyyətinə 
görə  meşə  və  meşəmeliorativ,  dekorativ  və  meyvəverən  ağac  cinsləri  var.  Əsas 
(şam, küknar, qaraşam, palıd), ikinci dərəcəli (ağcaqayın, qarağac, tozağacı, titrək 
qovaq)  və  meşəaltı  ağac  cinslərinə,  meyvəçilikdə  isə  tumlu  (alma,  armud), 
çəyirdəkli  (gavalı,  albalı),  çəyirdəksiz  (püstə,  badam,  qoz)  ağac  cinslərinə 
ayrılırlar. 
Ağac  çəkic  –  dəmir  və  çilingərlik  işlərində  tətbiq  edilir,  dəstəsi  və  döyəc 
hissəsi oduncaqdan ibarətdir. 
Ağac emalı alətləri – ağacın mexaniki emalında işlədilən alətlərdir. Maşın və 
əl  alətləri  olur.  Əl  alətləri  (mişar,  rəngə,  balta,  iskənə  və  s.),  əsasən,  kiçik 
emalatxanalarda  və  s.  işlədilir.  Mexanikləşdirilmiş  pnevmatik  və  elektron  əl 
alətlərindən istehsalatda daha çox istifadə edilir.  
Ağac  emalı  dəzgahları  –  ağac  mexaniki  emal  edən  maşınlardır.  Bu 
maşınlarla  ağac  materiallarından  tir,  faner  və  s.  taxta  məmulatı,  mebel,  gəmi, 
dəmiryol  vaqonları,  kənd  təsərrüfatı  maşınları,  musiqi  alətləri  və  s.  üçün  hissələr 
hazırlanır. Kəsmə, əymə, yapışdırma, yığma və tamamlama növləri var. 
Ağac  emalı  sənayesi  –  mexaniki  və  kimyəvi  üsulla  ağac  emal  edən  meşə 
sənayesi  sahəsidir.  Müxtəlif  meşə  materiallarından  xammal  kimi  sitifadə  edir. 
Məhsulları:  taxta-şalban,  şpal,  faner,  ağac  tava,  tikinti  məmulatları,  vaqon, 
avtomobil, aviasiya və gəmi, habelə kənd təsərrüfatı  maşınları üçün yarımfabrikat 
və  hazır  hissələr,  kibrit,  mebel,  taxta,  tara,  toxuculuq  sənayesi  üçün  müxtəlif 
tərtibat və s. ləvazimat hazırlayır. 
Ağackəsən  dəzgah  –  taxta-şalban  hazırlamaqdan  ötrü  ağacı  kəsmək  üçün 
işlədilən dəzgahdır. 
Ağac 
konstruksiyalar 
– 
ağac 
materialdan 
hazırlanan 
inşaat 
konstruksiyalarıdır  (müxtəlif  elementləri  metaldan  da  ola  bilər).  Təyinatına  görə 
mühafizədən  və  yüksaxlayan  ağac  konstruksiyalar  olur  (divar  və  arakəsmələr). 
Ağac qısaömürlü olduğundan metal, dəmir beton və daş konstruksiyalara daha çox 
üstünlük verilir. 
Ağac  qatranı  –  oduncağın  termik  emalı  məhsullarından  biridir.  Müxtəlif 
maddələrin  mürəkkəb  qarışığıdır.  Oduncağın  sulu  distilatından  çökdürməklə 
ayrılan – çökmə qatranıdır. Başqa qatran növləri də vardır (ekstraksiya qatranı və 
s.). Gili məhsulların özlüylüyünü azaltmaq və s. məqsədlə işlədilir. 
Ağac  materiallar  –  təbii  ağac  növlərinin  emalı  nəticəsində  alınan 
konstruksiya,  izolyasiya  və  bəzək  materialıdır.  Bu  materiallar  yüngül  və 


 
 
101 
 
möhkəmdir,  asan  emal  edilir;  mıx,  çiv  və  yapışqanla  asan  birləşdiriri,  asan 
rənglənir və s. İnşaat, mebel istehsalı və s. geniş istifadə edilir. 
Alət  –  insanın  əmək  vasitəsi,  yaxud  maşının  icra  mexanizmidir.  Əl  alətləri 
(balta,  çəkic,  maşa  və  s.),  dəzgah  alətləri  (kəski,  frez,  burğu  və  s.)  və 
mexanikləşdirilmiş  alətlər  (o  cümlədən  elektrik,  hidravlik,  yaxud  pnevmatik 
intiqallı əl maşınları) var. 
Alət  poladı  –  müxtəlif  alətin  (kəski,  ştamp,  ölçü  və  s.),  yaxud  onların  işlək 
hissələrinin, həmçinin çox yeyilməyə məruz qalan maşın detallarının hazırlanması 
üçün  karbonlu  və  legirlənmiş  poladdır.  Termiki  emal  (tabəksiltmə,  tabalma)  alət 
poladının istsmar xassələrini yaxşılaşdırır. Nəticədə, bərklik və möhkəmlik artır. 
Armatur (lat. armatura – silah, ləvazimat) –  
1)  maşın,  konstruksiya  və  qurğunun  əsas  hissələrinə  aid  olmayan,  lakin 
onların  normal  işini  təmin  edən  köməkçi,  adətən,  standart  quruluş  və  detallar 
dəstidir. 
2)  inşaatda  armatur  əsas  konstruksiya  hissəsi  olub,  dəmir-beton 
konstruksiyalarda betonu gücləndirmək üçün işlədilən polad mil, metal tor, karkas, 
şvellər və s.-dən ibarətdir. 
Armatur işləri –  yığma  və  monolit dəmir-beton konstruksiya armaturlarının 
hazırlanması, 
quraşdırılması, 
həmçinin 
qabaqcadan 
gərginləşdirilmiş 
konstruksiyaların  istehsalında  armaturlərin  gərilməsi  və  s.  proseslərdən  ibarət 
kompleksdir.  Armatur  işləri  materialların,  konstruksiya  hissələrinin  elastiklik  və 
möhkəmliyini artırmaq üçündür. Armatur milləri avtomat dəzgahlarda hazırlanır. 
Aviasiya (lat. avis – quş) – havadan ağır aparatlarla yer ətrafı hava fəzasında 
uçuşdur.  Mülki  və  hərbi  olmaqla  iki  qrupa  bölünür.  Yük  və  sərnişin  daşınması 
üçün  mülki  aviasiyadan  istifadə  edilir.  Aviasiyada  uçuşu  təmin  etmək  üçün 
radiotexniki, meteroloji, işıq texnikası vasitələri, aerodrom və aeroportlar olur. 
Aviasiya  mühərrəki  –  uçuş  aparatlarını  (təyyarə,  vertolyot,  drijabl  və  s.) 
hərəkətə  gətirənistilik  mühərrikidir.  Bu  mühərriklər  porşenli  daxiliyanma 
mühərriki  əsasında  qurulmuşdur.  Aviasiya  mühərriklərinin  təkmilləşdirilmə 
tədbirlərindən  biri  də  hava  vintinin  FİƏ-nın  artırılması  olmuşdur.  Qaz  turbini  və 
reaktiv  mühərrikin  yaranması  səs  sürətini  ötmək  probleminin  həllinə  imkan 
yaratdı. İndi turbovintli və turboreaktiv aviasiya mühərriklərindən istifadə olunur. 
Avto  (yun.  autos  –  özü)  –  özünəməxsusluq,  şəxsilik  (məsələn, 
avtobioqrafiya), avtomatiklik (məsələn, avtobloklama), avtomobil, aidlik (məsələn, 
avtobus) bildirən mürəkkəb sözlərin tərkib hissəsidir. 
Avtobus – çoxyerli sərnişin avtomobilidir. Avtobuslar şəhərdaxili, şəhərətrafı, 
şəhərlərarası  və  yerli  (rayondaxili)  marşrutlarda  işləyirlər.  Sərnişin  tutumu 
avtobusların qabarit ölçülərindən asılıdır.  
Avtokar  (avto…  +  ing.  car  –  araba)  –  yaxın  məsafələrə  yükdaşıma  üçün 
daxiliyanma  mühərriki  ilə  işləyən  özügedən  maşındır.  Əsasən,  elektrokarla  əvəz 
edilmişdir.  İstehsal  prosesində  və  eləcə  də  məhsulların  tədavülü  sahəisndə  olan 
baza və anbarlarda yükləri yaxın məsafəyə daşımaq üçün geniş istifadə edilir. 
Avtomat  (yun.  avtomatos  –  özüişləyən)  –  istehsal  və  qeyri-istehsal 
sahələrində istifadə edilən və insanın bilavasitə iştirakı olmadan enerji, material və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə