Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
114 
 
çevirmək,  güclü  maqnit  sahəsi  yaratmaq  və  s.  üçündür.  Üç  növü  var:  sabit 
cərəyanla  işləyən  neytral  elektromaqnit,  polyarlaşmış  elektromaqnit,  dəyişən 
cərəyanla işləyən elektromaqnit. 
Elektromontaj işləri – 
1)  yardımçı  elektrik  stansiyalarında,  elektrik  stansiyalarının  maşın 
salonlarında və başqa sənaye binalarında elektrik avadanlığı və konstruksiyalarının 
quraşdırılması,  yerləşdirilməsi,  həmçinin  kabel  və  hava  elektrikötürmə  xətlərinin 
çəkilməsi üçün görülən işlərdir. 
2)  tikinti  obyektlərində  görülən  elektromontaj  işləri,  əsasən,  qovşaqların, 
blokların  elektrik  avadanlığının  bərkidilməsi  və  elektrikötürmə  xətlərinə 
qoşulmasından  ibarətdir.  Digər  sahələrindəki  montaj  işləri  də  buraya  aid  edilə 
bilər. 
Elektron-hesablama  texnikası  –  bu  texnikanın  əsas  işi  hesablama  aparmaq, 
informasiyaları saxlamaq  və emal etmək,  istehsalı avtomatlaşdırmaqdan  ibarətdir. 
Hesablama  işlərinin  həcmindən,  mürəkkəbliyindən  asılı  olaraq  istehsalatda 
müxtəlif hesablama maşınları: fəaliyyət sürəti bir neçə milyard əməliyyatdan ibarət 
olan super elektron texnikası, fərdi kompüterlər, mikro hesablama maşınları tətbiq 
edilir.  Elektron  texnikasının  eyni  zamanda  hesablama  və  informasiya 
funksiyalarını yerinə yetirməsi böyük texniki nailiyyətdir. 
Elektrotexnika – 
1) elektrik enerjisinin alınması, paylaşdırılması  və  istifadə edilməsi  haqqında 
elmdir. 
2)  elektrik  hadisələrinin  praktik  tətbiqi  ilə  bağlı  olan  proseslər  haqqında 
elmdir;  elektrik  və  maqnit  hadisələrinin  qanunauyğunluqlarını  öyrənən,  elektrik 
enerjisinin  hasilatı,  ötürülməsi  və  tətbiqini  tədqiq  edən  elm  bölməsidir;  elektrik 
enerjisinin  xalq  təsərrüfatının  bütün  sahələrində,  hərbi  işdə,  məişətdə  bilavasitə 
tətbiqi  ilə  əlaqədar  texnika  sahəsidir.  Azərbaycanda  elektrotexnikanın  bir  çox 
sahələrini təmsil edən  müasir sənaye  müəssisələri və elmi-tədqiqat elektrotexnika 
institutu vardır. 
Elektrotexniki  armatura  –  elektrik  ötürmələri  üçün  letallar  dəsti 
(paylaşdırıcı  lövhələr,  qoruyucular,  istehsal  birləşdiriciləri,  lapma  patronları, 
çevirgəclər və s.) 
Enerji  (yun.  enerdeia  –  iş,  fəaliyyət)  –  təbiətdəki  müxtəlif  proseslərin  və 
qarşılıqlı  təsirlərin  ümumi  ölçüsü.  Enerji  materiyanın  bütün  hərəkət  növlərinə 
xasdır və müxtəlif hərəkət növlərini vahid ölçüyə götürməyə imkan verir. Hərəkət 
növlərini kəmiyyətcə xarakterizə etmək üçün müxtəlif enerji növləri var. Məsələn, 
mexaniki, istilik, kimyəvi, elektromaqnit, nüvə və s. 
Eskiz –  
1)  əl  ilə  çəkilmiş  gözəyarı,  təxmini  rəsmdir  (şəkildir).  Orada  təsvir  edilən 
əşyanın əsas ölçüləri və digər məlumatlar göstərilir. 
2) miqyassız çəkilən təsvir eskizdir. Bu zaman hissələr arasında nisbət təxmini 
də  olsa  göstərilir,  çertyoju,  eskizi,  texniki  rəsmi  oxumaq,  məmulatın  adını, 
miqyasını,  görünüş  təsvirinə  əsasən  ölçülərini,  detalların  adını  və  sayını, 
yerləşməsini, materialın birləşmə növünü təyin etmək deməkdir. 


 
 
115 
 
 
 
 
 
Ə 
Əlvan  metallar  –  dəmirdən  başqa  bütün  metalların  texniki  adıdır.  Bunlara 
qeyri-dəmir  metallar  da  deyirlər.  Aşağıdakı  qruplara  ayrılır:  yüngül  metallar 
(alüminium,  maqnezium,  titan  və  s.);  ağır  metallar  (mis,  nikel,  kobalt,  qurğuşun, 
qalay, sink  və s.); çətinəriyən  metallar (volfram,  molibiden,  xrom  və s.); qiymətli 
metallar (qızıl, gümüş və platin); nadir metallar, radiaktik metall və s. 
Əmək – insanın məqsədəuyğun fəaliyyətidir. Bu prosesdə insan əmək alətinin 
köməyi  ilə  təbiətə  təsir  göstərir  və  ondan  öz  tələbatını  ödəmək  üçün  zəruri  olan 
istehlak  dəyərləri  yaratmaq  məqsədilə  istifadə  edir.  Əmək  insan  həyatının  əbədi 
təbii  şərtidir.  Əmək  insanın  özünün  formalaşmasında  həlledici  rol  oynamışdır. 
Məhz əmək sayəsində insan yüksək şüur səviyyəsinə yüksələ bilmişdir. Əməyin ən 
sadə və vacib cəhətləri bunlardır: məqsədəuyğun fəaliyyət, yaxud özü üçün əmək; 
əmək  predmeti  və  əmək  vasitələri.  Əmək  predmeti  ilə  əmək  vasitələri  birlikdə 
istehsal  vasitələrini  təşkil  edir.  Əmək  prosesi  insanların  təbiətə  təsiri  ilə 
məhdudlaşmır.  İnsanlar  maddi  nemətlər  yaratmaqdan  ötrü  öz  aralarında  əlaqə  və 
münasibətlərə – istehsal münasibətlərinə başlayırlar. 
Əmək alətləri – istehsal vasitələrinin başlıca hissəsidir. Buraya maşın, cihaz, 
mühərrik və s. daxildir. Bunların köməyi ilə istehsal prosesində əmək əşyaları emal 
olunur,  məhsul  hazırlanır.  Əmək  alətləri  məhsuldar  qüvvələrin  mühüm  tərkib 
hissəsidir.  
Əmək  bölgüsü  –  cəmiyyətin  inkişafı  prosesində  əmək  fəaliyyətinin 
keyfiyyətcə  differensiasiyasıdır.  Əmək  bölgüsü  məhsuldar  qüvvələrin  inkişaf 
səviyyəsinə  və  istehsal  münasibətlərinin  xarakterinə  uyğun  olaraq  müxtəlif 
formalarda mövcuddur. Əmək bölgüsünün təzahürü fəaliyyət mübadiləsidir. Əmək 
bölgüsü  həm  cəmiyyət,  həm  də  müəssisə  daxilində  mövcud  olub,  bir-birilə 
əlaqədardır və bir-birindən asılıdır. 
Əmək gigiyenası – gigiyena elminin bir bölməsidir. Əmək proseslərini, insanı 
əhatə edən istehsalat mühitini və onun təsirini öyrənir, istehsalatda sağlam iş şəraiti 
yaradır, peşə xəstəliklərinin qarşısını almaq üçün əməli tədbirlər hazırlayır. Əmək 
gigiyenası  əməyin  elmi  təşkili  ilə  sıx  bağladır.  İş  şəraiti  temperatur,  rütubət, 
müxtəlif şüa növləri, vibrasiya, səs, sənaye zəhərləri, toz və s.-nin insan və heyvan 
orqanizminə  təsiri  öyrənildikdə  eksperimental  fiziologiya  və  patologiya 
üsullarından, o cümlədən mərkəzi sinir sisteminin funksional vəziyyəti və ali sinir 
fəaliyyətinin  öyrənilmə  üsullarından  geniş  istifadə  olunur.  Azərbaycanda  əmək 
gigiyenası məsələlərini Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu öyrənir. 
Əmək  mədəniyyəti  –  işçi  yerini  və  iş  prosesini  təşkil  etməyəi  bacarmaq, 
əmək  prosesinə  düzəlişlər  vermək  və  əməyin  nəticələrini  qiymətləndirmək,  lazım 
gələrsə faydalı təkliflər irəli sürmək. 
Əmək  məhsulu  –  işçinin  əməyi  ilə  insanın  tələbatına  uyğunlaşdırılmış 
istehlak  dəyəri,  təbiət  cismidir,  insan  əməyinin  maddi  nəticəsidir.  Əmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə