Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

 
 
97 
 
– spiral burğular 2,5… 10 mm – 20 
– elektrotexniki  işlər  üçün  məktəbli alət dəstləri – 30: 
– girdəağız kəlbətinlər – 30 
−kəsici  kəlbətinlər – 30 
– pinset (maqqaş) – 1 
– məktəbli törpülər dəsti — 30 
– disk  frezlər – 5 
– silindrik frezlər – 5 
– «Gənc oymaçı» dəsti– 5 
– nadfillər dəsti № 1, nişan № 1–5-30 
– spiral burğular dəsti, 2

mm – 5 
– pərçimləmə üçün sıxaclar, dayaqlar və tarımlama dəstləri – 5 
– yarıgirdə törpülər, 200… 250 mm – 5 
– təsərrüfat qayçısı – 3 
– kombinasiya edilmiş məktəbli vintaçanlari  – 3 
– metrik yivölçənlər – 1 dəst 
– çilingər reysmusu – 1 
– ştangenpərgar, 0,05 mm ölçmə  dəqiqliyi  ilə – 30 
Oduncaq emalı üçün alətlər 
– xarrat   alətləri komplekti – 30 
– cilalayıcı tir – 30 
– iskənə, 6 mm – 30 
– iskənə, 10- mm – 30 
– taxta çəkic – 30 
– kəlbətin – 30 
– metallik xətkeş, yaxud ruletka – 30 
– xarrat çəkici – 30 
– xarrat mişarı  – 30 
– xarrat  reysmusu – 30 
−rəndə  – 30 
– yastı iskənələr, 10 mm – 30 
– xarrat – günyəsi – 30 
– adi  xətkeş  – 30 
– loğrik (nazik mişar) – 30 
–metrə – 5 
–məktəbli  rəndələri – 30 
– ağac üzərində naxış üçün alətlər dəsti – 30 
– yastı və yarıgirdə iskənə dəstləri; 4…15 mm – 30 
– vintaçanlar, 5 mm – 30 
 
 
 
 
 


 
 
98 
 
TEZAURUS 
 
Kurrikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün 
məsələləri  özündə əks etdirən konseptual sənəddir. 
Milli kurrikulum - ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin 
həyata  keçirilməsinə  imkan  yaradan  və  onları  istiqamətləndirən  konseptual 
sənəddir.  
Texnologiya  fənn  kurrikulumu  -  fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən 
konseptual sənəddir. 
Texnologiya  təliminin  məzmunu  -  şəxsiyyətin  formalaşmasına  yönəlmiş 
bacarıqlar  şəklində  ifadə  edilən  təlim  nəticələrinin  (təlim  standartlarının) 
məcmusudur.  
Təlim  nəticəsi  -  müəyyən  bir  mərhələdə  mənimsənilməsi  nəzərdə  tutlan  və 
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 
Məzmun  xətti  –  texnologiya  fənnin  xarakterinə  uyğun  ümumi  təlim 
nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun zəruri 
hissəsidir.  
Məzmun  standartı  -  dövlətin  təhsil  alanların  bilik  və  bacarıq  səviyyəsinə 
qoyulmuş dövlət tələbdir.  
 Qiymətləndirmə  standartı  -  təhsil  alanların  nailiyyət  səviyyəsinə  qoyulan 
dövlət tələbidir.  
Təlim  strategiyası  -  təhsil  prosesində  istifadə  olunan  forma,  metod,  üsul  və 
vasitələrin məcmusudur.  
 Texnologiya  dərsliyi  -  dövlət  təhsil  standartları  əsasında  hazırlanmış 
kurrikulumlara  uyğun  olan,  şagirdlərdə  müstəqil  tədqiqatçılıq  və  yaradıcılıq 
vərdişlərinin  aşılanmasına,  demokratik  dünyagörüşünün  formalaşmasına  imkan 
yaradan,  onları  düşünməyə  sövq  edən,  məntiqi  təfəkkürü  inkişaf  etdirən,  tətbiqi 
xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.  
Inteqrasiya  -  müəyyən  təhsil  sistemi  çərcivəsində  şagirdlərin  təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və 
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri 
arasında struktur əlaqələri qurmağı  və onları sistemləşdirməyi tələb edən didaktik 
prinsipdir.  Dünyanın  təhsil  təcrübəsində  şaquli  və  üfüqi  olmaqla  onun  iki 
növündən istifadə edilir.  
 Fəndaxili  inteqrasiya  -  təlim  prosesinə  istiqamət  verən  aparıcı  rola 
malikdir.Bu  inteqrasiya  modeli  fənni  tədris  edən  müəllimdə  bilik  və  bacarığı 
əlaqəli  və  eləcə  də  ayrılıqda  görə  bilmək  qabilliyətini  tələb  edir.  Tədris  olunan 
mövzuda  fənnin  məzmun  xəttinə  uyğun  olaraq  tələb  olunan  bilik  və  bacarıqlar 
diqqət    mərkəzində  olmalıdır,  əsasən  müəyyən  etmək  olar  ki,  bu  model 
şagirdyönümlü  təlim  prosesinin  tərkib  hissəsi    kimi,  onları  dərk  etmə  və  sosial 
bacarıqlarını  (çalışma  həlli,  müstəqil  qərar  çıxarma,  tənqidi  və  yaradıcı  düşünmə 
bacarıqları,  eləcə  də  biliklərin  həyata  tətbiqi  qabilliyətini  inkişaf  etdirmək   
imkanına malikdir. 


 
 
99 
 
 Fənlərarası inteqrasiya –  hər  hansı  mövzunun tədris edilməsində  iki  və   ya 
daha  artıq  fənn  sahəsindən    əldə  edilən  məzmunun  öyrədilməsidir.  İnteraktiv 
kurrikulumda  fənlərarası əlaqənin tətbiqi  biliyin sistemli  şəkildə öyrədilməsinin 
açarıdır,  çünki  müxtəlif  istiqamətlərdə  inkişaf  edən  elmlər  arasında  əlaqə  ,  başqa 
sözlə deyilərsə, assosiasiya yaratmaq idraki fəaliyyətin əsas proseslərindən biridir. 
Biliklərin inteqrasiyası  şagirdlərin canlı və cansız təbiət hadisələri həmçinin  təbiət 
və  cəmiyyət  hadisələrinin  ümumi  əlaqələrini  dərk  etməyə  xidmət  edir,  eləcə  də 
öyrəndikləri  problemləri  bir  yerdə  nəzərdən  keçirərkən  səmərəli  konsepsiyaların 
formalaşmasına və onların təqimatına diqqət  yetirir. 
Pedaqoji  innovasiya  -  təhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə, 
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul 
və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə 
baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada 
davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilir.  
Nəticəyönümlülük  -  yeni  kurrikulumların  hazırlanmasında  nəzərə  alınmış 
əsas  prinsiplərindən  biridir.  Bu  pirinsipin  tələbinə  görə  müəyyən  olunmuş 
bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. 
Taksonomiya  -    yunan  sözüdür  (taxus-qayda  ilə  yerləşmə+qanun  deməkdir), 
təlim  məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə 
botanika  və  zoologiyada  əmələ  gəlmiş,  heyvanların  və  bitgi  orqanizmilərinin 
qruplara  görə  bölgüsü  anlamında  işlənmişdir.  30-cu  illərdə  psixologiyada  istifadə 
olunmağa başlanmışdır.  
Şəxsiyyətyönümlülük  –  Milli  Kurrikulumun  hazırlanması  zamanı  nəzərə 
alınmış  didaktik  prinsiplərdən  biridir.  Onun  tələbinə  görə,  kurrikulumların 
tərkibində    olan  təlim  standartları,  strategiyaları  və  qiymətləndirmə  mexanizmləri 
şagird  şəxsiyyətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında  yaranan 
keyfiyyətlərin  formalaşmasına  yönəlir.  Çox  vaxt bu  keyfiyyətlər  kompetensiyalar 
(səriştələr,  qabiliyyətlər),  dəyərlər  və  ya  mədəniyyətlər  terminləri  ilə  ifadə  edilir. 
Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, 
milli  səviyyədə  müəyyən  olunmuş  ümumi  nəticələrə  uyğun  səviyyənin 
(kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə 
edilməsidir.  
Təhsildə qiymətləndirmə sistemi - beynəlxalq milli və məktəb səviyyələrində 
aparılan  qiymətləndirməni  əhatə  edir.  Orada  zəruri  məzmunun  (qiymətləndirmə 
standartlarının),  vasitələrin  (test,  sual  və  s.),  formaların,  üsulların 
müəyyənləşdirlməsini  və  onların  reallaşdırılmasına  aid  prosedurları  özündə 
birləşdirir.  
Fəal (interaktiv) təlim - şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin 
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.  
Idrak fəaliyyəti - idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların 
fikrincə,  idrak  fəaliyyətində  bilmək,  anlamaq,  tətbiq  etmək,  sintez  etmək  və 
dəyərləndirmək  əsas  mərhələlər  hesab  olunur.  Müasir  təhsil  konsepsiyasına  görə, 
şagirdin  təlim  fəaliyyətinin  psixopedaqoji  əsasını  məhz  həmin  parametrlər  təşkil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə