Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 218,1 Kb.
səhifə2/3
tarix20.09.2017
ölçüsü218,1 Kb.
#1090
1   2   3

Test tapşırıqlar

1. İctimai rəy anlayışını ilk dəfə prəli sürən dövlət xadimi

a) F.Akvinski,

b) T.Mor,

c) C.Solsberi,

d) G.V.F.Hegel,

e) N.Makiavelli

2. İctimai rəy nəzəriyyəsində obyekt dedikdə bu başa düşülür

a) sosial birlik forması

b) sosial təbəqənin üzvləri

c) əmək kollektivi

d) sosial strukturun elementi

e) ətraf gercəkliyin konkret hissəsi

3.Təbliğatın fundamental xarakterinə nə təsir göstərir

a) ideoliji şərtlənmə

b) praktiki istiqamət

c)mənəvi aspekt

d) siyasi yönümlülük

e) nəzəri aspekt

4.İctimai rayin strukturunda aparıcı element

a) yalanla həqiqət arasında nisbət

b) sosial qiymət

c) real gerçəkliyin təsviri

d) təbliğatın önəmli olması

e) sosial qrupların mənafeyinin əks olunması

5. KİV-in strukturunun təhlili zamanı bunlar əsasdır

a) informasiyanın mənbəyi, məzmunu və onu qəbul edən

b) auditoriya, informasiyanın mənbəyi və strukturu

c) informasiyanı qəbul edən, informasiyani yayan, onun məzmunu

d) informasiyanın mənbəyi, struktur və auditoriya

e) informasiyanın məzmunu, mənbəyi və strukturu

MÖVZU 4.

Şəxsiyyətin sosiologiyası. (2 saat)
Plan:


  1. Şəxsiyyətin sosiologiyasının predmeti və tədqiqat obyekti

  2. Şəxsiyyətin sosiallaşması prosesi

  3. Şəxsiyyətin sosail fəaliyyət və davranışının mexanizmləri



Ədəbiyyat


  1. Sosiologiya (dərslik) ADİU. Bakı, 2006.

  2. M.Əfəndiyev, A. Şirinov. Sosiologiyanın nəzəri problemləri. Bakı, 2001.

  3. F.Vahidov, T.Ağayev. Sosiologiya. B.2012.

  4. R.Quliyev. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiya. B., 1995.

  5. Əzimov H.Ə., Həsənov R.M. Sosiologiya. B., 2003.

  6. Əfəndiyev M.. Sosiologiya. B. 2009.

  7. Ağayev T. Sosiologiyaya dair sxemlər. B., 2002.

  8. Ахмедли Д.Т. Рагимов А.А. Измерения и анализ данных в социологии. Б., 2002.

  9. Волков Ю.. Социология. М.2010.

  1. Маскаленко В. Социализация личности. К.1996.

  2. Социология Под.ред. В.Н.Лавриненко. М., 1998.

  3. Парсонс Т. «О структуре социального действия». М., 2000.

  4. Социология: Основы общей теории:учебное пособие. М.2011.


METODİK MƏSLƏHƏT


  1. Şəxsiyyətin sosiologiyasının predmeti və tədqiqat obyekti” adlı birinci sualın şərhinə başlayarkən qeyd edilməlidir ki, insanın sosial xüsusiyyətləri ictimai həyat prosesində formalaşır. Onun yetkinliyi cəmiyyətin yetkinlik səviyyəsindən asıldır. İnsan yaşadığı cəmiyyətin qanunlarından kənarda mövcud ola bilməz. Bu baxımdan insan müxtəlif adamlarla saysız-hesabsız ünsiyyət və əlaqədə olur. İnsanın sosial cəhətləri tarixi şəraitlə yanaşı, digər insanlarla qarşılıqlı sosial münasibətlərdə formalaşır. Xatırladır ki, cəmiyyət müəyyən münasibətlərdə olan insanlardan ibarətdir və ona insanlardan kənarda mövcud olan varlıq kimi baxmaq olmaz.

Xüsusilə bu sualda insan, fərd, şəxsiyyət anlayışlarının mahiyyəti geniş araşdırılmalıdır. Öncə qeyd olunmalıdır ki, insan bioloji psixo-sosial varlıqdır. İnsanın bioloji xüsusiyyətləri – insana irsən qabiliyyət formasında verilən təbii vergidir. Hər bir insan doğularkən müəyyən bir şəraitə düşür, zaman keçdikcə müxtəlif əlaqələrlə cəmiyyətə bağlanır. İnsanın maddi həyat şəraiti bu və ya digər dövrdə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında əldə edilən səviyyədən asılıdır.

Daha sonra fərd anlayışının mahiyyəti izah edilir. Fərd ictimai varlıqdır, insan nəslinin özünəməxsus ümumi və spesifik cəhətlərini bir vəhdət halında birləşdirən ayrıca nümayəndəsidir. Hər bir insan bir tərəfindən bioloji varlıqdır, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ilə ifadə edilir.

İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-birilə elə uzlaşır ki, biz çox vaxt onları aydın şəkildə fərqləndirmirik. Daha sonra diqqətə çatdırılır ki, fərd bu və ya digər insan birliyinin vahid nümayəndəsi kimi qəbul edilir. Onun ümumi cəhətləri yanaşı fərdi cəhətləri də mövcud olur. Fərddə genetik irsiyyət cəhətləri mühüm yer tutur.Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heçkəsə oxşamayan təbii varlıq deməkdir.

Nəzərə çatdırılmalıdır ki, fərd və fəaliyyət prosesində başqa adamlarla, müxtəlif təşkilatlarla əlaqələrə girərək, o, bir çox ictimai xüsusiyyətləri özünəməxsus və təkrarolunmaz şəkildə əlaqələndirərək sosial keyfiyyətlərin şəxsləşmiş daşıyıcısına, şəxsiyyətə çevrilir.

Daha sonra şəxsiyyətin mahiyyəti izah edilir. Şəxsiyyət insanın ictimai xüsusiyyətlərinin fərdiləşmiş varlığıdır. O, cəmiyyətin mühüm xüsusiyyətlərini özündə əks etdirir. Şəxsiyyət ümumiyyətlə sosial keyfiyyətlərin göstəricisidir. Şəxsiyyətin xüsusiyyətlərindən bəhs edərkən, qeyd edilir ki, şəxsiyyət öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir, öz həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati situasiyalar da öz daxili inama və həyat mövqeyinə görə hərəkət edir, həmçinin əqlində üstünlük təşkil edən sistemi formalaşdırır və onlar şəxsiyyətin istiqamətini müəyyən edir. Şəxsiyyət özü haqqında təsəvvürlər sistemi formalaşdırır. Özünəqiymət, özünəhörmət, iddiaçılıq əlamətləri meydana çıxır. Özünüdərketmə xüsusiyyətini xüsusilə vurğulamaq lazımdır, yəni ictimai münasibətlər sistemində tutduğu yer haqqında aydın təsəvvürə malik olma. Eyni zamanda mənəvi sərvətlərə münasibət bildirmə, özünəməxsus mövqe tutma, öz hərəkətlərinin məsuliyyətini dərketmə və onu başqalarından fərqləndirən fərdi xüsusiyyətləri də diqqətə çatdırmaq lazımdır.

Beləliklə belə qənaətə gəlməliyik ki, şəxsiyyət yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqət və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır.

Hər bir cəmiyyətdə vacib şərtlərdən biri ləyaqətli şəxsiyyət yetişməkdir. Bu baxımdan şəxsiyyətin formalaşdıranmasına təsvir edən amillər qeyd edilir: əmək, təhsil, dünyagörüşü əxlaqi tərbiyə, mədəniyyət və s.

Müasir sosiologiya elmində mənəvi sərvətlər yönümündən asılı olaraq şəxsiyyət tiplərindən danışarkən, onu ifadə edə beş başlıca tiplərə diqqəti yönəltmək lazımdır: ənənəviçilər, idealistlər, frustrat, realistlər, gedeonist materialistlər. Şəxsiyyətin bu tiplər ayrı-ayrılıqda təhlil edilməlidir.

Yekunda insan, fərd və şəxsiyyətin ümumi və fərqli cəhətləri təhlil edilməlidir.

Şəxsiyyəti sosiallaşması prosesi” adlanan ikinci sualı şərh edərkən ilk növbədə şəsxiyyətin sosiallaşması anlayışının izahından başlamaq lazımdır. Belə ki, şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir və bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətlərin mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.

Bu sualda sosiallaşmanın ilkin amilləri açıqlanmalıdır. Məhz uşaq yaşlarında sosiallaşma başlayaraq ailənin daxilində nüfuz edir. Fərdin həyatında həlledici məqam olaraq, ilkin sosiallaşma onun şəxsiyyətin sosial həyatda sonrakı inkişafını bir çox cəhətdən müəyyən edir. Sonrakı həyatında fərd yeni bacarıq və vərdişlər qəbul edir və beləliklə yeni sosial rollar yerinə yetirir. Qeyd edilməlidir ki, sosiallaşma prosesində sosial qrupun, təsisatın, təşkilatın şəxsiyyətə təsir göstərərək qabiliyyəti, habelə şəxsiyyətin başqa adamların təsirinə məruz qalmaq qabiliyyəti məhz bu cəhətdən asılıdır.

Beləliklə, şəxsiyyət qarşılıqlı sosial təsirin, fəaliyyətin həm obyekti, həm də subyektidir.

Daha sonra şəxsiyyətin sosiallaşmasına təsir edən iki faktor aydınlaşdırılmalıdır: sosial adaptasiya və sosial keyfiyyətlərin formalaşması. Sosial adaptasiya dedikdə fərdin sosial-iqtisadi şəraitə, cəmiyyətin həyat fəaliyyətinin bir çox mərhələlərində formalaşan sosial normalara, sosial qruplara və sosial təşkilatlara təsiri başa düşülməlidir. İnterriozasiyanın mahiyyəti izah edilməlidir, interriozasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Yəni bu zaman sosial-mənəvi keyfiyyətin dərk edilməsi prosesi nəzərdə tutulması vurğulanmalıdır. Qeyd edilməlidir ki, şəxsiyyətin sosiallaşmasında həmçinin inam, qarşıya qoyulan məqsədə çatmaq xüsusiyyətləri mühüm rol oynayır.

Bu sualda həmçinin insanların sosiallaşma prosesində sahib olduğu statusların üzərində dayanmaq lazımdır. Bu statuslar iki yerə bölünür: sosial status, şəxsi status. Sosial status anlayışının mahiyyətini açıqlayarkən vurğulanmalıdır ki, sosial status iki istiqamətdə formalaşır. 1) doğularkən əldə edilmiş status (yəni cinsi, milliyyəti, dini mənsubiyyət), 2) sonradan qazanılmış status (təhsil, peşə, vəzifə). Şəxsi statusun əsas xüsusiyətləri qeyd olunmalıdır. Şəxsi status şəxsiyyətin sosial qrupda yiyələndiyi vəzifə və kənardakıların ona verdiyi sosial qiymətdir.

Sualı şəxsiyyətin sosiallaşması prosesində formalaşan şəxsiyyətin tiplərinin təhlili ilə yekunlaşdırılmalıdır. Şəxsiyyətin tipləri modal tip, ideal, tip bazis tip. Modal tip mövcud cəmiyyətdə real üstünlük təşkil edən şəxsiyyət hesab edilir. İdeal tip gələcək üçün nəzərdə tutulan hərtərəfli inkişaf etmiş harmonik şəxsiyyət tipidir. Bazis tipi isə ictimai inkişafın hazırkı səviyyəsinin tələbatlarına cavab verən şəxsidir.

Seminar məşğələsinin üçüncü sualı “Şəxsiyyətin sosial-fəaliyyət davranışının mexanizmləri” adlanır. Bu sualı şərh edərkən şəxsiyyətin sosial fəaliyyəti onun cəmiyyətdə tutduğu sosial rolu müəyyən etmək lazımdır. Sosial vəziyyət insanın cəmiyyətdə iqtisadi və siyasi mövqelərindən müxtəlif sinif və qruplara mənsub fərdlərin sosial vəziyyətindən irəli gələn yeri və rolundan ibarətdir. Qeyd edilməlidir ki, sosial fəaliyyət müəyyən sosial məqsədlər güdən və məqsədlərə nail olmaq üçün müxtəlif vasitələrdən-iqtisadi, sosial, siyasi və ideoloji vasitələrdən istifadə edən şəxsiyyətin məcmusudur. Şəxsiyyət mövcud iqtisadi, siyasi və ya sosial mühitdə baş verən sosial əhəmiyyətli fəaliyyətlərin həm nəticəsi və həm də səbəbidir.

Yeri gəlinişkən qeyd etmək olar ki, sosial fəaliyyət prosesində insan bir tərəfdən siyasi, mədəni və sosial münasibətləri əlaqələndirir, digər tərəfdən isə xarici aləmə özünün xüsusi münasibətlərini müəyyənləşdirir. Həmçinin şəxsiyyətin fəaliyyətini əks etdirən amillərdən biri olan sosial normalar təhlil olunmalıdır. Sosial normalar şəxsiyyətin sosial fəaliyyətin başlıca istiqamətini təyin edərək, sosial sərvətlərə yiyələnir. Məhz şəxsiyyət bu fəaliyyət nəticəsində sosial sərvətlərin köməyi ilə həyatın mənasını dərk edir. Zaman keçdikcə insan bu fəaliyyət təsiri ilə dəyişilir, daha ağılllaşır, daha da müdrikləşir.

Şəxsiyyətin sosial fəaliyyət mexanizmlərini izah edərkən belə bir cəhətə diqqət yetirilməlidir ki, tələbatlar insanın ətrafdan obyektiv asılılığını nümayiş etdirərək, tələbatların ödənilməsinin real imkanlarının dərk etmək mühüm hesab edilsin. Tələbatların təbiv və sosial tələbatlara ayrılması nəzərə çatdırılmalıdır. Qeyd etmək lazımdır ki, insanın gündəlik geyimə, ərzağa, evə, nəqliyyata və s. ehtiyacları təbii tələbatlar hesab edilir. Sosial tələbatlar isə sosial fəallıq, təhsil fəaliyyəti, əmək fəaliyyəti, konfortlu şərait yaratmaq və s. nəzərdə tutulur.

Şəxsiyyətin mənafelərinin formalaşması şəxsi xüsusiyyətlərilə bağlılığı amilləri haqqında danışmaq vacibdir. Mənafelərin dörd tipi təhlil olunmalıdır: münasibət, fəaliyyət, yönüm, tənzimləmək.

Sualı yekunlaşdıraraq qeyd etmək lazımdır ki, cəmiyyətdə sosial vəziyyət dəyişdikcə, modernləşdikcə insanlar bu dəyişikliklərə uyğunlaşaraq öz mənafelərini və davranışlarını dəyişərək mövcud vəziyyətə uyğunlaşdırırlar.



Test tapşırıqlar

1. Fərd anlayışı altında başa düşülür

a) Bu və ya digər sinfin vahid nümayəndəsi

b) Bu və ya digər sosial qrupun vahid nümayəndəsi

c) Bu və ya digər sosial təbəqənin vahid nümayəndəsi

d) Bu və ya digər cəmiyyətin vahid nümayəndəsi

e) Bu və ya digər incan birliyinin vahid nümayəndəsi

2. Şəxsiyyətin sosial tipini müəyyənləşdirən amillər

a)Mədəni-mənəvi,sosial-siyasi şərait

b)Siyasi-iqtisadi,mənəvi şərait

c)Mədəni-mənəvi,sosial-iqtisadi şərait

d)İnsan fəaliyyəti və sosial-iqtisadi şərait

e) İnsanın həyat fəaliyyəti,tarixi-mədəni və sosial-iqtisadi şərait

3. E.Froma görə mövcud olan sosial xarakterlər

a)Passiv,istismarçı, realist

b)Passiv,frustat,istismarçı

c)Realist,frustat,istismarçı

d) Passiv,istismarçı,yığımçı,bazar iqtisadiyyatı

e)İstismarçı,yığımçı,realist

4. Freydə görə şəxsiyyətin fəallığının əsasını təşkil edən amillər

a)Maddi ehtiyaclar

b) Şəxsiyyətin şüursuz və hislərlə bağlı olan ehtiyacları

c)Məntiqi ehtiyaclar

d)Mənəvi ehtiyaclar

e)Sosial ehtuyaclar

5. Şəxsiyyətin formalaşmasında mühüm rol oynayan amillər

a)Dünyagörüşü və təhsil

b)Əmək və əxlaqi tərbiyə

c) Dünyagörüşü,əxlaqi tərbiyə,əmək tərbiyəsi

d)Mənəvi,əxlaqi tərbiyə

e)Təhsil və əxlaqi tərbiyə
MÖVZU 5.

Ailə və nigahın sosiologiyası (2 saat).
Plan:


  1. Ailə sosial institutdur.

  2. Ailənin funksiyaları

  3. Müasir dövrdə ailə-nigah münasibətlərinin inkişaf dialektikası



Ədəbiyyat


  1. Azərbaycan Respublikasının ailə məcəlləsi. B. 2006.

  2. Azərbaycanın statistik göstəriciləri. B. 2011.

  3. Əfəndiyev M. Sosiologiya . B. 2009.

  4. Əlizadə Ə. Abbasov A. “Ailə həyatının etika və psixologiyası”. B.1988.

  5. Engels F. “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”. II fəsil. B. 1982.

  6. Антонов А. Медков В. Социология семьи М., 1996.

  7. Антонов А. Микросоциалогия семьи. М., 1998.

  8. Зелики М. Семя и личнось. М., 1999.

  9. Никонов А. Конец фенимизма. Чем женщина отличается от человека. С/п. 2010.


METODİK MƏSLƏHƏT
Ailə sosial institutdur” adlanan birinci sualı şərh edərkən qeyd olunur ki, ailə cəmiyyətin özəyi olub mühüm sosial institutdur. Ailə həmçinin sosial təşkilatın, sosial struktur, kiçik qrupundan xassələri özündə birləşdirir. Ailə bioloji başlanğıca malik olub. Başqa cinsdən olan insana məhəbbət, övlada malik olmaq hissi ilə qurulur. Ailə və nigah cəmiyyətin inkişaf qanunlarına tabe olan ictimai və tarixi hadisə kimi ətraflı bəhs olunmalıdır. A.Xarçevin ailəyə verdiyi tərifi xüsusilə vurğulamaq lazımdır. Ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nigah və qohumluq əlaqələri ümümi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur.

Bu məqamda xatırlatmaq yaxşı olar ki, ailə dedikdə onun hər hansı bir məkanda yəni ev, yaşayış yerində məskunlaşması valideynlər və uşaqlar arasında məişət qayğılarının olması kimi başa düşülə də bilər.

Məhz ailənin sosiologiyasını izah edərkən onun öyrəndiyi problemlər haqqında ətraflı məlumat vermək lazımdır. Qeyd olunmalıdır ki, ailənin sosiologiyası ailənin formalaşması və dağılması, ərlə arvadın qarşılıqlı əlaqəsi, ailənin həyat tərzi məsələlərini öyrənir. Müasir dövrdə ailə-nigah problemləri ən aktual proeblemlərdən biri hesab olunur. Ailə cəmiyyət formalaşanda yaranmışdır. Cəmiyyət ailəyə, ailədə cəmiyyətə daim təsir edir. Cəmiyyətin inkişaf etməsi və dəyərlərin yeniləməsi, burada baş verən sosial, iqtisadi, demoqrafik, mənəvi, siyasi hadisələr və proseslər ailənin strukruruna, ailə üzvlərinin qarşılıqlı münasibətlərinə, ailənin davamlılığına birbaşa təsir göstərir.

Ailənin sosial institut kimi keçdiyi mərhələlərdən danışmaq lazımdır. 1) Nigaha daxilolma-ailənin əmələ gəlməsi, 2) Ailədə ilk uşağın həyata gəlməsi - , 3) Uşağın həyata gəlməsinin sona çatması – axırıncı uşaq, 4) “Boş yuva” – axırıncı uşağın ailə qurması və ailəni tərk etməsi, 5) Ailənin mövcudluğunun sona çatması - ər və ya arvadın vəfatı.

Daha sonra ailə-nigah münasibətlərinin tarixi formaları haqqında məlumat verilməlidir. Izah edilməlidir ki, ailənin dörd tarixi forması mövcud olmuşdur. Qan qohumluğuna əsaslanan ailə “Punalua” ailəsi, ikili ailə, monoqam ailə. Bu ailə formalarının təhlili verilməlidir. Eyni zamanda seminar məşğələdə nigah anlayışının mahiyyəti araşdırılmalıdır. Nigah – kişi ilə qadın arasında münasibətləinin sosial formasıdır ki, onun vasitəsi ilə cəmiyyət onların cinsi həyatını rəsmi qyadaya salır və təsdiq edir. Valideyn və həyat yoldaşı kimi hüquq və vəzifələrini müəyyənləşdirərək, onların birgə həyatını sanksiyalaşdıran dövlətin üzərində müəyyən öhdəliklər qoyur. Həmçinin vətəndaş nigahından da bəhs etmək məqsədəuyğundur. Nigahın tipləri izah edilməldir. Monoqam nigah (təknigahlıq), poliqam nigah (çoxarvadlıq), poliandrik nigah (çoxərlik).

Ailə normalarından danışarkən qeyd etmək lazımdır ki, sosial normalardan biri hesab edilir. Ailə normaları ailə üzvləri arasında mülkiyyət, iqtisadi, ünsiyyət, adət-ənənəvi, cəmiyyətə münasibət tellərini tənzimləyir. Həmçinin xüsusi vurğulanmalıdır ki, ailə normalarının əsasını əxlaqi meyarlar təşkil edir.

Bu sualda həmçinin nuklear ailənin mahiyyəti ətraflı izah edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, nuklear ailə ən geniş yayılmış ailə tipidir. Öz xüsusiyyətinə görə sadə ailə hesab edilir. Buklear ailə iki nəsildən – ata, ana və uşaqlardan ibarətdir. Genişlənmiş ailənin xüsusiyyətlərindən məlumat vermək yaxşı olardı. Belə ki, nuklear ailənin əksi olan genişlənmiş ailə üç və ya daha çox nəsildən – baba, nənə, ata-ana və uşaqlardan ibarətdir.

Sualı yekunlaşdırarkən ailə dəyərlərinin cəmiyyətin inkişafına təsir edən amillərindən də bəhs etmək lazımdır.

Ailənin funksiyaları” adlanan ikinci sualda qeyd olunmalıdır ki, bu funksiyalar ailənin həyat fəaliyyətinin əsas istiqamətləri olub sosial institut kimi ailənin rolunu müəyyənləşdirir. Ailənin bütün funksiyaları əsas və vacib hesab olunur. Birini digərindən fərqləndirərək başlıca və ya ikinci dərəcəli qiymətləndirmək düzgün deyildir. Beləliklə seminar məşğələnin bu sualında ailənin funksiyaları şərh edilməlidir. Həmin funksiyalar aşağıdakılardır: nəsil artırma, tərbiyəetmə, təsərrüfat – iqtisadi, rekreativ (ailə üzvlərinin bir-birinə qarşılıqlı köməyi, sağlamlığın qorunması, istirahətin təşkili), kommunikativ və tənzimləyici (ailədə ilkin sosial nəzarət, nüfuz və hakimiyyətin reallaşması).


    1. Nəsilartırma funksiya. İstənilən cəmiyyətdə insan artımına ehtiyac vardır. Qərbi Avropada nəsilartırma ilə bağlı problemlərdən danışmaq yerinə düşərdi.

    2. Tərbiyəetmə funksiya. Valideynlərin uşaqların doğulduğu zamandan etibarən tərbiyələri ilə məşğul olması cəmiyyətə, dövlətə yararlı övladlar yetişdirməsi vacib və aktual olaraq qalır.

    3. Rekreativ funksiya. Ailə üzvləri arasında məişət qayğılarının bölünməsi. İstirahətin, asudə vaxtların ata-ana, övladlar arasında düzgün təmin edilməsi.

    4. Kommunikativ və tənzimləyici . Ailədə ər və arvadın yeri. Yaşına, iradəsinə görə ailədə hakimiyyətin reallaşması.

Daha sonra tələbələrin diqqətinə çatdırmaq lazımdır ki, ailənin funksiyalarında ailənin mahiyyəti öz əksini tapır. Məhz bu funksiyaların nə kimi həyata keçirilməsindən asılı olaraq ailənin möhkəmliyi və stabilliyi formalaşır. Nəzərə çatdırılmalıdır ki, cəmiyyətin inkişafında ailə mühüm rol oynadığı üçün, ailə üzvləri arasında qarşılıqlı hörmət, nizam – intizam, hüquqların qorunması böyük rol oynayır. Hər bir ailədə ailə münasibətlərinin düzgün təşkili, ailə üzvlərinin, hər birinin rollarını tənzimlənməsi, hər kəsin öz üzərinə düşən funksiyalarını bilməsi vacib əhəmiyyət kəsb edir.

Sualı belə bir fikirlə yekunlaşdırmaq lazımdır ki, ailə münasibətlərinin mənəvi tərəfi, onun səviyyəsi və zənginliyi, bir tərəfdən, ailənin hər bir üzvünün intellektual inkişafı və əxlaqi tərbiyəliliyindən, digər tərəfdən isə ictimai mühitin və bütövlükdə cəmiyyətin mənəvi inkişaf səviyyəsindən asılıdır.

Seminar məşğələnin “Müasir dövrdə ailə-nigah münasibətlərinin inkişaf dialektikası” adlanan üçüncü sualında nigah anlayışının əsas mahiyyəti araşdırılmalıdır. Izah olunmalıdır ki, nigah kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə, eyni zamanda öz uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır. Diqqətə çatdırılmalıdır ki, respublikamızda ancaq qadın və kişi arasında bağlanılmış nigah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanlarında bağlandığı halda etibarlıdır. Bu baxımdan da hüquqi cəhətdən nigah qadın ilə kişinin ailə qurmaq istəyilə hər hansı icra hakimiyyətin orqanında qeydiyyata alınan könüllü və bərabər hüquqlu ittifaqıdır.

Daha sonra cəmiyyətdə nigaha girmədən qadın və kişinin birgə yaşaması səbəbləri, ailə dəyərlərinin tənəzzülü, vətəndaş nigahından olan uşaqların natamam sosiallaşması ilə bağlı problemlər təhlil olunmalıdır.

Nigah seçimi haqqında ətraflı danışmaq lazımdır. Nigah seçimi tarixən formalaşan bir proses olub, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, sosial-mədəni şərtlərdən asılıdır. Məlumat verilməlidir ki, nigah seçimi müxtəlif mədəniyyətlərdə, eyni zamanda tarixi inkişafın mərhələlərində könüllü seçim imkanı, istərsədə göstərişlə həyata keçirilmişdir.

Boşanma müasir dövrdə ən ağır demoqrafik proses olması ilə gündəmdədir. Bu baxımdan sualda bu məsələ haqqında ətraflı məlumat vermək məqsədəuyğundur. İlkin olaraq boşanmanın səbəbləri araşdırılmalıdır. Belə ki, ailənin dağılmasına gətirib çıxaran boşanmanın motivləri göstərilməlidir. Bu motivləri 3 yerə ayrılır. 1) Sosial-iqtisadi xüsusiyyətlərə malik olan motivlər 2) Psixoloji və fizioloji xüsusiyyətlərlə bağlı olan motivlər 3) Sosial-bioloji mənbəyi olan motivlər.

Birinci qrup motivlərə aşağıdakılar daxildir.


    1. iqtisadi amil və səbəbli motivlər;

    2. sosial amillər;

    3. qeyri-sosial-iqtisadi mənbəyi olan motivlər.

İkinci qrup motivlərə isə daxildir.

  1. psixoloji xüsusiyyətlərə malik amillər

  2. fizioloji xüsusiyyətlərə malik olan amillər

  3. psixo-fizioloji xüsusiyyətə malik olan amillər.

Üçüncü qrupa isə daxildir.

  1. alkoqolizm, narkomaniya, şiddət, cinayətkarlıq

  2. ər-arvad vəfasızlığı

  3. digər ailənin bundan başqa mövcudluğu

  4. xəstəliklər, sonsuzluq

Azərbaycanda boşanma ilə bağlı statistik məlumatların təhlili verilsə daha yaxşı olar.

Sualı yekunlaşdırarkən müasir dövrdə ailənin sosial problemləri, qayğıları, ailədə qadının rolu sistemli təhlil edilməlidir.


Test tapşırıqlar

1. Ailə nədir

a) İnsanların ictimai birliyinin nigahla və qan qohumluğu ilə əlaqələndirilmiş forması b) İnsanların siyasi birliyinin ictimai əlaqələndirilmiş forması

c) İnsanların mənəvi birliyini ictimai əlaqələndirilmiş forması

d) İnsanların əxlaqi birliyinin ictimai əlaqələndirilmiş forması

e) İnsanların sosial birliyinin ictimai əlaqələndirilmiş forması

2. Cəmiyyətin ailə-nigah münasibətlərinə təsir edən başlıca sferaları

a)Əxlaqi,iqtisadi,məəvi

b) Əxlaqi,hüquqi,siyasi

c)Hüquqi,mənəvi,iqtisadi

d)Siyasi,iqtisadi,sosial

e)Sosial,siyasi,mənəvi

3. Sosial institut kimi ailənin keçdiyi mərhələlər

a) Nigahadaxilolma,uşaq doğulmasının başlanğıcı,boş yuva,ailə mövcudluğunu dayanması

b) Uşaq doğulmasının başlanğıcı,uşaq doğulmasının sonu,boş yuva

c) Nigahadaxilolma,uşaq doğulmasının başlanğıcı,uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması

d)Uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması

e) Nigahadaxilolma və ailə mövcudluğunu dayanması

4. Ailənin mahiyətini təzahür etdirir

a) Ailənin funksiyaları, vəzifələri

b) Ailənin funksiyalarıvə ailədə rol bölgüsü

c) Ailənin cəmiyyətdə rolu və vəzifələri rolu

d) Ailənin funksiyaları,quruluşu,ailə üzvlərinin rolu

e) Ailənin quruluşu və cəmiyyətdə rolu

5.Ailənin funksiyalarına aiddir

a) Nəsilartırma,tərbiyəetmə,təsərrüfat-iqtisadi,rekreativ,komunikativ,tənzimləyici

b) Nəsilartırma,nəzarət,idraki,rekreativ

c) Nəsilartırma,tərbiyəetmə,tənzimləyici,ideoloji

d) Sosiallaşma,təsərrüfat-iqtisadi,rekreativ,komunikativ,

e)rekreativ,praktiki,sosiallaşma



Yüklə 218,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə