Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti Fakültə


–Tədqiqat işimin ikinci fəslinin ikinci yarımfəslində Abdulla Şaiqin uşaq hekayələrinin əsas səciyyəvi xüsusiyyətləri əks olunmuşdur. 12.04.23



Yüklə 28,34 Kb.
səhifə4/5
tarix19.04.2023
ölçüsü28,34 Kb.
#106163
1   2   3   4   5
ELMİ TƏDQİQAT HESABAT NÜMUNƏ (2) (3)

11.04.23–Tədqiqat işimin ikinci fəslinin ikinci yarımfəslində Abdulla Şaiqin uşaq hekayələrinin əsas səciyyəvi xüsusiyyətləri əks olunmuşdur.
12.04.23 – Magistr dissertasiya işimin vəzifələrində problem baxımından
1) problemin əsaslarını nəzəri baxımdan dəqiq müəy­yənləşdirmək üçün Azərbaycan ədəbiyyatında uşaqlar üçün əsərlər yaradan şair və yazıçıların əsərlərini, bu mözvularda elmi əsərləri təhlilə cəlb etmək;

  1. problemin pedaqoji-psixoloji əsaslarını araşdırmaq və məkətəbəqədər təhsildə işlənilmə səviyyəsini müəyyənləşdirmək;

  2. problemin hazırkı “Məktəbəqədər təhsilin” fənn proqramı (kurikulu­mu) və bu əsasda tərtib olunmuş dərsliklərdə qoyuluşu və reallaşdı­rılma imkanlarını araşdırmaq, müsbət və çatışmayan cəhətlərini üzə çıxarmaq;

13.04.23 – Tədqiqat işimizlə bağlı təcrübəmizin üçüncü həftəsinin sonudur. Magistr dissertasiyamın hazırladığım birinci fəslini elmi rəhbərim dos.Q.İ.Rufullayevə göstərdim, işimlə bağlı tövsiyələrini aldım. Beləliklə, əlyazma hüququndakı dissertasiya işimdə lazımı dəyişiklikləri apardım və xırda səhvlərə yol verməmək üçün yenidən nəzərdən keçirməyi planlaşdırıram.
14.04.23– Bu gündən etibarən elmi tədqiqat təcrübəsinin dördüncü həftəsi başlayır. Bu həftə dissertasiya işimi yenidən nəzərdən keçirməyi planlaşdırmışam. Magistr dissertasiya işim iki fəsildən, ümumiləşdirilmiş 7 yarımfəsildən ibarətdir. Birinci fəsil Abdulla Şaiq ədəbi şəxsiyyətinin tədrisi yolları yazıçı, şair, dramaturq, pedaqoq kimi məktəbdarlığından bəhs olunur.İkinci fəsildə Uşaq ədəbiyyatının banisi olan Abdulla Şaiq uşaqlar üçün yazdığı şeirlər, pyeslər və hekayələrində tərbiyəvi məqamları əks olunmuşdur.
17.04.23 – Bu gün elmi rəhbərimlə dissertasiya işimin ikinci fəsli barədə müzakirələr apardıq. Dissertasiya işimin ikinci fəsli ibtidai sinif şagirdlərinin idrak fəaliyyətinin yüksəldilməsi yolları haqqındadır. İkinci fəslin yarımfəsillərinə isə aşağıdakılar aiddir: Abdulla Şaiqin uşaqlar üçün yazdığı şeirlər; Uşaq hekayələrinin əsas səciyyəvi xüsusiyyətləri ;Abdulla Şaiq uşaqlar üçün yazdığı pyeslərində tərbiyəvi məqamlar. Bu istiqamətdə həm internet saytlarında, həm də əldə etdiyim müvafiq mənbələr üzrə araşdırma apararaq, elmi-nəzəri və elmi-metodiki istiqamətdə fikirlərimi ümumiləşdirmişəm.
18.04.23– Kafedra müdiri, təcrübə rəhbərimiz dos. A.İ.İsmayılov Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi haqqında təşkilati-metodiki göstərişlər verdi və bununla əlaqədar müvafiq tövsiyələr verdi. Mən bu tövsiyələri dinləyərək, elmi-tədqiqat təcrübəsi müddətində yerinə yetirdiyim işləri yekunlaşdırdım.
19.04.23– Bu gün tədqiqat işimdə əldə etdiyim nəticələrlə bağlı kafedrada müzakirə apardıq. Nəticələrin daha konkret formada ifadə olunması istiqamətində təkliflərdən bəhrələndim. Belə ki:
Təhsilin keyfiyyəti bilavasitə təhsilverənlərin yaradıcı potensialından, peşəkarlıq səviyyəsindən, təlimin yeni pedaqoji texnologiyalarının tədris prosesinə tətbiqindən, yüksək peşə kompitensiyasına və çevik pedaqoji təfəkkürə malik olmasından çox asılıdır.
20.04.23–Bu gün istifadə olunmuş mənbələrin əlifba sırası ilə düzülüşü və onlardan dissertasiyanın mətnində düzgün istifadə qaydaları gözlənilməklə sistemli işləri yerinə yetirdim.
Elmi-tədqiqat təcrübəsi üzrə hesabatımı tamamlayıb kafedraya təqdim etdim.
Kafedrada hesabatımın təqdimatı keçirildi və qiymətləndirildi.



Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə