Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti Fakültə


Elmi-tədqiqat təcrübə müddətində Fərdi tapşırıq üzrə



Yüklə 28,34 Kb.
səhifə2/5
tarix19.04.2023
ölçüsü28,34 Kb.
#106163
1   2   3   4   5
ELMİ TƏDQİQAT HESABAT NÜMUNƏ (2) (3)

Elmi-tədqiqat təcrübə müddətində Fərdi tapşırıq üzrə
yerinə yetirilən işlərin məzmunu


27.03.23 – Bu gün elmi tədqiqat təcrübəmizin ilk günüdür. Magistrantların elmi tədqiqat təcrübəsinin 20.04.2023 tarixində yekunlaşdırılması nəzərdə tutulmuşdur. Bu gün kafedra müdiri dos. Ayəddin Baldadaş oğlu Əliyev Lənkəran Dövlət Universiteti ”İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının 2022-2026-cı illər üzrə elmi-tədqiqat işlərinin planını bizə təqdim etdi. Kafedrada İbtidai sinifdə tədrisin nəzəri-metodiki istiqamətləri və Məktəbəqədər təlimin elmi-metodiki istiqamətlərində “Ana dili və onun tədrisi metodikası”, “Riyaziyyatın ibtidai kursu və onun tədrisi metodikası”, “Məktəbəqədər təlim və tərbiyə” mövzuları üzrə elmi-tədqiqat işləri aparılır. Ayəddin müəllim hər istiqamət üzrə yerinə yetirilməli olan tədqiqat mövzuları, mövzular üzrə planlaşdırılan elmi-tədqiqat işləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verdi.
28.03.23– Bu gün elmi tədqiqat təcrübəsinin ikinci günüdür. Kafedra müdiri dos.A.B.Əliyev və elmi tədqiqat təcrübəmin rəhbəri dos. A.İ.İsmayılov təcrübəmizlə bağlı fərdi tapşırığı təsdiq etdilər. Kafedranın elmi- tədqiqat işlərinin istiqamətlərinin hər birinin öz problemi vardır. “Ana dili və onun tədrisi metodikası” üzrə tədqiqat işi üçün nəzərdə tutulan problem şəxsiyyətin ana dilini mükəmməl bilməsi problemidir. Bu istiqamət üzrə mövzuya isə təlimdə dil öyrənməklə bağlı məsələlər aiddir.
29.03.23– Elmi tədqiqat təcrübəmizin üçüncü günü kafedra müdiri Ayəddin Baldadaş oğlu Əliyev elmi tədqiqat təcrübəsinin məktəbəqədər təlim və tərbiyə istiqaməti barədə bizi məlumatlandırdı. Bu istiqamət üzrə elmi-tədqiqat işinin problemi məktəbəqədər təlimin və tərbiyənin uşaqların yaş və qavrama səviyyəsinə uyğun aparılması proseslərinin öyrənilməsinə yönəlmişdir. Biz, “Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası” ixtisaslaşması üzrə ikinci tədris ili magistrantları olaraq kafedranın elmi tədqiqat təcrübəsinin gedişi ilə bağlı digər planları da əldə etməkdə maraqlı olduq.

Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə