Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti Fakültə



Yüklə 28,34 Kb.
səhifə3/5
tarix19.04.2023
ölçüsü28,34 Kb.
#106163
1   2   3   4   5
ELMİ TƏDQİQAT HESABAT NÜMUNƏ (2) (3)

30.03.23– Elmi tədqiqat təcrübəsinin dördüncü günüdür. Mən və qrup yoldaşım Əhmədzadə Lalə təcrübəmizlə bağlı digər normativ sənədlərlə tanış olduq. Kafedra müdiri dos.A.B.Əliyev elmi tədqiqat təcrübəsinin Məktəbəqədər təhsilin tədrisin nəzəri-metodiki istiqaməti barədə bizi ətraflı məlumatlandırdı.
31.03.23 – Elmi tədqiqat təcrübəmizin birinci həftəsi artıq yekunlaşdı. Bu həftə “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının müdiri dos. A.Əliyev və dos. Q.İ.Rufullayev 2022-2026- cı illər ərzində öhdələrində olan elmi tədqiqat işləriylə yaxından tanış oldum. Onların öz elmi tədqiqat işimlə müqayisəli təhlilini aparıb, aprobasiya hissəsini daha aydın yazmağımı qarşıma məqsəd qoydum. Elmi tədqiqat təcrübə rəhbəri dos.A.Əliyev bu həftə ərzində gördüyümüz işlərlə ətraflı maraqlanıb, fikirlərimizi dinlədilər.
03.04.23– Elmi tədqiqat təcrübəsinin ikinci həftəsinin ilk günüdür. Bu gün elmi tədqiqat işinin struktur elementləri ilə bağlı elmi rəhbərim dos.A.Əliyevdən məsləhətlər aldım. Elmi rəhbərim dissertasiyamın “Giriş” hissəsini dövrün tələbinə uyğun olaraq, daha geniş araşdırıb yazmağımı məsləhət bildi. Daha sonra tədqiqat vərdişlərimizi artırmaq məqsədilə təcrübə rəhbəri Ayəddin müəllimdən məsləhətlər aldıq.
04.04.23– Bu gün elmi tədqiqatın planlaşdırılması barədə müzakirələr apardıq. Dissertasiya işimizin nə zaman yekunlaşdırılacağı, elmi rəhbərə, kafedra müdirinə, daha sonra ümumi rəyçilərə nə zaman verilməli olduğunu müəyyənləşdirdik. Tədqiqatın ümumi sxeminin çertyojunu təyin edib lazımı tapşırıqlara başladım.
05.04.23–Magistr dissertasiyası ilə bağlı praktik iş təcrübəmi sistemləşdirib, elmi tədqiqat işimi daha da genişləndirdim. Magistr dissertasiyamla əlaqədar əldə etdiyim məlumatlardan müvafiq fəsillərdə istifadə etdim. Müasir pedaqoji təcrübə qazanmaq üçün Lənkəran rayon 2, 6 və 9 saylı tam orta məktəblərində aldığım nəticələri dissertasiya işimə daxil etdim. Əldə etdiyim nəticələrin müqayisəli təhlilini apardım.
06.04.23 Elmi-tədqiqat işinin ikinci həftəsinin son günüdür. Magistr dissertasiyası ilə bağlı tədqiqat işimdə, işlədiyim Lənkəran Dövlət Humanitar Kollecində qazandığım praktik iş təcrübəmdən, eyni zamanda müəllim kolleqalarımın iş təcrübəsindən bəhrələnərək dissertasiya işimi bir qədər də təkmilləşdirmək istiqamətində işlər apardım.
07.04.23– Elmi-tədqiqat işinin üçüncü həftəsi başlayır. Magistr dissertasiyası ilə bağlı tədqiqat işimin məzmununun müzakirəsi oldu. Magistr dissertasiyasımın mövzusu “Abdulla Şaiq uşaq ədəbiyyatının yaradıcılarından biri kimi” adlanır. Adından göründüyü kimi dissertasiya işimin obyektində A.Şaiqin həyat və yaradıcılığı, məktəbəqədər yaşlı uşaqların təlimində Abdulla Şaiqin uşaqlar üçün yazdığı əsərlər üzrə işin təşkili . Dissertasiya işimin yazılmasında əldə etdiyim mənbələrlə yanaşı internet saytlarındakı materiallardan da istifadə etdim .
10.04.23 – Tədqiqat işimin aprobasiya hissəsində 1 tezisimin və 1 məqaləmin dərc olunduğunu qeyd etmişəm. Bu gün həmin konfranslarda çıxış etdiyim tezislərin dissertasiya işimlə bağlı məqamları kafedrada bir daha müzakirə apararaq həmin tezislərdə qeyd olunan fikirləri tədqiqat işimə əlavə etdim.
Sumqayıt Dövlət Universitetində Magistrantların XVIII Respublika elmi konfransında:

  1. 2022- ci il 18 may tarixində Bakı Qızlar Universiteti “Elmi əsərlər’’ jurnalında “Abdulla Şaiqin uşaq əsərlərinin əsas səciyyəvi xüsusiyyətləri” adlı məqalə nəşr edilib.

  2. 28 mart 2023- cü il tarixində Sumqayıt Dövlət Universitetində magistrantlar üçün təşkil olunmuş konfransda “Abdulla Şaiqin uşaqlar üçün yazdığı pyeslərdə tərbiyəvi məqamlar” adlı tezis universitetin elmi jurnalında çap olunmuşdur.


Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə