Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Kafedra : Humanitar fənnlər Fənn: Azərbaycan tarixi Fakültə: Energetika və Avtomatika


Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur



Yüklə 344,34 Kb.
səhifə3/5
tarix17.12.2023
ölçüsü344,34 Kb.
#149881
1   2   3   4   5
Nəbiyev Məhəmmədəli 222a1 Azərbaycan Tarix

Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur
Təhlükəsizlik Şurası sədrinin bəyanatı (12 may 1992-ci il)
Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmələrdən sonra Şuranın sədri Şuranın adından 1992-ci il mayın 12-də onun 3072-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir: Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağa dair vəziyyətin pisləşməsi və atəşkəs barədə sazişlərin pozulması ilə bağlı böyük insan tələfatına və xeyli maddi ziyan vurulmasına gətirib çıxaran son məlumatlardan, eləcə də bunların region ölkələri üçün nəticələrindən dərin narahatlıq keçirirlər. Təhlükəsizlik Şurasının üzvləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində görülən səyləri, eynilə tərəflərə sülh yolu ilə nizamlanma əldə etməyə və humanitar yardım göstərilməsinə yönələn digər səyləri yüksək qiymətləndirir və dəstəkləyirlər
Onlar Baş katib tərəfindən bu bölgəyə təcili olaraq faktların araşdırılması və tərəflərə sülh yolu ilə nizamlanma əldə etmək üçün ATƏM çərçivəsində göstərilən səylərə tezliklə kömək edilməsinin yollarını və vasitələrinin öyrənilməsi üçün komissiya göndərilməsini alqışlayırlar. Bu missiya, həmçinin beynəlxalq birlik tərəfindən təxirəsalınmaz humanitar yardım göstərilməsinin mümkün yollarının özünə müvafiq texniki elementini daxil edəcəkdir
Təhlükəsizlik Şurası sədrinin bəyanatı (26 avqust 1992-ci il)
Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmələrdən sonra Şuranın sədri Şuranın adından "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndlə əlaqədar aşağıdakıları bəyan etmişdir: Dağlıq Qarabağda vəziyyətin pisləşməsi, çoxlu insan tələfatına və geniş miqyasda maddi zərərə səbəb olması haqqında məlumatlar Təhlükəsizlik Şurasının üzvlərini dərindən narahat etmişdir. Təhlükəsizlik Şurasının üzvləri bütün tərəfləri və digər əlaqədar tərəfləri atəşi dərhal dayandırmağa və ATƏM çərçivəsində Dağlıq Qarabağ məsələsinə dair Minsk Konfransının səylərinə, habelə Romada keçirilən hazırlıq danışıqlarına yardım göstərməyə qətiyyətlə çağırırlar. Onlar bütün tərəfləri və digər əlaqədar tərəfləri ATƏM ilə sıx əməkdaşlıq etməyə və öz mübahisələrinin dinc yolla aradan. qaldırılmasına mümkün qədər tez nail olmaq məqsədilə danışıqlarda müsbət mövqelərdən iştirak etməyə təkidlə çağırırlar. Onlar qeyd etmişlər ki, Baş katib faktları müəyyən etmək üçün həmin bölgəyə nümayəndələr göndərmiş və ATƏM-in yuxarıda adı çəkilən danışıqlarına nümayəndələr göndərməyə hazırdır. Şuranın üzvləri Dağlıq Qarabağda vəziyyətin inkişafı ilə əlaqədar olaraq həmin rayonlarda Birləşmiş Millətlər Təşkilatının rolunu sonralar lazımi vaxtda müzakirə edəcəklər.

Yüklə 344,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə