Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


Bildirişlərin anonim qaydada ötürülməsi



Yüklə 97,1 Kb.
səhifə15/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   8   9   10   11   12   13   14   15   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

Bildirişlərin anonim qaydada ötürülməsi

Xəbər verənlərə ARDNŞ-nin “Qaynar xətt”inə məlumatları anonim qaydada ötürmək imkanı verilir.
Lakin “Qaynar xətt”ə bildirişləri anonim təqdim edən şəxslər alınan məlumatı dəqiqləşdirmək və həmin şəxslə gələcəkdə qarşılıqlı əlaqəni qurmaq mümkün olmadığına görə bu cür bildirişlər ilə bağlı xidməti araşdırmanın keçirilməsinin çətinliyini başa düşməlidirlər.

  1. Məxfiliyin zəmanəti

  1. ARDNŞ, öz səlahiyyətləri və mövcud imkanları çərçivəsində, pozuntu haqqında mühüm və doğru və qeyri-məqbul məqsədli məlumatlandırma əlamətləri (hazırki Standartın 01.3-cü maddəsinin 1.6-cı bəndində sadalanan) olmayan məlumatı təqdim etmiş Xəbər verənin şəxsiyyəti haqqında məlumatın məxfiliyini təmin edir. ARDNŞ-nin “Qaynar xətt”inin operatoru, məsul qurum və müvafiq struktur bölmənin işçiləri, tətbiq olunan qanunvericiliyin nəzərdə tutduğu hallar istisna olmaqla, qeyd olunan məlumatı ARDNŞ-nin digər işçilərinə və ya üçüncü şəxslərə açmaq hüququna malik deyil. 

  1. Xəbər verən könüllü surətdə, o cümlədən ehtiyatsızlıqdan, “Qaynar xətt”ə məlumat göndərməsi faktını ARDNŞ-nin digər işçilərinə və ya üçüncü şəxslərə açdığı təqdirdə, ARDNŞ xəbər verənin məxfiliyinin qorunub saxlanılmasına görə heç bir məsuliyyət daşımır. 

  1. Qaynar Xətt”ə gələn bildirişlərin işlənməsi qaydası

  1. ARDNŞ, barəsində “Qaynar xətt”ə bildiriş daxil olmuş şəxsin tutduğu vəzifəni və iş təcrübəsini nəzərə almadan, bütün bildirişlərin peşəkar, vaxtında və diqqətlə işlənməsi yolu ilə ARDNŞ-nin işçilərinin etibarını təmin etməyə və onlarla açıq dialoq aparmağa çalışır. 

  1. “Qaynar xətt”ə daxil olan məlumatların ARDNŞ-nin daxili sənədlərinin tələblərinə uyğun olaraq qeydiyyata alınması və ilkin işlənməsinə görə müvafiq struktur bölmə (bundan sonra “Operator”) məsuliyyət daşıyır. 

  1. 01.9-cu maddənin 1.2-ci bəndində qeyd olunan müvafiq struktur bölmə “Qaynar xətt”ə daxil olan bildirişlərdəki məlumatların doğruluğunu yoxlayır və aşağıdakıların məqsədəuyğun olub-olmaması haqqında qərarqəbul edir: :

                  • bildiriş əsasında məsul qurum tərəfindən xidməti yoxlamanın aparılmasına dair sanksiyanın alınması;

                  • pozuntu əlamətlərinin olub-olmaması, o cümlədən ARDNŞ-nin etika normalarının və Korrupsiyaya qarşı prinsip və tələblərinin pozulması haqqında qərar çıxarmaq imkanını verən məlumatların olmaması və ya kifayət qədər olmaması.

  1. 01.9-cu maddənin 1.2-ci bəndində qeyd olunan müvafiq struktur bölmə “Qaynar xətt”ə daxil olan bildirişlər və onların əsasında görülən tədbirlər haqqında hesabatlar tərtib edir və rüblük olaraq məsul quruma təqdim edir. 


  1. Yüklə 97,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə