Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə12/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   8   9   10   11   12   13   14   15   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

4.8. Məlumatların açıqlanması
4.8.1. Kütləvi informasiya vasitələrində, hökumət orqanlarına, investorlar və digər maraqlı şəxslərə məlumatların açıqlanması qaydası Şirkətin Nizamnaməsi, daxili sənədləri və tətbiq edilən qanunvericiliyə uyğun həyata keçirilir.
4.8.2 Məlumatların açıqlanması yalnız məlumatın etibarlılığını, dəqiqliyini və dolğunluğunu (bütün mövcud faktların aydınlaşdırılmasını) təmin edən Şirkətin səlahiyyətli işçisi tərəfindən həyata keçirilir.

                  1. QARŞI-TƏRƏFLƏRLƏ İŞGÜZAR ƏLAQƏLƏRƏ DAİR NORMALAR

5.1. Qarşı-tərəflərlə münasibətlərdə Şirkət qanunilik, düzlük, qərəzsizlik, qarşılıqlı hörmət və uzunmüddətli əməkdaşlıq və kömək prinsiplərini rəhbər tutur.
Şirkətin qarşı-tərəflərlə bütün qarşılıqlı münasibətləri tətbiq edilən qanunvericiliyə, ARDNŞ-nin Korrupsiya ilə mübarizə siyasətinin başlıca prinsip və tələblərinə, eləcə də hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə qəti riayət etməklə qurulur.
5.2. Şirkət özü və ya digər şəxslər üçün hər hansı qanundan kənar üstünlüklərin əldə edilməsi məqsədilə özünün qarşı-tərəflərlə münasibətlərindən sui-istifadə etmir.
5.3. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyi və Şirkətin daxili sənədləri ilə nizamlanan obyektiv seçim meyarlarının istifadə edilməsinə əsaslanan təchizatçıların, podratçıların və digər qarşı-tərəflərin seçilməsi prosesinin düzlüyü, açıqlığı və şəffaflığını təmin edir.
5.4. Şirkət imzalanmış müqavilələr çərçivəsində öz qarşı-tərəfləri qarşısında öhdəliklərinin vicdanla yerinə yetirilməsini təmin edir və onlardan da eyni davranışları tələb edir.
5.5. Şirkət qanuni tələbləri, etika normaları və dəyərlərini pozmaqla fəaliyyət göstərən və /və ya korrupsiya fəaliyyətində iştirak edən işgüzar tərəfdaşlarla qarşılıqlı əlaqə riskinin azaldılması üzrə məntiqi səy göstərir. Bu müddəanın yerinə yetirilməsi üzrə tədbirlər kompleksi ARDNŞ-nin rəsmi internet saytında dərc edilmiş Korrupsiya ilə mübarizə siyasətində əks etdirilir.

                  1. ANTİİNHİSAR QANUNVERİCİLİK VƏ SƏDAQƏTLİ RƏQABƏT QAYDALARININ YERİNƏ YETİRİLMƏSİ

6.1. Şirkət hər hansı vicdansız rəqabət, üstün və ya inhisar mövqeyindən sui-istifadə təzahürlərini qəbul etmir.
Şirkət sədaqətli rəqabət etməyə, etika normaları və dəyərlərinə, eləcə də antiinhisar qanunvericiliyinin tələblərinə əsaslanan fəaliyyət göstərməyə çalışır.
6.2. Şirkət obyektiv qaydada rəqabəti məhdudlaşdıran və tətbiq edilən antiinhisar qanunvericiliyə zidd hesab oluna bilən razılaşmaların rəqiblərlə imzalanmasından imtina edir.
6.3. Tətbiq edilən antiinhisar qanunvericiliyin və rəqabət haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Şirkət və onun rəhbərliyi Şirkətin daxili sənədləri və tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla inzibati, cinayət və /və ya digər məsuliyyətə cəlb edilir.

                  1. SAĞLAMLIĞIN QORUNMASI, İSTEHSALATDA TƏHLÜKƏSİZLİK TEXNİKASINA RİAYƏT EDİLMƏSİ VƏ ƏTRAF MÜHİTİN QORUNMASI


  1. Sağlamlığın, əməyin qorunması və istehsalatda təhlükəsizliyin təmin edilməsi

7.1.1. Şirkət öz fəaliyyətində işçilər, podratçılar və Şirkətin ərazisində işləyən digər qarşı-tərəflər üçün təhlükəsiz iş şəraitini yaratmaq və saxlamaq prinsipini rəhbər tutur. Şirkət öz fəaliyyəti çərçivəsində bədbəxt hadisələrin, istehsalatda zədələnmələrin, peşəkar xəstəliklərin və qəza vəziyyətlərinin istisna edilməsi üçün bütün qüvvəsi ilə çalışır.
7.1.2. Şirkətin ərazisində olan işçilərə və digər şəxslərə (o cümlədən sahədəki fəhlələrə) onların həyatına və /və ya səhhətinə, Şirkətin digər işçilərinin həyatına və /və ya səhhətinə və ya üçüncü şəxslərə ziyan vuran və ya vura bilən, habelə ətraf mühitin çirklənməsi və ya digər zərərlərin vurulması riskini yaradan fəaliyyətlə məşğul olmaq və ya tapşırığı yerinə yetirmək qadağan edilir.
7.1.3. Şirkətin ərazisində olan işçilər və digər şəxslər (o cümlədən sahədəki fəhlələr):

                  • Tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin təhlükəsizlik texnikasının qaydalarını, istehsalat normalarını və qaydalarını, eləcə də özlərinin iş yerlərində əməyin təhlükəsizliyi normalarını bilməli və bunları dəqiq əməl etməli;

                  • Öz vəzifə borclarını yerinə yetirdikləri zaman tətbiq edilən qanunvericiliyi və Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş zəruri fərdi qorunma vasitələrini istifadə etməli;

                  • Təhlükəli materiallarla düzgün və təhlükəsiz davranışı və onların utilizasiya edilməsini təmin etməli, öz vəzifə borclarını yerinə yetirərkən ehtiyat tədbirlərinə əməl etməli;

                  • özünün birbaşa rəhbərinə hər hansı təhlükəsizlik texnikasının, ətraf mühitin qorunması və ya digər istehsalat normalarının pozulması faktları, eləcə də yaranmış və ya potensial qəza və ya digər fövqəladə vəziyyətlər haqqında, o cümlədən axmalar, qəzalar, istehsalat zədələri, peşəkar xəstəliklər və Şirkətin işçiləri, cəmiyyət və ya ətraf mühit üçün təhlükə yaradan və ya yarada bilən digər hadisələr haqında dərhal xəbər verməlidir.


  1. Ətraf mühitin qorunması

7.2.1. Şirkət Azərbaycan Respublikasında istehsal fəaliyyətində qabaqcıl texnologiyaların tətbiqi və istifadə edilməsi, davamlı inkişafa kömək edilməsi, təbii ehtiyatların səmərəli istifadəsi, ətraf mühitin qorunmasının təmin edilməsi və ekoloji təhlükəsizlik üzrə aparıcı şirkətdir.
7.2.2. Şirkət tətbiq edilən qanunvericiliyin ətraf mühitin qorunması və ekologiya üzrə norma və qaydaların yerinə yetirilməsinə dair tələblərə dəqiq riayət edir, habelə Şirkətin istehsalat fəaliyyətinin cəmiyyətə, təbiətə və ətraf mühitə mənfi təsirinin azaldılması üzrə bütün mümkün cəhdləri və tədbirləri yerinə yetirir.
7.2.3. Şirkət öz tərəfdaşlarından, podratçılarından, təchizatçılarından və digər qarşı-tərəflərindən ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi, istehsalat və ekoloji təhlükəsizlik sahəsində qanunla müəyyən edilmiş normaların, eləcə də Şirkətdə qəbul edilmiş tələblərin yerinə yetirilməsini gözləyir.
7.2.4. Ətraf mühitin qorunması sahəsində Şirkətin strategiyası və onun realizasiyası üzrə konkret tədbirlər ARDNŞ-nin rəsmi internet saytında dərc edilmiş Ekologiya üzrə siyasətində əks etdirilir.

                  • BİZNES ETİKASI MƏCƏLLƏSİ ÜZRƏ MƏSLƏHƏTLƏR

Hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinin tətbiqi üzrə sualları yaranan və ya öz hərəkətlərinin və ya qərarlarının biznes etikası normalarına uyğunluğunda şübhəsi olan Şirkətin işçiləri məsləhət üçün özlərinin birbaşa rəhbərlərinə və/və ya müvafiq struktur bölməyə müraciət edə bilərlər.

                  1. POZUNTULAR HAQQINDA XƏBƏRDARLIQ ETMƏ SİSTEMİ

9.1. Şirkət öz işçilərini və digər şəxsləri, Şirkətin hər hansı vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyi və/və ya etika qaydalarına uyğunluğu ilə bağlı ehtimal edilən və ya yol verilmiş korrupsiya hərəkətləri faktları ilə bağlı, eləcə də Şirkətə və /və ya onun işçilərinə maddi zərər vura bilən və ya onların işgüzar nüfuzuna ziyan vura bilən digər pozuntularla bağlı əsaslı şübhə yarandığı hallarda Şirkətin “qaynar xətt”inə xəbər verməyə təşviq edir.
Pozuntular haqqında bildirişlər Şirkətin işçisinin birbaşa rəhbərinə və/və ya aşağıdakı vasitələrlə «Qaynar xətt»ə verilə bilər: 

  • Elektron poçtla (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir) –

anti-korrupsiya@socar.az

  • ARDNŞ-nin korporativ portalında elektron forma (Müvafiq struktur bölmətərəfindın müəyyən edilir)

  • Poçtla (ARDNŞ-nin Baş ofisinin ünvanı) – Neftçilər pr. 73, Bakı şəh. AZ1000

Şirkət məlumatı vermiş şəxsin məxfiliyini etibarlı qaydada təmin edir.
9.2«Qaynar xətt»ə daxil olmuş bütün məlumatlara mütləq baxılır və onların nəticələri məsul quruma ötürülür.
4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmə daxil olunmuş məlumatlarla və görülmüş tədbirlərlə bağlı hesabat hazırlayır və məsul quruma təqdim edir.

Şirkətin işçisi və ya digər şəxs tərəfindən yanlış məlumatın təqdim edilməsi qeyri-etik hərəkət nümunəsi hesab olunur və belə şəxs Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.


9.3. Şirkət zəmanət verir ki, digər işçilər və ya digər şəxslər tərəfindən Şirkətin qəbul edilmiş etika normalarının və dəyərlərinin pozulması haqqında təmmiz niyyətlə xəbər vermiş işçilərlə bağlı tədbirlər görülməyəcəkdir (o cümlədən onlar işdən azad edilməyəcək, aşağı vəzifəyə təyin edilməyəcək, mükafatdan məhrum edilməyəcəklər və s.).
9.4. Şirkətin işçisi və ya digər şəxs tərəfindən qəsdən yanlış məlumatın verilməsi hazırki Siyasətin pozulması və etika qaydalarına uyğun olmayan hərəkət hesab olunur və belə şəxs tətbiq edilən qanunvericiliyə və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər.

                  1. İŞGÜZAR ETİKA QAYDALARININ YERİNƏ YETİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ


  1. Tədbirlərin görülməsinə görə məsuliyyət

10.1.1. ARDNŞ-nin prezidenti Şirkətin düzlük, açıqlıq, qarşılıqlı hörmət olan mühitinin yaradılması və saxlanılması, habelə hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə riayət edilməsi üzrə Şirkətin siyasətinin həyata keçirilməsi fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyət daşıyır.
10.1.2. Məsul qurumun vəzifələrinə biznes etikasının qəbul edilmiş norma və prinsiplərinin yerinə yetirilməsinə birbaşa nəzarət, hazırki Məcəllənin yenidən baxılması, ona düzəlişlərin və əlavələrin edilməsi, habelə göstərilən sahədə digər tədbirlərin görülməsi daxildir.
10.1.3. Şirkətin işçiləri, öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.



Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə