Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


İnformasiya texnologiyarından istifadə qaydaları



Yüklə 97,1 Kb.
səhifə11/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   8   9   10   11   12   13   14   15   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

4.7. İnformasiya texnologiyarından istifadə qaydaları
4.7.1 Şirkətin hər bir işçisi, ona Şirkətin məqsədlərinə uyğun olaraq istifadəsi, vəzifə borcunun yerinə yetirilməsi və Şirkətin xeyrinə istifadəsi çərçivəsində sırf ona verilmiş kompüter sistemlərindən və digər informasiya texnologiyalarında istifadəsi üçün cavabdehdir.
4.7.2 İşçinin şəxsi maraqları üçün kompüter sistemi və digər informasiya texnologiyaları vasitələrindən istifadəsinin (dövri) məhdudlaşdırılması o halda olur ki, bu məqsədlə istifadə Şirkətin maraqları və hazırki Məcəllənin işgüzar nörmalarına zidd olmur.
Qeyd olunmuş kompüter sistemləri və digər informasiya texnologiyalarından şəxsi məqsədlər üçün istifadəsi Şirkət üçün əlavə xərc yaratmamalıdır və /və ya işçinin səmərəliliyini azaltmamalıdır.
4.7.3 Şirkətin kompüter sistemlərini və digər informasiya texnologiyalarını işçinin şəxsi kommersiya maraqları üçün istifadə etməsinə icazə verilmir.
4.7.4 Şirkətin işçiləri kompüter sitemləri və digər informasiya texnologiyalarında istifadə etdikləri zaman tətbiq edilən qanunvericiliyin, Şirkətin informasiya təhlükəsizliyi üzrə eləcə də daxili sənədlərin və işgüzar etika normalarının tələblərinə riayət etməlidirlər.
4.7.5 Şirkətin işçilərinə kompüter sitemləri və digər informasiya texnologiyalarında istifadə etdikləri zaman:

                  • Müvafiq icazə almadan əlavə proqram yükləmək və ya lazımi lisenziya olmadan avadanlıq qoşmaq;

                  • Proqramı söndürmək və/və ya Şirkətin informasiya təhlükəsizliyinin tələblərini nəzərə almamaq;

                  • Şirkətin kompüter sistemlərini və digər informasiya texnologiyalarını:

  • Qumar oyunları;

  • Ayrıseçkilik, ədəbsiz və ya təhdidedici xarakterli məlumatlara baxmaq, yükləmək və ötürmək;

  • Korrupsiya fəaliyyəti və dələduzluluq;

  • Şəxsi biznesinin aparılması məqsədilə Şirkətin rəqibi olub-olmamasında asılı olmayaraq digər təşkilatlara iş görmək və ya xidmət göstərmək;

  • əqli mülkiyyət hüquqlarını pozmaq (eləcə də əqli mülkiyyət hüququ olan materialları yükləmək, ötürmək və s.)

  • “kibercinayət” (məsələn, spam və ya virus göndərmək, hakerlik etmək, digər şəxsin adından mesaj göndərmək və s.) törətmək üçün istifadə etmək qadağandır.

4.7.6. Şirkətin işçiləri onların korporativ elektron poçt vasitəsilə, digər vasitələrlə, onların kompüterlərində və digər informasiya sistemlərində olan məlumatlar üzrə şəxsən məsuliyyət daşıyırlar.
Bununla bağlı Şirkətin işçilərinin komputer sistemlərinə və digər informasiya texnologiyalarına giriş şifrələri müdafiyə olunan yerdə saxlanılmalıdır.
İş yoldaşının kompüter sisteminə və digər informasiya texnologiyalarına həmin şəxsin icazəsi olmadan giriş icazə verilmir. Kompüter sistemləri, proqramlar və digər informasiya texnologiyalarının şifrəsindən icazəsiz istifadəsi Şirkətin işçisinin əmək müqaviləsinə xitam verilənədək tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinə əsasən intizam və digər məsuliyyətə cəlb olunamsına səbəb ola bilər.
4.7.7. Məlumatların qorunamsı, dələduzluq riskinin minimuma endirilməsi və “kibercinayətin” törədilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə Şirkət işçilərin kompüter sistemləri və digər informasiya texnologiyalarında istifadəsinin monitorinqini aparır.
4.7.8. Şirkət, kompüter sistemlərində və ya digər informasiya texnologiyalarında qeydiyyatda olan və/və ya saxlanılan onun işçilərinə vəzifə borclarını yerinə yetirmək üçün təqdim olunan məlumatlara tətbiq edilən qanunvericiliyin tələblərinə əsasən (məsələn, cinayət işlərilə bağlı xidməti istintaq zamanı və s.) baxılması və lazım olduqda açıqlanması hüququnu özündə saxlayır.

Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə