Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   2   3   4   5   6   7   8   9   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
21 
qazanan istiqamət isə “konstitusiyalı iqtisadiyyat” cərəyanı hesab 
olunur. 
Keçid  iqtisadiyyatlı  ölkələrdə  bazar  iqtisadiyyatının  uğurlu 
formalaşması üçün institusional şəraitin yaradılması zəruri addım-
lardandır.  Lakin  bunun  hansı  nəzəri  və  ya  əməli  konsepsiyaların 
bazasında  aparılması  xüsusi  müzakirə  obyektidir.  Dünya  təcrü-
bəsində daha faydalı sayılan iki müvafiq konsepsiya - ordoliberal 
“qayda - qanun (və  ya nizam) nəzəriyyəsi” və “konstitusiyalı iq-
tisadiyyat  nəzəriyyəsi”    vardır.  “Nizam  nəzəriyyəsi”  (V.Oyken, 
F.Bem,  B.Penke,  A.Pyustov  və  s.)  Almaniyanın  məhşur  “Sosial 
bazar iqtisadiyyatı” modelinin nəzəri - metodoloji əsaslarını təşkil 
etmişdir.  Müharibədən  sonrakı  Almaniyada  hökm  sürən  xaos, 
dağıntı və dərin böhrandan çıxış yolunu yalnız 1930-40-cı illərdə 
yaranmış  “nizam  nəzəriyyəsi”nin  yenidən  tətbiqində  görərək 
hökumət yeni “sosial iqtisadiyyatı” yaratmağa nail olmuşdur. 
Konstitusiyalı  iqtisadiyyat  konsepsiyası  isə  1960-cı  illərdə 
ABŞ-da yaranmışdır. Çiçəklənən “kütləvi istehlak cəmiyyətində” 
yaranan bu nəzəriyyə, ilk vaxtlar, Keynsçi tənzimlənmənin əleyh-
darı  olan  universitet  professorlarının  “mühafizəkar  utopiyası 
(əfsanəsi)” kimi qəbul edilirdi. Elmi dairələrin bir qrup nümayən-
dəsi  bazar  iqtisadiyyatını  tənzimləyən  fundamental  qaydaların 
toplusunu  formalaşdıraraq  onların  konstitusion  qaydada  təsdiq 
olunmasını tələb kimi irəli sürmüşlər.  deya müəllifləri belə hesab 
edirdilər  ki,  bu  prinsiplərin  qəbul  edilməsi  və  onların  realiza-
siyası, cəmiyyətə, “şişmiş” dövlət aparatında, çox saylı “siyasi qa-
zanc  axtaranlar”  və  bürokratların  təyziqi  ilə  mübarizə  aparmağa 
kömək edəcəkdir. 
Qeyd  etmək  lazımdır  ki,  ictimai  seçim  nəzəriyyələri  çərçi-
vəsində konstitusiyalı iqtisadiyyat nisbətən dar mövqeyə malikdir 
və  riyazi  -  iqtisadi  istiqamətin  tərəfdarları  bu  nəzəriyyəyə  sanki 
ə
həmiyyət vermirlər. 
Bu iki nəzəriyyənin müqayisəsi paradoksal görünür. Onların 
hər  ikisi  bazar  iqtisadiyyatının  təkmilləşdirilməsini  istəyir  və 
bunu  dövlətin  iqtisadiyyata  birbaşa  müdaxiləsi  vasitəsilə  yox, 
cəmiyyətin institusional strukturuna dolayı təsir vasitəsilə etməyi 
Расим Щясянов 
 
22 
 
məqbul  sayırlar.  Hər  iki  nəzəriyyə  liberal  xarakter  daşıyır  və  bu 
ə
nənəvi yox, yeni tipli liberalizmdir. 
Neoklassiklərdən fərqli olaraq, neoliberallar diqqət mərkəzi 
kimi, limit qiymətləri toplusuna malik optimallaşdırıcı makromo-
dellərə  yox,  tarazlı  makromodellərə  üstünlük  verirlər.  Tarazlıq 
şə
rtləri  isə  kəmiyyət  yox,  keyfiyyət  prizmasından,  institusional 
prizmadan şərtləndirilir və qiymətləndirilir. Hər iki yeni nəzəriyyə 
klassik  liberalizm  ənənələrinə  sadiq  qalaraq,  fərdi  azadlıq  və 
xüsusi  mülkiyyətçilik  prinsiplərini  qoruyur,  lakin  XVIII-XIX 
ə
srlərin klassik liberalizmindən fərqli olaraq dövlətin iqtisadi hə-
yatda fəal iştirakını məqsədəuyğun sayır. Lakin bu iştirak və fəal-
lıq keynsçilərin dediyi kimi başa düşülmür. Onların fikrincə əsas 
məqsəd  -  dövlətin  müdaxilə  siyasəti  vasitəsilə  “səmərəli  tələbi” 
stimullaşdırmaq  yox,  rəqabətin  stimullaşdırılması  və  gəlirin 
artırılmasının institusional mexanizminin yaradılmasıdır. 
Bu isə, hər şeydən əvvəl təsərrüfatçılığın inhisarlaşdırılması 
və  bütövlükdə  “ədalətsiz  rəqabəti”  məhdudlaşdırılan  möhkəm 
hüquqi çərçivənin yaradılması vasitəsilə mümkündür. 
“Nizam nəzəriyyəsi” və “konstitusional iqtisadiyyat” bu mə-
nada insana, onun sərbəstliyi və sosial müdafiəsinə istiqamətlənən 
elmi  məktəblər  xarakteri  daşıyır.  Bu  nəzəriyyələr  əslində  azad, 
iqtisadi  səmərəli  və  dayanıqlı  özü  inkişaf  edən  cəmiyyətlərin 
yaranması üçün əlverişli imkanlar yaradır. 
      
1.2.   qtisadi  siyasətin  vəzifələri və  subyektləri  
 
Bazar  iqtisadiyyatı  şəraitində  iqtisadi  siyasətin  həll  etməli 
olduğu vəzifə  və problemlər müxtəlif  yanaşmalarla müəyyənləş-
dirilə bilər.  qtisadi inkişafın  nəticəliliyi və səmərəliliyi baxımın-
dan  siyasətin  vəzifələrinin  realizasiyası  və  müvafiq  problemlərin  
həlli əslində qarşılıqlı asılıdır. Ümumi  şəkildə iqtisadi  siyasətin 
ə
sas vəzifə və problemlərinə aşağıdakıları aid etmək olar: 

  qtisadi  sistemin  məhsuldarlığının  və  resursların  böl-
güsünün  səmərəliliyinin  təmin  edilməsi.    Ölkənin  iqtisadi  sis-
teminin  effektiv  fəaliyyət  göstərməsi  üçün  ilk  növbədə  iqtisadi 


Игтисади сийасят: методолоэийа вя практика 
 
23 
nizam  yaradılmalıdır. Belə nizam – iqtisadi subyektlərin motiva-
siyasını  təmin  edir  və  onların  fəaliyyətini  məhdudlaşdırır.  Ona 
görə  də  qiymətlərin  səviyyəsi  və  gəlir  əldə  etmək  imkanları 
konkret iqtisadi qərarları şərtləndirir. 

 Resursların yenidən bölgüsünün səmərəliliyi və nəticə-
liliyinin təmin olunması. Hətta iqtisadi sistemin effektli fəaliyyət 
göstərdiyi  ölkələrdə  belə  ehtiyatların  yenidən  bölgüsü  dövlətin 
aktual  vəzifələrdən  hesab  olunur.  Bu  ilk  növbədə  mülkiyyət 
münasibətlərinin tənzimlənməsində çevikliyin təmin edilməsi ba-
xımından  vacibdir.  Bazar  iqtisadiyyatı  şəraitində  dövlət,  mül-
kiyyət  münasibətlərinə  özəlləşdirmə,  valyuta-maliyyə  islahatları 
və əmlak vergisi vasitəsilə təsir edir. 

 Dövlət    xərclərinin  maliyyələşdirilməsi  və  dövlət  büd-
cəsinin formalaşdırılması.  Dövlətin davamlı müddət ərzində öz 
iqtisadi funksiyalarını yerinə  yetirməsi, o cümlədən  həmin  xərc-
lərin  maliyyələşdirilməsi üçün ölkənin dövlət büdcəsinin  forma-
laşdırılması və icrası  üçün elə  bir sistem qurulmalıdır ki, bu iq-
tisadiyyatda ağır yük yox, əksinə  tənzimləyici  və stimullaşdırıcı  
dominanta   çevrilsin. 

  qtisadiyyatda  dayanıqlığın,  inkişafın  davamlılığı  və 
tarazlığın təmin olunması.  Bazar münasibətləri və rəqabət mü-
hiti yalnız müəyyən çərçivədə baş verən dəyişiklər və təsirlər qar-
ş
ısında  iqtisadiyyatda  stabilliyi  təmin  edən  mexanizmlərin  fəa-
liyyətini mümkün edir. Lakin aydındır ki, faktorların müxtəlifliyi 
və gözlənilməzliyi, təsirlərin kumulyativ effektinin mümkünlüyü, 
stabilliyin və inkişafın davamlılığı və  tarazlığının təmin edilmə-
sini  çətinləşdirir.  Bu  baxımdan  dövlətin  iqtisadiyyata  müdaxiləsi 
zərurəti  yaranır.  Lakin  bu  müdaxilənin  xarakteri  və  onun  para-
metrləri  çox  ehtiyatla  seçilməlidir,  çünki  dövlətin  düzgün  olma-
yan  addımları  makroiqtisadi  stabilliyi  daha  ciddi  şəkildə  poza 
bilər.  Beləliklə  bazar  iqtisadiyyatı  şəraitində  rasional  stabilləş-
dirici siyasətin əsas vəzifəsi müxtəlif təsirlərin qarşılıqlı kompen-
sasiya  –  obsorbasiya  edici  mexanizmini  möhkəmləndirməklə 
yanaşı, dövlətin iqtisadiyyata mənfi təsirlərini azaltmaqdan ibarət  
olmalıdır. 
Расим Щясянов 
 
24 
 

 Ətraf mühitin qorunması  və ekoloji  tarazlığın  təmin  
edilməsi.  Dünyada  iqtisadi  inkişaf  səviyyəsinin  yüksəlməsi,  in-
sanın təsərrüfat fəaliyyəti nəticəsində qısa və uzunmüddətli dövr-
lərdə  təzahür  oluna  biləcək  iqtisadi  problemlərin  sayının  çoxal-
masına gətirmişdir. Buna görə də təsərrüfat fəaliyyəti nəticəsində 
hansı  istehsal  üsulu  və  məhsulunun  ətraf  mühitə  daha  çox  zərər 
vurması və ya zərərli tullantıların toplanması mexanizminin necə 
fəaliyyət  göstərməsinin  öyrənilməsi  təbiətə  daha  az  zərər  vuran 
iqtisadi siyasətin aparılmasına imkan yaradır. Belə siyasət zərərli 
tullantıların  azaldılması  və  ya  məhsulların  istifadə  müddətini 
çoxaltmaqla, ehtiyatlardan istifadənin məhsuldarlığını və nəticəli-
liyini  artırar və təbiətə  dəyən zərərin dolayı azaldılmasını təmin 
edə bilər. Dünyanın inkişaf yolu göstərir ki, əgər dövlət ətraf mü-
hitə zərərli təsiri azaltmaq üçün reaksiya  göstərmirsə,  iqtisadiy-
yatda  adekvat  struktur dəyişikləri aparmırsa, artan istehsal nəticə 
etibarilə son həddə çata bilər və iqtisadi inkişafı dayandıra bilər.  
     Ümumi, funksional  yanaşma  baxımından  iqtisadi siya-
sətin 6 əsas istiqaməti və ya sahəsi fərqləndirilə bilər: 
 1. qtisadi  fəaliyyəti  tənzimləyən  hüquqi  normalara    müna-
sibət siyasəti; 
 2. qtisadiyyatın  tənzimlənməsi,  rəqabətin  qorunması  və 
azad ticarətin inkişafı baxımından iqtisadi nizama müna-
sibət siyasəti; 
3.  nteqrasiya və xarici iqtisadi siyasət; 
4.
  Təsərrüfat proseslərinə təsir siyasəti; 
5.
  nkişaf  (artım) və   struktur  siyasəti; 
6.
  Ətraf mühitə təsir siyasəti. 
 
Bazar iqtisadiyyatı şəraitində iqtisadi subyektlərin fəaliyyə-
tinin  və  planlarının  koordinasiyası  bazar  vasitəsilə  azad  rəqabət 
mühiti, sərbəst  müqavilə bağlamaq imkanları və sərbəst qiymət-
qoyma şəraitində həyata keçirilir. Rəqabət mühitinin mövcudluğu 
məhdud  ehtiyatların  qiymət  mexanizminin  fəaliyyətini  təmin  et-
məklə, ehtiyatların ilkin bazar bölgüsünü şərtləndirir. Mülkiyyət-
çilər  və  ya  onların  səlahiyyət  verdikləri  menecerlər  istehsal  və 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə