Игтисади сийасят: методолоэийа вя практика
29
Məqsədlərin həyata keçməsi ehtimalı. Məqsədlər həm si-
yasi, həm də iqtisadi baxımdan real olmalıdır.
Məqsədlərin ölçü indikatorlarının müəyyənləşdirilməsi.
Məqsəd kəmiyyət ifadəsinə malik olmalıdır, yəni elə indikator
müəyyənləşdirilməlidir ki, onun vasitəsilə məqsədin hansı dərəcə-
də əldə olunduğunu təyin etmək mümkün olsun. Belə prosedura
“əməliyyatlaşdırma” adlanır. Məsələn, qiymət səviyyəsinin stabil-
liyi məqsədi, müxtəlif qiymət indekslərinin vasitəsilə müəyyən-
ləşdirilə bilər (ÜDM-in qiymət indeksi və ya həyat səviyyəsi
indeksi, yəni istehlak qiymətləri səviyyəsinin dəyişməsi). Lakin
bir mənalı demək olmaz, hansı inflyasiya sürəti - orta illik 1% və
ya 2% qiymət səviyyəsinin stabilliyini ifadə edir.
Alətlərin istifadəsinə nəzarət. Məqsədlər elə müəyyənləş-
dirilməlidir ki, aparilan siyasətin nəticələri imkan daxilində isti-
fadə olunan alətlərlə əlaqələndirilsin. Bunun üçün məsuliyyət,
qərar qəbul edənlərin üzərinə düşür. Hökumətin sərəncamında
müəyyən məqamlarda olan alət başqa təşkilatlarda, məsələn, Mər-
kəzi Bankda da ola bilər. Ona görə də belə aləti siyasət aparmaq
üçün ideal hesab etmək olmaz. Ən azı ona görə ki, bir-birinə zidd
tədbirlərin aparılması təhlükəsi var.
Məqsədlərin seçimini şərtləndirən mühüm bir məqamda
kollektiv qərar qəbulu vasitəsilə məqsədlərin qoyuluşunun
xüsusiyyətləri hesab olunmalıdır.
Nəzərə alsaq ki, demokratik və liberal dəyərlər baxımından
məqsədlərin müəyyənləşdirilməsində ən vacibi – fərdin fikridir,
onda razılaşmaq lazımdır ki, siyasi məqsədlərin seçimi üçün ya
fərdi mülahizələrin aqreqasiyası və ya seçilmiş təmsilçilərin (par-
lament üzvləri) fikirləri əsas götürülməlidir. Hər bir zəruri halda
referendumun keçirilməsi mürəkkəb və bahalı prosedura olduğu
üçün, inkişaf etmiş ölkələrdə parlament demokratiyası sistemi
mövcuddur və bu sistemdə siyasi məqsədlər, aşağı səmərəliliyə
malik olan yekdilliklə səsvermə vasitəsilə yox, çoxluğun səsver-
məsilə müəyyənləşdirir. Yekdilliklə səsvermə sisteminin müəy-
yən üstünlükləri olsa da, məsələn bu prinsip faktiki olaraq istə-
nilən halda azlığın hüquqlarını təmin edir, bütövlükdə onun səmə-
Расим Щясянов
30
rəli olmaması nümunəsi kimi tarixi faktlar çoxdur. Məsələn,
XVIII əsrdə Polşada hər bir zadəgan “Liberum veto” hüququna
malik idi. Ona görə də düzgün və tez qərar qəbul etmək faktiki
mümkün deyildi. Müasir siyasi sistemlərdə isə, effektli qərarların
stabil qəbulu əksəriyyətin səs verməsi qaydası, hüquqi dövlət və
hakimiyyət bölgüsü, o cümlədən fərdin hakimiyyətinin müvəqqəti
məhdudlaşdırılması (bir mandatla) vasitəsilə təmin olunur. Qərar-
ların səs çoxluğu ilə qəbulu və siyasi rəqabət şəraitində kompro-
missin tapılması problemin həllinin rasionallaşmasına xidmət
edir. Lakin nəzərə almaq vacibdir ki, qərarların səs çoxluğu ilə
qəbulunda aqreqasiya problemi yarana bilir. Çünki əksəriyyət
bir-biri ilə rəqabət aparan alternativlərdən yalnız birini seçməlidir.
Problem yalnız o halda olmur ki, fərdlərin seçdiyi üstünlüklər
eynidir və ya oxşardırlar.
Erroy (Arrow) qərar qəbulunda alternativlər sırasında se-
çimdə problemin mövcudluğunu əks etdirən “Qeyri-mümkünlük
teoremi” təklif etmişdir. Bu teoremə görə, aşağıdakı şərtlərin
eyni zamanda ölənilməsi şəraitində iki alternativdən birinin seçil-
məsi mümkün deyil:
- Bütün şəxslərin səs hüququ var, bu isə diktaturanı müm-
künsüz edir;
- Yalnız bu iki alternativə münasibətdə üstünlük vermə kol-
lektiv qərar qəbulunu müəyyənləşdirir (başqa alternativlərin təsi-
rini rədd edir);
- Qərar qəbul edənlərin üstünlük vermələrinin bütün kombi-
nasiyaları mümkündür (fərdi üstünlük vermə sistemlərinin qeyri-
məhdudluğu);
- Əgər bütün fərdlər II varianta nisbətən I varianta üstünlük
verirlərsə, reallaşdırılmalıdır (“pareto - meyarı”).
Məqsədlər piramidası. qtisadi siyasətin məqsədləri nadir
hallarda əvvəlcədən apriori məlum olur (məsələn, ənənələrlə
müəyyənləşir). Əksər hallarda onları, çağdaş dövrdəki cəmiyyət
üzvlərinin təsiri altda olan siyasətçilər müəyyənləşdirir. Konkret
məqsədlər isə daha yüksək səviyyəli mücərrəd məqsədlərdən asılı
olaraq formalaşır. Məsələn, nümunə üçün aşağıdakı məqsədlər
Игтисади сийасят: методолоэийа вя практика
31
piramidasını göstərmək olar. Ali məqsədi cəmiyyətin max rifahı-
nın təmin edilməsi kimi, belə məqsədə nail olunmasını isə cəmiy-
yətdə sülh, əmlak varidatı, azadlıq və ədalətliliyin təmin olunması
kimi qəbul etsək, iqtisadi siyasətin məqsədlərini aşağıdakı kimi
konkretləşdirmək olar:
Sülh. Bu məqsədə çatmaq üçün növbədə ölkə daxilində və
başqa ölkələrlə müharibə olmaması təmin edilməlidir. Çox va-
cibdir ki, həm də sosial sülh yaransın, bu həm həmkarlar ittifaqı
ilə sahibkarlar arasında münaqişələrin dinc nizamlanmasını (mə-
sələn, əməkhaqları üzrə); həm də müxtəlif ictimai qrupların ma-
raqlarının kompromisini əhatə edir. Xarici sülhü qorumaq üçün
ordu, daxili sülhü qorumaq üçün isə hüquqi baza, məhkəmə sis-
temi vacibdir. Sosial sülhü təmin etmək üçün isə münaqişələrin
nizamlanmasının müəyyən mexanizmi və həmçinin müvafiq iqti-
sadi və sosial siyasət yaradılmalıdır.
Azadlıq. qtisadi siyasətin məqsədləri kimi bu baxımdan
sahibkarlığın sərbəstliyi; sənət və iş yeri seçmə sərbəstliyi, həm-
çinin istehlak və sərmayə qoyuluşu sərbəstliyi seçilə bilər. Belə
azadlıqların təmin edilməsi tədbirləri rəqabətin stimullaşdırılması
və təhsil siyasətləri daxilində aparıla bilər.
Rəqabətin nizamlanması siyasəti, bir tərəfdən iqtisadi sər-
bəstliyi, digər tərəfdən isə əmək bazarında rəqabət aparan müəssi-
sələrin müxtəlifliyini təmin edir. Peşə seçimi və iş yeri seçiminin
sərbəstliyini təmin etmək üçün bu, çox vacibdir. Təhsil siyasəti
ümumi və peşə təhsili almaq üçün və bütövlükdə məlumatlanmaq
üçün geniş imkanlar yarada bilər. Bu zaman dövlətin pulsuz təhsil
vermək imkanları mühüm əhəmiyyətə malikdir. Təhsil eyni za-
manda rasional istehlak və yığım qərarlarının qəbulunu şərtlən-
dirir. Azadlığın daha başqa mühüm cəhəti hərəkət sərbəstliyidir.
Rifah. Bu məqsəd, adambaşına gəlirin yüksək həddi, ictimai
nemətlərlə təminolunmanın yüksək səviyyəsi, təbii ehtiyatların
mövcudluğu, əhalinin hər nəfərinin sərbəst vaxtının həcmi və s.
kimi göstəricilərlə ifadə edilə bilər. Bu məqsədə istiqamətlənən
iqtisadi siyasət, ilk növbədə istehsal faktorlarının (əmək, kapital,
təbii / torpaq ehtiyatları və texniki biliklər) müxtəlif təsərrüfatçılıq
Расим Щясянов
32
sahələri arasında səmərəli bölüşdürülməsini həll etməlidir. şsizlik
və istehsal güclərinin yarımçıq istifadəsi, ehtiyatların səmərəsiz
xərclənməsi hesab olunur. şsizliyin səviyyəsi yüksək olduqca,
cəmiyyət istehsalı genişləndirə bilər (tam məşğulluğu təmin edə-
nədək) və ya cəmiyyətin bütün üzvləri (ən azı əksəriyyəti) öz sər-
bəst vaxtlarını daha səmərəli istifadə edə bilərlər. Uzunmüddətli
dövrdə istehsal güclərinin tam yüklənməməsi keçmişdə ehti-
yatlarin qeyri-səmərəli istifadə olunmasını (indi istifadə olunma-
yan maşınlar istehsalında) göstərir. Nəhayət daha çox aktivlərin
ə
ldə olunması məqsədi də qoyula bilər. Böyük aktivlər həm də
ona görə faydalı ola bilər ki, onlar həm də təhlükəsizlik “mühiti”
və ictimai qürur hissi yaradır.
Ədalət. Hər bir cəmiyyətdə ədalət haqda təsəvvürlər müx-
təlifdir. Ədaləti bəziləri bərabər əməyə görə eyni miqdarda əmək-
haqqı verilməsində; vətəndaşların maddi və qeyri maddi dəyər-
lərlə təminatında (transfert ödəmələri vasitəsilə sosial ədalətin
bölgü su vasitəsilə) bərabərlikdə; dövlət qulluğuna daxil olmaq,
cinsi, irqi və dinindən asılı olmayaraq aktiv və passiv seçki hü-
ququna malik olmaq kimi qəbul edirlər. Bütün əhali üçün bərabər
imkanlar ayrıca siyasi məqsədlər kimi də qəbul edilə bilər. Belə
bərabərliyin əldə olunması üçün isə əsasən təhsil və əmlak siya-
səti alətləri istifadə olunur. Ədalətin mühüm bir cəhəti də ondan
ibarətdir ki, indiki nəsillər təbii ehtiyatları həddən artıq istifadə
edərək gələcək nəsillərin iqtisadi inkişaf imkanlarını azaltmasın.
Alt məqsəd kimi tam məşğulluğun təmin edilməsi götürülə bilər.
Ə
dalətlilik yalnız maddi aspektlərlə yox, həm də hamının eyni
dərəcədə dövlət qulluğuna daxil olması, açıq məhkəmə, K V-lərə
çıxmaq imkanı və s. məqsədlər toplusuna daxil olmasını əhatə
edir.
Ali məqsədlər
Sülh
Azadlıq
Rifah
Ə
dalət
Xarici
sülh
Azad sahibkarlıq
Adambaşına
gəlir
Bölgünün ədalətliliyi
Daxili
sülh
Sərbəst rəqabət
ctimai rifah
mkanların bərabər-
liyi
Sosial
Informasiya
Sərbəst vaxt
Tam məşğulluq
Dostları ilə paylaş: |