Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   2   3   4   5   6   7   8   9   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
9
siyasıtin  fırqli  nıticılır  vermısi  yuxarıdakı  fikirlıri 
tısdiqlıyir. 
Dırs  vısaitinin  ısas  mıqsıdi  iqtisadi  siyasıtin  qeyd 
olunan  xüsusiyyıtlırini  iqtisadi  profil  üzrı  tıhsil  alan  vı  öz 
biliklırini  real  iqtisadi  proseslırin  tınzimlınmısi  vı 
qiymıtlındirilmısinı  tıtbiq  etmık  istıyınlır  üçün,  iqtisadi 
nızıriyyı,    dünya  tıcrübısi  vı  Azırbaycan  reallıqları 
baxımından ıırh etmık vı qiymıtlındirmıkdir. 
FƏS L 1.  QT SAD  S YASƏT N MAH YYƏT ,   
PREDMET , NƏZƏR  ƏSASLAR  VƏ FORMALARI 
 
1.1. “ qtisadi  siyasət” kateqoriyasının  nəzəri  
metodoloji mahiyyəti.  Ənənəvi siyasi iqtisadda  
dövlətin iqtisadi funksiyalarının şərhi 
                   
qtisadi siyasət -  mahiyyət  etibarilə, əmək bölgüsünə əsas-
lanaraq    iqtisadiyyata    məqsədyönlü  təsir  edən  –  dövlət  institut-
ları,  qanunvericiliklə  müəyyənləşdirilmiş  hüquqi  normativ  qay-
dalar  və  digər  fəaliyyət  alətlərini    özündə  cəmləşdirən  tədbirlər 
toplusudur. 
Dövlət institutları müəyyən vəzifələrin həyata keçirilməsini 
təmin  etmək  məqsədi  ilə  qanunvericilik  və  ya  normativ  aktlarla 
yaradılmış təşkilatlardır.  nstitutlar və müvafiq hüquqi  qaydaların 
ə
sas  missiyası  iqtisadi  fəaliyyət  subyektlərinin  davranışlarını 
məhdudlaşdırmaq  və  iqtisadiyyatın  stabilliyini  təmin  etməkdən 
ibarətdir.  Başqa  sözlə  institutlar  və  qaydalar  ixtisaslaşma  və  rə-
qabət  əsasında  iqtisadi  fəaliyyət  subyektlərinin  effektiv  qarşılıqlı 
fəaliyyəti və bu fəaliyyətin məqsədyönlü tənzimlənməsi üçün şə-
rait  yaradılmasını  təmin  edirlər.  Onların  iqtisadiyyata  təsiri  iq-
tisadi  nizamın  yaradılması  tədbirləri  və  həmçinin  təsərrüfat 
proseslərinə təsir vasitəsilə həyata keçirilir.  
Mahiyyət etibarilə, liberal dəyərlərə  əsaslanan və daimi  rə-
qabət  mübarizəsini  ehtiva  edən bazar  iqtisadiyyatı  “özü inkişaf 
edən sistem” kimi mürəkkəbləşməyə meyillidir.  qtisadiyyatın in-
kişafı və təkmilləşməsi sürətləndikcə iqtisadi  proseslərdə  iştirak 
Расим Щясянов 
 
10 
 
edən  və  qarşılıqlı  münasibətlərdə  olan  təsərrüfat  subyektlərinin  
sayı da  artır.  Müxtəlif  iqtisadi və qeyri-iqtisadi faktorların  təsiri 
altda fəaliyyət göstərən təsərrüfat subyektlərinin davranışı isə xa-
raktercə    müxtəlif    olur.    Real  təcrübədə,    bazar  mexanizminin 
səmərəliliyinin yüksəlməsi adətən, inkişafın  ümumi  yekunu kimi 
dəyərləndirilir.    Lakin  bununla  belə,  bazarda  təsərrüfat  subyekt-
lərinin  davranışının  proqnozlaşdırılması  və  ya  hansısa  mənada  
idarə olunması, istiqamətləndirilməsi  zərurəti daima  artır. 
Bazar iqtisadiyyatının inkişafının bütün tarixi mərhələlərin-
də- əmtəə mübadiləsinin sadə formalarının  meydana gəlməsindən  
başlamış  milli  dövlətlər  cərcivəsində  bazar  təsərrüfatlarının  və 
müasir, mürəkkəb beynəlxalq kooperasiya formalarının yaranma-
sınadək  yuxarıda  şərh  olunanlar  zərurət  olmuş  və  indi  də    qal-
maqdadır.  
Bunun ən yaxşı  nümunəsi  kimi XVII əsrin sonu XIX  əsrin 
ə
vvəllərində  baş  verən  və  bəşəriyyətin  həyatında  yeni  sosial  –
iqtisadi    inkişaf  mərhələsinin  əsasını  qoyan  sənaye  inqilabları 
dövrünü  göstərmək  olar. 
qtisadi  artımın  yeni  keyfiyyət  səviyyəsinə  qalxması    “küt-
ləvi istehsal üsullarının” mənimsənilməsi və “maşınlı  istehsalın” 
tətbiqi ilə birbaşa  bağlı olub, istehsal xərclərinin azalmasını və bu 
səbəbdən də bazar dövriyyəsinin genişlənməsini təmin etdi. Lakin 
bu nəticələri təsadüfi və ya yalnız bəşəriyyətin “toplanmış” bilik-
lərinin  maddiləşmiş  ifadəsi  kimi  qiymətləndirmək  doğru  olmaz. 
Çünki,  çox  saylı  nümunələr  sübut  edir  ki,  əslində  elmi-texniki 
tərəqqi,  iqtisadi  şəraitin  dəyişməsinə  olan  reaksiyadır.  Mübadilə 
həçminin və tiçarətin dövriyyəsinin artması  rəqabəti  gücləndirir. 
Ona  görə  də  “işgüzar    təbəqə”  yeni  texniki  və  texnoloji    həllər 
axtarmağa  çalışırlar. 
 Beləliklə, XVIII-XIX əsrlərdə  baş verən  iqtisadi  proseslər 
fonunda, təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin  artırılmasına  
yaranan  zərurət,  dövlətlə  digər  sosial-iqtisadi  fəaliyyət    subyekt-
ləri arasında yeni  münasibətlərin  formalaşmasına ehtiyac  yarat-
dı.  Təsərrüfat    sisteminin  inkişafı  dövlətin  təminedici  və  təhsis 
edici  rolunun  güclənməsini  tələb  edirdi.  Bu,  dövlət  tərəfindən 


Игтисади сийасят: методолоэийа вя практика 
 
11 
müvafiq infrastrukturanın və hüquqi bazanın yaradılmasını, xarici  
və daxili təhlükəsizliyin,  milli  valyutanın  dayanıqlığının təmin 
olunmasını  nəzərdə  tuturdu.  Belə  infrastruktura  bazar  mexa-
nizminin  özünün  səmərəliliyinin artırılması üçün çox vacib  idi. 
lk dövrlərin  təcrübəsi göstərdi ki, bazar − sənaye inqilabı, bazar-
- dövlət  münasibətlərinin  apriori tapılan  formalarının səmərəsi 
olduqca  yüksəkdir.  Bu  isə  öz  növbəsində,  iqtisadi    dinamizmin  
hədsiz  yüksəlməsinə  gətirdi. Lakin, həmin dövrdə təsərrüfat  sis-
teminin  ümumi  iqtisadi  tarazlığının təmin edilməsi  mexanizmi-
nin  olmaması  şəraitində  hədsiz  yüksək  dinamizm  ciddi  təhlükə  
mənbəyinə  çevrilə bilərdi.  
    1929-1933- cu  illərdə baş vermiş  qlobal  iqtisadi  böhran  
bu  təhlükəni  aşkar  göstərdi.  Qlobal  iqtisadi    böhran  əslində  
iqtisadi  nəzəriyyə  və  təcrübədə    inqilabi    dəyişikliklərə  yol  acdı.  
Artıq  hamıya  aydın    oldu  ki,  dövlətin    iqtisadi  proseslərdə  rolu  
dəyişməlidir.  qtisadiyyatın  dövlətin  tənzimləyici  dəstəyinə  eh-
tiyacı  inkaredilməz zərurətə çevrildi. Beləliklə “iqtisadi   siyasət” 
kateqoriyası  təsərrüfatçılıq  və  idarəetmənin  mühüm  vasitəsinə, 
alətinə çevrildi. 
  Təsərrüfatçılıq  şəraitinin  dəyişməsi dövlətin  infrastruktur 
xarakterli   tədbirlərinin kəskin  çoxalmasına  rəvac  verdi. Lakin  
bazar mexanizminin yeni  keyfiyyətdə  əsas  tələbi  - kənar  təhsis 
edici  vasitələrin  tapılması  idi,  çünki  baş  verənlərin  həlledici  
səbəbi  bu  mexanizmin  özünütənzimləmə  imkanlarının    məhdud-
luğu hesab olunurdu. Ən mühüm təhsisedici tədbirlərə ilk növbə-
də daima inkişaf edən bazar iqtisadiyyatının makroiqtisadi taraz-
lığının qorunması tədbirləri aid edildi. Tarazılıq anlayışı  özü  isə  
yalnız  iqtisadi deyil, həm də sosial  mahiyyət  daşımağa  başladı.  
Beləliklə, geniş sosial sığorta sisteminin yaranması  zərurəti  mey-
dana  gəldi. 
 Müasir  anlamda  “ qtisadi    siyasət“  kateqoriyasının  yaran-
ması tarixi cox qədim olmasa da onun mahiyyət  etibarilə ayrı-ayrı 
elementlərinin iqtisadi idarəetmədə tətbiqi təcrübəsi  isə yuxarıda qeyd 
olunduğu kimi qədimdir.  
Расим Щясянов 
 
12 
 
qtisadi  siyasətin  hazırlanmasının  ilk  elementləri XIX  əs-
rin sonlarına aid edilir.  lk dəfə Almaniya  kansleri  O.Bismarkın  
təklifi  ilə iqtisadi  idarəetmədə  yeni sahə -sosial  sığortalama  ya-
ranmışdı. 1883-çü ildə sənayedə calışanların xəstəliklərdən sığor-
talanması haqqında, 1884-çü ildə bədbəxt  hadisələrdən və nəha-
yət 1889-cu  ildə  əlillikdən sığortalanma haqqında  qanunlar qə-
bul  edildi  və  fəhlələrin    pensiya  təminatı  məsələsi  həll  edildi.  
Bütövlükdə ilk iqtisadi siyasət tədbirlərinin əsas xarakterik cəhəti 
onların “nöqtəvi təsir” strategiyası olması hesab edilə bilər. Yəni 
ilk  dövrlərdə,  iqtisadi  siyasət    ayrı-ayrı    seçilmiş  istiqamətlər  – 
gömrük, aqrar, sənaye və sosial tənzimləmə üzrə tədbirləri  əhatə 
edirdi.  Yalnız  XX  əsrin  əvvəllərində  belə  “dispersion“  yanaş-
manın  əvəzində  kompleks  təsir  xarakterli  siyasət  formalaşdırıl-
mağa  başlanıldı. 
Elmi ədəbiyyatda iqtisadi siyasət anlayışını müxtəlif  forma-
larda  çərh  edirlər. Bu sırada  fikrimizcə  ən  yaxşı  şərh  tanınmış 
alman iqtisadçısı  X.Girşə məxsusdur.  Onun  təbirincə,   dövlətin 
iqtisadi siyasəti iqtisadi proseslərin gedişini  nizamlamaq, onlara  
təsir  etmək  və  ya  onların  axarını  müəyyənləşdirməyə  xidmə
edən  tədbirlər  toplusudur. 
    qtisadiyyatın    dövlət    tənzimləməsi    tədbirləri    sistemini  
bir necə  çəhətdən  xarakterizə etmək  olar.  lk  növbədə siyasəti   
elmi  və  ya  təçrübi  baxımdan dəyərləndirmək  vacibdir. Təçrübi  
baxımdan  siyasət - dövlət  tənzimlənməsinin  konkret  tədbirlər  
kompleksini  əhatə edir. Nəzəri  baxımdan  isə  siyasət, milli iqti-
sadiyyatın  ən  səmərəli  inkişaf  yolunun  müəyyənləçdirilməsini 
şə
rtləndirən  tədbirlər  və  əməli  fəaliyyətin  aparıçı  motivlərinin 
sistemli  və  elmi  tədqiqini  nəzərdə    tutur.  Bu    baxımdan  iqtisadi  
siyasətdə elmi yanaşmalara, inkişaf modeli və proqnozların  yara-
dılmasıda  aid  edilir.   
Elmi çəhətdən iqtisadi  siyasətin  ən  mühüm  vəzifələrindən   
biri rasional iqtisadi təfəkkürün formalaşdırılmasıdır. Belə  təfək-
kürün  əsas  aksiomatik  əlaməti,  azad  rəqabət  şəraitində    dövlətin  
vəzifəsinin,  təsərrüfat  subyektlərinin  özlərinin  rasional  həlli 
axtarmalı  olduqları  “cərcivə”  yaratmaq  olmasının  dərk  edilməsi-


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə