Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   2   3   4   5   6   7   8   9   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
13 
dir. Bu baxımdan iqtisadi siyasətin səmərəliliyinin təmin olunma-
sı üçün  aşağıdakı  üç  mühüm şərtin qorunması olduqca  vacibdir: 
1.  qtisadi siyasət həmişə iki  mühüm faktorun təsiri  alt-
da    formalaşır:  daima  dəyişən  təsərrüfat  şəraiti  və  iqtisadi  
təfəkkür  səviyyəsi.  Bu  iki  faktor  qarşılıqlı  asılı  olsa  da  nisbi  
sərbəstliyə malikdirlər. Çəmiyyətin inkişaf səviyyəsi  yüksəldikcə  
iqtisadi  təfəkkür  dəyişir,  cünki    dəyərlər    haqqında    təsəvvürlər  
dəyişir.  Beləliklə hətta ənənəvi vəzifələri,  yeni dəyərlər  prizma-
sından  həll  etməyə  calışırlar. 
 2.  qtisadi siyasət ölkənin reallıqları ilə  uzlaşdırıldıqda, 
o cümlədən  siyasi  qüvvələr  nisbəti, istehsal-texniki potensial, 
sosial  şərait,  ümumdövlət  və  yerli    idarəetmədə  institusional 
qaydalar  və  s.  nəzərə  alındıqda  daha  effektli  olur.  
3.  qtisadi    siyasət  ölkənin  qlobal    maraqlarının  və  ona 
müvafiq  formalaşdırılan  dövlətin  siyasi  kursunun  təmin  
edilməsinin  həllediçi  vasitəsidir.  Basqa  sözlə  iqtisadi  siyasə
ümumi,  milli qlobal siyasətin tamamlayıcısıdır. 
Müasir  iqtisadi  siyasətin  mahiyyəti, elmi  kateqoriya  kimi  
evolyusiyası,  tətbiqi  xüsusiyyətləri  və  nəzəri-metodoloji    əsasla-
rını   daha aydın  təhlil etmək, bu  məsələdə yeni və klassik siyasi 
iqtisadın  fərqlərini  daha  aydın  dərk  etmək  üçün,  fərdi  və  ictimai 
rifahın  istehsalının  xüsusiyyətlərini,  o  cümlədən  bazarın  və 
dövlətin rolunu müqayisə etmək vacibdir.  
Klassik siyasi iqtisadın diqqət mərkəzində maddi sərvətlərin 
istehsalı dayanırdısa, yeni siyasi iqtisadda qeyri – maddi sərvətləri 
daha  vacib  hesab  edilir.  Yəni,  klassik  siyasi  iqtisad  ilk  növbədə 
iqtisadi  prosesləri  öyrəndiyi  halda,  yenisi  daha  çox  siyasi  pro-
seslərə diqqət verir. Lakin bu o demək deyildir ki, ənənəvi siyasi 
iqtisad,  dövlət  siyasəti  məsələlərini  öyrənmirdi.  Yanaşma  üsulu 
fərqli idi. Bu fikri təsdiq etmək üçün siyasi iqtisadın əsas inkişaf 
mərhələlərinə  diqqət  yetirmək  vacibdir.  lk  növbədə  isə,  ənənəvi  
siyasi iqtisadda dövlətin rol və funksiyaları haqda baxışları təhlil 
etmək  zəruridir.  Siyasi  iqtisadın  müstəqil  elm  kimi  yaranması  – 
kapitalizmin  yaranması  ilə  şərtlənmişdir.  lk  dövrlərdə  bu  elmin 
tədqiqi  obyekti  istehsal  sferası  yox,  mübadilə  sferası  olmuşdur. 
Расим Щясянов 
 
14 
 
Sonralar isə dünya ticarətinin inkişafı ticarətçilərin rolunun artma-
sına  gətirmişdir.  Siyasi  iqtisadın  ilk  “məktəbi”  –  “merkantilizm” 
(XVI-XVIII  əsrlər)  məhz  ticarətçilərin  maraqlarının  ifadəsi  kimi 
meydana  çıxmışdır.  1615-ci  ildə  Antuan  de  Monkretyen  (1575-
1621) “Siyasi iqtisad traktatı” adlı əsərini nəşr etdirməklə, əslində 
gələcək elmə ad vermişdir. 
Merkantilistlərin  tədqiqatlarının  mərkəzində  ticarət  və 
tədiyyə  balansının  problemləri  dayanırdı.  Merkantilistlər  sadə 
müşahidəçi  deyildilər,  onlar  iqtisadi  həyata  dövlətin  fəal  müda-
xiləsini  “mütləqləşdirməyə”  çalışırdılar.  Ticarət  burjuaziyası  öz 
maraqlarının  ümumilli  dövlət  maraqları  kimi  ifadə  etməyə  can 
atırdı. Məhz bu prizmadan proteksionit (himayəçi) siyasət ticarət 
burjuaziyası ilə zadəganlığın müvəqqəti ittifaqının ifadəsinə çev-
rilmişdi. 
Lakin    inkişafın  sürətlənməsi,  o  cümlədən,  manufakturanın 
yayılması  və  maşınlı istehsalın  yaranması kapitalizmin adekvat 
maddi – texniki bazasını  formalaşdırdı. Belə  şəraitdə  isə, siyasi 
iqtisadın klassikləri kapitalizmdə sərvətlərin mənbəyini artıq mü-
badilə sferasında yox istehsal sferasında tapmağa çalışırdılar. 
Lakin,  hətta  ən  yaxşı  “klassik”  siyasi  iqtisadçılar  bilavasitə 
ictimai istehsal prosesini yox, onun yekunları – kapitalist sərvətini 
tədqiq  etməyə  üstünlük  verirdilər.  Məsələn,  A.Smit  “kapitalist 
sərvətinin  istehsalı  və  yığımı  şərtlərini”;  D.Rikardo  –  “bölgü 
münasibətlərini”;  S.  de  Sismondi  –  istehlak  münasibətlərini  əsas 
tədqiqat obyektinə çevirmişdilər. 
Bununla    belə,  merkantilistlərdən  fərqli  olaraq  Adam  Smit 
(1723-1790) özünün məhşur    “Xalqların sərvətliliyinin  səbəbləri  
və  xarakterinin  tədqiqi”  (1776)  adlı  əsərində  dövlətin  əhəmiy-
yətini və rolunu xüsusi mülkiyyətin xarici və daxili təcavüzlərdən 
mühafizə  və  müdafiəsində;  xüsusi  mülkiyyətçilər  üçün  əlverişli 
olmayan  istehsalın  təşkilində  görürdü.  David  Rikardo  (1772-
1823)  özünün  əsas  tədqiqatını  (“Siyasi  iqtisadın  başlanğıcı  və 
vergi qoyma”) vergi qoymanın prinsiplərinin təhlilinə (1817) həsr 
etmişdir.   C.Mill (1806-1873) isə özünün “Siyasi iqtisadın prin-


Игтисади сийасят: методолоэийа вя практика 
 
15 
sipləri”  (1848)  adlı  əsərində  ilk  dəfə  olaraq  bazarın  “boşluqları” 
anlayışının şərhini verməyə çalışmışdır.  
Artıq  XIX  əsrin  30-cu  illərində  liberal  doktirina  iki  istiqa-
mətə  ayrılır:  “Klassik  liberal”  nəzəriyyə  -  azad  sahibkarlığı  mü-
dafiə etməklə dövlətin iqtisadiyyata hər hansı müdaxiləsinin yol-
verilməzliyini bəyan edirdisə, “islahatçı” müasir liberal konsepsi-
ya tərəfdarları ( .Bentam, Ceyms Mill və Con  Mill) fundamental 
liberal  dəyərlərdən  imtina  etməyərək  dövlətin  fəal  rolunun 
zəruriliyini iddia edirdilər. 
“ slahatçı  liberal”  eremiya  Bentam  (1748-1842)  hesab 
ediridi ki, maraqların harmoniyasını (”xoşbəxtliyin hesabı” (arif-
metika)) düşünülmüş qanunvericiliklə təmin etmək olar. Ona görə 
də o, qanunvericilik sahəsində liberal islahatların ardıcıl tərəfdarı 
kimi  tanınmışdır.  .Bentam  “irsi  aristokratiya”  qaydasını  tənqid 
edərək seçki hüququnun demokratikləşdirilməsi uğrunda mübari-
zə aparırdı. O “ciddi cəzalandırma” tərəfdarı deyildi, çünki hesab 
edirdi  ki,  “cəzanın  qaçılmazlığı”  onun  ciddiliyindən  daha  vacib-
dir. Bentamın ictimai siyasət konsepsiyası dövlətin əsas vəzifələri 
kimi yaşayış minimumu, təhlükəsizlik, bərabərlik və normal dola-
nışığın təmin edilməsini əhatə edirdi. I.Bentamın bu konsepsiyası 
klassik siyasi iqtisadın görkəmli nümayəndələri hesab olunan ata 
və  oğul  Ceyms  Mill  və  Con  Stüart  Millin  iqtisadi  baxışlarının 
formalaşmasında çox mühüm rol oynamışdır. 
“Liberal  islahatçılıq”  konsepsiyası  “proqressiv  inkişaf 
faktoru”  kimi  dövlətin  iqtisadiyyata  fəal  müdaxiləsi  problemini 
müəyyənləşdirməyə  imkan  vermişdir.  Doğrudur  həmin  dövrdə 
dövlətin  iqtisadiyyata  müdaxiləsi  dedikdə  müasir  anlamdakı 
iqtisadi siyasət başa düşünülmürdü. Dövlətin iqtisadiyyata müda-
xiləsi  ilk  növbədə,  iş  günün,  əməyin  təhlükəsizliyi  şərtləri  və 
minimum  əməkhaqqı  səviyyəsinin  tənzimlənməsinə  istiqamətlə-
nən  qanunvericilik  fəaliyyəti  və  zərurət  yarandıqda  sosial  kon-
fliktlərin  həllində  iştirak  baxımından  qəbul  edilirdi.  Bu  ideyalar 
sonralar  “fransız  həmrəyçiliyi”  və  alman  “kateder  -  sosializmi” 
tərəfdarları  tərəfindən  inkişaf  etdirilmiş  və  güclü  “paternalist 
dövlət” yaradılması cərəyanının meydana gəlməsində mühüm rol 
Расим Щясянов 
 
16 
 
oynamışdır.  Lakin  iqtisadi  nəzəriyyələrin  əsas  inkişaf  istiqamət-
lərinin formalaşmasında bu konsesiyaların ciddi təsiri olmamışdır. 
Kapitalizmin inkişafı, təsərrüfatçılıq metodlarının seçimində 
ə
nənəvi  “feodal  ideologiyalarının”  rolunun  tədricən  “əməli  töv-
siyələrə”  keçməsini  sürətləndirdi.  Məsələn  Alfred  Marşal  (1842-
1924)  özünün  məhşur  əsərində  dövlətin  roluna  çox  az  diqqət 
vermişdir.  “Siyasi  iqtisadın  prinsiplərinin”  yalnız  sonuncu,  5-ci 
cildində  vergiqoymanın  ənənəvi  məsələlərinin  izahı  verilir.  Bu-
rada  artıq  yeni  nöqteyi-nəzər  vergi  yükünün  dəyişməsi  problemi 
qoyulur.  Bununla  belə  dövlətin  iqtisadiyyatdakı  roluna  geniş 
spektrdə A.Marşall tərəfindən baxılmamışdır. 
Dövlətin  iqtisadiyyata  müdaxiləsinin  tənqidi  Leon  Valrasın 
(1834-1910)  “Sosial  iqtisadiyyat  oçerkləri.  Ictimai  sərvətin  böl-
güsü nəzəriyyəsi” (1896) adlı kitabında ətraflı əsaslandırılmışdır. 
A.Valras  əsas  funksiyaları  ictimai  nemət  istehsalı  və  inhisarlar 
üzərində  nəzarətlə  məhdudlaşan,  “kiçik”  dövləti  məqbul  hesab 
edir.  qtisadi  funksiyaların  məhdudlaşdırılmasını  vergilərin  azal-
dılması üçün əsas hesab edən Valras aparıcı vergi növünün gəlir 
vergisi yox, əmlak vergisi olmasını məqsədəuyğun hesab edirdi.  
talyan  iqtisadçısı  U.Masolla  dövlət  maliyyəsini  tədqiq 
edərək,  faktiki  olaraq  ilk  dəfə  “ictimai  nemət”  məfhumunun  xa-
rakterini  açmışdır  (1890).  Artıq  1896-cı  ildə  Isveç  iqtisadçısı 
Knut  Viksel  (1851-1926)  sübut  etdi  ki,  fərdi  və  sosial  xərclərin 
(MPC  və  MSC)  limit  səviyyələrindəki  fərq  dövlət  xərcləri  və 
vergilərin  hesabına  ləğv  edilə  bilər.  Bunun  üçün  lazım  olan  icti-
mai nemətin zəruri həcmini isə ancaq siyasi yollar – səsvermə va-
sitəsilə müəyyənləşdirmək olar. 
Nemətlərin  “ictimai”  və  “fərdi”  növlərə  ayrılması  isə,  bir 
tərəfdən  onların  keyfiyyət  fərqi,  digər  tərəfdən  isə  ictimai  rifah 
halının  maksimum  artırılmasını  təmin  etmək  üçün  “toplanması” 
kimi  problemlər  doğurdu.  Bu  problemlər  isə  ilk  dəfə  Valfred 
Paretonun  (1848-1923)  “Siyasi  iqtisad  kursu”  (1896-1897)  və 
Artur Sesil Piqunun (1877-1959) “Sərvət və rifah halı” (1912) və 
“Rifah – halının iqtisadi nəzəriyyəsi” (1920) əsərlərində qaldırıl-
mışdır.  Problemin  belə  qoyuluşu  sonralar  N.Kaldar,  T.Sitovski, 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə