Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 

10 



mühit    amilini  də  nəzərə  alır.  Çünki  ətraf  mühit  insanların  iqtisadi  və  sosial 

yaşayışının  bazisi  hesab  edilir.  Dünya  təsərrüfat  sisteminin  inkişafının  müasir 

səviyyəsində insan-təbiət  münasibətlərinin  hərtərəfli  öyrənilməsi  və  lazımi  siyasətin 

hazırlanması  dövrün  aktual  problemi  hesab  olunur.  Ətraf  mühitin  bərpası  və 

mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə  bəşəriyyəti narahat edən, cəmiyyətin 

ə

ldə  etdiyi  nailiyyətlərin  qorunması,  harmonik    inkişafi  (təbiət  və  cəmiyyətin) 



istiqamətində  zəruri  tədbirlərin yerinə yetirilməsi deməkdir. 

Ə

vvəlki 



statistik 

tədqiqatlarda 

ə

halinin 


həyat 

səraitinin 

statistik 

araşdırılmasında  ətraf  mühit  (ekoloji)  amili  nəzərə  alınmırdı.  Ona  görə  də,  

iqtisadiyyat  sektorlara  bölünməmişdi  (ev  təsərrüfatı,  real,  maliyyə  sektoru)  və 

statistik təhlil də  sektorlar üzrə aparılmırdı. Ekoloji problemlərin  aktuallaşması ev 

təsərrüfatı  sektorunun    daha  dərindən  öyrənilməsinə  və  sektorun    inkişafına  diqqəti 

daha  da  artırmışdır.    Ev  təsərrüfatı  sektorunda    istehsal,  istehlak  və  bölgü 

qanunlarının  statistik tədqiqi  daha da aktual olaraq qalır. Ev təsərrüfatı sektoru aşağı 

həcmli  investisiya  ilə  aktivləşir,  iqtisadi,  sosial  və  ekoloji  problemlər    yerində  həll 

olunur.  Həyat  səraitinin  tədqiqi    ücün  ev  təsərrüfatında    istehsal  münasibətlərini 

öyrənmək    bəzi  tədqiqatçılar  tərəfindən  ön  plana  çəkilir.    Ev  təsərrüfatına    həm 

ekoloji, həm iqtisadi və həm də sosial  vahid kimi baxılır. Məsələyə bu cür yanaşma 

yaşayış  yerlərinin  (şəhər,  kənd,  icma,  “Community”)    inkişafının  öyrənilməsinə 

imkan  yaradır.  lkin  yaşayış  yerlərinə  (ərazilərə)  ev  təsərrüfatlarının  toplusu  kimi 

baxılır. 

        Ev  təsərrüfatlarının,  yaşayış  yerlərinin  həyat  səraitinin  araşdırılması  birtərəfli 

aparılmamalı,  ekoloji  və  insan  amili  ön  plana  çəkilməlidir.  Gələcək  tədqiqatlar  öz 

istiqamətini  sosial-iqtisadi  sahədən  sosial-ekoloji  sahəyə  yönəltməlidir.  Çünki  əldə 

edilmiş    qisamüddətli  sosial-iqtisadi    müvəffəqiyyətlər  sosial-ekoloji  sahədə  

uzunmüddətli müvəffəqiyyətsizliyə səbəb ola  bilər.  

        Müasir  elmi-texniki  məlumatların  ümumiləşməsi  göstərir  ki,  ətraf  mühitin 

çirklənməsinin  əsas  mənbəyinin  45%-i  sənaye  və  energetika  və  40%-i  kənd 

təsərrüfatı  fəaliyyətidır.  Ətraf  mühitin  vəziyyəti  daha  çox  iqtisadiyyatın  sənaye 




 

 

11 



sektorunun  inkişafı  ilə  müəyyən  olunur.  Sənaye  müəssisələrinin  fəaliyyəti  zamanı 

atmosferə  çirklənmiş  maddələr  atılır.  Sənaye  istehsalı,  nəqliyyat,  su  obyektlərinin 

çirklənməsi,  meşə  yanğınları  ətraf  mühitə  təsir  göstərir.  Sənaye,  məişət,  kənd 

təsərrüfatı  tullantılarının  zibillikləri  nəticəsində  torpağın  çirklənməsi  təhlükəli 

xarakter  daşıyır.  Meşə  yanğınları  təbii  mühitə  əhəmiyyətli  dərəcədə  ziyan  vurur. 

Beləliklə,  təbiət  və  cəmiyyətin  qarşılıqlı  münasibəti  mahiyyətcə  dəyişərək 

mürəkkəbləşmiş, daha geniş məna kəsb etmiş, qlobal planetar əhəmiyyət almışdır.  

    Deyilənlərdən belə nəticəyə gəlirik ki, iqtisadi artım ekoloji amilin nəzərə alınması 

şə

rti ilə həyata keçirilməlidir.  



         Müasir  şəraitdə  əhalinin  gəlir mənbələri  aşağıdakılardır: 

1. Əmək  haqqı  və  işçilərin  öz  əməyi  üçün  aldığı digər ödənişlər; 

2. Fərdi  əmək  fəaliyyətindən  əldə  edilən  gəlirlər; 

3.  ctimai    istehlak    fondundan,  xüsusi    fondlardan    ödənilən    ödənişlər    və  

güzəştlər, həyatın  sığortası  üzrə  illik  ödənişlər; 

4.  Mülkiyyətdən    alınan    gəlirlər  (maliyyə    aktivləri,  torpaq    və    müəlliflik  

hüququ,  patent  və  istifadə  üçün); 

5. Fərdi  həyətyanı  təsərrüfatdan, bağ-bağçadan və s. əldə olunan gəlirlər (xalis  

məhsulun  dəyəri); 

6. Sair  gəlir  mənbələri (lotereya  uduşları, müsabiqələr  və  yarışlarda  qalib  

gəldiyinə  görə). 

         Hüquqi    baxımdan   qanuni  və  kölgə  iqtisadiyyatı    çərçivəsində    qeyri- 

qanuni  gəlirləri  fərqləndirirlər. Sonuncuya müəyyən edilmiş qaydada qeydiyyatdan  

keçməyərək    vergidən    və    nəzarətdən    gizlənmək    yolu    ilə    əldə  edilmiş    gəlirlər  

aiddir. 

        Real    gəlirlərin    səviyyəsi    müxtəlif    ölkələr    üzrə    müqayisə    edilərkən    onu  

həmin  ölkədə    mövcud    olan    sosial-iqtisadi    şəraitlə    əlaqələndirmək    lazımdır. 



 

 

12 



Gəlirlərin    səviyyəsi    müqayisə    olunarkən    hər    ölkədə    həyata    keçirilən    sosial  

tədbirlər    də    nəzərə    alınmalıdır.  Sosial    tədbirlərin  (səhiyyənin,  təhsilin    və    s.)  

dövlət  büdcəsindən  maliyyələşdirmə  dərəcəsi  yaşayış  səviyyəsinə  bilavasitə  təsir  

edən  amillərdəndir. 

        Gəlirlərə (əmək  haqqına)  dair  məlumatlar  müqayisə  olunarkən  nəzərə  almaq  

lazımdır  ki,  nominal  və  real gəlirlər (əmək  haqqı)  göstəricisi  yalnız  məşğul əhali  

üzrə  hesablanır. Bu  göstərici  işsizlərin    yaşayış  səviyyəsini  əks  etdirmir. Real 

gəlirlər  (əmək    haqqı)    hesablanarkən    nominal    gəlirlər  (əmək    haqqı),  inflyasiya, 

vergilər,  manatın    alıcılıq    qabiliyyəti    və    başqa    iqtisadi    göstəricilər    nəzərə  

alınmalıdır. BƏT-in  tövsiyələrinə  əsasən,  real gəlirlər (əmək  haqqı)  hesablanarkən  

nominal  gəlirləri  (əmək    haqqından)  istehlak  qiymətləri  indeksinə  bölmək  lazimdır. 

Real gəlirin  təhlili  zamanı  qiymət  indekslərinin düzgün hesablanması da  mühüm  

problemlərdən  biridir. 

          Milli  statistikada  ilkin  uçot  və  statistikanın  beynəlxalq  standartlara  uyğun  

qurulması,  MHS-in  tətbiqi, ümumi  orta  kəmiyyətlərdən  qrup  orta  kəmiyyətlərə  

keçilməsi  vacib məsələlərdəndir.  



§1.2. Statistik registrlərin Azərbaycanda aparılması və onun statistik 

 vahidlərin Dövlət registri ilə qarşılıqlı əlaqəsi 

 

 

Dövlət  statistika  xidməti  modelində  statistik  məlumat  sektoru  mühüm 



yerlərdən  birini  tutur.  Statistik  məlumat  sektorunun  əsas  vəzifəsi  informasiya 

istehlakçılarını  keyfiyyətli  və  operativ  statistik  məlumatlarla  təmin  etməkdən 

ibarətdir. Bu vəzifəni yerinə yetirmək üçün regional və inzibati informasiya sistemləri 

və şəbəkələri yaradılmalı, inzibati registr əsasında statistik registr formalaşdırılmalı, 

bu  informasiya  resurslarının  vahid  informasiya  məkanına  inteqrasiyası  təmin 

edilməlidir. 

nteqrasiya  məsələsi  əvvəlcə  həmin  sistemlərin  göstəricilərinin 

uzlaşdırılmasını,  beynəlxalq  təsnifatlardan  istifadə  edilməsini,  bu  sistemlərin  birgə 

fəaliyyət prinsiplərinin hazırlanmasını tələb edir. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə