Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

 

19 



öz  borc  öhdəliklərinin  ödənilməsi  məqsədilə  və  ya  başqa  səbəblərdən  iqtisadi 

fəaliyyət  göstərirsə,  onda  onun  sonrakı  iqtisadi  vəziyyəti  sahə  subregistrində 

müşahidə edilir. 

 

Yeni  yaranmış  vahid-  yeni  yaradılmış  təsərrüfat  subyektinə  şamil  edilir  və 



qeydiyyat  anından  onun  iqtisadi  fəallığının  müşahidəsinədək  və  ya  dövlət  statistika 

orqanlarına statistik hesabatların təqdim etdiyi anadək saxlanılır. 

 

Bu vaxt ərzində yeni yaradılmış statistik vahid statistik registrə daxil edilmir. 



Yeni  yaradılmış  vahidlərin  sonrakı  vəziyyətinin  müəyyən  edilməsi  üçün  yerli 

statistika orqanları ilə birlikdə müşahidələr aparılmalıdır. Yeni yaradılmış vahidlərin 

qeydiyyat anından 6 ay keçdikdən sonra dövlət statistika hesabatları təqdim edilərsə, 

yaxud digər inzibati registrlərdə  (vergi, gömrük  və s.) məlumat olarsa, bu vahidlərə 

“fəal vahid” statusu verilir və onlar statistik registrə daxil edilir. 

 

Ə



gər  6  ay  müddətində  yeni  yaradılmış  təsərrüfat  subyekti  öz  fəaliyyəti 

haqqında  heç  bir  ünvana  məlumat  verməmişdirsə,  onda  bu  statistik  vahid  “yatmış” 

vahid  kimi  müəyyənləşdirilir  və  üç  il  müddətində  Statistik  Vahidlərin  Dövlət 

Reyestrinin  (SVDR) tərkibində “yatmış” vahid kimi müşahidə edilir. Üç il keçdikdən 

sonra  bu  vahid  fəaliyyətə  başlamazsa,  onda  o,  “vahid  haqqında  heç  bir  məlumat 

yoxdur” statusu alır və sonralar statistik registrə daxil edilmir. 

 

Ə

gər əvvəllər fəal olmuş vahid uzun müddət (bir ildən çox) fəaliyyət göstər-



məzsə,  onda  onların  siyahıları  sahə  şöbələri  tərəfindən  qeyri-fəal  subyektlərin 

identifikasiyası  kodları  ilə  birlikdə  registrləri  aparan  bölməyə  təqdim  edilir.  Bunun 

ə

sasında registrin məlumat bazasında bu subyektlər “yatmış” vahid kimi qeyd edilir, 



sonralar  onların  vəziyyəti  SVDR-də  müşahidə  edilir  və  bu  vəziyyət  üç  ilə  qədər 

saxlanılır. Əgər üç il keçdikdən sonra bu subyektlər  fəaliyyətlərini bərpa etməzlərsə, 

onların fəallıq vəziyyəti “vahid haqqında heç bir məlumat yoxdur” kimi qeyd edilir. 

 

Fəaliyyətini bərpa etmiş subyektə yenidən “fəal” statusu qaytarılır. Sonralar 



bu  subyekt  statistik  müşahidələrə  cəlb  edilir  və  təqdim  edilən  statistik  hesabatlar 

ə

sasında o, “hesabat verən” statusu alır və statistik registrə daxil edilir. 



 

qtisadi  qeyri-fəal  subyektlərin  vəziyyəti  digər  inzibati  orqanların 

məlumatları  əsasında  müşahidə  edilir.  Fəaliyyətlərini  bərpa  etmiş  subyektlər  aşkar 



 

 

20 



edilərsə,  subyektin  hal-hazırda  həyata  keçirdiyi  əsas  fəaliyyət  növünün 

müəyyənləşdirilməsi məqsədi ilə müşahidə edilir. 

 

Statistik  göstəricilərin  işlənməsi  üçün  istifadə  edilən  sahə  subregistrləri 



statistik registrin məlumat bazası əsasında formalaşdırılmalıdır. Bununla bərabər sahə 

subregistrlərinin və sahə məlumat bazalarının strukturları və sətirlərin adları statistik 

registrin strukturuna və sətirlərin adlarına tam uyğun olmalıdır. 

 

Statistik registrin aktuallaşdırılması aktuallaşma üzrə təsdiq edilmiş tədbirlər 



planına uyğun olaraq həyata keçirilir.  

 

Tam  və  aktual  məlumatın  alınması  statistika  orqanlarının  ən  kiçik  səviy-



yəsindən  başlayaraq  bütün  statistika  xidmətləri  tərəfindən  təmin  edilir  və  müxtəlif 

səviyyəli xidmətlər arasında funksiyaların bölüşdürülməsi ilə səciyyələnir. 

 

Hesablama  texnikası  ilə  təmin  edilmiş  yerli  statistika  orqanları  regional 



registrlərin  yerli  səviyyədə  Dövlət  Statistika  Komitəsinin  təsdiq  etdiyi  strukturda 

avtomatlaşdırılmış  rejimdə  aparılmasını  və  subyektlərin  fəaliyyətlərində  baş  verən 

dəyişikliklər  haqqında  məlumatların  mərkəzi  səviyyəyə  texniki  daşıyıcılarda 

ötürülməsini həyata keçirir [10, 11, 42].  

 

Statistik  vahidlərin  fəallıq  vəziyyətinin  aktuallaşdırılmasına  dair  işlər  sahə 



ş

öbələri ilə əlaqəli şəkildə aşağıdakı məlumatlar əsasında həyata keçirilir: 

 

- müəssisə, idarə və təşkilatların ilkin hesabatları, 



 

- təsərrüfat subyektlərinin  seçmə müşahidələri, 

 

- təsərrüfat subyektlərinin siyahıyaalınması, 



 

- toplu statistik hesabatları yerli statistika orqanları tərəfindən təqdim edilən 

müəssisələrin siyahısı. 

 

Nəticədə  mərkəzi  registrin  məlumat  bazasına  statistik  vahidlərin  cari  vəziy-



yətlərinə uyğun olan fəallıq kodları daxil edilir. 

 

Bundan əlavə təsərrüfat subyektlərinin faktiki yerlərinin və cari fəallıq vəziy-



yətlərinin dəqiqləşdirilməsi məqsədi ilə, registrlərin aparılması xidməti ölkənin digər 

inzibati orqanlarının registrləri ilə qarşılıqlı əlaqədə olur. 

 

Registri aparan şöbə statistik registrə daxil olunacaq vahidlərin (yeni yaran-



mış, “yatmış”, fəaliyyətini bərpa etmiş) fəallıq vəziyyətinin müşahidəsini təşkil edir. 


 

 

21 



Bu  məqsədlə  statistik  vahidlərin  müşahidə  olunacaq  məcmusu  müəyyənləşdirilir, 

statistik vahidlərin fəallıq vəziyyətlərinin müşahidəsi məqsədilə metodoloji vasitələr 

işlənib hazırlanır.  

 

Sahə  şöbələri  təsərrüfat  subyektlərinin  cari  ildə  maliyyə-təsərrüfat 



fəaliyyətləri  haqqındakı  hesabat  məlumatlarını  təhlil  edir,  növbəti  hesabat  ili  üçün 

onların  əsas  fəaliyyət  növlərini  müəyyən  edir  və  registrləri  aparan  bölməni  statistik 

registrdə uyğun dəyişikliklərin aparılması məqsədilə xəbərdarlıq edirlər. 

 

Növbəti hesabat ili üçün statistik registrin vahid bazasının formalaşdırılması 



məlumat təminatı şöbələri öz sahə subregistrlərinin məlumatları ilə statistik registrin 

sahə bölmələrinin məlumatları arasında müqayisəli təhlil aparır. 

 

Statistik  məlumatların  illik  işləmələrinin  sonunda  statistik  məlumat  şöbələri 



registrləri aparan şöbəyə hesabat təqdim edən vahidlərin məlumat bazasını ötürür. Bu 

zaman sıfır balansa malik olan statistik vahidlər bu bazaya daxil edilmir. 

 

Statistik  registrlərdə  olan  məlumatlar  və  onların  aparılması  üçün  istifadə 



edilən müvafiq proqram təminatı daimi saxlanılır. 

 

Statistik  registrin  məlumat  bazasından  konkret  müşahidənin  həyata 



keçirilməsi üçün  obyekt siyahılarının formalaşdırılması üçün istifadə edilir. 

 

Statistik  registrin  məlumat  bazasının  cari  il  yanvarın  1-i  vəziyyətinə  olan 



yazıları əsasında rüblük və aylıq müşahidələr üçün obyekt siyahıları formalaşdırılır. 

 

llik  müşahidələr  üçün  obyekt  siyahıları  isə  statistik  registrin  məlumat 



bazasının növbəti ilin yanvarın 1-i vəziyyətinə olan yazıları əsasında formalaşdırılır. 

Hesabat  ilinin  müvafiq  dövrü  üçün  statistik  registrin  cari  vəziyyətinin  dəyişikliklər 

massivi  ayrı-ayrı  tədqiqatların  nəticələrinin  işlənməsində  istifadə  edilir.  Bu,  əsasən 

seçmə üsulu ilə həyata keçirilən müşahidələrə aiddir. 

 

Konkret 


statistik 

müşahidələr 

üçün 

obyektlərin 



siyahıyalarının 

formalaşdırılması  və  statistik  registrin  ərazi  bölmələri  əsasında  məlumat-sorğu 

materiallarının  hazırlanması,  registrlərin  formalaşdırılması  və  aparılmasına  məsul 

olan  və  SVDR-nin  və  statistik  registrin  ərazi    bölmələrinin  məlumatlarını  saxlayan 

xidmətlərin üzərinə düşür [10, 22]. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə