Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

 

40 



Yoxsulluğu  xarakterizə  edən  ən  ümumi  göstərici  kasıblıq  əmsalı  (səviyyəsi) 

yaxud bütün əhalidə aşağı gəlirli əhalinin xüsusi çəkisidir. 

Sosial müdafiə tədbirlərinin dəyərini qiymətləndirərkən praktiki əhəmiyyəti olan 

digər mühüm kasıblıq göstəricisi yoxsul ailənin gəlirinin çatışmazlığıdır. Bu göstərici 

kasıblıq həddinə qədər yoxsul ev təsərrüfatının gəlirini yüksəltmək üçün zəruri olan 

pul  vəsaitlərinin  həcmi  kimi  hesablanır.  Başqa  sözlə  desək,  gəlirin  defisitliyi 

aztəminatlının yaşayış minimumunun kəmiyyətinə qədər çatmayan ümumi gəliri kimi 

qiymətləndirilir.  Gəlirlərin  defisitliyi  bütün  yoxsul  ev  təsərrüfatı,  bir  ev  təsərrüfatı 

yaxud əhalinin hər nəfəri üzrə hesablanır. 

Müasir  şəraitdə  kasıblığın  səbəblərinə  -  muzdlu  işçilərin  ayrı-ayrı  kateqori-

yalarında  əmək  haqqının  aşağı  səviyyəsi;  ev  təsərrüfatında  işləməyənlərin  sayının 

çoxluğu;  işsizlik,  pensiya,  yardım  və  təqaüdlərin  aşağı  səviyyəsi  aiddir.  Bunlara 

ə

saslanaraq kasıblıq statistikası bu amillərin yoxsulluğun dinamikasına, yayılmasına 



və  dərinliyinə  təsirini  öyrənir.  Yoxsulluğun  sosial-iqtisadi  tərkibində  aşağıdakı 

göstəricilər qrupu fərqləndirilir: demoqrafik (ev təsərrüfatının orta həcmi; üzvlərinin 

cins-yaş  xarakteristikası  ilə  tərkibi;  ev  təsərrüfatı  üzvlərinin  doğumu,  ölümü  və 

xəstəliyi);  iqtisadi  (gəlirlərin  mənbələri  və  onlardan  istifadə  olunması,  ev  təsər-

rüfatının əmlakı, ev təsərrüfatı üzvlərinin məşğulluğu), sosial (yoxsulluğun səviyyəsi, 

sosial  subsidiyalar,  ev  təsərrüfatının  büdcəsinin  defisitliyi,  qida  məhsullarının 

istehlakının  səviyyəsi  və  kaloriliyi,  yaşayış  şəraiti;  sosial  sahələrin  xidmətlərinin 

istehlakı) göstəricilər. 

 Qeyd  etmək  lazımdır  ki,  yalnız  gəlirlərin  səviyyəsinin  müəyyən  edilməsi 

baxımından  kasıbçılığın  qiymətləndirilməsi  çox  aspektlilik  və  keyfiyyət  xarakteri 

daşıyan  yoxsulluğun  həqiqi  miqyasını  dəqiqliklə  qiymətləndirməyə  imkan  vermir. 

Başqa sözlə desək, yoxsulluğu yalnız insanın adi maddi tələbatlarının təmin edilməsi 

səviyyəsi  ilə  xarakterizə  etmək  düzgün  deyil.  Kasıblıq  o  deməkdir  ki,  insan  yalnız 

həyat  səviyyəsi  baxımından layiqli  yaşayış şəraitindən və imkanlarından  deyil,  həm 

də yaradıcılıq fəaliyyəti, azadlıq və ləyaqətlilik kimi aspektlərindən də məhrum olur. 

Ona  görə  də  son  dövrlərdə  beynəlxalq  təşkilatlar  yoxsulluğun  səviyyəsini 




 

 

41 



qiymətləndirərkən  qarşıdakı  ömür  uzunluğu,  təhsil  səviyyəsi,  sağlamlıq,  gigiyena 

kimi göstəricilərə də xüsusi fikir verir [7]. 

Bu aspektləri nəzərə almaq məqsədilə əhalinin həyat səviyyəsi ilə (sosial prob-

lemlərlə)  məşğul  olan  beynəlxalq  təşkilatlar  bir  sıra  ümumiləşdirici  göstəricilərin 

(insanın inkişaf indeksi, insanın kasıblıq indeksi) hesablanmasını təklif edirlər. 

Beləliklə,  araşdırma  göstərir  ki,  bazar  münasibətləri  şəraitində  əhalinin  həyat 

səviyyəsində baş verən mühüm meylləri dərin və hərtərəfli statistik qiymətləndirmək 

məqsədilə  təcrübədə  həm  ümumiləşdirici,  həm  də  analitik-statistik  göstəricilərdən 

geniş  istifadə  edilir.  Odur  ki,  əhalinin  həyat  səviyyəsinin,  xüsusilə  gəlirlərin 

yüksəldilməsinə  yönəldilən  səmərəli  tədbirlərin  əsas  xarakteristikalarını  qabaqcadan 

müəyyənləşdirmək  üçün  statistik  göstəricilərdən  kompleks  istifadə  edilməsi 

məqsədəuyğundur.            

 

 

 

 

 

 

                                                         II FƏS L 

AZƏRBAYCAN RESPUBL KASINDA ƏHAL N N HƏYAT SƏV YYƏS N N  

STATISTIK Q YMƏTLƏND R LMƏS  

§2.1  Əhalinin həyat səviyyəsinin  müasir  vəziyyətinin statistik təhlili 

Respublikamızda    bazar  münasibətlərinin  daha  da  inkişafı  və  dərinləşməsi  

ə

həmiyyətli  şəkildə  səmərəli  dövlət  tənzimlənməsini,  makroiqtisadi  sabitliyi, 



inflyasiyanın  nəzarətə  götürülməsini,  struktur  dəyişiklikləri,  işgüzar  fəallığın 

gücləndirilməsini zəruri edir. Bu tədbirlərin tədricən həyata keçirilməsi iqtisadiyyatda 

bazar fəaliyyəti mexanizminin formalaşmasının obyektiv proseslərini əmələ gətirir ki,  

bu da səmərəliliyin yüksəldilməsini və sosial yönümlülüyün gücləndirilməsini təmin 

edən  struktur  dəyişikliklərə  gətirib  çıxarır.  Bu,  sosial  -  iqtisadi  proseslər  qarşılıqlı 

ə

laqədədir  və  bir-birini  şərtləndirir.  Odur  ki,  bazar  iqtisadiyyatı  şəraitində  həyat 




 

 

42 



səviyyəsinin  sosial  normativləri  bazasında  qurulan  əhalinin  sosial  müdafiəsi,  onun 

pul  gəlirlərinin  həcmi,  dinamikası  və  diferensiasiyası,  habelə  insanın  həyat 

fəaliyyətinin digər şəraiti məsələlərinin statistik öyrənilməsi olduqca zəruridir [2, 7]. 

Məlumdur  ki,  iqtisadiyyatda  mal  və  xidmətlərin  qiymətlərinin  ümumi  səviy-

yəsinin  qalxması  (yəni  inflyasiya  prosesinin  baş  verməsi)  ev  təsərrüfatı  büdcəsinə, 

onların  sərəncamında  qalan  pul  gəlirlərinə,  bir  sözlə  həyat  səviyyəsinə  əhəmiyyətli 

təsir  göstərir.  Məlumdur  ki,  mal  və  xidmətlərin  istehlak  qiymətlərinin  artım  tempi 

ə

halinin həyat səviyyəsi göstəricilərinin artım tempini qabaqlayarsa onda əldə edilmiş 



nəticənin heç bir müsbət təsiri olmayacaqdır. Ona görə də dövlətin sosial-iqtisadi və 

pul-kredit  siyasətində  inflyasiyanın  arzuolunan  səviyyədə  saxlanılması  əsas  vəzifə 

kimi səciyyələndirilir. Rəsmi statistikanın məlumatları ölkədə istehlak mallarının və 

xidmətlərin  qiymətinin  sosial-iqtisadi  inkişafı  stimullaşdıran  səviyyəsinin 

formalaşdırıldığını göstərir. Belə ki, ölkədə istehlak mallarının və xidmətlərin qiymət 

indeksi  2005-ci  ildə  109.6%    olmuşdursa  2013-cü  ildə  bu  göstərici  102.4%  təşkil 

etmişdir. 

Ölkədə  həyata  keçirilən    sosial-iqtisadi  islahatların  nəticəsində  əhalinin 

gəlirlərinin  həcmində  və  dinamikasında    mühüm  artım  meylləri    müşahidə  olunur 

(cədvəl  2.1).  

Cədvəl 2.1 

2005-2013-cü illərdə Azərbaycan Respublikasında əhalinin pul gəlirlərinin 

və inflyasiya səviyyəsini xarakterizə edən göstəricilərin dinamikası [15] 

 

Göstəricilə



2005 

2007 

2008 

2009 

2010 

2011 

2013 

Ə

halinin pul gəlirləri (mln.manat) 



8064 

14558 


20735 

22396  25607 

30525 

37555 


Hər  nəfərə  düşən  pul  gəlirləri 

(manat) 


974.9 

1720.6  2378.3  2537.2  2866.1 

3371.7 

4039.6 


Orta aylıq əmək haqqı (manat) 

123.6 


215.8 

274.4 


298.0 

331.5 


364.2 

425.1 


Malların  və  xidmətlərin  istehlak 

qiymətlərinin 

toplu 

indeksi 


(özündən  əvvəlki  ilə  müqayisədə, 

%) 


109.6 

116.7 


120.8 

101.5 


105.7 

107.9 


102.4 

Ə

halinin  real  pul  gəlirləri  (mln. 



manat) 

7357 


12475 

17165 


22065  24226 

28290 


36675 

Adambaşına  düşən  real  pul 

gəlirləri (manat) 

889.5 


1125.8  1968.8  2499.7  2711.5 

3124.8 


3944.9 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə