Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 

13 



 

Müasir informasiya texnologiyalarının tətbiqi statistik məlumatların toplanması 

və işlənməsi prosesini köklü sürətdə dəyişmiş, məlumatların elektron şəbəkə forma-

sında toplanmasını və məlumat bazalarının yaradılması statistik məlumatların istehsal 

texnologiyasını təkmilləşdirmişdir.  

 

Statistik məlumat sisteminin əsas tərkib ünsürlərinə metodologiya, təsnifatlar 



sistemi,  registrlər,  məlumat  bazaları  və  statistik  məhsullar  (göstəricilər,  cədvəllər, 

qrafiklər və s.) aiddir. 

 

Qeyd  edilən  ünsürlərin hər  birinin, xüsusilə  registrin  statistik müşahidələrin 



təşkilində  xüsusi  əhəmiyyəti  vardır.  Ümumiyyətlə,  registr  statistik  tədqiqatın  əsası 

hesab edilir və onun məlumatları baş məcmunu tam xarakterizə etməlidir. Ona görə 

də  registrin  məlumatlarının  dəqiqliyi  statistik  tədqiqatın  keyfiyyətinə  birbaşa  təsir 

göstərir. 

 

Statistik  tədqiqatların  müxtəlifliyi  registrlərin  müxtəlifliyini  də  şərtləndirir. 



Yəni registrlər aparılan tədqiqatın növündən asılı olaraq tərtib edilir. Ekoloji, iqtisadi, 

sosial-demoqrafik  müşahidələrin  aparılması  üçün  əhali,  biznes,  məşğulluq,  əmək, 

ə

razi vahidlərinin və inzibati ərazi dairələrinin registrlərindən və s. istifadə edilir. Bu 



registrlərdən  əhali  registri  Ədliyyə  orqanları,  əmlak  registri  Dövlət  Əmlakının 

darəedilməsi  üzrə  Dövlət  Komitəsi  tərəfindən  və  s.  tərtib  edilir.  Həmin  registrlərin 

istifadəçiləri  bir  neçə  orqan  və  ya  tədqiqatçılar  ola  bilər.  Registrin  bir  orqan 

tərəfindən  aparılması  və  ondan  müxtəlif  istifadəçilərin  yararlanması  imkanları 

məlumatların hazırlanması xərclərinə və keyfiyyətinə müsbət təsir göstərir [10]. 

 

qtisadi fəaliyyəti əks etdirən ən iri məlumat fondundan (resurslarından) biri 



statistik  vahidlərin  dövlət  registridir.  Bu  registr  təsərrüfat  subyektləri  haqqında 

məlumat  əldə  etmək  üçün  açıq  sistemdir  və  məlumatların  təhlükəsizliyi  prinsipinə 

ə

saslanır. Onun tərkibinə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq 



bütün təsərrüfat vahidləri daxildir. 

 

Registrlər  öz  təyinatına  görə  inzibati,  statistik  və  s.  ola  bilər.  Lakin  onların 



inteqrasiyası və istifadəçilərin sayının artırılması üçün məlumatlar bloklara bölünür. 

nzibati registrlərdən statistik məsələlərin həllində istifadə edilir. 




 

 

14 



 

Bazar iqtisadiyyatı şəraitində fiziki və hüquqi şəxslərin sayının daimi artması 

statistik tədqiqatın  daha səmərəli və əlverişli metodlarından istifadə edilməsini zəruri 

etmişdir.  Beynəlxalq  statistika  təcrübəsində  tədqiqatın  seçmə  metoduna  daha  çox 

üstünlük verilir. Statistik tədqiqatların ilkin, metedoloji hazırlıq mərhələsi olan seçmə 

prosesi isə  sosial-iqtisadi  obyektlərin statistik  registrlərinin  yaradılmasını  tələb  edir. 

Ölkədə  aparılmış  statistik  tədqiqatların  nəticəsi  (keyfiyyəti)  yaradılmış  statistik 

registrin keyfiyyətindən, onun aktual olmasından asılıdır. Statistik registr əlavə olaraq 

aşağıdakı vəzifələrin yerinə yetirilməsinə də imkan yaradır:   

 

- inzibatı mənbələrdən əldə edilən məlumatların registrə daxil edilməsi, 



 

- statistik məlumatların yayılması, 

 

- ekonometrik təhlilin aparılması. 



  

Rəsmi  statistikada  registrin  yaradılmasının  metedoloji  əsasını  BMT-  nin, 

Avropa  Birliyinin  tövsiyə  etdiyi  normativ  sənədlər  təşkil  edir.  Bu  tövsiyələrdə 

statistika  məlumatlarının  təsnifatı  və  kodlaşdırılması  qaydaları  müəyyən  edilir, 

təsərrüfat subyektlərinin statistik tədqiqatı həyata keçirilir. 

 

Statistik registrin yaradılması və aparılması statistik vahidlərin dövlət registri 



və  statistika  müşahidə  obyektlərinin  ümumi  məcmusunun  formalaşdırılması 

prinsiplərinə müvafiq olmalıdır.  

 

Statistik  müşahidə  vahidlərinin  statistik  registrə  daxil  edilməsi  üçün  onun 



xarakteristikalarının  eyniləşdirilməsi  (identifikasiya)  lazımdır  ki,  bu  zaman  texniki-

iqtisadi  və  sosial  informasiyanın  təsnifatlaşdırılmasından  istifadə  edilir.  Bu  proses 

dövlət informasiya fondları sistemlərinin vahid metodoloji əsasda formalaşdırılmasını 

təmin edir və statistik registrin məlumatları əsasında informasiya texnologiyalarından 

istifadə etməklə rəsmi statistikanın formalaşdırılmasına imkan verir. 

 

Statistik  registr  ölkə  ərazisində  iqtisadi  siyahıyaalma  da  daxil  olmaqla 



statistik müşahidələrin təşkili üçün əsas götürülür. Statistik registrə hüquqi şəxslərin 

və fərdi sahibkarların dövlət qeydiyyatı, hüquqi şəxslərin filialları, nümayəndəlikləri, 

digər  xüsusi  bölmələri,  onların  yerli  vahidləri,  hüquqi  şəxs  yaratmadan  fəaliyyət 

göstərən fərdi sahibkarlar (fiziki şəxslər) haqqında məlumatlar daxil edilir [11]. 




 

 

15 



 

Ə

ksərən  registrin  formalaşdırılması  üçün  statistika  xidməti  inzibati 



mənbələrdən də lazımi informasiya alır. 

 

Statistik  registrin  informasiya  fondu  inzibati  və  statistik  məlumatlardan 



ibarətdir.  nzibati məlumatlara aiddir: 

 

- hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatına dair məlumatlar, 



 

- xarici hüquqi şəxslərin nümayəndəliyi haqqında məlumatlar. 

 

Statistik məlumatlar statistik müşahidələrin təşkili metodologiyasının tələblə-



rinə müvafiq informasiya ehtiyatları və sistemləridir. Konkret statistik müşahidələrin 

aparılması məqsədilə statistik registrin informasiya fondundan istifadə edilir. 

 

Statistik  registr  statistik  vahidlərin  Dövlət  registrinin  statistik  müşahidə  



obyektlərinin  ümumi  məcmusuna  uyğun  tərtib  edilir  və  onun  tərkibinə  aşağıdakı 

ünsürlər aid edilir: 

 

 -statistik vahidlərin registri,  



 

-statistik vahidlərin ümumi məcmusu,  

 

-statistik registrin informasiya fondu. 



 

Müəssisə  və  təşkilatların  statistik  registri  müşahidə  olunan  hər  bir  obyekt 

üzrə  informasiyanın  toplanılması,  işlənməsi,  yayılması,  saxlanılması  və  axtarışını 

təmin  edən  informasiya  sistemidir.  Statistik  registr  əsasında  seçmə  müşahidələrinin 

ə

sası  formalaşdırılır,  statistik  müşahidənin  nəticələri  ümumi  məcmuya  şamil  edir, 



yekun məlumatlar və analitik cədvəllər hazırlanır. 

 

Ümumi  şəkildə  statistik  registrin  əsas  məqsədlərinə  aşağıdakıları  aid  etmək 



olar.  

 

-statistik  müşahidələrin  təşkili  üçün  statistik  müşahidə  vahidlərinin  ümumi 



məcmusunu formalaşdırmaq; 

 

-ümumi məcmunun statistik təhlili üçün zəruri olan seçmə statistik vahidlərin 



xarakteristikasını əldə etmək; 

 

-statistik tədqiqatların keyfiyyətini artırmaq məqsədilə ekonometrik metodların 



köməyi ilə məlumatları təhlil etmək; 

 

-statistik  vahidlərin  məlumatları  əsasında  qruplaşdırma  aparmaq  və  analitik 



cədvəllər hazırlamaq; 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə