Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə136/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   ...   132   133   134   135   136   137   138   139   140

 

404


Azərbaycan dövləti mülkiyyətin çoxnövlüyü əsasında müx-

təlif təsərrüfat formalarının, daxili bazarın yaranması və fəaliyyəti 

üçün  bazar  infrastrukturunun  yaradılması,  biznes  və  sahibkarlıq 

fəaliyyətinin  inkişafı,  özəlləşdirmə  proqramının  həyata  keçiril-

məsi,  xarici  iqtisadi  əlaqələrin  bərpa  edilməsi,  maliyyə,  kredit, 

bank işi, pul tədavülünün yenidən qurulması, inflyasiya və işsiz-

liyin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili sahə-

sində  məqsədyönlü  iş  aparır.  Bu  işlərin  həyata  keçirilməsində 

dövlət öz funksiyası çərçivəsində iqtisadiyyatın müxtəlif sahəsinə 

aid tənzimləyici tədbirlər həyata keçirir. 

Azad  beynəlxalq  ticarətin  üstünlüyü  çoxdan  məlumdur. 

Hələ 1776-cı ildə Adam Smit bunun mahiyyətini görmüş və gös-

tərmişdir  ki,  ağıllı  ailə  başçısı  heç  vaxt  onun  ailəsi  üçün  lazım 

olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz. Dərzi 

özü üçün ayaqqabı tikməyə cəhd etmir, onu çəkməçidən alır, çək-

məçi də özünə paltar tikmir, onu dərzidən alır. Fermer də özünə 

bu və digər texnika istehsal etmir, onu istehsal edən sahibkarlar-

dan alır.  Hər bir istehlakçının öz sahəsində başqalarından üstün-

lükləri  var.  Ona  görə  də  onun  istehsal  etdiyi  məhsul,  ixtisası  ol-

mayanlara nisbətən daha az xərclə başa gəlir. 

Ölkələr  arasındakı  iqtisadi  əlaqələrin  xarakteri  dünya  döv-

lətlərinin xarici ticarət siyasətini də müəyyən edir. Dünya ölkələri 

arasında azad ticarət və himayəçilik siyasəti həyata keçirilir. 

Azad  ticarət  siyasəti  o  deməkdir  ki,  dövlətlər  arasında 

ticarətin  inkişafına  heç  bir  məhdudiyyət  qoyulmur.  Himayəçi-

likdə isə dövlətlərarası ticarətdə məhdudiyyətlər qoyulur. 

Azad  ticarət  siyasətinin  həyata  keçirilməsi  dünya  iqtisa-

diyyatında iqtisadi ehtiyatların daha səmərəli yerləşdirilməsinə və 

maddi  rifahın  səviyyəsinin  daha  da  yüksəldilməsinə  səbəb  olur. 

Hər ölkədə ehtiyatların quruluşu və texnoloji biliklərin səviyyəsi 

müxtəlifdir. Buna görə də ölkədə müəyyən əmtəələrin real xərc-

ləri də müxtəlifdir. Hər bir dövlət o məhsulu istehsal etməlidir ki, 

həmin  əmtəənin  istehsal  xərcləri  başqa  ölkələrdəkinə  nisbətən 

aşağı olsun. Əgər hər bir dövlət məsələyə belə yanaşsa, təbii mü-

hitə  görə  istehsalın  ixtisaslaşmasından  bütün  dünya  tam  istifadə 



 

405


edə  bilər.  Başqa  sözlə,  dünyada  hər  bir  azad  ticarət  siyasəti  ye-

ridən dövlət eyni həcmli iqtisadi ehtiyatlardan daha çox real gəlir 

götürə bilər. 

Himayəçilik siyasəti ixtisaslaşmanın üstünlüklərindən, onun 

səmərəliliyindən istifadə etməni məhdudlaşdırır. 

Ə

gər  dövlətlər  azad  ticarətdən  istifadə  etməyib,  bu  və  ya 



digər məhsulu dünya bazarından ucuz almaqdan məhrum olursa, 

həmin məhsulu öz ölkəsində istehsal etməyə məcbur olur. Bu isə 

qeyd olunduğu kimi, bəzən (bəlkə də çox vaxt) dünya bazarından 

daha  baha  başa  gəlir.  Bundan  həm  dünya  bazarı,  həm  də  həmin 

dövlət itirmiş olur. 

Azad ticarət dünya bazarından istədiyi məhsulu sərbəst su-

rətdə seçməyə imkan verir. Azad ticarət, eyni zamanda azad rəqa-

bət yaradır. Bu da iqtisadiyyatın inkişafının əsas amillərindən bi-

ridir.  Buna  görə  həyat  azad  ticarətin  inkişaf  etdirilməsini  tələb 

edir. 


Azad  ticarətin  üstünlüklərinə  baxmayaraq,  ona  mane  olan 

amillər də vardır. Azad ticarət siyasətini adətən o dövlətlər  yeri-

dirlər ki, onların iqtisadi inkişaf səviyyəsi yüksəkdir, istehsal olu-

nan əmtəələrin fərdi dəyəri beynəlxalq bazar dəyərindən aşağıdır. 

Məhsulun  çeşidi,  rəngarəngliyi  və  keyfiyyəti  də  belə  ölkələrdə 

yüksək  olur.  Orta  və  aşağı  inkişaf  səviyyəsində  olan  ölkələrdə 

istehsal  olunan  əmtəələrin  fərdi  dəyəri  isə  dünya  bazar  dəyərin-

dən adətən yüksək olur. Buna görə də yerli məhsullar inkişaf et-

miş  ölkələrdən  gətirilən  məhsullarla  rəqabətə  girə  bilmir.  Xa-

ricdən  gətirilən məhsullar satılır,  yerli məhsullar  isə reallaşa bil-

mir.  Bu  isə  milli  sənayenin  inkişafına  mane  olur.  Bununla  əla-

qədar olaraq, bu cür dövlətlər himayəçilik siyasətini irəli sürürlər. 

Məqsəd  milli  sənayeni  güclü  olan  xarici  dövlətin  zərbəsindən 

xilas etmək və onun inkişafına şərait yaratmaqdır. 

Milli bazarın xarici rəqiblərin təsirindən qorunmasının əsas 

yolu  dövlətin  yeritdiyi  gömrük  siyasətidir.  Dövlət  xaricdən 

gətirilən  məhsulların  üzərinə  elə  gömrük  haqqı  qoyur  ki,  yerli 

məhsullarla  xarici  məhsulların  qiyməti  tarazlaşsın.  Dövlət  bütün 

xarici  əmtəələrə  eyni  gömrük  haqqı  qoya  bilməz.  O  əmtəələrə 



 

406


yüksək gömrük haqqı qoyulur ki, o, yerli məhsulların istehsalına 

mane olur. 

Milli  iqtisadiyyatın  xarici  rəqabətdən  qorunmasının  dolayı 

yolları  da  mövcuddur.  Bu,  ən  əvvəl,  yerli  məhsulların  qiymətini 

aşağı  salmaqdır.  Məsələn,  Yaponiyanın  maşınqayırma,  elektro-

texnika,  cihazqayırma  sənayesi  son  vaxtlar  ABŞ  məhsullarına 

dünya bazarında ən böyük rəqib olmuşdur. ABŞ Yaponiya malla-

rının  gətirilməsini  inzibati  qayda  ilə  məhdudlaşdırmaqla  bərabər 

bu metoddan özü də istifadə edir. 

Milli  iqtisadiyyatın,  xüsusilə  yeni  sahələrin  yaranması  və 

inkişafında  onları  xarici  rəqabətdən  qorumaqda  gömrük  siyasəti 

müsbət  rol  oynasa  da,  bütövlükdə  dünya  istehsalının  azalmasına 

səbəb olur. 

 

18.2. Azərbaycanda xarici ticarəəlaqələrinin  

ə

sas xüsusiyyətləri 

 

Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən 



məqsədyönlü tədbirlər, nəinki mühüm sosial-iqtisadi, həm də bö-

yük  siyasi  əhəmiyyət  kəsb  edir.  Bu  da  Azərbaycan  dövlətinin 

beynəlxalq aləmdə nüfuzunun artmasını və dövlət müstəqilliyinin 

möhkəmlənməsində əyani sübutdur.  

Müasir  dövrdə  və  yaxın  perspektivdə  Azərbaycanın  siyasi, 

iqtisadi  və  xarici  ticarət  əlaqələrinin  genişləndirilməsində  həll-

edişi  göstərici  neft  amilidir.  O,  milli  iqtisadiyyatın  inkişafında 

xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycanın  xarici  şirkətlərlə  bağladığı  neft  müqavilələri 

(19 müqavilə 27 ölkənin 56-dan artıq şirkətləri iştirak edir) çərçi-

vəsində neft sənayesinə 60 milyard ABŞ dolları həcmində inves-

tisiya qoyulması nəzərdə tutulur. Neft ixracından əldə edilən gəlir 

səmərəli şəkildə respublikanın sosial-iqtisadi tərəqqisində istifadə 

etmək  məqsədilə  hazırda  xüsusi  neft  fondu  yaradılmışdır.  Bu, 

həmçinin beynəlxalq ticarətin inkişafında və genişləndirilməsində 

BVF-nun və Dünya Bankları üçün əyani zəmanət hesab edilir. 




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə