Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə133/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   ...   129   130   131   132   133   134   135   136   ...   140

 

395


funksiyalarının  tam  həyata  keçirilməsi  baxımından  nəzərdən 

keçirək. 

nternet-mağazanın  həyata  keçirtdiyi  funksiyalar  aşağıda-

kılardan ibarətdir: 

-  müştəriyə  mal  (xidmət)  haqqında  informasiyanın  ve-

rilməsi; 

- müştəridən mal (xidmət) sifarişinin alınması; 

- ödənişin qəbulu; 

- malın çatdırılması. 

Bu gün Azərbaycanda  NTERSHOP Communications şirkə-

tinin  işləməsi  olan  tamfunksiyalı  NTERSHOP  3  ticarət  nternet 

sistemi təqdim olunmuşdur. Bu sistemin bir sıra unikal imkanları 

sayəsində  sistem  hal-hazırda  qərb  bazarında  geniş  mövqelərə 

malikdir – dünyada 3000-ə yaxın Internet-mağazası  NTERSHOP 



sisteminin bazasında işləyir. Qeyd olunana əsasən texnoloji on-

layn-ticarət  prosesinin  təşkilini  məhz  bu  sistemin  timsalında  nə-

zərdən keçirəcəyik. 



NTERSHOP  3

  bazasında  yaradılmış  nternet-mağazanın 

ticarət zalında satış aşağıdakı qaydada həyata keçirilir: 

1. Alıcı istənilən veb-dizayn vasitələri ilə tərtib oluna bilən 

vitrinə düşür. Vitrin mağazadan kənarda  yerləşə bilər və şirkətin 

informasiya saytının bir hissəsi kimi təqdim oluna bilər. Çox vaxt 

vitrində yeni mallarla bağlı təkliflər yerləşdirilir. Mağazanın say-

tında  şirkət  haqqında  tam  məlumat  yerləşdirilməli,  elektron  poçt 

ünvanı,  telefon  nömrələri,  ofislərin  ünvanları,  keçidlərin  sxemi 

göstərilməlidir.  Mümkün  konflikt  vəziyyətlərinin  və  problem-

lərin, habelə onların həlli üsullarının göstərilməsi məqsədəuyğun 

olardı. 


2. Alıcı mal və xidmətlərin tam kataloqu ilə tanış olur. Elek-

tron kataloqun çap kataloqundan fərqi ondan ibarətdir ki, elektron 

kataloq “mərhələli axtarış” metodundan istifadə hesabı ilə işlənib 

hazırlanır. Bu metod isə digər kataloqlarda mövcud deyildir. Me-

tod mal qruplarından mal yarımqruplarına, növlərinə ardıcıl şəkil-

də  keçiddən  ibarətdir  və  verilmiş  meyarlar  əsasında  axtarış  sər-




 

396


hədləri  məhdudlaşdırıldıqda  istifadəçilər  üçün  əlverişli  əks  rabi-

təni təmin edir. 

Malın  (xidmətin)  qısa  təsviri  ilə  yanaşı,  alıcıya,  həmçinin 

tam təsvirin verilməsi də təklif oluna bilər. Malın tam təsviri çər-

çivəsində  fotoşəkillər,  videoroliklər  və  sair  vizual  vasitələrdən 

istifadə  oluna  bilər.  Mütləq  olaraq  malın  qiyməti  və  anbarda  ol-

ması  barədə  məlumat  verilir.  Malın  bir  neçə  modifikasiyası  ol-

duqda (misal üçün, geyimin rəngi və ya ölçüsü), hər bir mal növü 

üçün fərqli qiymət təyin oluna bilər. Əlavə atributlardan istifadə 

etməklə, malın təsvirini genişləndirmək olar. 

3. Alıcı xoşuna gəldiyi malı “səbətə” yığır və həmin səbətə 

sonradan  baxmaq  imkanını  əldə  edir.  Qeydiyyatdan  keçmiş  alıcı 

nə vaxtsa yığdığı hər hansı səbətə baxa bilər. Bu hal daimi alıcılar 

üçün standart səbətləri təşkil etməyə imkan verir. 

4.  Sonra  alıcı  ya  qeydiyyatdan  keçə,  ya  da  birdəfəlik  alışı 

rəsmiləşdirə bilər.  NTERSHOP 3 sisteminin texnologiyasına əsa-

sən birdəfəlik alışlar rəsmiləşdirilərkən verilənlər daimi alıcıların 

verilənlər bazasına daxil edilmir. Qeydiyyatdan keçmiş alıcı ona 

yazılmış hesablara, rəsmiləşdirilmiş sifarişlərə baxa bilər, bundan 

başqa sifarişin yerinə yetirilməsinə nəzarət edə bilər. 

5.  Malların  çatdırılması  metodu  seçilir.  Bir  qayda  olaraq, 

alıcının olduğu  yerdən asılı olaraq, bir neçə çatdırma sxemindən 

istifadə olunur. Mağazanın saytında ən məqbul çatdırma üsulunun 

təsviri və seçimi üzrə tövsiyələr yerləşdirilməlidir, alıcı belə hal-

da “ucuz qiymət – uzun müddət” və “yüksək qiymət – qısa müd-

dət” variantları arasında seçim edə bilər. 

6. Sonra alıcı malın dəyərini ödəyir. Malın dəyəri həm ənə-

nəvi üsullarla, həm də onlayn ödəniş sistemlərinin vasitəsilə ödə-

nilə bilər. Distribüterlərlə dilerlər arasında aparılan hesablaşmalar 

zamanı  yaranan çevik endirimlər və müxtəlif kredit-debet sxem-

lərindən istifadə imkanı da nəzərdə tutulmuşdur. 

7. Malı, onun çatdırılma üsulunu və ödəniş üsulunu seçdik-

dən  sonra  alıcının  komandası  ilə  ödəniş  tranzaksiyası  həyata 

keçirilir və ya ödəniş hesabı tərtib olunur. Malın çatdırılması üzrə 

sonrakı hərəkətlər Internet-mağazadan kənarda yerinə yetirilir. 



 

397


17.10. Alıcıların cəlb edilməsi 

 

nternet-mağazanın, ənənəvi ticarət müəssisəsi kimi, ən bö-



yük  problemi  alıcıların  cəlb  edilməsindən  ibarətdir.  Lakin  nter-

net-mağaza üçün bu məsələ əlavə olaraq onunla mürəkkəbləşir ki, 

nternet-mağazaların  bir-birlərindən  yaxın  məsafədə  yerləşdiyi 

xüsusi  mühitdir.  Digər  sözlərlə  desək,  istifadəçi  rəqabət  aparan 

ş

irkətlərin  təqdim  etdiyi  analoji  mal  və  xidmətlərlə  ani  surətdə 



tanış olmaq imkanı əldə edə bilər. 

Bu problemin mümkün həllinin müxtəlif variantları vardır: 

-  mağazanın  axtarış  sistemlərində  düzgün  qeydiyyata  alın-

ması.  Bu,  ilk  növbədə,  axtarış  sistemlərinin  köməyi  ilə  malların 

axtarışını  həyata  keçirən  istifadəçinin  mağazaya  olan  istinadı 

(ssılka)  birinci  görməsi  üçün  lazımdır.  Bu  üsul  məqsədli  axtarış 

aparan istifadəçiləri əhatə etməyə imkan verir; 

-  nternet-mağazanın Rambler və ya Yandex kimi iri və po-

pulyar  axtarış  sistemləri  tərəfindən  yaradılmış  xüsusi  proqram-

larda və reytinq sistemlərində iştirakı; 

- müxtəlif tematik kataloqlarda mağaza haqqında məlumatın 

yerləşdirilməsi; 

- press-relizlərin, analitik məqalələrin və  nternet istifadəçi-

ləri üçün maraqlı olan digər materialların yerləşdirilməsi; 

-  nternet şəbəkəsində reklam kampaniyaları; 

-  reklam  məzmunlu  elektron  məktubların  göndərilməsi  və 

sair. 

Saytın tərtibatı böyük əhəmiyyət kəsb edir. Əsas rolu bura-



da  sözsüz  ki,  “salamlaşma  interfeysi”  oynayır.  Bu  anlayış  alıcı 

üçün malın seçimini yüngülləşdirən və alışın yerinə yetirilməsinə 

səbəb  olan  bütün  məqamları  əhatə  edir.  “Salamlaşma  interfey-

si”nin əsas tərkib elementləri əhəmiyyətsiz olsa da, alıcıya böyük 

təsir göstərirlər. 

lk  növbədə,  birinci  səhifənin  rəng  tərtibatına  diqqət  yetir-

mək lazımdır. Yaxşı uyğunlaşan rənglərin tərtibatına bir çox işlər 

həsr  olunmuşdur,  lakin  ideal  həll  burada  yoxdur,  hər  şey  dizay-

nerin (tərtibatçının) zövq və təcrübəsindən asılıdır. 



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə